"DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                     Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR .....                     “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” .....                     Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... .....                     "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" .....                     "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al" .....                     İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək .....                     Toylarda spirtli içkilər qadağan olunacaq? .....                     Ermənilər artıq barbarlıq edirlər .....                     “Sürücü tüstülənən avtobusu güclə saxladı” .....                     SOCAR-da yeni təyinat .....                     Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı .....                     Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib .....                     “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” .....                     Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə .....                     Həbsdə olan icra başçısının maşını SATILDI .....                     Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən .....                     800 illik Səlcuqlu ayaqqabısı .....                     Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” .....                 

Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları - FOTOFAKT
Tarix: 25-06-2020, 09:15 | Çap et
Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları
Gədəbəy rayonu Azərbaycanın iqliminə görə ən səfalı bölgələrindən biridir. Bu ərazidə turizmin və kənd təsərüfatının inkişafı üçün geniş imkanlar var. Amma bu imkanlardan nə dərəcədə istifadə olunur? Rayon rəhbərliyi Gədəbəyin inkişafı üçün nə dərəcədə məhsuldar işləyir?

Həmsöhbətimiz olan Gədəbəy rayon sakinlri bildirir ki, Gədəbəy rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev prezident İlham Əliyevin yürütdüyü siyasətlə deyil, özünün şəxsi qohumluq və dostluq siyasəti ilə fəaliyyət göstərir və bu vəziyyət indiyə kimi davam edir. Ölkə rəhbəri gəncləşmə siyaysəti apardığı bir dönəmdə İbrahim Mustafayev 70 yaşlı şəxsi və saxta diplomu olanları, Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən azad olunanları vəzifəyə təyin edir.

Gədəbəy Rayon Təhsil Şöbəsinin keçmiş müdiri Baxış Nağıyev bu qəbildən olanlardandı. Baxış Nağıyevin Təhsil Şöbəsindən uzaqlaşdırmağın da xüsusi tarixçəsi var. İbrahim Mustafayev icra başçısı təyin olunan kimi Təhsil Nazirliyinə təqdimat göndərərək Baxış Nağıyevi 65 yaş həddi vəzifədən uzaqlaşdırmağı tələb etmişdi. Öz növbəsində Baxış Nağıyev də kreslosunu itirməmək üçün hərəkətə keçmişdi. YAP-ın Gədəbəy rayon təşkilatının müdiri və Baxış Nağıyevin qohumu olan Rüstəm Nağıyev rəhbəri olduğu təşkilat adından prezidentə məktub ünvanladı. Həmin məktubda Baxış Nağıyevin Gədəbəy təhsilində perspektivli kadr olduğu bildirilmişdi. Baxış Nağıyev məktubun prezidentə verilməsinə nail olmuşdu. Məktub Prezidentə həmin dönəmdə Sabunçuda vətəndaşlarla görüşü zamanı verilmişdi. Bu məktubdan sonra B.Nağıyev bir müddət təhsil müdiri kimi vəzifədə qaldı. Nəticədə İbrahim Mustafayev sözügedən şəxsi vəzifədən kənarlaşdırmağa nail oldu. Bir neçə ay işsiz qalan Baxış Nağıyevi İbrahim Mustafayev Gədəbəy rayon Qaradağ kəndinə icra nümayəndəsi təyin etdi. Sual yaranır ki, niyə İbrahim Mustafayev 65 yaş həddi ilə vəzifədən uzaqlaşdırdığı 69 yaşlı Baxış Nağıyevi icra nümayəndəsi təyin etdi?

Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları
Baxış Nağıyev

Növbəti dostluq və qohumluq münasibətilə vəzifəyə gələn Əkbər Kazımov oldu. İbrahim Mustafayev icra başçısı təyin olunanda Ə. Kazımovu Bakıdan özü ilə gətirmişdi. Hədəf icra hakimiyyətində birinci müavin işləyən Qüdrət Paşayevi işdən azad edərək həmin posta Ə. Kazımovu təyin etmək idi. İlk addım uğurlu oldu. Paşayevin pensiya yaşı çatdığından işdən azad edildi. Lakin Ə. Kazımovun dövlət qulluğu stajı olmadığına görə,o, birinci müavin təyin edilmədi. Belə halda İ. Mustafayev Əkbər Kazımovu Kommunal Müəssisələri Kombinatı (JEK) müdiri təyin etdi. Əkbər Kazımovun nəzarətində olan DOST MMC-nin onlarla işçilərinin kartı öz sahiblərində deyil. Bu yaxınlarda isə DTX-nın məlum addımlarından sonra bank kartları sahiblərinə icra nümayəndələri vasitəsilə qaytarılır. Həmin işçilərdən mənimsənilən pullar hesabına Əkbər Kazımov Gədəbəy rayon Poladlı kəndində özünə villa tikdirməyə başlayıb.



DOST MMC-yə işçiləri 500-1000 manat müqabilində qəbul edirlər. İbrahim Mustafayevin yaxın dostu və icra hakimiyyətinin özündə fəaliyyət göstərən Ləzgi adlı şəxsin həyat yoldaşı həmin məbləği vətəndaşdan açıq-aşkar istəmişdi. Ləzgi müəllimin icra nümayəndəsi olan həyat yoldaşı vətəndaşa zəng edərək bildirmişdi ki, 1000 manat verin, sizi DOST MMC-yə işə düzəldim. Vətəndaş həmin xanımın səsini yazaraq İbrahim Mustafayevə təqdim etmişdi. Xanım işdən azad olunsa da, Ləzgi müəllim dostluq naminə hələ də işləyir.

DOST MMC-yə işçilərin rüşvət qarşılığında götürülməsi barədə sabiq deputat Nazim Bəydəmirli öz Facebook hesabında yazmışdı. Bəydəmirli bildirir ki, işçiləri işə götürmək üçün öncədən 650 manat pul alırlar.

Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları

N. Nağıyev 2000-ci ilin mayında keçmiş icra başçısı Ramiz Bağırov tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi ilə ilə işdən azad edilib. Həmin maddənin "Ç" bəndi ilə işdən azad olunan şəxslər bir daha dövlət qulluğunda işləyə bilməz. Lakin Natiq Nağıyev 2006-cı ildə əmək kitabçasını dəyişdirməklə yenidən dövlət işində fəaliyyət göstərməyə başladı. 6 il ərzində isə mərhum şair İlyas Tapdığa sürücülük edib. Əmək Məcəlləsinin "Ç" bəndi ilə işdən qovulanın birinci müavin təyin edilməsinin pərdəaxrası məqamları var.

Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları
Natiq Nağıyev

Növbəti dostluq münasibəti ilə işə qəbul olunan Samanlıq kənd icra nümayəndəsi Səfərov Rizvan Xudaverdi oğludur. R.Səfərov İbrahim Mustafayevin tələbə yoldaşıdır. Hətta 16.10.2018-il tarixində sözügedən kənddə cari və əsaslı təmir adı altında dövlət büdcəsindən 148.018 manat pul ayrılır. Lakin nə görülən iş, nə də işi icra edən şirkət var.

Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları

Bundan başqa saxta diplomlu şəxslər İbrahim Mustafayevin təyinatı ilə hazırda dövlət işində işləyir. Həmin şəxslərdən biri Ərtəpə icra nümayəndəliyində müavin işləyən Məmmədəliyev Sərxan Cavanşir oğludur. Sərxan Məmmədəliyev Gədəbəy rayon Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin direktoru olarkən saxta diplomu olduğuna görə, Gədəbəy rayon Təhsil Şöbəsinin həmin dönəmdəki müdiri Baxış Nağıyev tərəfindən məhkəməyə verilib. Sözügedən şəxsin diplomunun saxta olduğu məhkəmə qərarı ilə sübuta yetirilib. Buna baxmayaraq hazırda vəzifə icra edir.

Buna bənzər hal hazırda Gədəbəy şəhər icra nümayəndəsi olan Şakir Məsimov ilə də baş verib. Baxış Nağıyev Gədəbəy rayon Təhsil Şöbəsinin müdiri işləyən zaman Düzyurd kənd orta məktəbinin direktoru vəzifəsini icra edən Şakir Məsimovu Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi ilə işdən azad edilib. Məsimov hazırda Gədəbəy şəhər icra nümayəndəsi işləyir.

Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları

Gədəbəy rayon Peşə Məktəbinin direktoru olan Nahid Allahverdiyev korrupsiya hallarına yol verdiyinə görə işdən azad olunub. Ona qarşı korrupsiyaya dair maddə ilə cinayət işi də açılmışdı və Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən azad olunmuşdu. Həmin şəxsi İbrahim Mustafayev Gədəbəy rayon Söyüdlü kənd icra nümayəndəsi təyin etdi.

Rüşvət faktlarını Ərtəpə kənd icra nümayəndəsinin keçmiş müavini Elşən Məmmədov da təsdiq edir. O, deyir ki, İbrahim Mustafayev kadrları rüşvətlə təyin edir və əksəriyyəti heç işə çıxmır. Bu cür rüşvət halları sahibkar obyektlərində də geniş vüsət alıb. Adının çəkilməsini istəməyən bir sahibkar bildirir ki, rayonun mərkəzindəki 4 mərtəbəli obyektin tikintisi üçün İbrahim Mustafayev ilk olaraq 25.000 manat rüşvət alıb. Bununla kifayətlənməyən İH rəhbəri sonradan 13 000 manat da alıb. Lakin həmin obyektin tikintisini digər aidiyyatı qurumlar təsdiq etmir deyə, İ.Mustafayev tikintini dayandırıb.

Gədəbəyin mərkəzində günorta saatlarına kimi sıxlıq olduğundan bir Post Patrul Xidməti maşını daim mərkəzdə xidmət aparır. Həmin yolda hərbi maşınları mütəmadi hərəkət etdiyinə görə, polis belə bir xidməti öz üzərinə götürüb. İ. Mustafayevin icazəsi ilə tikilən və yarımçıq qalan həmin 4 mərtəbəli obyekt fəaliyyətə başlasa rayon mərkəzindən hərbi maşınlarının hərəkəti qeyri-mümkün olacaq. Bu əsas magistral yolun kəsilməsinə səbəb olacaq.

Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları
Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları
Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları

Gədəbəy rayonu ərazisində dövlət büdcəsindən ayrılan pullar da təyinatı üzrə xərclənmir. Son iki il ərzində Gədəbəyə dövlət büdcəsindən 4.5 milyon manat pul ayrılıb. Həmin vəsaitin bu günə kimi haraya xərcləndiyi barədə heç bir məlumat və hesabat yoxdur. Həmin pullar qalmaqallı tenderlərin qalibi olan "Azərtranss" MMC vasitəsilə yoxa çıxıb. Nizamnamə kapitalı 20 manat olan "Azərtranss" MMC Gədəbəy icra hakimiyyəti binasının tikintisini və rayonun mərkəzinin abadlaşdırılmasını həyata keçirməli idi. 1 kvadratı metri 4333 manata başa gələn icra hakimiyyətinin binasının tikintisində texnika olaraq Gədəbəy rayon Mənzil Kombinatı Müəssisənin texnikalarından və DOST MMC-nın işçilərinin fiziki əməyindən istifadə olundu. DOST MMC-nin içşilərindən etiraz edən olanda, həmin şəxsləri işdən azad etməklə təhdid edirdilər.

Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları
Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları
Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları
Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları
Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları
Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları
Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları

Qaldırılan məsələlərə Gədəbəy icra hakimiyyəti başçısının münasibətini öyrənmək üçün ona e-mail vasitəsilə rəsmi sorğu ilə müraciət etdik. Amma sorğunun üstündən bir xeyli müddət keçsə də ona nə cavab verildi, nə də cavabın hazırlandığı barədə məlumat aldıq. Bununla belə qarşı tərəfin fikirlərini vermək niyyətində olduğumuzu bildiririk.

Zaur Qənbərov
www.anews.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Bu gün, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Bu gün, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Bu gün, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Bu gün, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Bu gün, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Bu gün, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Bu gün, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Bu gün, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Bu gün, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Bu gün, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Bu gün, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Bu gün, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Bu gün, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Bu gün, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Bu gün, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Bu gün, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Bu gün, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Bu gün, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Bu gün, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Bu gün, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Bu gün, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Bu gün, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Bu gün, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Bu gün, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Bu gün, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Dünən, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Dünən, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Dünən, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Dünən, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Dünən, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Dünən, 17:25
Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Dünən, 17:22
Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Dünən, 17:19
Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Dünən, 17:15
800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Dünən, 17:12
Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:05
Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Dünən, 16:53
Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:50
Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Dünən, 16:45
“Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Dünən, 16:42
Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Dünən, 16:38
“Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Dünən, 16:33
Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Dünən, 16:30
Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Dünən, 16:28
İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Dünən, 16:22
Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Dünən, 16:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru