Naxçıvanın əxlaqsızlıqda ittiham olunan deputatını BIÇAQLAMAQ İSTƏDİLƏR .....                     AZƏRİQAZ-da fəhlə sinfinin ixtisarı `UĞURLA` davam etdirilir... .....                     Səhiyyə nazirliyi bunlarla BACARA BİLMİRSƏ... .....                     Sertifikasiyada kütləvi kəsilmə: .....                     Zelenskini Bakıya zənginə görə hədəf aldılar .....                     Rusiya kanallarından absurd çağırışlar davam edərsə... BAĞLANMALIDIR! .....                     Vikipediya QALMAQALI: Tanınmışlar haqda qərəzli və saxta ölüm xəbərlərini kim YAYIR? .....                     Nazirimiz bahalı maşınının benzinpulunu BELƏ ÇIXARIR .....                     Vəziyyətə nəzarət üçün hər şeyi etmək əmr olundu... .....                     Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı .....                     Məhkəmə borca görə dostunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladı .....                     Naxçıvanın keçmiş nazirinə AĞIR İTTİHAM .....                     Əlillərlə bağlı BU TƏLƏB VAR... .....                     Azərbaycan mediasına hücum: Kremlin məqsədi nədir? .....                     Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinadan Azərbaycana ekstradisiya edilib .....                     DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir? .....                     İran TÜRK DÖVLƏTİNƏ çevrilə bilərmi? .....                     "İki gündür internetimiz kəsilib, amma..." .....                     Rusiya Azərbaycanın şimalını “qurdalamağa” başladı .....                     Fəxri Neftçi" Həmkarlar İttifaqından niyə çıxır? .....                     Trampın sensasion Zəngəzur dəhlizi planı .....                     Cəlilabadın icra başçısı QAZİLƏRƏ SAVAŞ ELAN EDİB .....                     Moskvaya daha bir “sürpriz” .....                     Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir .....                     Azərbaycan təhsilinin QARA GÜNLƏRİ .....                     "Ya rus məktəbləri yavaş-yavaş ləğv edilməlidir, ya da pullu olmalıdır" .....                     BU NƏDİ BELƏ: Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi… .....                     Rusiya hələ də “bərabər hüquqlu müttəfiq” anlayışını qəbul edə bilmir .....                     Rus bölmələri ləğv olunarsa, şagird və müəllimlərin aqibəti necə olacaq? .....                     Ölkədə hərbi baza yerləşdirməyimizin vaxtı çatıbmı? .....                     Putin üçün xüsusi tribunal: .....                     Aİ-nin İrana qarşı təzyiq mexanizmləri məhduddur .....                     Rusdilli məktəblərin bağlanması ilə bağlı VACİB XƏBƏR .....                     “Bəli, Azərbaycan bir daha Rusiya ilə əvvəlki kimi olmayacaq” .....                     Hava ilə bağlı yeni narahatlıq .....                     "Dövlətin ayırdığı pulsuz dərmanı ala bilmirəm" .....                     “Vaqif Bakinski” Azərbaycanın sorğusu əsasında həbs edilib? .....                     “Melissa Park”ın rəhbəri istənilən məbləğlə razılaşıb azadlığa çıxdı .....                     Orenburqda “qanuni oğru” Zaur Naxçıvanski saxlanıldı: .....                     Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə 3 saatlıq görüş keçirib .....                 

Əbülfəs Qarayev həbs olunacaqmı? - Artıq əsas addım atılıb...
Tarix: 22-05-2020, 09:31 | Çap et
Əbülfəs Qarayev həbs olunacaqmı?
Mayın 21-də prezident İlham Əliyev bir sıra mühüm qərarlar verib. Prezident mədəniyyət naziri Əbülfəs Qarayevin işdən çıxarılması ilə bağlı sərəncam imzalayıb.

Azərbaycanın uzunömürlü nazirlərindən biri də Ə.Qarayev idi. Ə.Qarayev 1994-cü ildən 2001-ci ilədək gənclər və turizm naziri, 2001-ci ildən 2006-cı ilədək gənclər, idman və turizm naziri, 2006-cı ildən 2018-ci ilədək mədəniyyət və turizm naziri, 2018-ci ildən isə mədəniyyət naziri postunu tuturdu.

Ə.Qarayevdən narazılığın ilk ciddi siqnalları 2018-ci il prezident seçkisindən sonra üzə çıxmışdı. Yada salaq ki, Prezidentin ciddi önəm verdiyi turizm sahəsi Ə.Qarayevin rəhbərlik etdiyi sahə idi. 2018-də nazir bu sahəyə nəzarəti itirdi, ayrıca Turizm Agentliyi yaradıldı.

DTX-nın mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində Ə.Qarayevin müavinin, həmçinin idarə rəisinin həbsi nazirin məsuliyyət məsələsini gündəmə gətirmiş, onu istefa verməsi və istintaqa cəlb edilməsinin vacibliyi vurğulanmışdı. 14 ildir mədəniyyət sahəsinə rəhbərlik edən Qarayevin işdən necə(öz ərizəsi ilə) ayrıldığı haqda təfərrüat hələ ki, yoxdur. Amma cəmiyyət Prezidentin tezliklə belə bir qərar verəcəyini gözləyirdi. Sabiq nazirin həbslərlə bağlı artıq istintaqa cəlb edildiyi ilə bağlı məlumatlar da var. Mayın 8-də məhkəmənin qərarı əsasında, Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Yada salaq ki, iki il əvvəl müavini təyin edilmiş Rafiq Bayramov uzun illər Ə.Qarayevin digər nazirlikdə köməkçisi olub. Sabiq nazirin Cinayət Məcəlləsinin 314-cü – səhlənkarlıq maddəsi ilə istintaqa cəlb oluna biləcəyi deyilir. Bu maddədə səhlənkarlıq – işə vicdansız yanaşma, laqeyd münasibət nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi fiziki və hüquq şəxslərin qanuni mənafelərinə və ya dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə xüsusilə ağır nəticələrə səbəb olduqda 5 ilə qədər həbs gözləyir.

Yeni mədəniyyət nazirinin kimin ola biləcəyi ilə bağlı ən müxtəlif iddialar var. Amma bu istisnasız olaraq dövlət başçısının səlahiyyətində olan məsələdir və bu səbəbdən konkret adlar çəkmək məqsədəuyğun deyil.

Mayın 21-də prezident İlham Əliyev ötən ilin dekabrından boş qalan Ağstafa rayonuna yeni icra başçısı təyin edib. Ölkə başçısının sərəncamı ilə bu post Seymur Orucova tapşırılıb. Qeyd edək ki, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev DTX-nın 2019-cu il dekabrın 19-da keçirdiyi əməliyyat zamanı saxlanılıb. Həmin ilin dekabrın 20-də Prezident İlham Əliyevin sərəncamı ilə N.Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Yeni icra başçısı Seymur Orucov 1984-cü ildə Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirərək, Maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub. 2007-ci ildə magistraturanı bitirib. Elə həmin ildən kafedranın aspirantı və müəllimi olub. 2006-06.2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri olub.

2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib. Ailəlidir.

Seymur Orucov YAP-ın Səbayel rayon təşkilatının sədri, Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin kürəkənidir.

Prezidentin başqa bir sərəncamı isə İmişli rayonuna yeni icra başçısı təyinatı ilə bağlı olub. Bir neçə gün əvvəl həbs edilən Vilyam Hacıyevin yerinə Elçin Rzayev təyinat alıb. E.Rzayev yeni təyinata qədər, Əmlak Məsələləri Dövlət Komitəsində, Yasamal Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri və icra başçısının birinci müavini vəzifəsində çalışıb.

“Sizin fəaliyyətiniz rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafında özünü göstərməlidir. Çünki açıq demək istəyirəm, təxminən son 17 il ərzində bölgələrdə görülmüş işlərin ən azı 90 faizi mənim təşəbbüsümlə görülüb, dövlət proqramları çərçivəsində görülüb”.

Bunu prezident İlham Əliyev Seymur Orucovu Ağstafa, Elçin Rzayevi isə İmişli rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Prezident bildirib ki, son 17 il ərzində 16 min kilometr avtomobil yolu çəkilib, bütün elektrik təsərrüfatı demək olar ki, yenidən qurulub: “Biz qazlaşdırmanı təxminən 100 faizə çatdırmışıq, 3500-dən çox məktəb, 700-dən çox tibb ocağı, 50-yə yaxın Olimpiya İdman Mərkəzi, nə qədər Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər tikilib. Bütün bunları biz mənim bilavasitə göstərişimlə dövlət büdcəsi hesabına etmişik. İndi baxaq görək icra başçıları nə iş görüblər, hansı daşı daş üstünə qoyublar. İndi bütün bu işlər təftiş edilir. Mənim ayırdığım vəsait hesabına tikilmiş evlər, yəni, qəzalı evlərin əvəzinə tikilmiş evlərin tikintisində də oğurluq baş verir, həm tikintidə, həm də ki, ondan sonra mənzillərin bölüşdürülməsində. Bu evlərin insanlara tamamilə pulsuz verilməsi nəzərdə tutulub. Amma həm tikintidə pul oğurlanır, həm də mənzillər rüşvət müqabilində paylanılır. Deməli, insanlardan pul qopardılır. İndi təftiş aparılır və bütün bu pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək. İcra başçısı ona göstərilən etimadı öz işi ilə doğrultmalıdır”.

Prezident xatırladıb ki, Ağstafa və İmişli rayonlarının icra hakimiyyəti başçıları həbs olunub: “Bu, bir daha onu göstərir ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq. İndi həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır və yol verilmiş bütün pozuntular üzə çıxacaq”.

Dövlət başçısı bildirib ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır: “Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işinizlə ciddi mübarizə aparmalısınız. Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. Bu sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaqdır, eyni zamanda, geniş ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir. Birinci növbədə siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz çatmayan məsələlər barədə müvafiq mərkəzi icra orqanlarına məlumat verin ki, bu məsələlər operativ şəkildə öz həllini tapsın”.

Prezident baş prokurorun birinci müavini Rüstəm Usubovun və digər müavin Namiq Əsgərovun vəzifələrindən azad edilmələri haqqında sərəncam imzalayıb. Prezident onların hər ikisinə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında da sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Elçin Məmmədov baş prokurorun birinci müavini təyin edilib. Baş Prokurorun digər müavinləri isə Elmar Camalov və Nazim Rəcəbov təyin edilib.

2005-ci ildən baş prokurorunun birinci müavini olan Rüstəm Usubov 1954-cü il oktyabrın 4-də Gəncə şəhərində anadan olub. 1982-ci ildə Tomsk Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Rusiya Federasiyası prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul olunaraq, Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi, Respublika Prokurorluğunun İstintaq İdarəsinin prokuroru, Baş prokuror yanında mühüm işlər üzrə müstəntiq, böyük müstəntiq, Respublika Prokurorluğu İstintaq İdarəsinin 1-ci istintaq şöbəsinin rəisi, həmin idarənin Xüsusilə təhlükəli cinayətlərin istintaqı şöbəsinin rəisi, Bakı Prokurorluğunun İstintaq şöbəsinin rəisi, Bakı şəhəri Xətai rayon prokuroru, Hərbi Prokurorluğun İstintaq İdarəsinin prokuror-kriminalisti, Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi vəzifələrində işləyib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanın əxlaqsızlıqda ittiham olunan deputatını BIÇAQLAMAQ İSTƏDİLƏR - ARAYA ƏMİSİ OĞLU GİRDİ VƏ...
Bu gün, 10:45
AZƏRİQAZ-da fəhlə sinfinin ixtisarı `UĞURLA` davam etdirilir... - URRRAAA!!!
Bu gün, 10:37
Səhiyyə nazirliyi bunlarla BACARA BİLMİRSƏ... - DİQQƏT: TƏHLÜKƏ VAR...
Bu gün, 10:18
Sertifikasiyada kütləvi kəsilmə: - Sabiq deputat yaşlı müəllimlərin əleyhinə çıxdı
Bu gün, 10:14
Zelenskini Bakıya zənginə görə hədəf aldılar - Kreml İSTERİKADADIR...
Bu gün, 09:57
Rusiya kanallarından absurd çağırışlar davam edərsə... BAĞLANMALIDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
Vikipediya QALMAQALI: Tanınmışlar haqda qərəzli və saxta ölüm xəbərlərini kim YAYIR? - ARAŞDIRMA
Bu gün, 09:47
Nazirimiz bahalı maşınının benzinpulunu BELƏ ÇIXARIR - SİZ DƏ ELƏ BİLİRSİNİZ Kİ...
Bu gün, 09:38
Vəziyyətə nəzarət üçün hər şeyi etmək əmr olundu... - “Johovurd”
Bu gün, 09:30
Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı - BUNDAN SONRA...
Bu gün, 09:26
Məhkəmə borca görə dostunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:22
Naxçıvanın keçmiş nazirinə AĞIR İTTİHAM - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:20
Əlillərlə bağlı BU TƏLƏB VAR... - DİQQƏT!
Bu gün, 09:16
Azərbaycan mediasına hücum: Kremlin məqsədi nədir? - AKTUAL
Bu gün, 09:14
Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinadan Azərbaycana ekstradisiya edilib
Bu gün, 09:12
DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran TÜRK DÖVLƏTİNƏ çevrilə bilərmi? - Gerçək şir indi oyanır
Bu gün, 09:08
"İki gündür internetimiz kəsilib, amma..." - GİLEY
Bu gün, 09:04
Rusiya Azərbaycanın şimalını “qurdalamağa” başladı - indi DƏRBƏNDİMİ GERİ TƏLƏB EDƏK?
Bu gün, 09:01
Fəxri Neftçi" Həmkarlar İttifaqından niyə çıxır? - ÖZÜ DANIŞDI
Bu gün, 08:59
Trampın sensasion Zəngəzur dəhlizi planı - Görünəni odur ki...
Bu gün, 08:51
Cəlilabadın icra başçısı QAZİLƏRƏ SAVAŞ ELAN EDİB - BU NƏDİ BELƏ?
Bu gün, 07:23
Moskvaya daha bir “sürpriz” – Bakıda mühüm müzakirələr başladı
Bu gün, 07:13
Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:11
Azərbaycan təhsilinin QARA GÜNLƏRİ - təhsili oyun-oyuncağa çeviriblər...
Bu gün, 06:59
"Ya rus məktəbləri yavaş-yavaş ləğv edilməlidir, ya da pullu olmalıdır" - İstiqlalçı deputatdan ÇAĞIRIŞ
Bu gün, 06:53
BU NƏDİ BELƏ: Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi… - Şok səs yazısı
Bu gün, 06:50
Rusiya hələ də “bərabər hüquqlu müttəfiq” anlayışını qəbul edə bilmir - Tural Abbaslı
Bu gün, 06:41
Rus bölmələri ləğv olunarsa, şagird və müəllimlərin aqibəti necə olacaq? - AÇIQLAMA
Bu gün, 06:38
Ölkədə hərbi baza yerləşdirməyimizin vaxtı çatıbmı? - GƏLİŞMƏ
Bu gün, 06:34
Putin üçün xüsusi tribunal: - Nürnberq və Haaqa arasında
Bu gün, 06:32
Aİ-nin İrana qarşı təzyiq mexanizmləri məhduddur - Tehran hakimiyyəti əlini gücləndirir
Bu gün, 06:30
Rusdilli məktəblərin bağlanması ilə bağlı VACİB XƏBƏR - AKTUAL
Bu gün, 06:26
“Bəli, Azərbaycan bir daha Rusiya ilə əvvəlki kimi olmayacaq” - ÇÜNKİ...
Bu gün, 06:21
Hava ilə bağlı yeni narahatlıq – Kəskin dəyişə bilər
Bu gün, 06:13
"Dövlətin ayırdığı pulsuz dərmanı ala bilmirəm" - GİLEY
Bu gün, 06:10
“Vaqif Bakinski” Azərbaycanın sorğusu əsasında həbs edilib? - TƏFƏRRÜAT
Bu gün, 00:18
“Melissa Park”ın rəhbəri istənilən məbləğlə razılaşıb azadlığa çıxdı - Qalmaqallı ev söküldü
Bu gün, 00:16
Orenburqda “qanuni oğru” Zaur Naxçıvanski saxlanıldı: - Lənkəranskinin “xaç oğlu”, Talıbovun varisi kimdir?
Dünən, 22:14
Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə 3 saatlıq görüş keçirib - KİV
Dünən, 22:11
Ayı ilə öz dilində danışmaq lazımdır - başqa yolu yoxdur!
Dünən, 18:05
Rusiya və Azərbaycanın Baş Prokurorluqları müntəzəm əlaqə saxlayırlar - TASS
Dünən, 18:03
Rusiya azərbaycanlı sənətçilərə qadağa qoyub? - RƏSMİ AÇIQLAMA
Dünən, 18:00
Ölkəyə ekstazi gətirən Ramazanov HAKİM QARŞISINDA
Dünən, 17:57
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - Qərar
Dünən, 17:52
Baş direktordan "Sputnik Azərbaycan"ın fəaliyyəti ilə bağlı açıqlama
Dünən, 17:49
ABŞ Azərbaycana YENİ DİPLOMAT GÖNDƏRİR – Emi Karlo Bakıya gəlir
Dünən, 17:48
Paşinyan II Qaregini vəzifəsini dərhal tərk etməyə çağırıb
Dünən, 17:35
Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb
Dünən, 17:34
Bütün avadanlıqlar söndürülüb, amma SAYĞACINIZ FIRLANIR – Azərbaycanda hara şikayət edilməli?
Dünən, 16:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru