DSMF əlillərin sosial təminatını alver predmetinə çevirib - İTTİHAM
Tarix: 11-03-2020, 09:37 | Çap et
 DİA.AZ: - "Ötən ilin 24 dekabrında -Prezidentin ad günündə açılışını etdiyi Nizami rayonu, Çobanzadə küçəsindəki əlil və şəhid ailələrinə tikilən evin qanunsuz, rüşvətlə bölgüsü gündəmdən düşməsə də , hələ də Prezidentin sosial-iqtisadi, humanitar siyasətinin gözdən salınıb urvatsız edilməsi, əlil -şəhid ailələrinə mənzil bölgüsünün alver, korrupsiya predmetinə çevrilməsi faktına hüquqi qiymət verilməyib". Bu barədə DA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Təsəvvür edin , 5 ilə tikilib başa çatdırılan 96 mənzilli evin özü gizlin bölünüb, Prezident cəmi 5 nəfərə mənzil orderi verib , amma nazir prezidentin yanında keçirilən müşavirədə çıxış edərkən onun yadına salır ki, 24 dekabrda açılışını etdiyi ev şəhid ailələrinə hədiyyə edilib! ? Maraqlıdır, şəhid ailələrinə verilən mənzilləri niyə gizlin “hədiyyə edib” , sonra da bunu prezidentin yadına salırlar? Deməli, “ortada pişik var”, “hədiyyə” ödənişli olub. Ödəniş o qədər sanballı olub ki, hətta ölkənin 1-ci şəxslərindən, Milli Məclisdən ƏƏSM nazirinə göndərilən sorğulara, göstərişlərə, qanunun, Konstitusiyanın tələbinə də göz yumulub . Heç Konstitusiyanın 129-cu maddəsinə əsasən dövlətin adından çıxarılan məhkəmə qərarını qanunsuz “hədiyyə ödənişi” görməyə qoymayıb. Sadəcə, borclu ƏƏSMN yanında DSMF-in direktor müavini Əminə Seyidzadə, sektor müdiri Vüqar Behbudov, Rövizə Behbudova və digərləri dövlət məmurları kimi vəzifə kürsülərindən korrupsiya amacı ilə yararlanıb bazar açıblar. Özü də bir neçə evi , villaları , torpaq sahəsi olan “peşəkar alverçilərə” bu bazarda meydan -mənzil verilib. Fakt ortadadır və bu faktdan qaçmaq mümkünsüzdür. Borclu ƏƏSMN , yanındakı DSMF-in rəhbərliyi faktı dana bilmir, odur ki, prezidentin adından yalan uydururlar ki , bəs həmin ev elə prezidentin göstərişi ilə yalnız Nizami rayonunda mənzil növbəsinə dayananlara verilib! ? Prezident niyə belə ayrı-seçkilik etsin ki? Özü də, axı, belədirsə, prezidentin tapşırığına yenə də əməl edilməyib , elə prezidentin özünün şəxsən order verdiyi 5 nəfərin heç biri Nizami rayonundan növbəyə durmayıb. Eyni zamanda, əmlak xidməti bir neçə evi, villası olanlara necə əmlakları olmaması haqqında arayış verib? Bu faktları kim araşdırmalıdır? Prezident dəfələrlə bəyan edib və son dəfə yeni təyin etdiyi icra başçılarını qəbul edəndə vurğuladı ki, korrupsiya ilə mübarizə bundan sonra da davam edəcək. Bəs niyə ƏƏSMN sistemindəki “müalicə , mənzil korrupsiyası” əlilləri ölümlə “ hədələyir “? Təsəvvür edin, SƏHİYYƏ NAZİRLİYİNİN RƏYİ ƏSASINDA XARİCDƏ MÜALİCƏYƏ GETMƏYƏ RƏY VERİLƏN ƏLİLLƏRİN MÜALİCƏSİNİN TƏŞKİLİNDƏN İMTİNA OLUNUR Kİ, ƏƏSMN HEÇ BİR ÖLKƏ İLƏ MÜQAVİLƏ BAĞLAMAYIB ! Prezidentin 20.06.2014 tarixli 569 saylı Sərəncamı 2014 -cü ilə kimi növbədə olanların 2014-2018 -ci illərdə mənzillə təmin olunmalarını təsbit etsə də , ƏƏSMN, yanındakı DSMF prezidentin sərəncamına əməl etmək əvəzinə, sərəncamın icrasını 10 il geri -2028-ci ilə çəkdirdi. Borclu olduğu məhkəmə qərarını da bu tarixə yəni 12 ilə icra edəcəyini bildirir! (?) Fikir verin, ƏLİLLƏRİN MƏNZİLLƏ TƏMİNATI HAQQINDA PREZİDENT SƏRƏNCAMI 14 İLƏ, MƏHKƏMƏ QƏRARI İSƏ 12 İLƏ İCRA OLUNACAQ! Belə sosial təminatla, prezidentə ,Konstitusiyaya belə hörmətsizliklə yalnız və yalnız büdcədən ayrılan sosial müdafiə vəsaitlərini mənimsəmək olar.
Prezident heç bir məmurun xüsusi imtiyaza malik olmadığını bildirib. Yəqin ki, Prezidentin sərəncamını 10 il geriyə çəkmək imtiyazının yiyəsi də bəlirlənər. Eləcə də, Prezidentin adından mənzillərin gizlin ,rüşvətlə bölgüsünün başında kimin dayandığını aşkar etmək də çətin deyil. Təki istək və niyyət olsun!"
DİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07 |
|
|
|
| • Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04 |
|
|
|
| • Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02 |
|
|
|
| • NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55 |
|
|
|
| • Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49 |
|
|
|
| • Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46 |
|
|
|
| • Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44 |
|
|
|
| • "DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02 |
|
|
|
| • “907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17 |
|
|
|
| • ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14 |
|
|
|
| • Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11 |
|
|
|
| • SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07 |
|
|
|
| • Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20 |
|
|
|
| • BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02 |
|
|
|
| • İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57 |
|
|
|
| • AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55 |
|
|
|
| • "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55 |
|
|
|
| • "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44 |
|
|
|
| • ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36 |
|
|
|
| • Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30 |
|
|
|
| • Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24 |
|
|
|
| • İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17 |
|
|
|
| • "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04 |
|
|
|
| • Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58 |
|
|
|
| • Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56 |
|
|
|
| • Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Dünən, 02:53 |
|
|
|
| • Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Dünən, 02:52 |
|
|
|
| • "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Dünən, 02:48 |
|
|
|
| • Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Dünən, 02:46 |
|
|
|
| • “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 02:43 |
|
|
|
| • Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Dünən, 02:39 |
|
|
|
| • "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Dünən, 02:31 |
|
|
|
| • "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Dünən, 02:26 |
|
|
|
| • İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Dünən, 02:22 |
|
|
|
| • Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
18-06-2026, 17:46 |
|
|
|
| • Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
18-06-2026, 17:43 |
|
|
|
| • “Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
18-06-2026, 17:39 |
|
|
|
| • SOCAR-da yeni təyinat - ƏMR
18-06-2026, 17:34 |
|
|
|
| • Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
18-06-2026, 17:31 |
|
|
|
| • Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
18-06-2026, 17:29 |
|
|
|
| • “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
18-06-2026, 17:25 |
|
|
|
| • Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
18-06-2026, 17:22 |
|
|
|
| • Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
18-06-2026, 17:19 |
|
|
|
| • Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
18-06-2026, 17:15 |
|
|
|
| • 800 illik Səlcuqlu ayaqqabısı - FOTO
18-06-2026, 17:12 |
|
|
|
| • Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
18-06-2026, 17:05 |
|
|
|
| • Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
18-06-2026, 16:53 |
|
|
|
| • Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
18-06-2026, 16:50 |
|
|
|
| • Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
18-06-2026, 16:45 |
|
|
|
|