"Onlar əsl apokalipsis təlxəkləridir..." .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... .....                     Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? .....                     "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." .....                     General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? .....                     "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." .....                     Saatlı uzaqdır, yoxsa MARS? .....                     Rusiyaya qarşı BİR OLSALAR DA... .....                     "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" .....                     Xırdalan sakinlərinə SU ÇİLƏSİ .....                     Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... .....                     "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." .....                     Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... .....                     Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib .....                     Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... .....                     DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək .....                     Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək .....                     ABŞ-İran danışıqları yenidən başlaya bilər? .....                     “Rossotrudniçestvo”nun “Troya atı” .....                     “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” .....                     Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi .....                     Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi .....                     Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                     Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                     Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? .....                     Şəkidə kəndi su basdı .....                     “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...” .....                     “Pilgrim Education” şirkətindən şikayətlər artır .....                     Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır .....                     Moskva Köçəryan və Karapetyanı qurban verəcək .....                     Ordumuz xalqımızın qürurudur .....                     Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb .....                     Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb .....                     Erməni evlərində Azərbaycan qazı... .....                     Zəngəzur və konstitusiya naminə “boşanma” .....                     Paşinyandan Putinə doğru “U” dönüşü .....                     “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib .....                 

Beyləqanda QALMAQAL - Başçı bunları görmür?
Tarix: 10-01-2019, 09:30 | Çap et
Beyləqanda QALMAQAL
Beyləqan rayonunda iki sahibkar arasında mübahisəli torpaq üstündə gərginləşən münasibətlər üzündən yaranmış xoşagəlməz situasiya ilə bağlı araşdırmalarımızın növbəti nəticələrini dəyərli oxucularımızın və aidiyyatı orqanların diqqətinə çatdırırıq. Məlumat üçün bildirək ki, Beyləqan rayonunun mərkəzində faktiki fəaliyyətdə olan bazarın sahibi Xəqani Əhmədov, həmin bazarın yaxınlığında torpaq sahəsi alaraq biznes fəaliyyəti ilə məşğul olmaq istəyən digər sahibkar Vahid Abdullayevə müxtəlif vasitələrlə mane olmağa çalışır. Əvvəlcə, Heydər Əliyev adına parkın ərazisinin qanunsuz olaraq Vahid Abdullayevə satılması barədə dezinformasiyaları mətbuata ötürərək ictimai rəyi çaşdırmağa və müvafiq dövlət qurumlarının diqqətini hədəfə yönəltməyə cəhd edən Xəqani Əhmədov təkzibolunmaz faktlar və sənədlər qarşısında susmağa məcbur oldu. Məğlubiyyəti ilə barışmayan keçmiş icra başçısının oğlu digər qeyri-qanuni vasitələrə əl ataraq, ƏMDK-nin Beyləqan rayonundakı ərazi şöbəsinin müdiri Nazim adlı vəzifəli şəxsi tərəfindən 04.01.2019-cu il tarixdə saat 19.00 radələrində qeyri iş günü olmasına baxmayaraq Vahid Abdullayevə telefon zəngi edərək onu adıçəkilən qurumun xidməti otağına cağırtdırır. Burada sahibkara bir növ hədə-qorxu gəlirlər, onu sıxışdıraraq məhkəmə qətnamələrinin kağız parçası olduğunu və ərazinin yenidən ölçüləcəyini nümayişkəranə şəkildə bildirirlər. Beyləqan rayonuna ezam olunmuş əməkdaşlarımız kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək istiqamətində araşdırma apararaq ciddi arqumentlərə, faktlara, hüquqi sənədlərə söykənən qiymətli informasiyaları əldə edə biliblər.

Vahid Abdullayevin guya Heydər Əliyev adına parkın bir hissəsini alması barədə yayılan informasiyalar təsdiqini tapmadı.

Redaksiyamıza təqdim olunan rəsmi sənədlərə istinadən qeyd edirik ki, Beyləqan rayon İcra hakimiyyəti başçısının 28 dekabr 2013-cü il tarixli 244 nömrəli sərəncamında Beyləqan şəhər sakini Abdullayev Vahid Cəmil oğluna S.İmrəliyev küçəsi döngə 2A ünvanında yerləşən ərazidən ayrılmış 3440,0 (üç min dörd yüz qırx) kv.metr torpaq sahəsində təsdiq edilmiş layihə əsasında birmərtəbəli qeyri yaşayış binasının tikintisinə icazə verilib. Bununla paralel olaraq İcra hakimiyyətinin baş memarı Ə.X.Vəliyev tərəfindən Abdullayev Vahid Cəmil oğluna məxsus qeyri yaşayış obyektinin yerləşdiyi ərazinin situasiya planı təsdiqlənərək layihələndirilmişdir. Həmin rəsmi sənəddə çəkilən koordinatlarda nəzərdə tutulan ərazinin açıq-aydın Heydər Əliyev adına parkın hüdudlarına heç bir aidiyyatı olmadığı görünür. Eyni zamanda Azərbaycan Respublikasının Əmlak Məsələlri Dövlət Komitəsinə Beyləqan rayon Mənzil İstismar Sahəsinin rəisi T.Sarıyev tərəfindən göndərilmiş məktubda qeyd olunur ki, qeyri yaşayış binasının Abdullayev Vahid Cəmil oğlu tərəfindən özəlləşdirilməsinə etiraz olunmur. Beyləqan rayonu İcra Hakimiyyəti başçısı tərəfindən 02 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Əsgər Həsənova ünvanlanan məktubda tikinti layihəsinin müvafiq qaydada ekspertizadan keçirilməsi və nəticəsinə dair ekspert rəyinin göndərilməsinin təmin edilməsi xahiş edilib. Daha sonra Beyləqan rayonu İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndisi) R.B.Abbasov tikinti quraşdırma işlərinin aparılmasına 12 aprel 2016-cı ildə в„–003 icazə vərəqəsi təqdim olunub.

Beyləqanda QALMAQAL
Beyləqanda QALMAQAL

Nəhayət sonda Vahid Abdullayevə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən в„–0434573 saylı çıxarış verilib. Göründüyü kimi sahibkar Vahid Abdullayev bütün işlərini müvafiq qanunlar çərçivəsində həyata keçirməyinə baxmayaraq onun adı qanunsuz əməllərdə hallanır.

Beyləqanda QALMAQAL
Beyləqanda QALMAQAL

Əslində dövlətə məxsus torpaqları zəbt edərək, heç bir hüquqi sənədləşmə aparılmadan qanunsuz tikililərə sahiblik edən məhz Xəqani Əhmədovdur.

Fəaliyyətdə olan və Xəqani Əhmədovun rəhbərlik etdiyi bazarın ərazisində apardığımız araşdırmalar zamanı gördüyümüz mənzərə və əldə etdiyimiz məlumatlar müvafiq dövlət qurumlarının adıçəkilən əraziyə müdaxiləsini zəruri edir. Bazarda hökm sürən antisanitariya hər addımda diqqət çəkir. Burada çalışan insanların narazılıqları isə bitib-tükənmir. Əldə etdiyimiz məlumatlara görə Xəqani Əhmədovun rəhbərliyi ilə insanlardan fantastik məbləğdə vergi adı altında rüsumlar yığılır. Gündəlik çörəkpuluna möhtac olan və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən vətəndaşlar qanunsuz tələblərin qarşısında diz çökməyə məcbur olurlar. Maraqlıdır, görəsən gün ərzində minlərlə manat pul vəsaitini cibinə qoyan Xəqani Əhmədov vergi orqanlarını “razı sala” bilirmi? Baş verənlərdən belə nəticəyə gəlmək olar ki, Vergilər Nazirliyinin Beyləqan rayonundakı əməkdaşları Xəqani Əhmədovla “ümumi razılığa” gələ biliblər. Bazardakı antisanitariya vəziyyətinə görə məsuliyyət daşıyan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Beyləqan rayonundakı səlahiyyətli nümayəndələrinin bazardakı vəziyyətdən xəbərləri varmı? Yoxdursa lap pis. Şübhəsiz, Xəqanİ Əhmədovun qanunsuz yollarla topladığı pullar “zibillikləri cənnətə çevirərək” qurum əməkdaşlarının gözlərini bağlayır.

Beyləqanda QALMAQAL
Beyləqanda QALMAQAL
Beyləqanda QALMAQAL
Beyləqanda QALMAQAL

Beyləqan rayonu İcra Hakimiyyəti hara baxır? Bazarın bir hissəsi qanunsuz olaraq zəbt edilərək tikililər inşa olunub. Xəqani Əhmədov isə mülkədara çevrilərək atasından qalma mirasa sadiqlik nümayiş etdirməyə cəhd göstərir.
Araşdırmalarımız zamanı məlum oldu ki, Xəqani Əhmədova məxsus bazarın böyük bir hissəsinə aid olan torpaq sahəsi zəbt olunaraq çoxlu sayda ticarət obyektləri inşa edilib. Obyektlərin bir qismi vaxtilə Xasay Əhmədovun hökmranlığı dövründə inşa olunsa da, sonrakı başçıların zamanında da bu proseslər dayanmayıb. Nəticədə bazardakı qanunsuz tikililərin sayı onlarladır. Beyləqan rayonuna təyin olunmuş yeni icra başçısı Asif Ağayev yəqin ki, rayonla tanışlığı sona çatdırıb. Elə isə cənab başçıdan xahiş edirik ki, Beyləqan bazarına diqqət yetirsin, orada çalışan insanları dinləsin, Xəqani Əhmədovun qanunsuz tikililərinə baxış keçirsin. Yəqin ki, Asif Ağayev eks kolleqasının xahişlərini bir kənara qoyaraq Prezident İlham Əliyevin regionlara ayırdığı diqqət və qayğını önə çəkəcək və qanunların aliliyini bərpa edəcək. Beyləqan bazarında qayda-qanun yaratmağın zamanı çoxdan yetişib. Bazar o qədər “iylənib” ki, artıq söz-söhbətlər paytaxta qədər gəlib çatır. Ümid edirik ki, cənab Asif Ağayev Beyləqanı abadlaşan və göz oxşayan digər bölgələrimizin cərgəsinə qoşa biləcək. Bunun üçün isə ilk növbədə rayonu “bazara” çevirən “bazarkom” təfəkkürlü, naftalin iyi verən insanlardan təmizləmək lazımdır. Əks təqdirdə Beyləqandakı “bazar söhbətləri”nin aidiyyatı üzrə dövlət qurumlarında müzakirəsi qaçılmaz olacaq.
Araşdırmalarımız davam edir…
Yazıda adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
\\azerinfo.az\\











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Bu gün, 08:46
Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Bu gün, 08:37
Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:24
"Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Bu gün, 08:17
General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Bu gün, 08:07
"Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Bu gün, 08:00
Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Bu gün, 07:50
Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Bu gün, 07:35
"Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Bu gün, 07:23
Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16
Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07
"Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58
Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48
Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31
Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26
DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18
ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30
“Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23
“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Dünən, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Dünən, 09:37
Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Dünən, 09:32
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Dünən, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Dünən, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Dünən, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Dünən, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Dünən, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Dünən, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Dünən, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Dünən, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Dünən, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Dünən, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Dünən, 06:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru