Tovuzda torpaq qalmaqalı... - ŞİKAYƏT
Tarix: 1-05-2017, 09:12 | Çap et
 Tovuz rayonunun Qovlar şəhərində, hüquqi ünvanı olmayan bir yaşayış massivi var. Buranı sakinlər "Vahidin zapravkasının yanı", yaxud "Qovlarla-Quşçunun arası" kimi tanıyır və tanıdırlar.
Burada yerləşən evlərin həyətyanı sahələri, 1994-1995-ci illərdə Tovuz Xalq Deputatları Sovetinin (XDS) İcraiyyə Komitəsi tərəfindən əhaliyə paylanıb. Həyətyanı sahələrin sənədlərinin düzəldilməsi bir yana qalsın, 1997-ci il torpaq islahatları zamanı, bu torpaqların bir hissəsinin pay torpağı olaraq başqa bir vətəndaşa verilməsi də yeni problem meydana çıxarıb.
Ərazinin sakini Zahid Həsənov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bildirir ki, hazırda 30-a yaxın ev olan bu küçədə, heç bir evin sənədi yoxdur: "Tovuz rayonunun hazırkı icra başçısı Tofiq Zeynalov o vaxt Qovlarda sovxoz direktoru işləyirdi. Sovxozda adı olanlara bir möhürlü kağız verirdi ki, bura sənin torpağındır. Sonradan bildik ki, buraların heç bir hüquqi sənədi yoxdur". "1996-cı ildə torpaq aldım, 1999-cu ildə evi tikdim. O vaxtdan işıq pulu, sonradan qaz pulu ödəyirəm. Amma bu problem ortaya çıxandan sonra bildik ki, verilən pay torpaqlarının sənədi var, amma bizim həyətyanı sahələrin yoxdur" — Həsənov deyir. Küçənin digər sakini Həmidə Abbasova da bu torpağı həyətyanı sahə kimi 1994-cü ildə sovxoz direktorunun imzası ilə aldığını bildirir. Həmin ildən başlayaraq burada ev tikintisinə başlayıb. Çöl torpağı ilə araya ağaclar basdırıb.
"1998-ci ildə ərazilər pay torpaqlarına bölündü. Bizim qarşımızdakı torpaq Eldar adlı şəxsə verildi. Aradan bir neçə il keçəndən sonra Eldar gəldi ki, sizin ağaclıq əraziniz və yolunuz mənim pay torpağıma düşür. Neçə vaxtdır davadayıq. O gün traktor gətirərək yolumuzu qazıb, arx çəkib. Yolumuz bağlanıb. Bir maşın zorla keçir. Hər yerə ayaq döysək də, gəlib bir yoluna qoyan yoxdur. Mən özbaşına tikməmişəm ki! Torpağı bizə verən olub ki, tikmişik də" – Abbasova şikayətlənir. Daha bir sakin Fərmail İsmayılov 1990-cı ildə Fərqanə hadisələrindən sonra Azərbaycana pənah gətirib. Qovlarda peşə məktəbinin yataqxanasında məskunlaşaraq sovxozda işə başlayıb. "1994-cü ildə iki qardaş ikimiz də oradan torpaq sahəsi aldıq. Ev tikmək istədik. Sonradan bu problem çıxdı və əl saxladıq. Hələ də yataqxanada yaşayırıq. İndi burada günah nə bizdədir, nə də pay torpağının sahibi olan Eldarda. Hansısa məmurların özbaşınalığı, səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından bu gün əziyyət çəkirik" – İsmayılov danışıq. Dediyinə görə, o vaxt torpaq veriləndə xəritədə işlənməyib: "Sonradan da pay torpaqları paylananda veriblər başqa adama. Neçə illərdir, ərizə yazmadığım dövlət qurumu, şikayət etmədiyim orqan qalmayıb, yenə bir nəticəsi yoxdur. Neçə dəfə bələdiyyəyə getsək də, "bizlik deyil" deyirlər".
Qarşı tərəf olaraq qeyd olunan Eldar adlı şəxs isə Sputnik Azərbaycan əməkdaşı ilə söhbətində, əslində məsələnin sakinlərin günahı ucbatından baş verdiyini bildirib: "Həyətyanı torpaqlar veriləndən sonra sakinlər çəpərlərini irəli çəkiblər. O vaxt sovxozun boş torpaqları olub bu ərazi. Sonradan tikintini də artırdıqları ərazidə aparıblar. Hazırda əlimdə olan xəritəyə əsasən, onların evləri tikilən yerə kimi olan ərazi mənim payıma düşür". Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Qovlar Şəhər Bələdiyyəsinin sədri Binnət Hüseynovun sözlərinə görə, bu proses ölkədə bələdiyyə sistemi formalaşmazdan əvvəl baş verib: "Bu baxımdan məsələyə qarışmaq üçün heç bir ixtiyarımız və səlahiyyətimiz yoxdur". Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı Sputnik Azərbaycan-a şərhində, bu işdə bir neçə normativ hüquqi aktın toqquşduğunu bildirdi: "Bu səbəbdən məsələ ilə bağlı hər hansı müvafiq icra hakimiyyəti orqanının qərar verə bilməsini absurd hesab edirəm. Bu iş problem halını aldığından, lazımi hüquqi qiyməti bugünkü qanunvericilik əsasında məhkəmə verə bilər". Osmanlının fikrincə, Dövlət Aqrar İslahat Komissiyasının verdiyi sənədlər yekun sənəd olduğundan, daha çox hüquqi qüvvəyə malikdir: "Belə olduğu halda vətəndaşa dəyən ziyan sakinlər tərəfindən ödənilməklə problemin həlli mümkündür. Tovuz rayonu aqrar rayon olduğundan, kənd təsərrüfatı təyinatlı torpaqlar o qədər də baha deyil və daha az maliyyə ilə bu işi yoluna qoymaq mümkündür".





|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Bu gün, 13:30 |
|
|
|
| • “Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Bu gün, 13:23 |
|
|
|
| • “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Bu gün, 13:14 |
|
|
|
| • Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:07 |
|
|
|
| • Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Bu gün, 13:05 |
|
|
|
| • Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Bu gün, 11:11 |
|
|
|
| • Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Bu gün, 11:08 |
|
|
|
| • Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Bu gün, 11:03 |
|
|
|
| • Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Bu gün, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Bu gün, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Bu gün, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Bu gün, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Bu gün, 09:59 |
|
|
|
| • Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Bu gün, 09:54 |
|
|
|
| • Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Bu gün, 09:53 |
|
|
|
| • Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Bu gün, 09:42 |
|
|
|
| • Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Bu gün, 09:39 |
|
|
|
| • Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Bu gün, 09:37 |
|
|
|
| • Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Bu gün, 09:32 |
|
|
|
| • “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24 |
|
|
|
| • İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19 |
|
|
|
| • Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18 |
|
|
|
| • Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14 |
|
|
|
| • Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12 |
|
|
|
| • Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21 |
|
|
|
| • ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18 |
|
|
|
| • Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16 |
|
|
|
| • Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12 |
|
|
|
| • Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06 |
|
|
|
| • Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56 |
|
|
|
| • "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53 |
|
|
|
| • BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48 |
|
|
|
| • "Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39 |
|
|
|
| • İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28 |
|
|
|
| • Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18 |
|
|
|
| • TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00 |
|
|
|
| • 13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44 |
|
|
|
| • Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52 |
|
|
|
| • Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45 |
|
|
|
| • Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40 |
|
|
|
| • Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38 |
|
|
|
| • Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29 |
|
|
|
| • İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27 |
|
|
|
| • İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22 |
|
|
|
| • İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17 |
|
|
|
| • Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07 |
|
|
|
|