“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib .....                     İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... .....                     Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var .....                     Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                     Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub .....                     İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur .....                     İrəvanı hansı senarilər gözləyir? .....                     İnsanlara zəhərli və iylənmiş balıq satılır! .....                     Kartı bloklanan vətəndaş nə etməlidir? .....                     Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə .....                     Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar .....                     NDU rektoru heyrətləndirir... .....                     Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                 

“Mənim adımdan “Nikoil Bank”a yazılan ərizədəki imza saxtadır” - ŞİKAYƏT
Tarix: 20-10-2016, 07:57 | Çap et
“Mənim adımdan “Nikoil Bank”a yazılan ərizədəki imza saxtadır”
Bu günlərdə Qafqaz Xəbər Agentliyinə ərizə ilə müraciət edən Bakı şəhəri Nizami rayon sakini, 1963-cü il təvəllüdlü Fatma Heydər qızı Əliyeva bildirib ki, o, “Nikoil Bank”ın 9 saylı filialında baş mütəxəssis işləyən Azad Abıyev adlı şəxs tərəfindən aldadılıb və hətta zorakılığa məruz qalıb. Şikayətçinin sözlərinə görə, Azad Abıyevin saxtakarlığı üzündən, o evindən məhrum olub və “Nikoil Bank”indi onun mənzilini əlindən almaq istəyir: “Evimi təmir etdirmək və şəkər xəstəsi olan bacımın müalicəsi üçün 2014-cü il noyabrın 24-də həmin banka müraciət edib kredit ayırmağı xahiş etmişəm. Orda işləyən Azad Abıyev adlı baş mütəxəssis sənədlərə 12500 (on iki min beş yüz) manat yazmaqla, 10000 (on min) manat kredit verdi.

Mən dedim ki, mənə 10 min lazımdır, o isə sənədlərə 2500 manat artıq yazdı və dedi ki, bu artıq məbləğ bankın xərcidir. Məndən 400 manat da notarius xərci aldı, evimi banka girov qoyduq. Mənimlə ilk dəfədən mehriban davranmış, isti münasibət göstərmişdi. Mən də ona “oğlum” deyirdim və səmimiyyətinə inanırdım. Daha sonra evimin təmiri zamanı ortaya əlavə xərclər çıxdı, mən yenidən banka getdim. 2014-cü il dekabrın 18-də Azad Abıyevin yanına gedərək, 3 min manat da kredit ayırmalarını xahiş etdim.

O dedi ki, sabah tezdən gəl, direktor Seymur müəllim burda olmayacaq, mən tələsik sənədləri hazırlayaram, gedərsən. Dekabrın 19-da mənə 3 min manat verdi, amma sənəddə 24300 (iyirmi dörd min üç yüz) ABŞ dolları yazdı. Əlavə olaraq, məndən ikinci dəfə girov müqaviləsi üçün 400 manat notarius pulu alındı. Mən sevincək pulu alıb getdim evə, sənədlərə də baxmadım”.

O qeyd edib ki, növbəti ay banka pul ödəməyə gedəndə, ondan krediti manatla yox, dollarla ödəməyi tələb ediblər. “Mən işçidən səbəbini soruşanda, Azad Abıyev qolumdan tutub öz otağına çəkdi və dedi ki, “Fatma xanım, səndən üzr istəyirəm, mənim yadımdan çıxdı, sənə müqavilənin dollarla olduğunu demədim”. Onun dediyinə görə, 24300 ABŞ dolları ümumi məbləğ idi. Amma 10 min manatın üstünə 3 min manat gələndə 24300 dollar eləmir axı? Azad Abıyev məndən xahiş etdi ki, hələlik “sakit” durum, o da öz maşınını satıb mənim üstümə yazılan artıq məbləği özü ödəyəcək.

Yeddi ay ərzində məni aldatdı, “atamın goruna and olsun” deyə andlar içərək, məni pis vəziyyətə qoydu. Sonra bank 2015-ci ilin dekabrında məni məhkəməyə verdi. Nizami Rayon Məhkəməsində hakim Məzahir Sadıqov məni dinlədi, dedi narahat olma, sənə kömək edəcəyəm. Amma iyunun 9-da qətnamə çıxarıldı ki, evimdən çıxarılım. Ondan qabaq isə Səliqə adında bir qadın gəlmişdi evə, dedi ki, Azad müəllim onu göndərib, evi 30 min manata Azada sat, yoxsa bank əlindən alacaq. Mənsə o qadını qovdum. Birinci məhkəmədə uduzandan sonra, mən iyunun 14-də Azadın yanına getdim, dedim ki, “Azad müəllim, sən məni aldatdın, şikayətim olmadığı barədə kağızlara imzalatdırdın, amma indi özünü kənara çəkmisən”.

O da məni təhqir etdi və qolumu qıraraq bankdan qovdu”, – deyə şikayətçi bildirib. Fatma Əliyeva polisə şikayət etdiyini qeyd edib: “Mən 102-yə müraciət etmişəm, bu dəqiqə bütün sənədlərim hazırda Nərimanov Rayon Polisindədir, Xıdır Xıdırov araşdırıb. Nərimanov Rayon Prokurorluğunda Vüqar Əliyev mənə dedi ki, bir ay içində iki dəfə kredit verilməsində vəzifə saxtakarlığı və korrupsiya elementləri var. Digər tərəfdən, Azad Abıyev 96 saylı notariusda girov müqaviləsi üçün 34 manat rüsum keçirib, amma məndən 400 manat alıb, özümü maşında saxlamış, özü isə gedib sənədləri rəsmiləşdirmişdi. Hazırda Bakı Apellyasiya Məhkəməsində proses gedir. Sizdən xahiş edirəm ki, məsələnin ictimailəşməsi və haqq səsimin ölkə rəhbərliyi tərəfindən eşidilməsi üçün, mənə dəstək verəsiniz. Azad Abıyev və “Nikoil Bank”ın məni məruz qoyduğu fırıldaqlar cəzasız qalmamalıdır”.

Oktyabrın 5-də Qafqaznews.az-a zəng edən Azad Abıyev adlı şəxs bildirdi ki, Fatma Əliyevanın sözlərinə münasibət bildirmək istəyir. “O, bizdən birinci manatla kredit götürmüşdü, sonra gəldi ki, pul mənə azlıq edir, yenə kredit istəyirəm. Biz bildirdik ki, ancaq dollarla verə bilərik, o da razılaşdı. Birinci müqavilənin borcunu bağlamaqla, ikinci müqavilə imzaladıq. Burda qanunsuz heç nə yoxdur. Onun dediklərinin heç bir əsası yoxdur, nə qədər pul yazılıbsa, hamısını alıb. Heç bir “şapka”dan, “bank xərci”ndən söz gedə bilməz. Sadəcə, birinci devalvasiyadan sonra pulu ödəyə bilmədi, çətinlik çəkdi. Biz Fatma Əliyevanı çağırdıq ki, adamlar var, evi sat, banka borcunu ödə, sənə də pul qalacaq. O isə imtina etdi. İkinci devalvasiyadan sonra da gəlmişdi, ərizə yazdı ki, həqiqətən də o qədər pulu alıb və hətta ərizəsində bank işçilərinə təşəkkür etmişdi. Bu il iyunun 14-də gəldi banka hay-küy saldı, bizim də Mühafizə Polisiylə müqaviləmiz var deyə, düyməni basdıq, gəldilər. Sonra özü 102-yə şikayət etdi.. Gedib polisdə ifadə də vermişəm. Ona qarşı heç bir zorakılıq olmayıb, şahidlər də var”, – deyə A.Abıyev bildirdi.

Azad Abıyev dediklərinin təsdiqi olaraq, Qafqaz Xəbər Agentliyinə ikisi əllə yazılmış, biri isə kompüterdə yığılan imzalı ərizə təqdim edib. Oktyabrın 18-də Qafqaz Xəbər Agentliyinə yenidən müraciət edən Fatma Əliyeva bildirdi ki, əlyazma olan iki ərizəni şəxsən yazsa da, bu ərizələri ona Azad Abıyev yazdırıb.

“O, məni aldatmışdı və inandırmışdı ki, maşınını satıb mənə kömək edəcək. Amma kompüterlə yazılan digər ərizədən xəbərim yoxdur. Mən elə ərizəyə qol çəkməmişəm. Açıq-aşkar bilinir ki, ordakı qol da mənim deyil. Eskpertiza keçirilsə, bunu açıq müəyyən etmək olar. Lakin nə məhkəmə, nə də hüquq mühafizə orqanları səviyyəsində haqlı olduğuma heç kimi inandıra bilmirəm. Oktyabrın 17-də mənim vəkilim üzrlü səbəbdən rayonda ola-ola, eyni zamanda “Nikoil Bank”ın nümayəndəsi iştirak etmədən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Azad İmanov üzümə hökm oxudu.

Bir sözlə, Nizami Rayon Məhkəməsinin evimi hərraca çıxarmaq barədə qərarı qüvvədə saxlanıldı. Azad Abıyev şəxsi maraqları üçün həm məni aldatdı, həm də evimdən məhrum etdi. Mən məhkəmələrdə süründüyüm vaxtda Azad Abıyevə necə təşəkkür edə bilərdim? Mən heç şəkər xəstəsi də deyiləm. O, tamamilə yalan danışır”, – deyə Fatma Əliyeva vurğulayıb.

Azad Abıyev isə bildirdi ki, Fatma Əliyeva ərizələrdən birini poçtla göndərib, digərini isə bankda imzalayıb: “Video yazısı da var, Sizə göndərərəm, baxarsınız”.

Biz videoya baxdıq, həmin videoda sadəcə bir qadının çap edilmiş kağızı oxuması qeydə alınıb. Hansı ərizənin olduğu və ya imzalanması barədə faktlar olmadığından, eyni zamanda Azad Abıyevin öz istəyi ilə həmin videonu yayımlamırıq. Hüquq Müdafiəçisi Zümrüd Məmmədova isə hesab edir ki, “Azad Abıyev mənim sevimli bankirimdir” sözləri yazılan ərizələr banallığı ilə diqqəti çəkir: “Biz də bankdan kredit götürürük, hamımız bizə kredit verən mütəxəssislərə yazılı təşəkkür etməliyik? Bu absurddur. Hüquq mühafizə orqanları bu faktları ciddi araşdırmalıdır”.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru