Azərbaycanın yeni baş naziri kim olacaq? - 4 namizəd var
Tarix: 14-10-2016, 08:03 |
Çap et
Yaxınlarda Nazirlər Kabinetinin yenidən təşkili gözlənilir. Bu barədə istiqlal.az-a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, nazirliklərin bir hissəsinin ləğvi və yenidən təşkili nəzərdə tutulur: Vitse-prezidentlik institutunun yaradılması Nazirlər Kabinetinin yenidən formalaşdırılmasını zəruri edir. Yeni formatda bu posta işlək, hökumətə operativ nəzarət etmək gücündə olan bir şəxs başçılıq etməlidir. Onsuz da konstitusiya dəyişikliyindən sonra baş nazir ölkənin ikinci şəxsi artıq sayılmır. Bu baxımdan da bu postun fors-major situasiyalardakı təhlükəlilik riski minimuma enib. Ona görə də yeni kabinetə indiki baş nazir Artur Rəsizadənin başçılıq etməyəcəyi şübhə doğurmur".
Mənbə bu posta ən azı 4 namizədin olduğunu deyir: Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, baş nazirin müavinləri Əli Həsənov, Yaqub Eyyubov və maliyyə naziri Samir Şərifov. Bununla belə, sürpriz namizədlərin də orta çıxması istisna deyil. Struktur islahatları çərçivəsində baş nazir müavinləri postları da ləğv edilir və baş nazir Nazirlər Kabinetini öz müşavirlərinin xidmətindən yararlanmaqla idarə edir".