Ordumuz qürurumuzdur .....                     Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub .....                     Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu .....                     Salyanda `MOZALAN`: Bu dəfə xadiməni ixtisara saldılar... .....                     Naxçıvan Konstitusiyasında Moskva və Qars müqavilələri OLMAYACAQ .....                     Azərbaycanda məşhur bahalı hotel .....                     Gömrük Komitəsinin həbsdə olan şöbə rəisinin cəzası azaldıldı .....                     Rusiya niyə tez-tez “artsax” deməyə başlayıb? .....                     Masallıda daha bir EKOVƏHŞİLİK... .....                     İdarə rəisi və işçilərinə yekun ittiham verildi .....                     “Birbank” arayışların qiymətini artırıb .....                     “MİDA”nın FÜZULİ FIRILDAĞI... .....                     Zəfər Quliyev nazirliyə gedən şikayətlərin qarşısını BELƏ KƏSİR... .....                     Xocalı canisinin deputat oğlunun xaricə uçmasının qarşısı alındı... .....                     Əmrullayev 20 milyonluq tenderi .....                     Tanınmış meyxanaçı "Mahir Ay Brat" yenidən həbs edilib .....                     Qabil Məmmədovla bağlı istintaq başa çatdı .....                     Böyük İsrail yaranarsa..: Bizə yenədəmi DOST OLACAQLAR? .....                     Dörd ölkə fəlakətin bir addımlığında: Siyahıda Azərbaycan da var .....                     “Azərbaycan” məhəlləsi – qardaş hədiyyəsi .....                     Qardaşlığının və həmrəyliyin əsl nümunəsi .....                     Sabirabaddakı şirkətdə təsisçilər paylarını götürdü .....                     Avstriya şirkəti Azərbaycan bazarından gedir .....                     Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidentinin Bakıda məhkəməsi başlayıb .....                     Əmək Müqaviləsinə xitam verilərkən... .....                     Partlayan bombalar Azərbaycanı da “vurdu” .....                     Vətəndaşların `Kontakt Home` ÇİLƏSİ... .....                     Əlilliyi olan işçilərin bu hüquqları var imiş... .....                     İrandan atılan raket “Microsoft”un binasına ziyan vurdu .....                     Solovyov elə Kremlin sifarişi ilə BÜLBÜL KİMİ ÖTÜR... .....                     Sərhədimizdən ABŞ-a məxfi məlumatlar ötürülüb .....                     Xamenei ÖLSÜNMÜ, QALSINMI? .....                     Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı satılıb .....                     Rəfail Abdullayevin şirkəti xalqa qarşı .....                     “Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır .....                     "Rossiya 1" kanalında Azərbaycanı hədəf alan təxribatlara son verilməlidir" .....                     "Azərbaycan Prezidenti bu gün də İranda yaşayan soydaşlarımızın mənafeyini qoruyur" .....                     Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin real qarantına çevrilib .....                     Paşinyana qarşı Ambartsumyan və ya sabiqlərin uğursuz təşəbbüsü .....                     “Cəmil təkid etsə də, gülləri Hacıbaba Bağırovun üzünə ürəklə çırpmadım...” .....                 

Ziya Məmmədovun 30 il zəmanət verdiyi yol indiyədək 30 dəfə təmir olunub - Yeyinti ittihamı...
Tarix: 20-06-2016, 08:47 | Çap et
Ziya Məmmədovun 30 il zəmanət verdiyi yol indiyədək 30 dəfə təmir olunub
May ayının 30-dan etibarən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 kilometr uzunluğunda olan hissəsi bağlanılıb. Bu, həmin ərazidə təmir işlərinin aparılması ilə əlaqədardır. Belə ki, məsələ ilə bağlı bir müddət əvvəl В«AzəravtoyolВ» ASC-dən verilən məlumata görə, artıq yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində təmir-bərpa işlərinə start verilib. Qeyd olunur ki, təmir-bərpa işləri yalnız bir istiqamət üzrə, daha dəqiqi Bakı şəhəri istiqamətində aparılır. Avtomobil yolu ilə hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə Baş Dövlət Yol Polisinin stasionar postuna qədər aparılacaq. İlkin olaraq işlərə sözügedən yolun 1 kilometrlik hissəsində start verilib. Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Rəsmi informasiyada deyilir ki, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdiriləcək, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılacaq. Bu işlər yekunlaşdıqdan sonra yola xüsusi beton döşəyən texnika ilə 28 santimetr qalınlığında monolit-beton töküləcək. Bütün işlər В«AzəravtoyolВ» ASC-nin rəhbərliyinin, Fövqaladə Hallar Nazirliyinin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət agentliyinin əməkdaşlarının xüsusi nəzarəti altında və tərtib olunmuş qrafikə uyğun olaraq aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Nəzərinizə çatdıraq ki, işlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə (Sumqayıt şəhəri istiqamətində) avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib. Təbii, bu, o deməkdir ki, Bakı-Quba-Rusiya avtomobil yolunun yenidən təmirinə dövlət büdcəsindən təkrarən külli miqdarda vəsait ayrılacaq. Halbuki əvvəlki adı В«AzəryolservisВ», indiki adı isə В«AzəravtoyolВ» olan ASC nəqliyyat naziri Ziya Məmmədovun tabeliyində olduğu dönəmlərdə, daha dəqiq desək, 2008-ci ildə tikintisinə başlanılan sözügedən yolun tam istifadəyə verilməsi üçün büdcədən nə az, nə çox düz 545 milyon 287 min 800 manat xərclənmişdi. Lakin həmin vaxtdan etibarən bu yol bir neçə dəfə dağılıb, beton üzlüklər sökülüb. Xatırlayırsınızsa, o zaman Ziya Məmmədov Bakı-Quba-Rusiya avtomobil yolunun 30 il davam gətirəcəyini bəyan etmişdi. Görünən odur ki, nəqliyyat naziri əbəs yerə şişirtməyə yol verib. Məsələnin maraqlı tərəfi ondadır ki, həm Nəqliyyat Nazirliyi, həm də В«AzəryolservisВ» indiyədək sözügedən yolun dağılma səbəbini məhz iritonnajlı yük avtomobilləri ilə əlaqələndirib. Gundelik-Baku.com olaraq bu qənaətdəyik ki, əslində adıçəkilən yolun dağılması ilə bağlı göstərilən səbəb bəsit bəhanədən, Bakı-Quba-Rusiya avtomobil yolunun tikintisi zamanı yol verilən səhlənkarlıqları ört-basdır etməyə çalışmaq cəhdlərindən başqa bir şey deyil. Təxminən, eyni mövqedən çıxış edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da böyük vəsait xərclənərək tikilən yolun belə tez sıradan çıxmasını həyata keçirilən keyfiyyətsiz işlə əlaqələndirib: В«Reallıq budur ki, həmin yol artıq dağılıb, həqiqətən də müəyyən hissələrində hərəkət etmək çox təhlükəlidir. Bu baxımdan təmir-bərpa işləri mütləqdirВ». Onun fikrincə, yolun tikintisinə başlamazdan öncə hər şey planlaşdırılmalıdır: В«Tikinti bu gün yox, gələcək nəzərə alınmaqla tikilməli idi. Bundan başqa, Bakı-Rusiya sərhəd yolunun strateji əhəmiyyəti düşünülməli idi. Bu, beynəlxalq əhəmiyyətli yoldur, Avropa avtomagistralları siyahısına salınıb. Ona görə də yüksək keyfiyyətlə tikilməli idiВ». Mütəxəssisin sözlərinə görə, В«Ağır tonnajlı avtomobillər yolu sıradan çıxarıbВ» iddiası bəhanədən başqa bir şey deyil: В«Görünən odur ki, yol başdansovdu tikilib. Bunun üçün xüsusi araşdırmalara da ehtiyac yoxdur. Amma araşdırma aparılsa, biabırçılıq meydana çıxar. Bunu sözlə ifadə etmək çətindir. Bir neçə il əvvəl həmin yolun tikintisinə külli miqdarda vəsait xərcləndi. Hesab edirəm ki, məsələdə cavabdeh şəxsləri, vəsaitlərin xərcləndiyi yerləri müəyyənləşdirmək, mühakimə etmək, dəmir barmaqlıqlar arasına göndərmək lazımdır ki, digərlərinə də dərs olsunВ». Nəzərinizə çatdıraq ki, mövzu ilə bağlı apardığımız araşdırmalar zamanı bəlli olur ki, Ziya Məmmədovun 30 il zəmanət verdiyi yol indiyədək 30 dəfə təmir olunub. Bu isə bir daha onu deməyə əsas verir ki, 600 milyon manata yaxın vəsaitə başa gələn Bakı-Quba-Rusiya avtomobil yolun tikintisi zamanı bir xeyli yeyintiyə yol verilib. Bu səbəbdən də həmin yol mütəmadi təmirə bağlanır. Məlumat üçün onu da bildirək ki, mövzu ilə əlaqədar əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la bölüşən mənbənin sözlərinə görə, vaxtaşırı çökən, beton örtükləri dağılan, Nəqliyyat Nazirliyinin sifarişi ilə inşa edilən yolun tikintisində istifadə olunmaq üçün nəzərdə tutulan armatur toxunmalar satılıb və yol adi beton qarışıqla inşa olunub: В«Deyilənlərə görə, məhz bu səbəbdən yol hərəkət edən ağırtonluq yük maşınlarına tab gətirməyib çökür, dağılır. Hazırda bu yolun böyük bir hissəsi tam yararsız vəziyyətdədir. Bir sözlə, beton yol tam olaraq sıradan çıxıb. Payız və qış aylarında isə vəziyyət daha da acınacaqlı olur. Belə ki, həmin vaxt örtüyü tam dağılan yolu yağış suları daha da bərbad vəziyyətə salır, yol palçıqdan keçilməz vəziyyətə düşür. Elə buna görə də müvafiq dövlət orqanları dərhal sözügedən məsələni nəzarətə götürməli, Bakı-Quba-Rusiya avtomobil yolun tikintisi zamanı yeyintiyə yol verən şəxs və qurumlar barədə ölçü götürməli, onların ən sərt formada cəzalandırılmalarını təmin etməlidirlər. Bir sözlə, adıçəkilən yolu tikənlər əməllərinə görə qanun qarşısında cavab verməli, həbs olunmalıdırlarВ». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ordumuz qürurumuzdur - MƏQALƏ
Bu gün, 10:58
Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub - ƏMR
Bu gün, 10:57
Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:54
Salyanda `MOZALAN`: Bu dəfə xadiməni ixtisara saldılar... - BU NƏDİ BELƏ?
Bu gün, 10:49
Naxçıvan Konstitusiyasında Moskva və Qars müqavilələri OLMAYACAQ - BUNDAN SONRA...
Bu gün, 10:39
Azərbaycanda məşhur bahalı hotel - FƏALİYYƏTİNİ DAYANDIRDI
Bu gün, 10:38
Gömrük Komitəsinin həbsdə olan şöbə rəisinin cəzası azaldıldı
Bu gün, 10:36
Rusiya niyə tez-tez “artsax” deməyə başlayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:16
Masallıda daha bir EKOVƏHŞİLİK... - FOTOFAKT
Bu gün, 10:13
İdarə rəisi və işçilərinə yekun ittiham verildi - TƏFƏRRÜAT
Bu gün, 10:07
“Birbank” arayışların qiymətini artırıb
Bu gün, 10:00
“MİDA”nın FÜZULİ FIRILDAĞI... - vətəndaş İFŞA EDİR...
Bu gün, 09:55
Zəfər Quliyev nazirliyə gedən şikayətlərin qarşısını BELƏ KƏSİR... - "Bəxtiyar Nəsibov neytrallaşdırır..."
Bu gün, 09:43
Xocalı canisinin deputat oğlunun xaricə uçmasının qarşısı alındı... - tert.am
Bu gün, 09:38
Əmrullayev 20 milyonluq tenderi - görün, KİMƏ VERDİ...
Bu gün, 09:36
Tanınmış meyxanaçı "Mahir Ay Brat" yenidən həbs edilib - elektron qolbaqda idi...
Bu gün, 09:33
Qabil Məmmədovla bağlı istintaq başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 09:28
Böyük İsrail yaranarsa..: Bizə yenədəmi DOST OLACAQLAR? - Görünəni odur ki...
Bu gün, 09:26
Dörd ölkə fəlakətin bir addımlığında: Siyahıda Azərbaycan da var - DETALLAR
Bu gün, 09:23
“Azərbaycan” məhəlləsi – qardaş hədiyyəsi - MƏQALƏ
Bu gün, 09:21
Qardaşlığının və həmrəyliyin əsl nümunəsi - İsrafil Kərimovun yazısı
Bu gün, 09:19
Sabirabaddakı şirkətdə təsisçilər paylarını götürdü - NİZAMNAMƏ KAPİTALI KƏSKİN AZALDI
Bu gün, 09:12
Avstriya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 09:10
Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidentinin Bakıda məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:07
Əmək Müqaviləsinə xitam verilərkən... - DİQQƏT!
Bu gün, 09:05
Partlayan bombalar Azərbaycanı da “vurdu” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:49
Vətəndaşların `Kontakt Home` ÇİLƏSİ... - HƏLƏ DƏ DAVAM EDİR...
Bu gün, 08:47
Əlilliyi olan işçilərin bu hüquqları var imiş... - Ekspert danışır...
Bu gün, 08:40
İrandan atılan raket “Microsoft”un binasına ziyan vurdu - Xəsarət alanlar var
Bu gün, 08:36
Solovyov elə Kremlin sifarişi ilə BÜLBÜL KİMİ ÖTÜR... - FAKT BUDUR!
Bu gün, 08:33
Sərhədimizdən ABŞ-a məxfi məlumatlar ötürülüb - QALMAQAL
Bu gün, 08:30
Xamenei ÖLSÜNMÜ, QALSINMI? - SUAL BUDUR, BU!..
Bu gün, 08:28
Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı satılıb - TƏFƏRRÜAT
Bu gün, 06:50
Rəfail Abdullayevin şirkəti xalqa qarşı - NARAZILIQ VAR...
Bu gün, 06:45
“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır
Bu gün, 06:38
"Rossiya 1" kanalında Azərbaycanı hədəf alan təxribatlara son verilməlidir" - REAKSİYA
Bu gün, 06:35
"Azərbaycan Prezidenti bu gün də İranda yaşayan soydaşlarımızın mənafeyini qoruyur" - deputat
Bu gün, 06:26
Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin real qarantına çevrilib - FAKT BUDUR!
Bu gün, 06:18
Paşinyana qarşı Ambartsumyan və ya sabiqlərin uğursuz təşəbbüsü - GƏLİŞMƏ
Bu gün, 06:16
“Cəmil təkid etsə də, gülləri Hacıbaba Bağırovun üzünə ürəklə çırpmadım...”
Bu gün, 06:13
Paşinyan Rusiyaya meydan oxuyur - NƏ BAŞ VERİR?
Bu gün, 06:09
İran parçalansa, iki ölkə ərazisinin bir hissəsini itirəcək – Ardınca isə…
Bu gün, 06:05
İsrailin hava hücumundan müdafiəsinə gündə 200 milyon dollar xərclənir - WSJ
Bu gün, 06:02
Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyaya yerləşdirildi
Bu gün, 05:59
“Hizbullah” lideri İrana qarşı təcavüzə cavab vermək hüququnu özündə saxladığını deyib - əl-Mənar telekanalı
Bu gün, 05:54
Göyçayın bu məmuru narazılıq yaradır - İTTİHAM VAR...
Bu gün, 05:50
Naxçıvan Psixi Xəstəliklər Dispanserinə baş həkim təyinatı olub - FOTO
Bu gün, 05:41
Tehran Tel-Əvivin gizli məlumatlarını ələ keçirdiyini iddia edir, amma...
Dünən, 18:15
Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək - MƏBLƏĞ
Dünən, 18:09
Qeyri-neft sektorunda kəsir son 11 ilin rekord səviyyəsinə çatdı
Dünən, 18:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru