Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                 

General Mövlam Şıxəliyevin həbsinə hazırlıq gedir? - İDDİA
Tarix: 29-04-2016, 08:35 | Çap et
General Mövlam Şıxəliyevin həbsinə hazırlıq gedir?
В«TəzadlarВ»ın ötən saylarında Azərbaycan Respublikası Əmanət Bankın keçmiş sədri, iş adamı Hüseyn Səfərovun ləğv olunmuş MTN-nin İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin В«TexnikabankВ»ın Bakı filialının işi ilə bağlı aparılan istintaq zamanı ondan hədə-qorxu yolu ilə 2 milyon dollar pul alınmasına dair şikayəti dərc olunmuşdu… Bu yazı o dərəcədə qalmaqala səbəb olmuşdu ki, hətta В«TəzadlarВ»ın rəhbərliyi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Baş İstintaq İdarəsinə dəvət edilərək sorğu-sual da edilmişdi… Ardınca Mövlam Şıxəliyevin səlahiyyətli nümayəndəsi redaksiyamıza zəng edərək Mövlam Şıxəliyevin bu faktı qəti şəkildə təkzib etməsinə dair cavab mesajını bizə təqdim etmişdi, həmin təkzib xarakterli mövqe qəzetin növbəti sayında dərc olunmuşdu.

Mövlam Şıxəliyev təkzib edir, amma…

Söhbət ondan gedir ki, Mövlam Şıxəliyev H.Səfərov adlı şəxsdən bu məbləğdə pulun hədə-qorxu yolu ilə alınmasını qəti surətdə təkzib edir, H.Səfərov isə 2 milyon dollar rüşvət məsələsində istintaq tərəfindən zərərçəkmiş kimi tanınıb. Yəqinki hüquqşünaslar bunun nə demək olduğunu yaxşı bilir və istintaq materiallarında H.Səfərovun zərər çəkdiyi epizod üzrə istintaq davam edir.
Bundan əlavə, H.Səfərov da iddia edir və bütün istintaq ifadələrində də birmənalı olaraq yazır ki, 2 milyon dollar rüşvət pulu hədə-qorxu yolu ilə ondan alınıb, pul gneral-mayor, MTN-nin İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevin tabeliyində olan şöbə rəisi Vüsal Ələkbərov tərəfindən qəbul edilib. Sonnucu H.Səfərova bildirib ki, həmin pul rəisin göstərişi ilə alınır və sonuncuya çatdırılacaq və s. Sual yaranır: hansı şöbə rəisi, özü də MTN kimi qorxulu bir nazirliyin istintaq idarəsində, rəisinin xəbəri, icazəsi, tapşırığı olmadan 2 milyon dollar rüşvət ala bilərdi???
İkincisi, əgər belə deyilsə, onda istintaq niyə Vüsal Ələkbərovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçib?
Üçüncüsü və ən vacibi, В«TəzadlarВ»a daxil olan məlumata görə, Mövlam Şıxəliyev bu həftənin birinci günü, yəni aprelin 22-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılıb, zərərçəkən Hüseyn Səfərovla üzləşmə aparılıb. Redaksiya bununla bağlı H.Səfərovla əlaqə saxladı, amma… M.Şıxəliyevin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə daxil olmasını təsdiqləyən şahidlər də var… İstintaq sirri olduğundan bəzi detalları hələki açıqlamaq istəmirik. Amma bu faktın özü bir daha sübut edir ki, M.Şıxəliyevin həbsinə hazırlıq gedir. Zərərçəkən H.Səfərov da əvvəlki açıqlamalarında birmənalı olaraq bildirmişdi ki, Mövlam Şıxəliyev onun şöbə rəisi olmuş, hazırda həbsdə olan Vüsal Ələkbərovun yanında olmalıdır: В«Mövlam Şıxəliyev həbs edilməli və mənə vurulmuş bütün maddi və mənəvi ziyan ödənilməlidir…“.


Mövlam Şıxəliyevin topdağıtmaz mülkləri və…

H.Səfərov В«TəzadlarВ»a açıqlamasında keçmiş MTN generalının mülkləri barədə də maraqlı məlumatlar vermişdi: «…Bəli, həmin iş üzrə mən zərərçəkmiş kimi tanınmışam… Külli miqdarda pulumu mənimsəyiblər, bu işdə əsas günahkar kimi MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevi və onun “danışan dili”, tapşırıqlarını icra edən, bizi həbslə hədələyib pullarımızı şantaj yolu ilə ələ keçirən Vüsal Ələkbərovu bilirəm, ifadəmdə də belə yazmışam… Lakin istintaq getdiyindən başqa heç nə deyə bilmirəm… Əslən Ağdaşdan olan Mövlam Şıxəliyevin Ağdaşda çoxsaylı obyektləri, Novxanıda dənizə açılan milyonlarla dəyəri olan villası, Sirkin yanındakı “AFSENTR”də bir neçə mənzilləri var, “Sahil” Ticarət Mərkəzinin üstündəki binada bir mərtəbəni bütövlükdə alıb, orda bütün ailə üzvlərinin ayrıca mənzilləri var, burada yaşayırlar… “Gənclik”də 10-a yaxın mənzillərinin olduğunu bilirik… Əvvəllər Yasamalda “Xuruşşovka”da yaşamış bir adam birdən-birə bu qədər sərvətə necə nail olub??? Hətta o, Nizami Kino Mərkəzinin yanında milyonçu Musa Nağıyevin olmuş arxitekturalı qədim binada 2 milyon dəyəri olan mənzili alıb, amma orada yaşamır. Onun bu əmlakları satılaraq biz zərərçəkənlərə qaytarılmalıdır… Əgər Mövlam Şıxəliyev yaxın günlərdə şantaj yolu ilə məndən aldığı 2 milyon dollar pulu qaytarmasa, özümü onun “Sahil” Ticarət Mərkəzinin üstündəki mənzilinin qarşısında yandıracağam… İndidən mətbuat vasitəsilə bəyan edirəm ki, onun şantajlarından neçə ildir xəstəlik tapmışam, müflis vəziyyətə düşmüşəm. Dəfələrlə bu barədə özünə demişəm, pulumu qaytarmağa söz verib, amma hər dəfə aldadır, qaytarmır. Artıq belə yaşamaqdan bezmişəm… Bu yaxınlarda isə zəng edərək bir də xəbərdarlıq etmişəm, söz verib ki, qaytaracaq. Amma bir gün sonra mobil telefonlarını söndürüb…”.
***
Xatırladırıq ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində MTN işi ilə bağlı bir müddətdir cinayət işi başlanıb, təxminən 6 aydır istintaq hərəkətləri davam etdirilir. Baş Prokurorluğun rəsmi məlumatına görə, indiyədək iş üzrə istintaqa 22 nəfər cəlb olunub, 1 nəfər axtarışa verilib, 1 nəfər isə ev dustaqlığındadır. Baş Prokurorluğun məlumatlarında əlavə olaraq bildirilir ki, indiyədək “MTN işi” ilə bağlı iş üzrə 130 epizod araşdırılıb. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 100-ə yaxın sahibkar-iş adamı zərərçəkmiş şəxs qismində tanınıb. İş üzrə həbs olunmuş Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev Bakı İstintaq Təcridxanasında intihar etmişdir. Həbsdə olan MTN-çilərdən 36 yaşlı general-mayor Vüqar Allahquliyev, MTN-nin Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi general-mayor Pərviz Səfərov, generallığın bir addımlığında olmuş MTN-in Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, nazirliyin Kadrlar İdarəsinin rəis müavini polkovnik Tehran Babatov, MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətov, milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev, MTN-in Antiterror Mərkəzinin idarə rəisinin müavini, polkovnik Nail Tağızadə və başqalarının adı var. Həmçinin MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev işdən çıxarılıb və yuxarıda qeyd etdiyimiz kimi, istintaqa çağırılıb, onun şöbə rəisi Vüsal Əfəndiyev həbsdədir…
***
Bütün bunlara rəğmən, məlumatlı mənbə bildirir ki, artıq baş verənlər onu deməyə əsas verir ki, Mövlam Şıxəliyevin həbsinə hazırlıq gedir. Hətta onun general rütbəsindən məhrum ediləcəyi barədə də xəbərlər var. Çünki bütün qanunsuz hərəkətlər məhz İstintaq İdarəsində reallaşıb...
Amma cəmiyyəti maraqlandıran daha bir məsələ də qaranlıq qalır: niyə ətrafı həbs edildiyi, işdən çıxarıldığı halda, bu komandanın başında durmuş Eldar Mahmudov hələ də faktiki azadlıqdadır???
Mövzuya qayıdacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru