BAKIDA TÜRKİYƏ ŞİRKƏTİ QARƏT OLUNDU
Tarix: 27-08-2012, 12:34 |
Çap et
OĞRULAR 101 MİN MANAT PUL APARIBLAR
Bu gecə gecə Bakıda şirkətin ofisinə basqın edilib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Səbail rayonu ərazisində, Nizami küçəsi 86 ünvanında yerləşən “Friterm” şirkətinin ofisindən 101 min manat pul oğurlanıb. Dərhal hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Hazırda oğurluğun kim tərəfindən törədilməsi araşdırılır, təhlükəsizlik kameralarının çəkdiyi kadrlar incələnir.
Qeyd edək ki, “Friterm” Türkiyə şirkətidir. Şirkət isitmə-soyutma sistemlərinin satışı, quraşdırılması ilə məşğul olur.