SUMQAYTI DÖVLƏT UNİVERSİTETİ MƏHKƏMƏYƏ VERİLDİ
Tarix: 26-08-2012, 13:53 |
Çap et
“AZƏRSU”YA BORCU VAR İMİŞ
“Azərsu” ASC Sumqayıt Dövlət Universitetinə qarşı məhkəmə iddiası qaldırıb.
Femida.az-ın məlumatına görə, ASC-nin iddiası yaranmış borcun tutulması tələbi barədədir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Sumqayıt Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
Hazırda işə Ali Məhkəmədə baxılır.
“Azərsu” ASC-nin Sumqayıt Dövlət Universitetində tələb etdiyi borcun məbləği açıqlanmır.