FARS-MOLLA REJİMİNDƏN DAHA BİR İYRƏNCLİK
Tarix: 16-08-2012, 13:01 |
Çap et
YARDIM APARANLAR HƏBS OLUNUB
İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələdən zərərçəkənlərə kömək məqsədilə yardım toplayan 4 azərbaycanlı fəal həbs edilib.
APA-nın məlumatına görə, Meysəm Azadi, Oktay Rəşidi, Vahid Səidxani və Firudin Ağazadə Urmiya şəhərində əhalidən yardım toplayıb avqustun 15-də Vərzigana gedərkən yolda polis tərəfindən tutulub.
Hazırda azərbaycanlı fəalların harada saxlanıldığın barədə məlumat yoxdur.