Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                     Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb .....                     Əməkdar artist açıq ürək əməliyyatı olundu: .....                     Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib .....                     “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” .....                     “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək .....                     Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? .....                     "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" .....                     Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək .....                     “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür .....                     Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? .....                     "Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" .....                     Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında .....                     “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi .....                     Ermənistanın İKİ ən etibarlı qarantoru .....                     Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" .....                     Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR .....                     Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib .....                     AYNA Bakıda tıxacları həll edən qurum deyil .....                     Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı .....                     Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb .....                     Arzu Kazımovun adı keçən BORC QALMAQALI... .....                     Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər .....                     "İrşad" BOKT-un zərəri kəskin artıb .....                     AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib .....                     Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb .....                     Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” .....                     Neft 180 dollara çata bilər .....                     Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü .....                     “Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur .....                     “Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... .....                     Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi .....                     Bərdədə fermerlərin SIĞORTA DAVASI... .....                     Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... .....                     Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... .....                     Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb .....                 

HAKİMİYYƏT DAXİLİNDƏ DƏHŞƏTLİ SAVAŞвЂ¦
Tarix: 25-07-2012, 15:02 | Çap et
HAKİMİYYƏT DAXİLİNDƏ DƏHŞƏTLİ SAVAŞвЂ¦

BAŞ NAZIRLIK MÜBAHİSƏSİ TƏCİLİ HƏLL OLUNMALIDIR

DİA.AZ: - Bu gün Azərbaycanda başlanan ən böyük savaş siyasi düşərgələr arasında yox, hakimiyyətin içində - baş nazirlik uğrunda gedir. Qeyd edək ki, bu arada Artur Rəsizadənin səhhətində problemlərin yayılması xəbəri də yayılıb. Doğrudur, NK-dan bu məlumat təkzib olundu, amma məsələnin heç də rəsmi dillərin ifadə etdiyi şəkildə olmadığı da iddia olunur.

Xatırladaq ki, bir neçə il öncə ciddi dəyişikliyə gedərək prezident olmazsa, onun səlahiyyətlərini kim həyata keçirəcək sualına cavab tapıldı. O zamanlar bu posta parlament sədri çox yaxın idisə, sonradan parlamentə inam itdi və bu şərəf baş nazirə verildi.

Elə bundan sonra baş nazir postu oliqarxların diqqət mərkəzinə düşdü. Düzdü, bu gün baş nazir postu, məhz Artur Rəsizadənin fəaliyyətinə görə o qədər də diqqəti cəlb etmir. Amma Artur Rəsizadə artıq siyasi meydandan getməyə hazırlaşır və neytrallığını qoruyan baş nazir postu günbə-gün təhlükəli vəzifəyə çevrilir. Çünki bu postda oturacaq şəxs faktiki olaraq Azərbaycanın ikinci şəxsi olacaq. Azərbaycanda isə ikincilik uğrunda savaş 20 ildir ki, gedir və indi daha ciddi şəkil alır.

Qeyd edək ki, hazırda bu posta bir neçə şəxs iddialıdır. Bunlardan daha effektlisi Fövqalədə Hallar Naziri Kəmaləddin Heydərov və Nəqliyyat Naziri Ziya Məmmədovdur. Həmçinin, dünənə qədər bu posta layiqli namizədlərdən biri də Samir Şərifov idi. Bundan başqa Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də bu posta öz namizədini yerləşdirməyə çalışır.

Xatırladaq ki, bir neçə ay öncə Nəqliyyat Naziri Ziya Məmmədov bu posta iddialı olduğunu açıq şəkildə nümayiş etdirmişdi və bu səbəbdən oliqarxların hədəfinə düşmüşdü. Hətta Ziya Məmmədovun uzağı bir ay ərzində nazir postunu da itirəcəyi proqnozlaşdırılırdı. Çünki Nəqliyyat naziri ilə bağlı şok yaradacaq hesabatlar hazırlanmışdı və kimlərisə inandırmağa yaxın idilər ki, Ziya Məmmədov artıq müstəqli fəaliyyət göstərir və elə işləri var ki, bunlar diqqətdən kənardadır. Amma məsələnin ən qaynar zamanında məlum oldu ki, əslində hakimiyyət daxilində başqa güclərdə var və yetəri qədər iddialıdırlar. Bunlardan biri də Maliyyə Naziri Samir Şərifovdur. Siyasi proseslərə o qədərdə müdaxilə etməyən, amma büdcəyə ciddi şəkildə nəzarət etmə funksiyasını əlində saxlayan Samir Şərifovun baş nazir postuna layiqli namizəd olduğu söylənildi. Çünki Samir Şərifov tək büdcəyə nəzarət etmir, həm də ölkədəki, kölgə iqtisadiyyatının tənzimlənməsi işini həyata keçirir və demək olar ki, yeri gələndə ən ciddi oliqarxlar belə, onunla hesablaşmaq zorunda qalırlar. Kölgə iqtisadiyyatının real mənzərəsini dərinliyinə qədər bilən, məhz Samir Şərifovdur.

Lakin Maliyyə naziri proseslərin ən həssas məqamında texniki yanlışlığa yol verdi. O, dövriyyədən kənar pulların yavaş-yavaş yığışdırılması ideyasını səsləndirdi. Hətta bunun üçün ilk növbədə bankların fəaliyyətini nəzarətə götürməyi, özəl bankların çox böyük hissəsinin ləğv edilərək vəsaitin dövlət bankları arasında bölüşdürülməsini istədi. Yəqin ki, bu çox ciddi bir addım idi və oliqarxlar bundan narahat olmaya bilməzdi. Çünki bankların sıradan çıxarılmasından sonra oliqarxların əlində olan gizli kapitalın yığışdırılması prosesi başlamalı idi. Bu isə o deməkdir ki, dövlət büdcəsindən qat-qat çox vəsaitin sahibləri dəyişdirilməli, oliqarxlar arasındakı tarazlıq pozulmalı idi.

Bildirilir ki, Samir Şərifov bu sistemi həyata keçirə bilsəydi, ölkə iqtisadiyyatına tam olaraq nəzarət edən yeganə insan olacaqdı. Bu isə onun baş nazir postunda oturmasını təmin etməli idi. Amma S.Şərifov bunu nəzərə almadı ki, oliqarxlar artıq prosesin hara getdiyini bilirdilər və buna görə də tezliklə əks addımlar atıldı. Gəlin bəzi ştrixlərə diqqət yetirək.

Samir Şərifov necə vuruldu? Çox maraqlıdır ki, xarici qüvvələrlə iş birliyi məsələsi ortaya çıxarılmaqla. Bu prosesin əm maraqlı məqamında açıqlama verildi ki, bir zamanlar keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin getdiyi yolu, indi də Maliyyə naziri Samir Şərifov gedir və onun hazırda ABŞ səfirliyi, həmçinin “narıncı inqilab”ların ideya müəllifi kimi tanınan, “Soros” fondunun rəhbəri Corc Sorosla sıx əlaqələri var. Hətta tanınmış müxalifətçi, “Soros” fondunun Azərbaycan üzrə keçmiş təmsilçisi Zərdüşt Əlizadə bildirdi ki, fondun prezidenti Samir Şərifovla çox maraqlanır və ona xüsusi hörməti var. Bu cür absurd bir fikrin formalaşması həm Samir Şərifov artıq oyundan çıxarıldığını sübut edir, həm də maliyyə nazirinə qarşı hansı gücdə oyun qurulduğunu ortaya çıxarır. Əslində belə bir açıqlama, faktiki olaraq Samir Şərifovu nok-dauna saldı. Qarşılığında isə oliqarxlar yenidən özlərinə gələ bildilər. Yenə xatırlatmaq istəyərdik ki, Samir Şərifovun oliqarxlara qarşı yürüşü başlamasaydı, bu gün Ziya Məmmədov ya yox idi, ya da tamam küncə sıxışdırılmışdı.

Beləliklə, gördüyünüz kimi baş nazirlik uğrundakı savaşda Samir Şərifov tamam yox edildi. İndi meydanda iki güc qalıb. Bir tərəfdə Kəmaləddin Heydərov, digər tərəfdə isə hazırki spiker Oqtay Əsədov. Hər iki məmur yetəri qədər iddialıdır və yuxarı eşalona çox yaxındır. Maraqlıdır, bəs hansının şansı daha çoxdur?

DİA.AZ-ın apardığı hesablamalar göstərir ki, baş nazirlik postuna elə bir şəxs axtarılır ki, kölgə iqtisadiyyatında həlledici payı olmasın və siyasi proseslərə müdaxiləsi az olsun. Bu kriteriyalarla yanaşsaq, Oqtay Əsədovun şansı daha parlaqdır. Nəyə görə? Sirr deyil ki, bu gün Kəmaləddin Heydərov neft sektorunu bir kənara qoysaq digər sahələrdə ciddi paya sahibdir və ölkə iqtisadiyyatının tam olaraq 30 faizindən çox hissəsinə nəzarət edir. Bundan başqa vergilər və gömrük kimi strateji nöqtələr də onun nəzarətindədir. Belə bir şəxsin baş nazir təyin olunması o deməkdir ki, real büdcədən qat-qat çox olan kölgə iqtisadiyyatı tam olaraq onun nəzarətinə keçəcək və yaxın bir neçə il ərzində Azərbaycan iqtisadiyyatının 70 faizindən çoxuna Kəmaləddin Heydərov nəzarət edə biləcək. Bu isə artıq hakimiyyətin Kəmaləddin Heydərov qarşısında ağ bayraq qaldırması deməkdir.

Digər tərəfdən Kəmaləddin Heydərov yetəri qədər ciddi siyasi addımların müəllifidir və baş nazir postuna gələndən sonra onun siyasi gücünün daha da artacağı gözlənilir. Bildirilir ki, bu günün özündə Kəmaləddin Heydərov balanslaşdırılmış siyasət həyata keçirir və onun İsrail və Çin kimi dövlətlərdə ciddi siyasi dəstəyi var. Bu gün dünyaya meydan oxuyan Çin və İsrail gücünə sahib olaraq, Azərbaycan kimi xırda bir dövlətin ikincisi olmaq nə deməkdir, bunu da artıq təsəvvür etmək çətin deyil. Amma Kəmaləddin Heydərovdan fərqli olaraq, Oqtay Əsədov bu imkanlara sahib deyil. Ciddi biznes şəbəkəsinə sahib olan Oqtay Əsədovun kölgə iqtisadiyyatına isə təsir etmədiyi bildirilir. Bu isə o deməkdir ki, spiker sabah baş nazir postuna gələrsə ölkənin iqtisadi dünyasına heç bir şəkildə təsir edə bilməyəcək və əsas işi sadəcə bu iqtisadiyyata nəzarət etmək olacaq. Deməli, o, real təhlükə mənbəyinə çevrilə bilinməz. Digər tərəfdən Oqtay Əsədov hazırda spiker olsa da, bir dəfə belə müstəqli siyasi xətt yürütməyə həvəs göstərməyib. Oturduğu kürsü mühüm, həmçinin müstəqilliyi yetəri qədər olsa da, o, hər zaman oliqarxların və Prezident Administrasiyasının reaksiyalarını vacib sayır. Bu isə ona olan inamı daha da artırır. Yeganə problem isə budur ki, Oqtay Əsədov Prezident Administrasiyasının rəhbəri tərəfindən tam olaraq qəbul olunmur. Hətta bir neçə ay öncə baş nazirlik məsələsi müzakirəyə çıxarılanda, məhz bu ünvandan etirazlar eşidib. Bu isə o deməkdir ki, hakimiyyət daxilində qanlı savaşlar davam edəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08
Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58
Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50
Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47
AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41
Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40
Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15
"İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01
Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46
Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40
Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37
“Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27
“Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43
Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31
Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07
Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02
Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
“Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39
Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19
"Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53
Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50
Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru