Evin tək oğlu olan şəhid əsgərin başdaşı və qırxına pul tapılmır - DƏHŞƏT!!!
Tarix: 21-01-2016, 12:58 | Çap et
 Ötən il dekabrın 16-da cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə şəhid olmuş əsgər Rəşad Əlyar oğlu Cəfərzadənin 40 mərasimi yaxınlaşır. 21 yaşında şəhid olan Rəşad başsız bir ailənin tək oğlan övladıydı. Və onun ölümü bir nəslin varlığına son qoydu. Yanvarın 24-də şəhidə qırx mərasimi veriləcək. Rəşad Cəfərzadəni ana əvəzi - xalası, yeganə bacısı, ata əvəzi-dayısı torpağa tapşırmışdılar. Hər iki valideynini hələ körpə ikən itirən Rəşad və bacısını xalası və dayısı çox böyük çətinliklə boya-başa çatdırmışdılar.
Məcburi köçkünlük və yetimçiliklə böyümüş, 21 yaşında isə şəhid olmuş əsgərimizin yaxınları onun məzarı üçün başdaşı hazırlanmasına və qırx mərasiminin verilməsinə maddi vəsait tapa bilmirlər.
Bu barədə Modern.az saytına şəhidin ata əvəzi-dayısı Mahir Pənahov məlumat verib.
Mahir Pənahov deyib ki, onlara yalnız dəfn günü 3 min manat və sonradan isə əsgərin şəhid olduğu Tərtər rayonundan 1400 manat vəsait göndərilib:
“Dəfn günü Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani bizə kömək məqsədilə 3000 manat verib. Bir də Tərtərdəki hərbi hissədən zabit və əsgərlər adından 1400 manat pul gətirilib. Ondan başqa bizə heç yerdən maddi yardım olunmayıb. Mən də həmin 4400 manatla dəfn xərclərini, şəhidin üç, yeddi, cümə axşamları mərasimlərini yola vermişəm. Bir çətinliklə məzara başdaşı düzəltdirib qoydurmuşam. Amma onun pulunu verməyə imkanım yoxdur”.
Mahir Pənahov bu gün Binəqədi rayon İcra Hakimiyyətindən onu çağıraraq, başdaşı üçün yox, yalnız ehsan verməyə kömək edə biləcəklərini söyləyiblər : “Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar müəllim məni çağırdı və dedi ki, “çalışarıq köməklik edək”. Amma başdaşının xərcinı kömək üçün heç bir şey demədilər. İndiyə qədər Binəqədi rayon Bələdiyyəsinin sədri Hümbət müəllim, kənd icra nümayəndəsi Qəzənfər müəllim, bir də səfərbərlik xidmətindən Mehman müəllim bir neçə dəfə zəng edib, bizimlə maraqlanıblar. Onlardan başqa bizim qapını heç kim açmayıb”.
Şəhidin dayısı Mahir Pənahov deyib ki, kömək edən olmasa, qırx mərasiminin yola verilməsi üçün borc götürməyə məcbur olacaq.
“Rəşadı və bacısını mən böyütmüşəm. Mən və həyat yoldaşım onları mənəvi valideynləriyik. Şəhidə belə münasibət bəsləmək olmaz. Son 20 ildə Binəqədi rayonuna gələn yeganə ata-anasız şəhidə belə qiymət verilməməliydi. Bunu mən şəhidə qarşı hörmətsizlik sayıram. Əgər kömək olunmasa, məcburam ki, qırx mərasiminin təşkili üçün borca girim. Başqa əlacım, çıxış yolum yoxdur”.
Şəhidi böyütmüş ana əvəzi Rəbiyyə Pənahova da vətən yolunda canındam keçən əsgərə belə münasibətin onu çox arıtdığını vurğulayıb: “Allaha and olsun ki, hələ şəhidin məzarının üstü də götürülməyib. Artıq 3 gündən sonra qırx mərasimidir. Yoldaşım - şəhidin dayısı gecə-gündüz stress keçirir, fikirləşir ki, bu uşağın qəbrinin üstünü necə götürəcək... Qırx mərasimini necə yola verəcək... Axı, belə olmaz. Budur şəhidə verdikləri dəyər, qiymət? Axı Rəşad 21 yaşında canını bu vətən, bu dövlət üçün qurban verdi. Üç mərasiminə gələn vəzifə sahibləri yalandan dedilər “nə lazımdısa, kömək edəcəyik”. Amma indi artıq qırx mərasimidir. Heç biri kömək etməyib”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR - Ayağımızda milyardlıq borclar var...
Bu gün, 07:07 |
|
|
|
| • Feyziyevin aşıb-daşan sərvəti... - BU HƏLƏ HARASIDIR Kİ...
Bu gün, 06:56 |
|
|
|
| • Bölmək... bölünmək o qədər asandır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47 |
|
|
|
| • "Qarabağ" son nöqtəni də gözəl qoydu... - Ardı gəlsin!
Bu gün, 06:42 |
|
|
|
| • “İmişli”nin loqosu plagiatdır? - FOTO
Bu gün, 06:36 |
|
|
|
| • 6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? - FOTO
Bu gün, 06:29 |
|
|
|
| • Başçı Şabranı zibilxanaya çevirib - Asif Hüseynov hansı günə o kürsünü məşğul edir ki...
Bu gün, 06:25 |
|
|
|
| • ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? - Partiya sədrindən PROQNOZ
Bu gün, 06:19 |
|
|
|
| • Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir - ŞƏRH
Bu gün, 06:15 |
|
|
|
| • Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! - AKTUAL
Bu gün, 06:13 |
|
|
|
| • Trampın iştirakı Güney Qafqazdakı sülh üçün MÜHÜMDÜR - ÇÜNKİ...
Bu gün, 06:11 |
|
|
|
| • İsrail saxta erməni soyqırımını tanısa, o zaman yəhudi soyqırımını da şübhə altına alacaq... - Knesset Netanyahu kimi CIRTQOZ DEYİL
Bu gün, 06:08 |
|
|
|
| • Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verilib – Kimin planıdır?
Bu gün, 06:03 |
|
|
|
| • "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR - FOTOFAKT
Bu gün, 06:02 |
|
|
|
| • Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi QƏRAR VERƏCƏK
Dünən, 18:02 |
|
|
|
| • Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir - KİV
Dünən, 17:58 |
|
|
|
| • “Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb - DETALLAR
Dünən, 17:56 |
|
|
|
| • Çarukyanın nələri varmış?! – Milyardları müsadirə edilir
Dünən, 17:42 |
|
|
|
| • Asiya İnkişaf Bankına yeni vitse-prezident TƏYİN EDİLİB
Dünən, 17:37 |
|
|
|
| • “Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” - Tural İrfan
Dünən, 17:31 |
|
|
|
| • Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? – Bəzi detallar açıqlanıb
Dünən, 17:23 |
|
|
|
| • Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? - ARAŞDIRMA
Dünən, 17:19 |
|
|
|
| • Qaqauzlar Türkiyədən dəstək istədi: - Ankara nə edəcək?
Dünən, 17:08 |
|
|
|
| • Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb - TƏFƏRRÜAT
Dünən, 17:04 |
|
|
|
| • AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır - BAZAR OLSUN...
Dünən, 17:03 |
|
|
|
| • Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi - DETALLAR
Dünən, 17:01 |
|
|
|
| • "Villa Inn" otelində sevgilisini döydü - Məhkəmədə bağışlandı
Dünən, 17:01 |
|
|
|
| • “İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” - “Qarabağ bülbülləri”nin solisti doğum günündə XATIRLANDI
Dünən, 16:49 |
|
|
|
| • İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb - “Reuters”
Dünən, 16:45 |
|
|
|
| • “ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? - ARAŞDIRMA
Dünən, 16:29 |
|
|
|
| • “Rosatom”u Argentinadan qovdular - Yeni Prezident ABŞ-ni seçib
Dünən, 16:22 |
|
|
|
| • Zəngəzur dəhlizində işlərin başlanacağı TARİX
Dünən, 16:15 |
|
|
|
| • Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib
Dünən, 16:09 |
|
|
|
| • Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:04 |
|
|
|
| • Əməkdar jurnalist komaya düşdü - Vəziyyəti ağırdır
Dünən, 15:59 |
|
|
|
| • Paşinyandan ermənilərə “Nənə-baba” zərbəsi - News.am
Dünən, 15:47 |
|
|
|
| • Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub
Dünən, 15:46 |
|
|
|
| • "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir - ŞƏRH
Dünən, 15:28 |
|
|
|
| • Tovuz bələdiyyəsinin xərcləri proqnozu aşdı – 22 min manat "LUKOIL"a xərcləndi
Dünən, 15:23 |
|
|
|
| • Həbsdə olan jurnalistin səhhəti pisləşdi - AÇIQLAMA
Dünən, 15:16 |
|
|
|
| • Şirkətlər bu bankdan niyə qaçır? - 260 milyonu geri çəkdilər
Dünən, 15:05 |
|
|
|
| • İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi - “Hraparak”
Dünən, 14:58 |
|
|
|
| • NATO-nun Bakıdakı təmas səfirliyi regiona nə vəd edir? - ŞƏRH
Dünən, 14:56 |
|
|
|
| • "O pul mənim üçün çox böyük puldur..." - NARAZILIQ VAR...
Dünən, 14:45 |
|
|
|
| • Ekspertdən ETN və MÜTDA-ya sərt sözlər: - “Milyardlar xərclənir, nəticə yoxdur”
Dünən, 14:31 |
|
|
|
| • "Deyirlər, elə mahnı oxu ki, tamaşaçının “damarını tutsun” - Şölə
Dünən, 14:28 |
|
|
|
| • Bağça-məktəb arasında qalan uşaqlar: Valideynlər narazıdır - NƏ BAŞ VERİR?
Dünən, 14:25 |
|
|
|
| • Fələstinli nazir Bakıda nə istəyib? – “Koka-kola” planına möhtəşəm CAVAB
Dünən, 14:22 |
|
|
|
| • Yeni model Bakıdakı bu məktəblərdə tətbiq olunacaq - SİYAHI
Dünən, 14:08 |
|
|
|
| • "Hamının evində anası-bacısı var” - Novella Cəfəroğludan Taleh Yüzbəyova
Dünən, 14:03 |
|
|
|
|