Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? .....                     Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib .....                     Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? .....                     “Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” .....                     Sabunçuda park içində tikinti özbaşınalığı .....                     “Aygünün mahnılarını radioda səsləndirmədilər, .....                     Akopyandan Paşinyanla bağlı .....                     Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan .....                     20 illik əlillik hüququ LƏĞV OLUNDU... .....                     Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı .....                     35 illik münaqişədən sonra... .....                     Erməni baş nazir xalqını əmin edir ki... .....                     Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? .....                     Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı .....                     “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” .....                     “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” .....                     NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... .....                     Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                 

Cahangir Hacıyevin 70 milyonluq В«baramaВ» əməliyyatının şok təfərrüatı - В«Şəki-İpəkВ» ASC necə çökdürülüb?
Tarix: 11-11-2015, 12:03 | Çap et
Cahangir Hacıyevin 70 milyonluq В«baramaВ» əməliyyatının şok təfərrüatı
“Şəki-İpək” ASC ətrafında nələr baş verir? Deyəsən, Azərbaycan Beynəlxalq Bankının (ABB) “kredit əməliyyatı” adıçəkilən müəssisəyə qədər uzanır. Belə ki, ötən həftə ASC işçilərinin ixtisar olunması barədə mətbuatda məlumat yer aldı. Baş redaksiyası Şəkidə yerləşən “İpəkçi” qəzetinin yazdığına görə, “Şəki-İpək” ASC rəhbərliyi artıq ipəkçiliyi rəsmən ləğv edib. Bununla az işçi qüvvəsi tələb olunan pambıq sap istehsalına keçməyə qərar verib. Hazırda 500 nəfərə yaxın işçi öz hesablarına məzuniyyətə göndərilib. Qəzet yazır ki, onların təqribən 400-ü işdən azad olunacaq.
200 min dollar necə mənimsənilib?

Müəssisə ətrafında nələrin baş verdiyini, niyə vəziyyətin bu həddə çatdığını bilmək üçün onun tarixçəsinə nəzər yetirmək yerinə düşərdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Şəki İpək İstehsal Birliyində 7 min nəfərə qədər işçi çalışırdı. Həmin dövrdə Azərbaycanda hər barama mövsümündə 150 mindən artıq kəndli ailəsi ipək qurdu bəslənməsi və barama istehsalı ilə məşğul idi. Respublika üzrə il ərzində barama istehsalının həcmi 5-6 min tona çatmışdı. Bu isə nə qədər ailənin müəyyən qədər işlə təmin olunmasına yardım edirdi. Baxmayaraq ki, dövlətin buradan heç bir mənfəəti olmurdu, əhalinin məşğuliyyəti üçün müəssisəni saxlamaq məcburiyyətində idi. SSRİ-nin süqutundan sonra Şəki İstehsal İpək Birliyi tezliklə post-sovet məkanındakı potensial müştərilərini itirməyə başladı. Bununla da müəssisənin tədricən çöküşü başladı. İlk olaraq, filialları bağlandı, respublikada ipək qurdu bəslənməsi və barama istehsalı zəiflədi, işçilər isə ixtisar olundu.
1999-cu ildə Şəki İpək İstehsal Birliyi “Şəki-İpək” ASC olaraq təsis edildi. 2000-ci ildə isə baş nazirin müavini Abid Şərifovun rəhbərliyi altında ipəkçiliyin bərpası üçün prezident səviyyəsində qərar qəbul edildi. Bununla bağlı Prezidentin Ehtiyat Fondundan indiki məzənnə ilə 200 min dollar vəsait ayrılıb.
Yerli “İpəkçi” qəzeti bununla bağlı məqalələrdə yazır ki, o zaman Şəki şəhərinin sabiq icra başçısı Əşrəf Məmmədov hər vasitə ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış pulu mənimsəməyə çalışdı. Hətta bu korrupsiya halında ona himayədarlıq edənlərin arasında Milli Təhlükəsizlik Nazirliyinin məmurlarının da adı çəkilirdi. O zaman ASC-yə rəhbərliyə gətirilən Sabiq İmanovun fədakarlığı nəticəsində barama istehsalı və işçilərin sayını artırmaq mümkün olmuşdu.
Cahangir Hacıyevin adamı “Şəki-İpək” ASC-ni necə ələ keçirir?
Lakin müəssisə 2005-ci ildə özəlləşdirilməyə çıxarılandan sonra üzərini qara buludlar almağa başladı. Keçirilən müsabiqədə “Pərvanə” MMC adlı şirkət qalib olaraq, ASC-nin əsas səhmdarına çevrildi. İnternet üzərindən “Pərvanə” MMC haqqında axtarış versək də, geniş məlumat əldə edə bilmədik. Yalnız o məlumdur ki, şirkət Xəqani Bəşirova məxsusdur. Bu, həmin X.Bəşirovdur ki, adı Beynəlxalq Bankın məşhur “kredit” olaylarında çəkilir. “Azadlıq” radiosunun apardığı araşdırmalardan məlum olmuşdu ki, X.Bəşirov bankın sabiq rəhbəri Cahangir Hacıyevlə əlbir olaraq “Şəki-İpək” ASC kimi müəssisələr adından sui-istifadə edib kreditlər alaraq, dövlət vəsaitini, onların əmlakını mənimsəyiblər. Həmin araşdırmada qeyd edilir: “Xəqani Bəşirov külli miqdarda pul vəsaitini mənimsəmək məqsədi ilə Panama Respublikasında qeydiyyata alınmış və özünün direktoru olduğu “OCEANSTREAM İNC” şirkəti tərəfindən Azərbaycanda qeydiyyata alınmış “General Konstrakşn” MMC-nin təsisçilik hüququnu əldə edərək, “Xəzər Menecment Sistems” MMC, “Ceneral Konstrakşn” MMC və həmin cəmiyyətin əməkdaşlarının adına rəsmiləşdirilmiş “Aygün İnşaat”, “Aqora”, “Pərvanə”, “Uni Oyl”, “Alfa Layn”, “Beta Layn”, “Kondor Qrup” və “Siqma Layn” MMC-lər tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən (ABB) qanunsuz olaraq alınıb və müəssisələrə kredit kimi rəsmiləşdirilib”.
Deməli, “Pərvanə” MMC vasitəsilə Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev “Şəki-İpək” ASC-yə sahiblənir. Özəlləşdirmədən sonra müəssisədə bütün rəhbərlik kadrlar dəyişir, peşəkar mütəxəssislər işindən uzaqlaşdırılır. Elman Qarayev adlı şəxs rəhbərliyə gətirilir və onun adından Beynəlxalq Bankdan kredit “transfertlərinə” start verilir. Xaricə pul çıxarmağın ən yaxşı yollarından biri isə yerli istehsal olunan baramaların alınmasından imtina edərək, xaricdən idxala üstünlük verilməsi oldu. Bunun üçün isə Beynəlxalq Bankdan nə az, nə çox 50 milyon dollar civarında, illik 13 faizlə kredit götürüldü. Artıq müəssisənin borc girdabına düşdüyü ərəfədə Elman Qarayev uzaqlaşdırılaraq, onun yerinə “Marat Sultanoviç” kimi tanınan Qazaxıstan vətəndaşı, əslən özbək olan Marat Əkbərov ASC idarə heyəti sədrliyinə gətirilir. Səhmdar Cəmiyyətin 19 faiz payı isə özbəkli Nəbi Şadıyevə məxsus “Senat Associates” LTD şirkətinə satılır.
Müəssisənin Beynəlxalq Banka 70 milyon kredit borcu var

Müəssisə ətrafında gedən oyunlar isə özbək iş adamlarının “başında” çartlayır. Onların dövründə zərərlə işləyən müəssisə barama istehsalatını dayandırmalı olur. 2011-ci ildə isə özbəkləri ASC-dən kənarlaşdıraraq, naməlum səbəblərdən Azərbaycandan uzaqlaşdırırlar. M.Əkbərov və N.Şadıyev barəsində külli miqdarda vəsaitin mənimsənilməsi ittihamı ilə Azərbaycanda cinayət işi açılır və İnterpolun axtarışına verilir.
Maraqlı tərəflərdən biri odur ki, barəsində cinayət işi açılan şirkətin səhmləri hələ də “Şəki-İpək” ASC-də qalır, “Pərvanə” MMC-nin adı isə çəkilmir. Azərbaycan mətbuatında yer alan məlumatlara görə, M.Əkbərov səhmləri götürərək, ölkədən qaçıb. Təbii ki, bu iddia bir qədər absurd görünə bilər. Sadəcə olaraq, özbəklərin öz səhm payını heç kimə vermək niyyətləri yoxdur. Ona görə də 19 faiz onların pay hüququ olaraq qalır.
2014-cü ilin məlumatına görə, ASC-nin səhmlərinin 80 faizi “General Kontrakşn”, 19 faizi “Senat Associates” LTD, 0.3-0.4 faizi isə fiziki şəxslərə məxsusdur. İlk baxışdan “Pərvanə” MMC-nin adı görünməsə də, yuxarıda da qeyd etdiyimiz kimi bu şirkət Xəqani Bəşirovun “”General Kontrakşn”ına aid bir şirkətdir. Sadəcə olaraq, payçı şirkətlərin adları dəyişib, sahiblər isə eynidir. Səhmdar Cəmiyyətin kiçik payçıları bildirir ki, şirkətin hazırda kredit borcu rəsmi olaraq 70 milyon manat göstərilsə də, əslində daha çoxdur. İldə cəmi 6 milyon manatlıq məhsul istehsal edən bir müəssisə üçün həmin kreditin faizini belə ödəmək çətindir. Ona görə də 70 milyon Beynəlxalq Bankın problemli kreditləri sırasındadır. Bu ilin martında bankdakı “kredit” əməliyyatından sonra müəssisəyə kreditlərin verilməsi dayandırılıb. Xammal almağa pulu olmayan ASC-nin sexləri bir-bir bağlanır.
Məhz bu səbəbdən bu ilin avqust ayının əvvəlində “Şəki-İpək” ASC-nin Baş müəssisəsinin istehsalat və sexlərində iş tamamilə dayandırılmışdı. Bir müddət sonra Pambıq əyrici istehsalatında istehsal bərpa edilsə də, digər istehsalat və sexlər xammalın olmaması səbəbindən işləmədi.
İndisə rəhbərlik ipəkçiliyi ləğv edərək, pambıq sapı istehsal edəcəyini bildirib. Bu isə 500 nəfər deyil, ən çoxu 70-80 nəfər tələb olunan bir sahədir.
Məsələn, “İpəkçi” qəzetinin yazdığına görə, “Şəki-İpək” ASC rəhbərliyi məcbur olub Baş müəssisənin 1 ha sahəsi olan 2 в„– Toxucu İstehsalatındakı toxucu dəzgahlarını metalloma qəpik-quruşa satır, həmin dəzgahların yerində pambıq sap istehsal etmək üçün dəzgahlar quraşdırır. “Şəki-İpək” ASC istehsal etdiyi sapı Rusiyaya ixrac edə bilsə də, şirkətə həmin sapdan parça toxunmasına icazə verilmir.
Əslində, indiyədək ABB ətrafında baş verən hadisələr göstərirdi ki, bu tip müəssisələr qəsdən borclandırılır, ASC-lər ləğv edilir və əmlakları mənimsənilir. “Şəki-İpək” ASC-nin də hazırkı borcu və istehsal həcmi elə bir həddə çatıb ki, ləğvinə doğru prosesin getdiyini deyə bilərik. Prezident İlham Əliyevin Beynəlxalq Bankın problemli kreditlərlə bağlı maliyyə vəziyyətinin sağlamlaşdırılması barədə sərəncamından sonra sözügedən ASC-nin maliyyə əməliyyatları öncə “Technique bank”, daha sonra “AqroBank”a həvalə olundu. Lakin “AqroBank” müəssisənin borcunun dəyərindən çox olduğunu əsas gətirərək maliyyə əməliyyatlarını həyata keçirməkdən imtina edib. Maraqlıdır ki, kiçik bir müəssisə ətrafında bu qədər yeyinti olduğu halda, kimsə cəzalandırılmadı.
Yalnız görünən odur ki, ölkədə ən böyük pambıq istehsalı müəssisəsi korrupsiya yeminə çevrilərək, ömrünün son akkordlarını yaşamaqdadır. On il bundan əvvələ qədər 2 mindən çox işçisi olan bir müəssisənin bağlanması Şəkidə “Regionların sosial-iqtisadi inkişafı proqramı”nın iflasa uğradığını göstərir. /“Bizim Yol/










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? - İNCƏLƏMƏ
Dünən, 13:02
Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib - “RBK-Ukrayna”
Dünən, 12:58
Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? - ARAŞDIRMA
Dünən, 12:31
“Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır?
Dünən, 12:29
Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO
Dünən, 12:26
“Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Dünən, 12:19
Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Dünən, 12:01
Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Dünən, 11:59
20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Dünən, 11:54
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Dünən, 11:34
35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Dünən, 11:33
Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Dünən, 11:26
Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Dünən, 11:17
Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Dünən, 11:07
“Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Dünən, 11:05
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Dünən, 10:56
NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Dünən, 10:38
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Dünən, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Dünən, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Dünən, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Dünən, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Dünən, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Dünən, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Dünən, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Dünən, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Dünən, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Dünən, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Dünən, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Dünən, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Dünən, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Dünən, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Dünən, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Dünən, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Dünən, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Dünən, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Dünən, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Dünən, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Dünən, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Dünən, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
27-05-2026, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
27-05-2026, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
27-05-2026, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
27-05-2026, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
27-05-2026, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
27-05-2026, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
27-05-2026, 15:29
Litva Rusiyaya nota verdi
27-05-2026, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
27-05-2026, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
27-05-2026, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
27-05-2026, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru