Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? .....                     Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib .....                     Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? .....                     “Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” .....                     Sabunçuda park içində tikinti özbaşınalığı .....                     “Aygünün mahnılarını radioda səsləndirmədilər, .....                     Akopyandan Paşinyanla bağlı .....                     Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan .....                     20 illik əlillik hüququ LƏĞV OLUNDU... .....                     Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı .....                     35 illik münaqişədən sonra... .....                     Erməni baş nazir xalqını əmin edir ki... .....                     Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? .....                     Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı .....                     “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” .....                     “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” .....                     NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... .....                     Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                 

Yeni Milli Təhlükəsizlik Naziri kim olacaq? - Şanslar dəyərləndirilir...
Tarix: 4-11-2015, 08:57 | Çap et
Yeni Milli Təhlükəsizlik Naziri kim olacaq?
17 oktyabrdan bəri boş qalan milli təhlükəsizlik naziri postuna kimin təyin ediləcəyi barədə mediada günlərdir ki, müxtəlif şəxslərin adı çəkilir. Media dəhlizlərində və xəbər məkanında ədliyyə naziri Fikrət Məmmədovun, Dövlət Sərhəd Xidməti rəisinin müavini Fərhad Tağızadənin, prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyevin, prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, Bakı polisinin keçmiş rəisi, general Məhərrəm Əliyevin, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin adları nazir ola biləcək şəxslər sırasında çəkilib. Hətta sabiq baş prokuror, uzun illərdir diplomatik xidmətdə olan Eldar Həsənovun da nazir postuna gətirilə biləcəyi barədə xəbərlər dolaşır.

Bir neçə gün əvvəl Bakıda olan E.Həsənov isə “Yeni Müsavat”a açıqlamasında bu məlumatları təkzib edib. “Tam yanlış, boş, heç bir əsası olmayan məlumatlardır. Nəinki həqiqət olmayan, hətta həqiqətə yaxın gəlməyən məlumatlardır, şayiələrdir. Mən heç bir yerə nazir gedəsi deyiləm, belə bir məsələ də yoxdur. Tutduğum vəzifəmdən, taleyimdən də çox razıyam, işimdən də çox məmnunam” - deyə, E.Həsənov bildirib. Adı çəkilən digər şəxslər məsələyə münasibət bildirməyiblər.

E.Mahmudov vəzifədən çıxarıldıqdan sonra nazir ola biləcək şəxslər sırasında iki ad daha çox diqqət çəkirdi: Əli Nağıyev və Məhərrəm Əliyev...

Nazir postuna təyin edilə biləcək isimlər sırasında ilk gündəmə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin adı gəldi. Onun hətta MTN-də başlamış cinayət işinə rəhbərlik etdiyi də söylənilirdi ki, sonradan istintaq qrupuna baş prokurorun müavini Rüstəm Usubovun rəhbərlik etdiyi təsdiqləndi.

Namiq Abbasovun dövründə MTN-in İqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsinə rəhbərlik edən Ə.Nağıyev Eldar Mahmudov nazir olduqdan (2004-cü il) bir müddət sonra milli təhlükəsizlik nazirinin birinci müavini təyin olundu. General-mayor Əli Nağıyevlə E.Mahmudovun münasibətlərinin “qırılma səbəbi” haqda çoxsaylı iddialar var. Son illərdə onun MTN rəhbərliyi ilə konfliktinin olması və ciddi işlərdən kənarda saxlanıldığı da gələn xəbərlər sırasında idi. Amma onun işdən çıxarılması 2011-ci ildə iqtidarda başlamış kadr islahatları dövrünə təsadüf edirdi, hətta MTN-dəki rəqibləri onun işdən uzaqlaşdırılmasını mediada “antikorrupsiya tədbiri” kimi izah olunmasına çalışırdılar. Amma prezident MTN-dən uzaqlaşdırmağı vacib bilən Ə.Nağıyevi qoruması altına aldı, onun yeni yaradılmış Antikorrupsiya İdarəsinə rəis müavinin təyin etməklə ona yönəlik “korrupsiya ittihamlarının” qarşısını aldı.

Amma peşəkarlığı şübhə doğurmayan Ə.Nağıyevin yenidən nazir gətirilməsi bir sıra səbəblərdən mümkünsüz görünürdü. Onun ətrafında güclü təşkilatlanma yaratmaq bacarığı var və iqtidarda ciddi dayaqlarını saxlaya bilib. “Təmizləmələrə” baxmayaraq onu MTN-də hələ də istəməyənlər qalır və bu sırada müavin olan və çox güman ki, yaxınlarda birinci müavin postuna da təsdiqlənəcək Hilal Əsədov da var. İqtidar MTN-də toxunmadığı H.Əsədovu ötən həftə MDB xüsusi-xidmət orqanlarının toplantısına göndərməklə onunla işləməkdə davam edəcəyi mesajını vermiş oldu. Ehtimal etmək olar ki, Ə.Nağıyevin nazir təyinatı MTN-də yeni bir “qaynar nöqtə” yarada bilərdi ki, bu da iqtidarın maraqlarına tam ziddir.

Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, sabiq səfir Məhərrəm Əliyevin adının milli təhlükəsizlik naziri postuna hallanması təzə söhbət deyil. Bir neçə il əvvəl - hələ Tacikistanda səfir işləyəndə onun Əli Nağıyevin boşalmış birinci müavin kürsüsünü tutacağı deyilirdi. Amma bu təyinat gerçəkləşmədi. Səfir postundan geri çağırıldıqdan bir müddət sonra, 2012-ci ilin noyabr ayının 30-da dövlət başçısı Məhərrəm Əliyevin prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzaladı. Ölkə başçısının başqa bir sərəncamı ilə M.Əliyevə general-leytenant hərbi rütbəsi verdi.

Qeyd edək ki, bu şöbə əvvəldən də vardı, lakin onun rəhbəri vəzifəsi vakant idi. Dövlət başçısının təyinatından sonra M.Əliyevin müdafiə naziri ola biləcəyi ilə bağlı xəbərlər yayılmağa başladı. Amma 2013-cü il prezident seçkilərindən sonra işdən çıxarılan Səfər Əbiyevin yerinə Daxili Qoşunların komandanı Zakir Həsənov təyin edildi.

M.Əliyevin Azərbaycan hakimiyyətinin üst düzeyi ilə münasibətləri həmişə yaxşı olub və prezident səviyyəsində etimadı da var. M.Əliyevin indi də həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovla bir vaxtlar qohum olması, hətta onu müdafiə etməsi generalın “minusuna” yazıla bilməz. Elə olsaydı, onu səfir göndərməzdilər, Prezident Administrasiyasında post həvalə etməzdilər. Fəqət M.Əliyev də hakimiyyətdə zəiflədilmiş kadrlardan sayılır. Onun Bakı Şəhər Baş Polis İdarəsinə rəhbərlik etdiyi dövrdəki mövqeləri etiraf etmək lazımdır ki, ötən illərdə xeyli zəifləyib. Onun diplomatik keçmişi də MTN-ə rəhbərlik etmək üçün bəzi əngəllər yarada bilər. Yəni keçmiş MTN rəhbərini səfir göndərmək olar, amma keçmiş səfirə MTN-i həvalə etmək istənilən hakimiyyət üçün risk yaradır.

Söhbət M.Əliyevin personasından deyil, təhlükəsizlik naziri postunun iqtidar üçün necə mühüm olmasından gedir. Mərhum prezident Heydər Əliyev hakimiyyətə qayıdışından uzübəri hakimiyyətdə hətta ömürlük məhbusun əfv edilməsi praktikası olsa da, yüksək vəzifə tutmuş bir şəxsin “vurulduqdan” sonra yenidən daha yüksək vəzifəyə təyin edilməsi hallarına rast gəlinməyib. Həm Ə.Nağıyev, həm M.Əliyev hakimiyyətdə “vurulmuş” şəxs sayıla bilməz, onların hazırda tutduğu post da kifayət qədər yüksək vəzifə sayılır. Amma onlara nazir postunun həvalə edilməsi iqtidarın həm də idarəçilik fəlsəfəsinə uyğun deyil.

Mədət Quliyevin nazir postuna təsdiqlənəcəyi barədə “Yeni Müsavat”ın bir neçə gün əvvəl yazdığı ehtimallar isə doğrulur. Dövlət başçısı İlham Əliyev noyabrın 2-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri postuna milli təhlükəsizlik naziri vəzifəsini icra edən general-leytenant M.Quliyevi təyin edib. Qeyd edək ki, bu komissiyanın fəaliyyəti barədəki nizamnamənin müddəalarına görə, onun sədri postunu Azərbaycanın milli təhlükəsizlik naziri tutmalıdır.

M.Quliyevlə bağlı məhz bu sərəncamdan birmənalı olaraq o nəticə çıxarmaq olmaz ki, komissiyaya sədrlik edən general nazir postuna da təsdiqlənəcək. Amma müşahidələr dəqiqliklə göstərir ki, M.Quliyev faktiki nazir kimi yeni komandasını və MTN-in strukturunu formalaşdırmaqla məşğuldur. Onun birbaşa nazir təyin edilməməsinin səbəbləri barədə də danışmaq mümkündür.

Ehtimal ki, iqtidar E.Mahmudovun istefaya göndərilməsi ilə həm MTN-də, həm də hakimiyyətdə ciddi proseslərin baş verəcəyinin fərqində olub və M.Quliyevi narazıların hədəfinə çıxarmaq istəməyib. M.Quliyevin Prezident Administrasiyasında və ədliyyə nazirinin müavini kimi nazir Fikrət Məmmədov səviyyəsində ciddi dəstəyi var. Amma o birmənalı olaraq hakimiyyət daxilində hansısa qrupa bağlı da deyil. MTN kimi strukturda bu, mühüm amildir. Belə görünür ki, onun qarşısında təkcə mühüm vəzifələr deyil, həm də bəzi şərtlər də qoyulub.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? - İNCƏLƏMƏ
Bu gün, 13:02
Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib - “RBK-Ukrayna”
Bu gün, 12:58
Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? - ARAŞDIRMA
Bu gün, 12:31
“Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır?
Bu gün, 12:29
Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO
Bu gün, 12:26
“Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Bu gün, 12:19
Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Bu gün, 12:01
Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Bu gün, 11:59
20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Bu gün, 11:54
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Bu gün, 11:34
35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Bu gün, 11:33
Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Bu gün, 11:26
Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Bu gün, 11:17
Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Bu gün, 11:07
“Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Bu gün, 11:05
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Bu gün, 10:56
NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Bu gün, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Bu gün, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru