“MTN işi”nə baş bankirin də adı qarışdı - şok iddia
Tarix: 27-10-2015, 09:08 | Çap et
 Bank sektorunun “MTN işi” ilə bağlı əlaqələrinə dair yeni məlumatlar almışıq. Ölkənin öndə gələn bir neçə bankı ilə MTN generallarının əlaqələri üzə çıxıb.
MTN-in işdən çıxarılan və həbs edilən zabitlərinin bank sektoruna da ciddi təsirləri olub. Özlərinin nəzarətlərindəki banklardan əlavə, digər bankların fəaliyyətinə də müdaxilələr ediblər. Məsələn, 2012-ci ilin martında “Texnikabank”la bağlı MTN-in əməliyyatı oldu. Bankı rəhbərliyi həbs edildi, həbs edilməyənləri isə işdən çıxarıldılar. Ardınca “Texnikabank” demək olar ki, yağmalandı. E.Mahmudov bu bankı qudası Cahangir Hacıyevin əli ilə tamamilə öz nəzarətinə keçirdi. Ölkənin ən qabaqcıl 5 bankından biri olan “Texnikabank” C.Hacıyevin və onun barbar komandasının əli ilə yerlə yeksan edildi. Artıq bu bank demək olar ki, tamamilə müflis edilib. Yada salaq ki, ötən həftə “Texnikabank”ın Müşahidə Şurasının rəhbəri Rövşən İsmayılov öz xahişi ilə tutduğu vəzifədən uzaqlaşıb.
MTN-in sabiq rəhbərliyinin nəzarətində olan banklardan biri də “Zaminbank”dır. Bu banka nəzarəti əsasən MTN-in Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin sabiq rəis müavini, hazırda məhkəmənin hökmü ilə 3 aylıq həbs cəzası almış Füzuli Əliyev edirmiş. Onun qardaşı sözügedən bankda filial müdiri vəzifəsində çalışır.
“Zaminbank” adı qara işlərdə hallanan banklardandı. Bu qurum haqda google-də axtarış verdikdə qarşımıza xeyli neqativ tonda yazılmış məqalələr çıxır. O məqalələrdən biri 2012-ci ilin fevralında musavat.com-da dərc olunub. 3 il 8 ay öncə yazılmış həmin məqaləyə göz atdıqda bu gün “MTN işi” ilə bağlı ortada olan xeyli iddialara aydınlıq gəlir. Həmin yazıdan bir hissəni oxucuların diqqətinə çatdırırıq:
“”Zaminbank" hər gün 50 milyonu necə əridir?
Yazının girişində 18 fevral 2012-ci il tarixli sayımızdakı məqalə haqda söhbət açmışdıq. Bir daha xatırladaq ki, Rusiya hüquq-mühafizə orqanlarının Moskvada keçirdikləri əməliyyat nəticəsində Azərbaycandan qeyri-leqal yollarla nağd şəkildə milyonlarla dollar pul daşıyan bir neçə nəfər saxlanılıb. Yazı işıq üzü gördükdən sonra iqtidara kifayət qədər yaxın olan bir neçə vicdanlı millət vəkilləri, müstəqil iqtisadçılar bu mövzuda bizə bəzi ip ucları verdilər. Onların iddialarına görə, Rusiya üzərindən hər həftə 20-25 milyon dollar daşıyan və bunu offşor şirkətlər üzərindən “yuyaraq”, yenidən Azərbaycanın maliyyə sisteminə soxan bu dəstənin fəaliyyətinin bir ucu “Zaminbank”a qədər gedib çıxır. Bilgili mənbələrin “Yeni Müsavat”a sızdırdığı məlumatlarda deyilir ki, Moskvada keçirilən əməliyyatdan sonra Azərbaycandan nağd şəkildə, kisələrdə milyonlarla dollar pulun daşınması nəinki dayanmayıb, hətta azacıq da olsa, səngiməyib. Qaynaqlarımız deyir ki, “Zaminbank” vasitəsilə hər gün 10 milyonlarla pul Bakıdan MDB ölkələrinə, həmçinin Türkiyəyə və Dubaya daşınır. Bəzi mənbələrin iddiasına görə isə “Zaminbank” vasitəsilə Azərbaycandan hər gün qaçaq yollarla ən azı 50 milyon dollar nağd vəsait xaricə aparılır".
*** Mətbuatın yazdıqlarına görə, MTN-in sabiq rəhbərliyi hava nəqliyyatı vasitəsilə indiyədək ölkədən qeyri-leqal yollarla 2 milyard pul çıxarıb. Bu xəbərlə 2012-ci ilin fevralında yazdıqlarımız arasında üst-üstə düşən məqamlar var. Amma hələlik bu istiqamətdə araşdırmalarımız bitmədiyindən əlavə bilgi verə bilmirik. Bu iddialarla bağlı “Yeni Müsavat” qəzetinin rəhbərliyi “Zaminbank”a informasiya sorğusu yollamağı planlaşdırır.
*** Ən maraqlı və diqqət çəkən məqamlardan biri də MTN-in sabiq rəhbərliyinin illərlə davam edən qara pul əməliyyatına Mərkəzi Bankın rəhbərliyinin biganə qalmasıdır. Elman Rüstəmov vaxtında bu işlərlə bağlı ölkə rəhbərliyinə məlumat veribmi? Veribsə, niyə heç bir tədbir görülməyib? Ola bilərmi ki, o, bu cür ciddi mövzuda nədənsə çəkinərək susqunluq göstərib? Şübhəsiz ki, bu suallara aydınlıq gətirmək istintaqın işidir. Yəqin müstəntiqlər bu epizod üzrə Mərkəzi Bank rəhbərliyinin ifadəsini alacaq.
Bir məsələni də xatırladaq ki, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev Eldar Mahmudovla quda olduqdan sonra xeyli güclənib. C.Hacıyev bu qohumluq əlaqəsindən istifadə edərək özünü ölkənin qeyri-rəsmi baş bankiri kimi aparıb. Bu barədə “Yeni Müsavat” bir neçə dəfə yazıb.
Mövzunu davam etdirəcəyik...
Yazıda adıçəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? - İNCƏLƏMƏ
Bu gün, 13:02 |
|
|
|
| • Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib - “RBK-Ukrayna”
Bu gün, 12:58 |
|
|
|
| • Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? - ARAŞDIRMA
Bu gün, 12:31 |
|
|
|
| • “Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır?
Bu gün, 12:29 |
|
|
|
| • Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO
Bu gün, 12:26 |
|
|
|
| • “Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Bu gün, 12:19 |
|
|
|
| • Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Bu gün, 12:01 |
|
|
|
| • Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Bu gün, 11:59 |
|
|
|
| • 20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Bu gün, 11:54 |
|
|
|
| • Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Bu gün, 11:34 |
|
|
|
| • 35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Bu gün, 11:33 |
|
|
|
| • Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Bu gün, 11:26 |
|
|
|
| • Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Bu gün, 11:17 |
|
|
|
| • Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Bu gün, 11:07 |
|
|
|
| • “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Bu gün, 11:05 |
|
|
|
| • “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Bu gün, 10:56 |
|
|
|
| • NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38 |
|
|
|
| • Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Bu gün, 09:24 |
|
|
|
| • Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:22 |
|
|
|
| • Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Bu gün, 09:03 |
|
|
|
| • SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün, 08:49 |
|
|
|
| • "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22 |
|
|
|
| • Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12 |
|
|
|
| • Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03 |
|
|
|
| • "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00 |
|
|
|
| • “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56 |
|
|
|
| • Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53 |
|
|
|
| • Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49 |
|
|
|
| • Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40 |
|
|
|
| • DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37 |
|
|
|
| • “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35 |
|
|
|
| • Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32 |
|
|
|
| • “Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26 |
|
|
|
| • Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23 |
|
|
|
| • ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01 |
|
|
|
| • Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59 |
|
|
|
| • Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56 |
|
|
|
| • MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54 |
|
|
|
| • Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30 |
|
|
|
| • Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27 |
|
|
|
| • İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07 |
|
|
|
| • Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52 |
|
|
|
| • Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50 |
|
|
|
| • Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31 |
|
|
|
| • Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29 |
|
|
|
| • Litva Rusiyaya nota verdi
Dünən, 15:24 |
|
|
|
| • "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18 |
|
|
|
| • "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15 |
|
|
|
| • Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13 |
|
|
|
|