Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? .....                     Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib .....                     Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? .....                     “Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” .....                     Sabunçuda park içində tikinti özbaşınalığı .....                     “Aygünün mahnılarını radioda səsləndirmədilər, .....                     Akopyandan Paşinyanla bağlı .....                     Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan .....                     20 illik əlillik hüququ LƏĞV OLUNDU... .....                     Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı .....                     35 illik münaqişədən sonra... .....                     Erməni baş nazir xalqını əmin edir ki... .....                     Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? .....                     Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı .....                     “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” .....                     “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” .....                     NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... .....                     Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                 

Prezident riyakarların üzündəki teatral maskaları bu günlərdə cırdı... - TƏHLİL
Tarix: 27-10-2015, 08:51 | Çap et
Prezident riyakarların üzündəki teatral maskaları bu günlərdə cırdı...
Bizim gənc ölkənin isteblişmentinə uzun illər ərzində hakimiyyətə şəxsi sədaqətinə görə indulgensiya hüququ ilə mükafatlandırılmış məmurların təbii olaraq cəzasız qalmasına dair siyasi mif təlqin olunmuşdu.

Bu mif hakimiyyət dəhlizlərində geniş yayılmışdı: əgər birinci şəxsə birbaşa çıxışı olan məmur və ya oliqarx həqiqətən də indiki hakimiyyətin mütləqləşdirilməsi ideyasına dərin inam və sədaqətlə xidmət edirsə, onda həmin şəxs onu ədalət mühakiməsindən azad edən hansısa immunitetə malikdir.

Burada sual yaranır: bəs bu ədalət mühakiməsi orta statistik azərbaycanlı məmuru nəyə görə təqib etməli idi?

Bu məmur təhtəlşüur səviyyəsində buna nəyə görəsə avtomatik olaraq əmin idi ki, hakimiyyətin mütləqləşdirilməsi ideyasına xidmət etməsi elə öz xalqına qarşı mübarizədə onun əl-qolunu açır.

Absurddurmu? Tamamilə. Və həmin məmurun nəyə görəsə hakimiyyətə qarşı qoyduğu cəmiyyətimiz bu absurdla demək olar ki, hər gün qarşılaşırdı.

Burada isə heç bir məntiq yoxdur. Çünki istənilən hakimiyyətin mütləqləşdirilməsi cəmiyyətin təmənnasız və səmimi dəstəyi ilə mümkün ola bilər. Belə deyilmi?! Bizim gerçəkliklər isə bu məlum həqiqəti bəzən istisna edir, hakimiyyətlə cəmiyyət arasında dəmir pərdə çəkirdi. Həmin pərdəni də məmurlar çəkirdi. Onlar belə güman edirdi ki, öz əlləri ilə yaratdıqları bu pərdə hakimiyyətin cəmiyyətdən gizlənə biləcəyi etibarlı qəsrdir. Və bu qəsr onlara heç bir günahı olmayan cəmiyyəti çapıb-talamağa imkan verəcək.

Hakimiyyətin mütləqləşdirilməsi ideyasına xidmət cəmiyyətin vicdanlı hissəsi tərəfindən biabırçı həqiqət kimi rədd olunurdu. Çünki bu qəsrin içində olmaq özünün-özünə və hakimiyyətə çıxış imkanlarını itirmiş cəmiyyətə münasibətdə düşmənçiliyi nəzərdə tuturdu. Hakim sinfin heç nəyə yaramayan dəstə kimi qəbul etdiyi məmurlar və cəmiyyət isə siyasi müstəvinin müxtəlif, bəzən isə antaqonist qütblərində qərar tutmuşdular. Məmur məsuliyyət hissini itirmişdi - həm guya xidmət etdiyi hakimiyyət, həm də səmimi-qəlbdən nifrət etdiyi və heç nəyə yaramayan dəstə qarşısında.

Həm məmurlar, həm də cəmiyyət bu məsələdə həmfikir idilər. Belə güman edirdilər ki, hakimiyyət məmuru yalnız bir halda cəzalandıra bilər - məmur hakimiyyəti satanda, xəyanət edəndə, özününkülərə qarşı çıxanda. Hakimiyyət kabinetlərindən kənarda olan insanlara və cəmiyyətə qarşı çıxmaq isə məmurun təbii və mübahisəsiz hüququ sayılırdı. Bizim məmurların “birinci nikah gecəsi” fəlsəfəsi belə idi.

Prezident İlham Əliyev bunun belə olmadığını sübut etməyə dəfələrlə cəhd göstərdi. O, hakimiyyətin xidmətçilərini xalqa qarşı törədilən istənilən cinayətə görə cəzanın labüd olduğuna inandırırdı. Ölkə iqtisadiyyatını ilhaq edib ələ keçirdiyi üçün Fərhad Əliyev cəzalandırıldı. Əli İnsanov ölkə səhiyyəsini talan etdiyi üçün öz cəzasını aldı. Misir Mərdanov orta təhsili kütləşdirdiyi, Füzuli Ələkbərov isə təqaüdçülərin üstünə getdiyi üçün cəzalandı...

Bu siyahını xeyli uzatmaq da olar. Təəssüf ki, Azərbaycanın yeni tarixi hakimiyyətin mütləqləşdirilməsi ideyasına xidmət adı ilə parazitləşməyə dair çoxsaylı biabırçı nümunələrlə doludur.

Bu məmurların mağara təfəkkürü, əliəyriliyi və azğınlığı adamı dəhşətə gətirirdi. Axı hakimiyyətin dayaqları başına gah Fərhad Əliyevin əmudu dəyən, gah da Eldar Mahmudovun tapançası dirənən həmin bu cəmiyyətin özüdür. Bu məmurların üzərinə artıq ləkə düşmüş sədaqət andı adamı heyrətə gətirir: məmurun prezidentə şəxsi sədaqət andı ilə onun oğurlamaq ehtirası əxlaqi baxımdan nə dərəcədə uzlaşır?

Daha bir vacib məqam: bu məmurlarda cəzasız qalacaqlarına dərin inam hissini kim və nə yaradıb, onlar cəzanın labüdlüyünü nəyə görə inkar edirdilər?

Axı indiki prezidentin hakimiyyəti dövründə pis əməllərlə məşğul olmaq, insanları qarət etmək, incitmək, bununla da insanları alternativsiz hakimiyyətdən üz döndərməyə məcbur etmək, hakimiyyətə loyal olan bu köməksiz insanların barışmaz mübarizə cəbhəsinə gedən yolunu açmaq kimi müstəsna hüququnun olmasına inanan gör neçə məmur və nazir vəzifəsini itirib! Amma tanınmış adamların acı taleyi də sıralarına getdikcə daha çox məmurun qoşulduğu bu korlanmış həlqəni dağıda bilmirdi.

Buna diqqət edin, İlham Əliyev uğur qazanmış enerji və xammal ölkələri konsepsiyasını dəfn etmiş gərgin beynəlxalq vəziyyət və riskli geosiyasi oyunlar fonunda uca səslə NEP (yeni iqtisadi siyasət) elan edir. Hazırda prezidentin əsas fikri yalnız ölkəni xilas etməyə yönəlib. O, nefti-qazı unutmağa çağırır, innovasiyaları həyata keçirir, iqtisadiyyatın şaxələnidirilməsi ideyasını reallaşdırır.

İlham Əliyev inqilabi fərmanlar verib sahibkarları lisenziyalardan, vergi yoxlamalarından azad edir. Sərmayə qoyuluşlarını artırmaq üçün daha geniş meydan yaradır. Bütün qüvvəsini iş adamlarının, biznesmenlərin müdafiəsi üçün səfərbər edir.

Bəs sizcə, prezident hakimiyyətinin dayaqlarından biri - prezidentin yenilik və islahatlarını ilk növbədə dəstəkləməli olan Milli Təhlükəsizlik Nazirliyi nə edir?!

Bu nazirliyin son aylara dair operativ hesabatlarına baxmaq kifayətdir. Bu hesabatlar həbs xəbərləri ilə doludur. Yox, söhbət əsla casusların və radikal islamçıların həbsindən getmir. Söhbət lombard, mağaza, zavod, tikinti şirkətləri sahiblərinin həbsindən gedir.

Yəni ilk baxışda prezidentə və onun hakimiyyətinə şəxsi sədaqətin təcəssümü olan məmurun rəhbərlik etdiyi nazirlik əslində elə həmin hakimiyyətin əsaslarını laxlatmaqla məşğul olurdu. Bu qurum ölkənin təkcə iqtisadi landşaftını dağıtmırdı. Həm də daha təhlükəli iş görürdü. Azərbaycan hakimiyyəti ilə haqq-hesab çəkmək planlarının həm Qərbdə, həm Şərqdə, həm də Şimalda cücərdiyi bir vaxtda yüzlərlə, minlərlə adamı narazılar ordusuna qoşulmağa təhrik edirdi.

Halbuki indi artıq elə zəmanədir ki, sözə yox, əmələ inanmaq lazımdır. Hakimiyyət dəhlizləri son illər xeyli gözəl və bəlağətli nitqlər, cümləpərdazlıq görüb - belə şey burada boğaza qədərdir. Bakıda binaları da belə bəlağətli nitqlər və alqış sədaları altında poliuretanla üzləmişdilər. O binalardan biri yanıb külə döndü, köməksiz insanlar da o binanın içində diri-diri yandı.

Prezidentin uğrunda ölümə də getməyə and içə-içə biznesmenləri qarət və həbs edirdilər.

Bəzəkli, pafoslu nitqlərlə çıxış edə-edə büdcədən milyonları çıxararaq oğurlayırdılar...

Əsl ikiüzlülük və riyakarlıq! Prezident riyakarların üzündəki teatral maskaları bu günlərdə cırdı. Bununla da törədilən cinayətlərə görə cəzaların da qaçılmaz olduğunu hamıya bir daha əyani şəkildə göstərdi.

MTN rəhbərinin işdən çıxarılması və bunun ardınca çoxdan gözlənilən həbslərin həyata keçirilməsi hakimiyyətlə cəmiyyət arasında, eləcə də məmur zümrəsinin müəyyən hissəsinin beynində çəkilən həmin dəmir pərdənin sökülməsinin əks-sədasıdır. Azərbaycan məmurunun cəzasızlığı haqdakı mif, məmurların düşündüyü və özünə təlqin etdiyi immunitet uçurulub-dağıdılmış bu pərdənin dağıntıları altında qaldı.

Hakimiyyətin adından və hakimiyyət naminə cinayət törətmirlər, insanları cinayətlərdən xilas edirlər. Azərbaycan məmurunun cəzasızlığı haqdakı mifin dağıdılmasından çıxan son tarixi dərs budur...

Eynulla Fətullayev
Virtualaz.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? - İNCƏLƏMƏ
Bu gün, 13:02
Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib - “RBK-Ukrayna”
Bu gün, 12:58
Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? - ARAŞDIRMA
Bu gün, 12:31
“Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır?
Bu gün, 12:29
Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO
Bu gün, 12:26
“Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Bu gün, 12:19
Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Bu gün, 12:01
Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Bu gün, 11:59
20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Bu gün, 11:54
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Bu gün, 11:34
35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Bu gün, 11:33
Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Bu gün, 11:26
Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Bu gün, 11:17
Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Bu gün, 11:07
“Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Bu gün, 11:05
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Bu gün, 10:56
NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Bu gün, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Bu gün, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru