“Aygünün mahnılarını radioda səsləndirmədilər, .....                     Akopyandan Paşinyanla bağlı .....                     Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan .....                     20 illik əlillik hüququ LƏĞV OLUNDU... .....                     Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı .....                     35 illik münaqişədən sonra... .....                     Erməni baş nazir xalqını əmin edir ki... .....                     Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? .....                     Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı .....                     “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” .....                     “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” .....                     NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... .....                     Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                 

“Sabiq MTN rəhbərlərinin verdiyi bütün informasiyalar yenidən yoxlanılmalıdır” - Əli Ömərov
Tarix: 26-10-2015, 11:21 | Çap et
“Sabiq MTN rəhbərlərinin verdiyi bütün informasiyalar yenidən yoxlanılmalıdır”
MTN-lə bağlı son hadisələr bütün ölkədə ciddi müzakirə mövzusu olaraq qalmaqdadır. Yalnız vəzifədən uzaqlaşdırılan şəxslərin yol verdiyi qanunsuzluqlar deyil, onların boş qalan yerlərinə kimlərin təyinat alacağı, bu təyinatların nə dərəcədə uğurlu olacağı da böyük maraq doğurmaqdadır. Odur ki, ölkə gündəminin ən vacib məsələsi ilə bağlı fikirlərini öyrənmək məqsədi ilə Moderator.az saytı və “Hürriyyət” qəzeti olaraq sabiq baş prokuror Əli Ömərova müraciət etdik:

Əvvəli burda: http://moderator.az/news/102359.html

-Əli bəy, uzun müddət hüquq-mühafizə orqanlarında işləyən, baş prokuror kimi mühüm bir vəzifədədə çalışan şəxs kimi MTN-dəki son olayları necə dəyərləndirirsiniz? Necə olub ki, MTN-nin sabiq rəhbərlərinin saysız-hesabsız qanunsuzluğundan illər uzunu kimsə xəbər tutmayıb?

-Bu, yerində verilən bir sualdır. Doğrudan da maraqlıdır ki, bu məsələlər niyə və necə baş verib? Bu yöndə mətbuat çox düzgün analizlər aparıb və görünür ki, bəzi nazirliklərin və komitələrin bir sıra rəhbərləri də, əməkdaşları da MTN əməkdaşları ilə çox yaxın, sıx münasibətdə olublar. İndi bunu ayırd etmək üçün, MTN rəhbərləri dövlət rəhbərlərinə, müvafiq orqanlara yalan məlumat verirlərsə, o zaman istənilən ciddi yoxlamalar nəticəsində hər şey ortaya çıxacaq. Amma çox təəssüf ki, bütün zamanlarda dövlət orqanlarında çalışanların əksəriyyəti də, cəmiyyət də təhlükəsizlik orqanlarının əməkdaşlarına da, onların verdiyi məlumatlara da indikindən fərqli olaraq daha çox etibar ediblər, inanıblar. Yenə də deyirəm ki, dövlətin qüdrətlənməsi, dövlətçiliyin mühkəmlənməsi üçün göstərilən bütün fəaliyyətlərin önündə təhlükəsizlik orqanları əməkdaşlarının fəaliyyəti dayanır, daha doğrusu, dayanmalıdır.
Əvvəllər baş prokurorluğun səlahiyyəti var idi ki, istənilən cinayət işini bir orqandan alıb o biri orqana həvalə edə bilsin. Amma indi yeni şəraitdə, müstəqillik dövrünün tələblərinə uyğun aparılmış struktur və digər dəyişiklərlə bağlı, artıq prokurorluğun belə səlahiyyətləri yoxdur və çox güman ki, bu vəziyyətdə təhlükəsizlik orqanlarının əməkdaşları digər hüquq-mühafizə orqanlarının özlərinə də böhtan atmaq yolunu tutmaqla öz çirkin əməllərini həyata keçirmək üçün zəmin yaradıblar. Çünki onlar son illərdə aprılmış dəyişikliklərin və islahat xarakterli işlərin nəticəsində özlərini tamamilə sərbəst hiss edirdilər və belə hesab edirdilər ki, prezidentə onlardan yaxın kimsə yoxdur, prezident də başqa heç kəsə inanmır. Amma son günlərdə baş verənlər bir daha sübut elədi ki, prezident kimliyindən asılı olmayaraq, hər kəsin dövlətçiliyə qarşı çıxmasına çox ciddi qiymət verir, onları vəzifədən kənarlaşdırır və barələrində cinayət işinin başlanması üçün öz tövsiyələrini verir. Bu baxımdan, bir daha vurğulamaq istəyirəm ki, MTN əməkdaşlarının özbaşınalığına qanunlar çərçivəsində sədd çəkilib və törədilən cinayət xarakterli bütün əməllərə görə hər kəs öz layiqli cəzasını alacaq. Bütün bunlarla yanaşı, mən bir şeyi də xüsusi olaraq vurğulamaq istəyirəm ki, MTN-in sözügedən əməkdaşlarının heç biri nə qanunçuluğu, nə dövlətin təlükəsizlik konsepsiyasının, nə də, heç olmasa MTN-in, xüsusi statusa malik bir orqanı olaraq, fəaliyyət konsepsiyasını biliblər. Bu da yalnız onunla bağlıdır ki, həmin əməkdaşların başları yalnız bir tərəfə - mümkün qədər çox varlanmaq, ayrı-ayrı vətəndaşları ləkələmək, pul hərisliyinə qurşanaraq dövəti vəzifələrini tamamilə yaddan çıxarmaq istiqamətində işləyib. Belə olan halda hansı dövlətçilikdən və ya dövlətin möhkəmlənməsindən söhbət gedə bilər və bunlar dövlətə necə xidmət edə bilərlər? İndi mənə ən maraqlı gələn və ən vacib məsələ onların illər ərzində dövlət orqanlarına verdikləri məlumatlarının tamamının doğru olub-olmadığının yoxlanmasıdır. Məhz bu yoxlamalar bitdikdən sonra, indiyə qədər baş verən cinayət xarakterli əməllərin miqyaslarını öyrənmək olar. Eləcə də, yalnız bundan sonra MTN-in bir qurum kimi fəaliyyətinin yenidən və hansı istiqamətlərdə qurulacağı barəsində fikir söyləmək mümkündür.

-Ola bilsin ki, bütün bu olaylardan sonra MTN-dəki məlum sistemin yenidən, daha şəffaf və mükəmməl şəkildə yenidən qurulması lazım gələcək. Təcrübəli hüquqşünas, sabiq baş prokuror kimi bununla bağlı hansı məsləhətlər verə, nə tövsiyyə edə bilərsiniz?

-Əslində hesab eləmirəm ki, hər şeyi lap kökündən dəyişmək və ya yenidən qurmaq lazımdır. Barəsində söhbət gedən cinayət xarakterli əməlləri tötətmiş əməkdaşların hamısı işdən kənarlaşdırılır və onların hər biri barəsində lazımi tədbirlər də yəqinki görüləcək. Hətta çox güman ki, onların əksəriyyəti cinayət məsuliyyətinə cəlb olunaraq layiqli cəzalarına çatdırılacaqlar. Məlum sistemi yaxşılaşdırmaq üçün isə mən öz düşüncələrimi demək istəyirəm. Bu mənada, məndən kim inciyəcəksə incisin, kim küsəcəksə küssün, payını götürən götüsün, götürməyən də özü bilsin, ancaq mən deməli olduqlarımı, doğru bildiklərimi deyirəm. Mənim bu yöndəki fikrim belədir ki, MTN-də rəhbər vəzifələrə, o cümlədən də nazir vəzifəsinə elə şəxslər götürülməlidir ki, Azərbaycan dövlətinin daxili və xarici siyasətini, milli təhlükəsizlik konsepsiyasını, Azərbaycan xalqının psixologiyasını, arzu və istəklərini dəqiq bilsin, ölkənin prezidentinə xəyanət eləməsin, etibarlı və sədaqətli olmaqla yanaşı, həm də əsl peşəkar olsun.
Gəlin belə danışaq, mən bu ölkənin baş prokuroru işləmişəm və tutaq ki, sabah məni çağırıb desələr ki, səni səhiyyə naziri göndəririk, birincisi, mən özüm buna getmərəm. İkincisi də, o vəzifəyə getsəm mənim bu ölkəyə, Azərbaycan səhiyyəsinə xeyrim dəyərmi, təbii ki yox. Çünki mənim tibb elmindən xəbərim yoxdursa, hansı həkimlə hansı dildə danışmalı, peşəsi həkimlik olan adamlara həkimliyin hansı sirlərindən, hansı məziyyətlərindən danışa bilərəm? Axı, mənim bu şeylərdən xəbərim belə yoxdur və bu məsələləri bilmirəm. Bu gün biz MTN-in başına, məsələn Pedoqoji İnsitutun Coğrafiya fakültəsini bitirmiş bir adam qoysaq, təbii ki, buda dövlətə heç bir fayda verməyəcək. Yəni, buraya elə bir adam qoymaq lazımdır ki, onun dövlətdən, dövlətçilikdən, dövlətin strukturlarından, dövlətin siyasətindən, xarici dövlətlərin Azərbaycana qarşı hansı siyasi xətt tutmalarından, qonşu dövlətlərin bizə münasibətindən, qanunlarımıza hörmətdən, prezidentin yürütdüyü siyasətə sədaqətdən xəbəri olsun və qanunlarımızın aliliyini göz bəbəyi kimi qorumağı özünün ən ali məqsədi bilsin. Mənə elə gəlir ki, məhz bu sadaladığım keyfiyyətlərə sahib bir şəxs, indiki durumda MTN-ə rəhbər təyin olumalıdır. Yoxsa, biz yenə də bütün bu məsələlərdən xəbərsiz naşı bir adamı MTN-in başına gətirəcəyiksə və təbii ki, o da ətrafına özü kimi naşı adamları yığacaq və nəticə etibarilə, gec, ya da tez indikindən daha ağır problemlərlə üzləşməli olacağıq.

-Kimin MTN rəhbərliyinə gətirilməsini daha məqsədəuyğun hesab edirsiniz? Belə bir namizədiniz varmı?

-Yox, yoxdur, hətta olsa belə, mənim namizədimin eşidən kimdir? Mən bütün bu sözləri o mənada demədim ki, öz namizədim var. Hər halda, ölkənin prezidenti daha yaxşı bilər ki, ona ən yaxın, sədaqətli və bu vəzifəyə layiq olan şəxs kimdir. Sınanmış, təcrübədən keçmiş insanları, bu sahənin peşəkarlarını bir-bir araşdırıb ələkdən keçirəndən sonra, ora prezidentə, dövlətimizə və dövlətçiliyimizə layiq olan bir adam yəqin ki, tapılar. Əlbəttə bu, mənim subyektiv fikrim və şəxsi mülahizəmdir.

-Əgər ölkə başçısı sizi bu posta layiq bilsə, o zaman bu vəzifənin öhdəsindən gələ bilərsiniz?

-Yox, siz məni ora çəkməyin. Bu məsələ prezidentin səlahiyyətinə aiddir və o özü yaxşı bilər ki, həmin fərmanda kimin adı yazılsın. O ki, qaldı sizin verdiyiniz bacarıb-bacarmamaq haqda sualınıza, mən Heydər Əliyevin yanında bir il yarım işləmişəm və onun bütün nəsihətləri indi də qulağımdadır, ötən iyirmi beş il ərzində də ona olan sədaqətimi də itirməmişəm. Mənə nəinki MTN rəhbəri, istənilən digər bir vəzifə tapşırılarsa, mən onu xəyanətsiz, canla-başla, prezidentə sədaqətlə həyata keçirməyə qadir adamam. Amma yenə də deyirəm ki, nə bu söhbət mənlikdir, nə də bu məsələlər mənim istəyim üzərinə reallaşa bilər. Ölkənin rəhbəri var və dediyim kimi, hansı şəxsin hansı vəzifədə çalışacağını da o hamıdan yaxşı bilir. Amma nə olursa-olsun, MTN-in rəhbəri kim təyin olunursa-olsun, istər o vəzifədə, istərsə də, icra hakimiyyətindən tutmuş, hüquq nühafizə sistemindən seçkili orqanlara qədər, bütün səviyyəli rəhbər kadrlardan kim xalqın mənafelərini tapdayaraq rüşvətə və korrupsiyaya qurşanırsa, kim vəzifə səlahiyyətlərini aşaraq xalqa, millətə zülm edirsə, o, ilk növbədə prezidentə və dövlətə xəyanət etməklə yanaşı, geniş xalq kütlələrinin etirazına səbəb olmaqla, onları dövət əleyhinə etiraz etməyə səsləyir. Bu yolverilməz haldı və ələlxüsus da, həm dünyada, həm regionda gedən mürəkkəb proseslərin fonunda, həm də ölkəmizin indiki böhran şəraitində vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaq məsələlərdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Bu gün, 12:19
Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Bu gün, 12:01
Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Bu gün, 11:59
20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Bu gün, 11:54
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Bu gün, 11:34
35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Bu gün, 11:33
Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Bu gün, 11:26
Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Bu gün, 11:17
Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Bu gün, 11:07
“Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Bu gün, 11:05
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Bu gün, 10:56
NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Bu gün, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Bu gün, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Dünən, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Dünən, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 12:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru