Qərar verildi: Naxçıvanda ikili idarəetməyə son .....                     "Bərdə Ticarət" ASC xalis mənfəətini bölüşdürəcək .....                     HƏQİQƏTİN MATRİSASI: .....                     İran Bakıdan sərhədi açmasını istəyir .....                     Naxçıvanda PULSUZ DƏRMAN BİZNESİ .....                     16 gün dənizdə işləyən işçilərə MEDİA ƏNGƏLİ... .....                     Başçı öz işini görməyəndə: Camaat səfərbər olur... .....                     Tramp Avropa liderlərini yenə aldatdı .....                     Rusiya onu 11 ildir AXTARIRDI .....                     Tramp Rusiya əleyhinə qanuna qarşı çıxdı, lakin... .....                     İmişlidə baş verən olayın arxasında RUSİYA DAYANIR .....                     Ordumuzun qarşısını kəsən, sərhədimizdə meydan oxuyan İran ordusu Qarabağda .....                     Naxçıvanın Konstitusiyasını niyə dəyişdirirlər? .....                     Bank kartı olanlar oxusun .....                     AYNA auditor seçdi .....                     Daha bir vəzifəli şəxsin milyonluq obyekti .....                     "Azərbaycan üçün siyasi baxımdan vasitəçi olmaq mühüm əhəmiyyətə malik deyil" .....                     ETSN bu dəhşətə niyə göz yumur? .....                     AAAF Park-da daha bir özbaşınalıq .....                     “Aquşa” uşaq qidasında təhlükəli bakteriyalar AŞKAR EDİLDİ .....                     Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi .....                     Danışıqlarla manipulyasiya: Rusiya yay hücumuna hazırlaşır .....                     “Bu, Paşinyandan daha çox “tuşonka” oğrularının məğlubiyyətidir” .....                     “Heç bir şey göründüyü kimi deyil“ .....                     “Atlant” istirahət mərkəzi satılacaq? .....                     Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil .....                     Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu .....                     İnternetin sürətinə görə Azərbaycan dünyada neçənci yerdədir? .....                     YENİ PROSES: Bakıdan İrəvana təyinat... .....                     4 ayda oğurlanan 6 milyon manat .....                     Flora Kərimova uzun fasilədən sonra... .....                     “Çöldən qapıları da bağlayıb ki, heç kim gələ bilməsin” .....                     Ermənistanda hərbi maşın qəzaya düşdü: .....                     172 vətəndaşdan 14 milyon manat ələ keçirənlərin işi: milyonluq əmlakın üzərinə həbs qoyuldu .....                     Banklarda qızıl əmanəti varmı? .....                     Milli Onkologiya Mərkəzini 2 milyonluq avadanlıqla təchiz edən şirkət .....                     Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil .....                     Qulidən "oğru" adını almaq istəyən avtoritetin həbsxanadan GÖRÜNTÜLƏRİ .....                     Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL .....                     8,5 bal gücündə zəlzələ olacaq: "Daha böyüyü gözlənir" .....                 

Leyla Əliyeva “Bakı, mən səni sevirəm” kinolayihəsinin təqdimat mərasimində iştirak edib - FOTOLAR
Tarix: 24-10-2015, 14:45 | Çap et
Leyla Əliyeva “Bakı, mən səni sevirəm” kinolayihəsinin təqdimat mərasimində iştirak edib
Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə “Bakı, mən səni sevirəm” kinolayihəsinin təntənəli təqdimat mərasimi keçirilib.

Trend məlumatına görə, təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, tanınmış ictimaiyyət və incəsənət xadimləri, yaradıcı insanlar, diplomatik korpus nümayəndələri və xarici qonaqlar iştirak ediblər.

Təqdimat mərasimi əsl bayram əhval-ruhiyyəsində keçib. Aktyorlar, rejissorlar məmnuniyyətlə fotoqraf və videooperatorların qarşısında dayanaraq jurnalistlərin suallarını səmimi cavablandırıblar. Qonaqlar üçün gözəl bayram furşeti təşkil olunmuşdu.

Təqdimat mərasimindən öncə qonaqlara çəkiliş prosesini əks etdirən kadrlar nümayiş olunub. Gecənin aparıcısı Rahib Azəri layihə haqqında danışaraq qeyd edib ki, indiyədək “Paris, mən səni sevirəm”, “Nyu-York, mən səni sevirəm”, “Moskva, mən səni sevirəm” kimi analoji kinolayihələr həyata keçirilib.

Çəkiliş prosesinə 2011-ci ilin noyabrında start verilib, ilk çəkilişlər 2012-ci il martın 12-də başlanılıb. Çəkilişlər iki sessiyadan ibarət olub. Mart-aprel və iyun-iyul aylarını əhatə edən yaz və yay sessiyalarının hər birində beş film çəkilib. Kinoalmanaxın çəkiliş qrupu 138 nəfərdən ibarət olub. Kütləvi çəkiliş səhnələrini də nəzərə almaqla “Bakı, mən səni sevirəm” layihəsində 150-dən çox aktyor və aktrisa iştirak edib.

Layihənin prodüserləri Yeqor Mixalkov-Konçalovski və Nadir Maçanovdur. Kinonovella “Mosfilm” kinokonsernində ərsəyə gəlib.

“Bakı, mən səni sevirəm” sözlərilə çıxışına başlayan Yeqor Mixalkov-Konçalovski “Bakı, mən səni sevirəm” kimi böyük bir kinolayihənin reallaşmasına dəstək verən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və layihənin rəhbəri - Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib: "Mən həmçinin Bakıya və bütün bakılılara, azərbaycanlılara və bütün Azərbaycana, layihənin yaradıcı kollektivinə dərin minnətdarlığımı bildirirəm. Layihə üzərində işlə əlaqədar burada keçirdiyim bir ildən artıq müddətdən sonra bü gün əminliklə deyə bilərəm ki, nə qədər bu şəhərin vurğunuyam və bu şəhəri sevirəm. Bakı iki reallığın - tarix, ənənə, qədim əsrlərin və durmadan inkişaf edən müasir meqapolisin harmonik şəkildə qovuşduğu bir şəhərdir. Son vaxtlar burada “Avrovisiya” mahnı müsabiqəsi, İlk Avropa Oyunları kimi o qədər əlamətdar hadisələr olub ki, bu ölkəyə və insanlarına heyran olursan. Hər dəfə sizin gözəl şəhərə səfərə gəlirəm və hər dəfə də sürətlə dəyişdiyindən paytaxtınızı tanıya bilmirəm. Burada olduğumuz müddət ərzində biz təkcə işləməmişik, sizin gözəl ölkəniz haqqında daha çox öyrənmişik. Ona görə layihənin təqdimatının memarlıq və dizayn baxımından belə bir gözəl məkanın divarları arxasında, dahi Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsindən qürur hissi duyuram”.

Sonra Yeqor Mixalkov-Konçalovski tamaşaçıları beynəlxalq yaradıcı kollektiv tərəfindən hazırlanmış layihəyə baxmağa dəvət edib.

“Bakı, mən səni sevirəm” layihəsi 10 novella əsasında ekranlaşdırılan qısametrajlı filmlərdən (“Aziya”, “Görüş”, “Rəssam”, “Həyət”, “Bəhram Gur”, “Xəzər Atlantidası”, “Lotereya bileti”, “Sevgi haqqında”, “Aysel”, “Təsadüf”) ibarətdir.

Ekran əsərlərinin hər biri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir. Film həm də aktyor və rejissorların nəzərində Bakıya bir sevgi etirafıdır.

Filmlərin rejissorları Yeqor Mixalkov-Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (Böyük Britaniya), Andre Badalo (İspaniya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu və Yavər Rzayevdir (Azərbaycan).

Novellaların ssenari müəllifləri isə Nadir Maçanov, Yavər Rzayev, İlqar Safat, Samir Kərimoğlu, Nərgiz Bağırzadə və Aleksandr Novotoskidir.

Ekran əsərlərində Azərbaycanın Xalq artistləri Rasim Balayev, Məbud Məhərrəmov, Laləzar Mustafayeva, Əməkdar artistlər Şamil Süleymanlı, Bəhram Bağırzadə, Ayşad Məmmədov, Sənubər İsgəndərli və digər sənətkarlarla yanaşı, İtaliya, Böyük Britaniya, Türkiyə, Rusiya, Belarus, Litva və Özbəkistandan dəvət olunmuş aktyor və aktrisalar da çəkiliblər. Onların arasında Alessandro Bertoluççi, Aziya Arcento, Nadirə Myurrey, Aqniya Ditkovskite, Vadim Tsallati, Vyaçeslav Razbeqayev və Tatyana Rujavskaya kimi tanınmış simalar da rol alıb.

Layihənin təqdimatı gur alqışlarıa qarşılanıb. Nümayişdən sonra yaradıcı heyət – Yeqor Mixalkov-Konçalovski, Nadir Maçanov, İlqar Safat, Andre Badalo və Aleksandr Fodor səhnəyə dəvət olunublar.

Səhnəyə çıxan yaradıcı heyət səmimi ürək sözlərini bölüşərək kinematoqrafiyada parlaq hadisəyə çevrilən layihənin reallaşmasına verdiyi dəstəyə görə, təşkilatçılara təşəkkürlərini bildiriblər.

Leyla Əliyeva “Bakı, mən səni sevirəm” kinolayihəsinin təqdimat mərasimində iştirak edib
Leyla Əliyeva “Bakı, mən səni sevirəm” kinolayihəsinin təqdimat mərasimində iştirak edib
Leyla Əliyeva “Bakı, mən səni sevirəm” kinolayihəsinin təqdimat mərasimində iştirak edib
Leyla Əliyeva “Bakı, mən səni sevirəm” kinolayihəsinin təqdimat mərasimində iştirak edib
Leyla Əliyeva “Bakı, mən səni sevirəm” kinolayihəsinin təqdimat mərasimində iştirak edib
Leyla Əliyeva “Bakı, mən səni sevirəm” kinolayihəsinin təqdimat mərasimində iştirak edib
Leyla Əliyeva “Bakı, mən səni sevirəm” kinolayihəsinin təqdimat mərasimində iştirak edib










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərar verildi: Naxçıvanda ikili idarəetməyə son - TƏFƏRRÜAT
Bu gün, 08:49
"Bərdə Ticarət" ASC xalis mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 08:47
HƏQİQƏTİN MATRİSASI: - və ya “pərdə arxasında” gizlədilmiş gerçəkliyin axtarışı
Bu gün, 08:43
İran Bakıdan sərhədi açmasını istəyir - BƏS BİZ?
Bu gün, 08:39
Naxçıvanda PULSUZ DƏRMAN BİZNESİ - Kağız üzərində hər şey gözəldir...
Bu gün, 08:35
16 gün dənizdə işləyən işçilərə MEDİA ƏNGƏLİ... - AXI NİYƏ?..
Bu gün, 08:27
Başçı öz işini görməyəndə: Camaat səfərbər olur... - BU DA FAKT!
Bu gün, 08:25
Tramp Avropa liderlərini yenə aldatdı - "The Wall Street Journal"
Bu gün, 08:05
Rusiya onu 11 ildir AXTARIRDI - Azərbaycanda SAXLANILDI
Bu gün, 07:57
Tramp Rusiya əleyhinə qanuna qarşı çıxdı, lakin... - GƏLİŞMƏ
Bu gün, 07:04
İmişlidə baş verən olayın arxasında RUSİYA DAYANIR - deputatdan İDDİA
Bu gün, 07:01
Ordumuzun qarşısını kəsən, sərhədimizdə meydan oxuyan İran ordusu Qarabağda - NƏ BAŞ VERİR?
Bu gün, 06:14
Naxçıvanın Konstitusiyasını niyə dəyişdirirlər? - AKTUAL
Bu gün, 06:08
Bank kartı olanlar oxusun – Narahatlıq yaradan xəbər yayıldı
Bu gün, 06:06
AYNA auditor seçdi - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 05:55
Daha bir vəzifəli şəxsin milyonluq obyekti ÜZƏ ÇIXDI
Bu gün, 05:43
"Azərbaycan üçün siyasi baxımdan vasitəçi olmaq mühüm əhəmiyyətə malik deyil" - keçmiş nazir
Bu gün, 05:32
ETSN bu dəhşətə niyə göz yumur? - kanalizasiya suları içində ÇİMƏRLİK SEZONU
Bu gün, 05:28
AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
“Aquşa” uşaq qidasında təhlükəli bakteriyalar AŞKAR EDİLDİ - DİQQƏT
Bu gün, 05:12
Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi - Rusiya yenidən vasitəçilik oyununa girişib
Bu gün, 00:12
Danışıqlarla manipulyasiya: Rusiya yay hücumuna hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 00:09
“Bu, Paşinyandan daha çox “tuşonka” oğrularının məğlubiyyətidir” - KİV
Bu gün, 00:06
“Heç bir şey göründüyü kimi deyil“
Bu gün, 00:02
“Atlant” istirahət mərkəzi satılacaq? – Qalmaqallı dələduzluq işi
Bu gün, 00:00
Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil - ŞƏRH
Dünən, 19:20
Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu
Dünən, 19:15
İnternetin sürətinə görə Azərbaycan dünyada neçənci yerdədir? - SİYAHI
Dünən, 18:14
YENİ PROSES: Bakıdan İrəvana təyinat... - GƏLİŞMƏ
Dünən, 18:07
4 ayda oğurlanan 6 milyon manat - Necə qorunmaq olar?
Dünən, 18:03
Flora Kərimova uzun fasilədən sonra...
Dünən, 17:56
“Çöldən qapıları da bağlayıb ki, heç kim gələ bilməsin” – Deputat İmişlidəki hadisədən DANIŞDI
Dünən, 17:50
Ermənistanda hərbi maşın qəzaya düşdü: - 1 ölü, 3 yaralı
Dünən, 17:48
172 vətəndaşdan 14 milyon manat ələ keçirənlərin işi: milyonluq əmlakın üzərinə həbs qoyuldu - TƏFƏRRÜAT
Dünən, 17:45
Banklarda qızıl əmanəti varmı? - AKTUAL
Dünən, 17:42
Milli Onkologiya Mərkəzini 2 milyonluq avadanlıqla təchiz edən şirkət - BƏLLİ OLDU
Dünən, 17:39
Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil - ŞƏRH
Dünən, 17:36
Qulidən "oğru" adını almaq istəyən avtoritetin həbsxanadan GÖRÜNTÜLƏRİ - FOTO
Dünən, 17:31
Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL - AÇIQLAMA
Dünən, 17:25
8,5 bal gücündə zəlzələ olacaq: "Daha böyüyü gözlənir" - ŞOK XƏBƏRDARLIQ
Dünən, 17:22
"Bu şoular ailə dəyərlərini məhv edir"
Dünən, 17:19
"Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 17:16
“Gəncədə Şeyxzamanovlar və Suriyada başqa varisləri var” - Nizami və Nəsiminin nəsli üzə çıxır?
Dünən, 16:20
Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilib - TƏFƏRRÜAT
Dünən, 16:16
Ermənistandan Araz çayı ilə bağlı şok qərar - Bakı nə tələb edirdi?
Dünən, 16:13
“PAŞA Bank”ın Müşahidə Şurasının strukturunda dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 16:12
Erməni lobbisi dinc dayanmır: - Smitin Rubionu Cənubi Qafqaza çəkmək niyyəti mövcuddur
Dünən, 16:10
“Çakır” Milli Məclis deputatı ola bilər? – Yalnız bir halda...
Dünən, 16:07
Sülh istəyirsənsə, müharibəyə hazırlaş - Azərbaycan nümunəsi
Dünən, 16:04
Borcu olan şirkət DSMF-nin 2 mərtəbəli binasını 394 min manata təmir edəcək - TƏFƏRRÜAT
Dünən, 15:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru