Xalq artisti Həmidə Ömərova ailələrin dağılmasından danışıb.
Axşam.az xəbər verir ki, aktrisa "Geriyə baxanda" proqramında evli şəxslərin başqası ilə eşq yaşaması haqda sualı cavablandırıb:
"Bu, xəstəlikdir yayılıb. İnsanlar ailə dəyərlərinə başqa cür yanaşır, qiymətləndirmirlər. Bunda kütləvi informasiya vasitələrinin rolu var. Realiti-şoular bunun səbəbkarıdır. Gedirlər efirdə özlərinə sevgili seçirlər. Bunların hamısı ailənin dağılmasına gətirib çıxarır. Nişanlı oğlan baxır ki, vaxtiylə sevdiyi qız çıxıb efirdə özünə sevgili seçir. Bu da inamı azaldır. Bunun axırı yaxşı olamayacaq. Təəssüf ki, bu gedişlə ailə dəyərlərini qorumaq çətin olacaq. Əvvəl də ailə dağılması haqda film çəkilirdi. Amma tamaşaçının psixologiyasına təsir etmirdi. Realiti-şoular isə edir. Ev mədəniyyətsizliyini, mətbəx söhbətlərini efirə çıxartmaqla heç nə əldə etmirik. Əksinə itirirk. Bizim mənəviyyatımızdan gedir. Biz mənəviyyatımızı qorumağa çalışmışıq. Bu isə ailə dəyərlərimizi bitirir".