Erməni baş nazir xalqını əmin edir ki... .....                     Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? .....                     Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı .....                     “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” .....                     “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” .....                     NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... .....                     Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                 

“İndiyədək MTN-ə bir qəpik də rüşvət ödəməmişəm” - İbrahim Nehrəmli
Tarix: 24-10-2015, 11:37 | Çap et
“İndiyədək MTN-ə bir qəpik də rüşvət ödəməmişəm”
“Xəzər adaları” layihəsinin müəllifi, “Avesta Konsern”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli “Yeni Müsavat” qəzetinə müsahibə verib.

O bildirib ki, “Xəzər Adaları” ilə bağlı görüşlər üçün seçdiyi nümayəndə heyəti artıq Çin Xalq Respublikasındakı işlərini bitirmək üzrədirlər. Hacı İbrahim qeyd edib ki, nümayəndə heyəti daha sonra layihə üçün müqavilələr bağlamaq məqsədi ilə Honkonqa səfər edəcəklər:

- Xaricdən nə qədər kredit ala biləcəyiniz gözlənilir?

- Hələ ki danışıqlar 3 milyard ətrafında aparılır. Lakin digər dörd qrupla da görüşlərimiz başlayıb. Daha böyük məbləğdən də söhbət gedə bilər. Onlardan biri ilə müqavilənin bağlanması çox realdır. Görüşlər 1 noyabr tarixindən başlayacaq. Bakıda olsam da oradakı görüşlərlə bağlı nə lazımdırsa, edirəm.

- Müqavilə bağlayacağınız şirkət hansıdı?

- Hələ ki bəzi işlərlə bağlı bu şirkətin adını açıqlamasaq daha yaxşı olar. Heç kim istəmir ki, ona kredit gəlsin, işi düzəlsin. Paxıllıqla hərə bir məlumat yazır göndərir. Bunun nə üçün belə olduğunu başa düşmürəm.

- Sizin şirkətdə çalışıb əmək haqqı ala bilməyənlər şikayət edirdilər. Onların əmək haqqını verdinizmi?

- Bəli, artıq əmək haqlarını da verməyə başlamışıq. Misal üçün, bizim sürücülər üçün 170 min manat əmək haqqımız qalmışdı. Onun hazırda təxminən 60-70 min manatı verilib. Növbəti həftələrdə isə tam şəkildə sürücülərin əmək haqqını verməyi düşünürük. Heç kimin haqqı bizdə qala bilməz.

- Ölkə başçısı İlham Əliyev 22 oktyabr tarixində gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzaladı. Bir iş adamı kimi bu fərmana münasibətiniz necədir?

- Cənab prezidentin hər bir fərmanı doğrudan da iş adamları arasında çox müsbət qarşılanır. Təbii ki, bu fərmanlar ölkədə biznes mühitinin yaxşılaşdırılması məqsədi ilə verilir. Ola bilər ki, insanları gömrükdə incidirdilər, bunların qarşısı alınacaq. Bu, çox yaxşı bir haldır. Hesab edirəm ki, cənab prezidentin gömrüklə bağlı fərmanı xırda sahibkarlığın inkişafı üçün daha əhəmiyyətli olacaq. Ancaq onu da deyim ki, gömrükdə iri sahibkarlar heç zaman incidilmir. Mən şəxsən buna rast gəlməmişəm.

- Neftin qiyməti düşdükdən sonra prezident İlham Əliyev ölkədə sahibkarlığın inkişafına ciddi şəkildə diqqət göstərir. Eyni zamanda ölkədə xeyli məmur var ki, onlar həm də sahibkardırlar. Böyük maraqların toqquşması fonunda sizcə prezident sahibkarlığın inkişafına nail ola biləcəkmi?

- Öncəliklə deyim ki, məmur bizneslə məşğul olmalı deyil. Bunun qarşısını əvvəldən almaq lazım idi. Əfsuslar olsun ki, bunun qarşısını almadıq. Məmurlar böyük pullar qazandılar. Bu pullarla həm də bizneslərini inkişaf etdirdilər. Biz də məcbur olduq ki, kredit alaq və onların qarşısında rəqabətə tab gətirə bilək. Nəticədə bizim kreditlərin miqdarı artdı. Bu hal eyni zamanda ölkədə biznes mühitini də pisləşdirdi. Əlbəttə ki, neftin qiyməti düşdükdən sonra bu məqama diqqət artdı. Cənab prezident çox yerində qərarlar verdi. Xeyli sayda məmurlar var ki, onlar iş adamlarının işləməsinə imkan vermir. Tutaq ki, mən də ev tikirəm, məmur da. Məmur qanunsuz ödəmələrdən azaddır, ancaq biz iş adamları hamısını veririk. Onların qarşısında tab gətirə bilərikmi? Əlbəttə ki, yox. Bu baxımdan bir daha qeyd edirəm ki, prezidentin fərmanları həm millətin, həm də iş adamlarının xeyrinədir. Düşünürəm ki, ölkə başçısı sahibkarlığın inkişafını istəyirsə, buna yüz faiz nail olacaq. Çünki hər şey onun əlindədir. Hələ ki ölkədə biznes batmayıb. O, biznesi yenidən dirildə bilər.

- Ölkədə sahibkarların əsas problemini nədə görürsünüz?

- Sahibkarların əsas problemi odur ki, banklar bu gün bizimlə işləmir. Deyək ki, mənim Beynəlxalq Bankda kreditim var. Bu gün mənə konkret sənəd vermirlər ki, biləm nə qədər borcum var. Dəfələrlə bununla bağlı onlara rəsmi müraciət etmişəm. Deyirlər ki, gəl devalivasiya ilə bağlı sənədə qol çək, ondan sonra deyək ki, nə qədər borcun var. Nəticədə isə mənim kimi iş adamının Beynəlxalq Banka girişinə qadağa qoyulub. İndi cənab prezidentin bunlardan xəbəri yoxdur. Düşünürəm ki, banklar iş adamlarını çağırmalıdırlar. Deməlidirlər ki, sənin, misal üçün, bir şirkətin üzrə 30 milyon borcun var. Bunu nə üçün vermirsən? Mən də deməliyəm ki, biznesin inkişafı üçün kreditə və normal biznes mühitinə ehtiyacım var. Bunu etmək əvəzinə, bizi göndərirlər “Bandotdelə” ki, get orada cavab ver. Orada da deyirlər ki, bizə dəxli yoxdur. Apar əlində olanı sat, borcunun bir qismini ödə. Sən də elə etsən, bir qismin ödəyirsən, müəyyən zaman sonra yenidən borcun əvvəlki həddə çatır. Nəticədə girov qoymağa artıq əmlakın da olmadığı üçün həbs olunursan. Bu cür yanaşma ilə biznesi xilas etmək olmaz. Biznesi xilas etmək istəyiriksə, iş adamlarına münbit şərait yaradılmalıdır ki, onlar bankdan kredit götürüb işini qursun.

- Bildirilir ki, Beynəlxalq Bankdan kredit götürənlərin əksəriyyətində girov yoxdur. Bu barədə nə deyə bilərsiz?

- Götürdüyüm kreditlərin qarşılığında artıqlaması ilə girovum var. Ancaq deyilənlər doğrudur. Çox adam girov qoymadan biznes layihələri üçün böyük miqdarda pul götürüblər. O da Cahangir Hacıyevin öz adamlarıdır. Başqa adamlar deyil. Mühafizəçinin, qonşunun və sairə bu kimi adamların adına girovsuz kreditlər yazdırıblar. Bu gün də aparıb həmin pulları xaricə çıxarıblarsa, bunun bizə nə aidiyyatı var? Mən 300 milyonluq girov qoyub, 30 milyon kredit götürmüşəm. Yəni bu, cinayətdir? Sadəcə hamıya eyni gözlə baxıb, hər kəsin adını dələduz qoyuruq. Belə inkişaf etmək olmaz.

- 17 oktyabr tarixində prezidentin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edildi. Daha sonra məlum oldu ki, sahibkarlığın inkişafına mane olan qurumlardan biri də məhz MTN olub. Bununla bağlı münasibətiniz necədir?

- Məni bir dəfə də olsun MTN-ə çağırmayıblar. Eyni zamanda şirkətimə də heç bir haqq qoymayıblar. Həmçinin ətrafımda olan şirkətlərdən MTN tərəfindən pul istənilməsini eşitməmişəm. Əgər belə bir hal olarsa, konkret açıqlama verərəm. Nə MTN-dən, nə DİN-dən, nə prokurorluqdan bu məsələ ilə bağlı şikayətçi deyiləm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Bu gün, 11:26
Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Bu gün, 11:17
Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Bu gün, 11:07
“Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Bu gün, 11:05
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Bu gün, 10:56
NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Bu gün, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Bu gün, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Dünən, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Dünən, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Dünən, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Dünən, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Dünən, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Dünən, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Dünən, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Dünən, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru