Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                 

Ziya Məmmədovun “müalicəsi” bitdi, əfv də olundumu? - Onu Eldar Mahmudovla nə birləşdirir?
Tarix: 21-10-2015, 08:39 | Çap et
Ziya Məmmədovun “müalicəsi” bitdi, əfv də olundumu?
Səlahiyyətlərinin əhəmiyyətli hissəsi prezident sərəncamı ilə əlindən alınmış nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 19-da gözlənilmədən işə çıxıb. Ölkə gündəmi işdən çıxarılan başqa bir sabiq nazirin taleyinə kökləndiyindən nazirin 4 gün tez məzuniyyətini başa vurması o qədər də diqqəti cəlb etməyib.

Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Ziya Məmmədovun sədrliyi ilə iclas olub. “Nazirin iş qrafiki də artıq bəllidir və o, növbəti həftədən başlayaraq bölgələrdə vətəndaşlarla görüş keçirəcək” deyə, nazirlik rəsmisi bildirib.

Rəsmi məlumata görə, Ziya Məmmədov sentyabrın 16-dan oktyabr ayının 22-nə qədər növbəti əmək məzuniyyətinə çıxmışdı. Onun harada olduğu barədə ziddiyyətli məlumatlar vardı. Onun qohumları deyirdilər ki, nazir xaricdə müalicə olunur. Nazirliyin mətbuat xidmətinin rəhbəri də “Yeni Müsavat”a təsdiqləyib ki, Z. Məmmədov İsveçrədə müalicədə olub.

Xatırladaq ki, məzuniyyətdə olduğu müddətdə Nəqliyyat Nazirliyinin əhəmiyyətli səlahiyyətləri bölüşdürülüb və DİN-ə verilib. Nəqliyyat Nazirliyinin tərkibində Bakı Sərnişin və Yük Daşımalarının Təşkili şöbəsinin fəaliyyəti dayandırılıb.

Yəni Z.Məmmədov faktiki olaraq məzuniyyətdən “portfelsiz nazir” statusunda qayıdıb. Nazirin məzuniyyətdə olduğu günlərdə “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxarılıb, Nəqliyyat Müfəttişliyinin səlahiyyətləri DYP-yə verilib. Bundan əvvəl isə Məmmədovlar şəhər nəqliyyatından vurulub çıxarılıblar, taksilərə lisenziya verilməsi də “ASAN xidmət”ə həvalə edilib, “Azəryolservis” nazirin nüfuz dairəsindən çıxarılıb və hökumətdə müstəqil quruma çevrilməsi müzakirə olunur. Məlumatlara görə, Prezident Administrasiyasında Nəqliyyat Nazirliyinin yeni əsasnaməsi hazırlanır. Layihədə nazirliyin yalnız effektiv nəqliyyat siyasətinin işlənib hazırlanması ilə məhdudlaşdırılması nəzərdə tutulur. Yəni Nəqliyyat Nazirliyi Energetika Nazirliyi kimi, təsərrüfat fəaliyyəti ilə məşğul olmayan struktura çevriləcək.

33 günlük “dincəlmədən” sonra Ziya Məmmədovu iqtidarla heç də rahat olmayan söhbət gözləyir. Nazirin niyə qəzəbə gəlməsi barədə indiyədək çox yazılıb, ən müxtəlif versiyalar irəli sürülüb. Nazirin hakimiyyətin “qara siyahısında” olan Abbas Abbasovla dostluğundan tutmuş, Rusiya prezidenti Vladimir Putinə “yol axtarmağa” qədər versiyalar ortaya atılıb. Hətta onun Amerika prezidentliyinə namizədliyi irəli sürülən Donald Trambla hansısa gizli sövdələşmələrinədək versiyalar səslənib. Nazirlikdə uzun illər bir neçə gəlirli sahəyə nəzarət etmiş nazirin və yaxın ətrafının “maliyyə xəyanəti”ndə suçlanması haqda daha çox iddialar var.

Bu səbəbdən nəqliyyat nazirinin izahatından sonra onun sonrakı taleyi barədə qəti danışmaq mümkün olacaq. Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılması və MTN-də həbslərin başlaması onu göstərir ki, nəqliyyat nazirinin “toxunulmaz” qalması mümkün deyil. İddialar var ki, Z.Məmmədov da sabiq təhlükəsizlik nazirinin yaratdığı “böyük başlar klanı”na daxil imiş. Xatırladaq ki, E.Mahmudovun belə bir klan yaratması barədə hakimiyyətdaxili qruplaşmalar haqda bilgisi olduğu şübhə doğurmayan sabiq səfir Arif Məmmədov məlumat verib. O, klanın Prezident Administrasiyası ilə hesablaşmadığını deyib. Məlumdur ki, Z.Məmmədov da Prezident Administrasiyası ilə uzun müddətdir ki, konfliktdədir. Rəsmi və hakimiyyətyönlü qəzetlərdə vaxtaşırı nəqliyyat nazirinin tənqid edilməsi də bu faktı təsdiq edir.

Səlahiyyətlərinin əhəmiyyətli hissəsini itirən nazir müalicəsini yarımçıq qoyub ölkəyə qayıtsa da, onun oğlu- Məmmədovların ailə biznesinə rəhbərlik edən Anar Məmmədovun harada olması haqda hələ də dəqiq bilgi yoxdur.

İstənilən halda Z.Məmmədovun işə qayıtmasının onun əfv olunması kimi izahı reallığı əks etdirmir. Onun da yaxın günlərdə ən yaxşı halda “öz ərizəsi” ilə işdən getməsi daha çox gözləniləndi.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Dünən, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Dünən, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Dünən, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Dünən, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Dünən, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Dünən, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Dünən, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Dünən, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Dünən, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Dünən, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Dünən, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Dünən, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Dünən, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Dünən, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Dünən, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Dünən, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Dünən, 10:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru