“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                     Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur .....                     Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir .....                     FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı .....                     Azərbaycan BOKT-unun təsisçisi dəyişib .....                     “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü .....                     Deputatlıq mandat deyil, sözün məsuliyyətidir .....                     "Gazelli Group" yenidən təşkil olunur .....                     “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” .....                     Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır .....                     "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub .....                     Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü .....                     Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! .....                     TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub .....                     AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib .....                     Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi .....                     Azərbaycanda “lizinq” anlayışı ləğv edilir .....                 

“Semaşko” qatil həkimini cəzadan belə xilas edir – Məhkəmə
Tarix: 29-08-2015, 11:21 | Çap et
“Semaşko” qatil həkimini cəzadan belə xilas edir
Həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı Apelyasiya Məhkəməsində ötən gün proses davam etdirilib.

Bu barədə Axar.az-a məlumat verən zərərçəkən Anar Niftəliyevin vəkili Səməd Vəkilovun sözlərinə görə, qarşı tərəf bu dəfə də saxtakarlıq edərək məhkəmədən yayınıb:

“124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri ilə ittiham olunan və 2 il azadlıqdan məhrum edilən anestezioloq Firuz İbrahimov bundan öncəki prosesə də teleqram vurmuşdu ki, xəstə olduğu üçün iştirak edə bilməyəcək. Bu dəfə özü deyil, qardaşı teleqram vurub. Məhkəməyə bildirib ki, mədə xorasından əziyyət çəkdiyi üçün 1 saylı Şəhər Klinik Xəstəxanasında yatır. Hakim Əflatun Qasımov qarşı tərəf iştirak etmədiyindən prosesi 31 avqust saat 14:30-a təxirə saldı. Proses baş tutmadığı üçün biz zərərçəkən Anar Niftəliyevlə birlikdə xəstəxanaya getdik. Bu saxtakarlığı üzə çıxartmaq, 1 saylı klinik xəstəxananın Firuz İbrahimova yalandan “diaqnoz” qoyub, onu cəzadan yayındırmaq istəyini ifşa etmək istəyirdik. F.İbrahimovun guya 3-cü korpus, 4-cü mərtəbədə “yatdığını” öyrənsək də, bizi onun yanına buraxmadılar. Təbii ki, o xəstəxanada olmadığı üçün bizə onun yanına getməyə imkan vermədilər. Ancaq böyük ehtimalla xəstəxanada yatması ilə bağlı saxta arayış hazırlatdırıb və bununla da zaman qazanmaq istəyir. O, bu şəkildə prosesi sentyabr ayının 20-nə, Elnarə xanımın ölümünün iki ili tamam olacaq günə qədər uzadacaq ki, cinayət məsuliyyətindən azad olsun. Çünki 2 il tamam olsa, ona qarşı irəli sürülən və öz təsdiqini tapmış ittiham olunduğu maddələrdən biri - 320.1-ci maddə ilə ona cəza verilməyəcək. Məhkəmə hüququndan belə bir presedent var ki, 2 ilə qədər həbs cəzası olan maddə ilə ittiham edilən şəxs 2 il müddətində həb olunmursa, həmin maddənin tətbiqi ləğv edilir. Bu, əvvəldən hazırlanmış plandır”.

Zərərçəkən Anar Niftəliyev isə bildirdi ki, 2 il müddətində cinayətkarın cəzasız qalmasının səbəbkarı hakimlər və həkimlərdir və əlbəttə ki, burda hamısı rüşvət alıb: “Əvvəla, ilk instansiya məhkəməsində - Nəsimi Rayon Məhkəməsində 2014-cü ilin noyabrında başlayan proses düz 6 ay davam etdi. Hakim Şəlalə Həsənova prosesi niyə 6 ay uzatmalı idi? Aprelin 23-də çıxarılan qətnamə isə Nəsimi rayon Məhkəməsinin cinayətkardan külli miqdarda rüşvət aldığını təsdiqlədi. Cinayət Məcəlləsinin 124.1 və 320.1-ci maddələri ilə təqsiri sübuta yetirilən bir adama 2 il şərti cəza vermək nə deməkdir? Səhlənkarlıq nəticəsində ölümə səbəb olan, sonra da cəzadan yayınmaq üçün sənəd saxtalaşdıran bir adamı Nəsimi Rayon Məhkəməsi yalnız rüşvət aldığı üçün həbs etmədi”.

A.Niftəliyevin sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsinin hakimi Camal Ramazanov da prosesin uzadılmasına şərait yaratdı:

“Apelyasiya şikayəti verəndən sonra Bakı Apelyasiya Məhkəməsində hazırlıq iclasında məhkəmə istintaqının aparılıb-aparılmaması soruşuldu. Mən bildirdim ki, məhkəmə istintaqına ehtiyac yoxdur, amma məhkəmə özü bilər – istəyirsinizsə, məhkəmə istintaqı aparılsın. Qarşı tərəf – Firuz İbrahimovun vəkili də çıxışında bildirdi ki, məhkəmə istintaqının keçirilib-keçirilməməsini məhkəmənin ixtiyarına buraxır, istintaqın keçirilməsinə isə zərurət hiss etmir.

Beləliklə, məhkəmə istintaqın aparılmaması və prosesin başlanması barədə qərar verdi. Növbəti prosesdə qarşı tərəf bildirdi ki, məhkəmənin hazırlıq iclasının qərarından Ali Məhkəməyə şikayət vermək istəyir, çünki məhkəmə istintaqının keçirilməsində israr edirlər. Mən də hakimə bildirdim ki, məhkəmə istintaqının keçirilməsini istəyirdilərsə, ötən iclasda deyərdilər və biz də razılaşardıq. Protokollara baxın, axı qarşı tərəf məhkəmə istintaqının keçirilməməsini istədiyi üçün məhkəmə heyəti bu qərarı verdi. Təkidlə tələb etdim ki, hazırlıq iclasında dedikləri və protokollaşdırılan sözləri əsas götürərək, onun Ali Məhkəməyə şikayət hüququ məhdudlaşdırılsın. Ali Məhkəmədə işin 2 aydan tez baxılmasının mümkün olmadığını və bu yalançı şikayətlə prosesin ən azı iki ay uzadılacağını da bildirdim. Ancaq Camal Ramazanov “onun hüququdur” deyərək, şikayəti təmin etdi və iclası təxirə saldı.

Hesab edirəm ki, burda da həkim və hakim sövdələşməsi öz işini gördü. Ali Məhkəmədə işi uzatmaq üçün Firuz İbrahimov xəstə olduğu barədə teleqram vurdu və prosesə gəlmədi. Ancaq nəhayət, iki aydan sonra, avqustun 17-də Ali Məhkəmə onun niyyəti barədə dediyimiz faktları qəbul etdi və qarşı tərəfin şikayətini rədd edib, işi Apelyasiya Məhkəməsinə göndərdi. Camal Ramazanov məzuniyyətdə olduğundan, Əflatun Qasımovun sədrliyi ilə Bakı Apelyasiya Məhkəməsində ötən gün keçirilən iclasda isə Firuz İbrahimovun qardaşının teleqram vurduğu bildirildi. Guya F.İbrahimov xəstədir, mədə xorası ilə 1 saylı klinik xəstəxanada yatır və prosesə gələ bilməz. Firuz İbrahimov özü hazırda 1 saylı klinik xəstəxanada anestezioloq işləyir. Bu qatil öz işlədiyi xəstəxanaya yalandan qeydiyyata düşüb ki, məhkəmədə iştirak etməməsini “qanuniləşdirsin” və sentyabrın 20-sinə qədər vaxtı uzatsın”.

Saxtakarlığın aydınlaşdırılması üçün onu 1 saylı klinik xəstəxanaya gedən, amma “xəstə yanına” buraxmadıqlarını bildirən A.Niftəliyevin deyir ki, avqustun 31-nə təyin edilən prosesə də F.İbrahimovun gələcəyinə inanmır:

“Bir qatili cəzasız saxlamaq üçün böyük bir şəbəkə işləyir. Həkimlər hakimlərlə birləşib qatili cəzasız saxlamaq yolunda çalışırlar. Mənim ayrı əlacım yoxdur artıq: bütün həmkarlarıma, millət vəkillərinə müraciət etdim ki, prosesə gəlsinlər, biabırçılığı öz gözləri ilə görsünlər. Əgər Prezident İlham Əliyevin nəzarətində olan, bu qədər ictimailəşmiş bir işdə də hakimlər rüşvət alırlarsa, həkimlər saxtakarlığa gedirlərsə, daha söz tapa bilmirəm. Bu hakimlər və həkimlər mənə seçim qoymurlar – cinayətkarı cəzalandırmamaqla şəxsi qisasa çevirirlər bu işi. Neyləməliyəm, Firuz İbrahimovdan özüm qisas almalıyam? Bu və bu kimi adamların haqlı cəzalarını verməyənlər mənim kimi insanları niyə qisasa sürükləyirlər?”

Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənova 23 aprel 2015-ci ildə iki maddə ilə suçlanan anestezioloq Firuz İbrahimov barədə cəzasının məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməklə iki illik həbs cəzası çıxarılıb. Zərərçəkən tərəf bu cəzanın həddən artıq yüngül olduğu və cinayətə adekvat olmadığını əsas gətirərək, apelyasiya şikayəti verib.

Hazırda iş Apelyasiya Məhkəməsində, hakim Əflatun Qasımovun icraatındadır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Bu gün, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Bu gün, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Bu gün, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Bu gün, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Bu gün, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Bu gün, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Bu gün, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Bu gün, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Bu gün, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Bu gün, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Bu gün, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Bu gün, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Bu gün, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Bu gün, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Bu gün, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Bu gün, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Bu gün, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Bu gün, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Bu gün, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Bu gün, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Bu gün, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Bu gün, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Bu gün, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Bu gün, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01
Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55
TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49
Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43
Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39
Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru