Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                     Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur .....                     Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir .....                     FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı .....                     Azərbaycan BOKT-unun təsisçisi dəyişib .....                     “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü .....                     Deputatlıq mandat deyil, sözün məsuliyyətidir .....                     "Gazelli Group" yenidən təşkil olunur .....                     “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” .....                     Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır .....                     "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub .....                     Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü .....                     Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! .....                     TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub .....                     AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib .....                     Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi .....                     Azərbaycanda “lizinq” anlayışı ləğv edilir .....                     Müstəqillik Günündə əfv gözlənilir? .....                     Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu .....                     Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar .....                     Bu kino rejissorlarına 10 min manat veriləcək .....                 

Qarabağda döyüşmüş polisə nədən "veteran" adı verilmir? - ŞİKAYƏT VAR
Tarix: 20-08-2015, 10:01 | Çap et
Qarabağda döyüşmüş polisə nədən "veteran" adı verilmir?
...Gözünü açanda üzərindəki böyük ağırlığın artıq onu əzməkdə olduğunu hiss etdi. Qeyri-iradi bu naməlum yükün altından çıxmaq istədi. Ancaq bütün bədənini bürüyən kəskin ağrılar imkan vermədi. Başa düşdü ki, yaralanıb, üstündəkilər də digər yaralılar və ya meyitlərdir... Ətraf qan içində idi. Yaralı və cəsədləri bir ucdan maşınlara yığırdılar. Bu, nə idi? Yoxsa yenə müharibə? Yenəmi yanlarında erməni mərmisi partlayıb?.. Üstündəki qanlı cəsədləri bir-bir aparmağa başladılar.

Yox, deyəsən, bura döyüş zonası deyil; mülki həkimlər, "təcili yardım" maşınları... Heç hərbçilər gözə dəymirdi... Əynindəki paltara baxdı - hərbi formada deyildi. Amma üz-gözü, əl-ayağı qan içində idi. Başında və kürəyindəki dəhşətli ağrıdan yenə huşunu itirdi. Bir də maşına qoyulanda ayıldı. Nəhayət, xəstəxanada hər şey yadına düşdü; səhər tezdən o, işə - bir-iki qutu siqaret satmağa gedirdi. Bir hoqqabaz cavanın sürətlə sürdüyü avtobusla... Dəmir yolunu keçəndə qatar avtobusu əzdi...


Bu cümlələr hansısa hekayədən, romandan deyil. Gerçəkdən bir Azərbaycan vətəndaşının başına gəlmiş olaylardan kiçicik epizoddur. 2012-ci il avqustun 31-də səhər saat 7:30-da Bakı şəhəri, Qaradağ rayonu dəmir yolu keçidində "Ağstafa-Bakı" marşrutu ilə hərəkət edən sərnişin qatarı ilə toqquşmuş 124 saylı "Daewoo" markalı sərnişin avtobusunda ağır yaralananlardan biri də Laçın rayonundan məcburi köçkün Mehman Vəli oğlu Behbudov idi...
Qəza nəticəsində Mehmanın onurğa sümüyü 3 yerdən çatlayıb, sağ çiyni sınıb, sağdan 4, soldan 5 qabırğası qırılıb. Eyni zamanda, başı bir neçə yerdən partlayıb. Xəstəxanada 63 gün ağır vəziyyətdə, tərpənmədən, arxasıüstə yatıb. 3 ay yarım isə evdə bu qaydada qalıb. "Əlil olmuşam. Zülümlə, pul gücünə 1000 manat verib 2-ci qrup əlillik dərəcəsi düzəltdirmişəm. Özüm də gizli infarkt keçirmişəm. 130 manat pensiya alıram. Görəsən, məni süründürən məmurlar bu məbləğlə dolana bilər? Atam bu hadisələrdən az sonra rəhmətə gedib, anam da yoxdur. Müharibə zamanı aldığım ruhi-əsəbi sarsıntılar ucbatından kiminsə ömrünü zay etməmək üçün ailə qurmamışam. Təkbaşıma yaşayıram...".
Mehmanın dərdləri bunlarla bitmir. O, 1992-ci ildə doğma Laçını düşmən əlinə keçdikdən sonra Lökbatan qəsəbəsində didərgin həyatı yaşamağa başlayıb. 1993-cü ilin dekabrın 1-də könüllü olaraq Laçın rayon polis taborunun sıralarında döyüşlərə atılıb. Azərbaycanın milli qəhrəmanları Qorxmaz Eyvazov, İsrafil Şahverdiyev və digər igid oğullarla çiyin-çiyinə Azərbaycan Respublikasının ərazi bütövlüyü naminə Füzuli rayonunun Horadiz qəsəbəsi, Böyük Bəhmənli və digər bölgələrdə erməni təcavüzkarlarına qarşı vuruşmuş Mehman döyüşlərin birində düşmən tankından atılmış mərminin partlaması nəticəsində ağır kontuziyaya məruz qalmışdır. Buna rəğmən o, ciddi müalicə almadan döyüşlərdə iştirakına davam etmişdir. Nəhayət, atəşkəsdən sonra, 1994-cü il avqustun 31-də artıq səhhətinin dözülməz olduğu üçün polis sıralarını tərk edib Lökbatana gəlmişdir. Valideynləri imkansız olduğundan yüksək səviyyəli həkimlərə müraciət edə bilməmiş, yerli poliklinikanın nevropatoloq həkimi ona beyin toxumaları ciddi şəkildə əzildiyindən dərmanla müalicəsinin mümkün olmadığını, yalnız zaman keçdikcə sağalacağını bildirib. "O vaxt kontuziya alandan sonra gəldim, müalicə olunmadım, sadəcə, evdə dincəldim. Özümə qapanırdım, heç kimlə danışmırdım. Qarabağsız, Laçınsız yaşamaqda heç bir məna görmürdüm. Bu minvalla veteran kitabçası almağı da unutdum. Yalnız qəzaya düşərək iş qabiliyyətimi tam itirdikdən sonra döyüş yoldaşlarım başa saldılar ki, veteran adı alsan, pensiya düzəldər, onunla bir təhər dolanarsan. Odur ki, daxili işlər naziri Ramil Usubova müraciət etdim".



Təəssüf ki, vətən torpaqları yolunda canını qoyması keçmiş döyüş yoldaşları tərəfindən, eləcə də Horadiz uğrunda gərgin döyüşlər zamanı Laçın rayon polis şöbəsinin rəisi olmuş, hazırkı rayon icra başçısı Akif Səlimov, onun müavini Babək Aslanov, keçmiş polis taborunun komandiri Çingiz Abbasov tərəfindən təsdiqlənən Mehman Behbudov hələ də "müharibə veteranı" adı və vəsiqəsi ala bilməmişdir. Laçın rayon polis şöbəsinin hazırkı rəisi, polis polkovniki Məhəmməd Kərimov 08.09.2014-cü il tarixli 5/1851 saylı arayışla Behbudov Mehman Vəli oğlunun 01.12.1993-cü il tarixdən 31.08.1994-cü il tarixinədək PPXB-nin polis nəfəri kimi Füzuli bölgəsində döyüş şəraitində xidmət etdiyini təsdiqləyir. Laçın rayon polis şöbəsinin maliyyə hissəsinin rəisi, polis mayoru Qulam Həsənovun imzasıyla verilmiş 26.05.2014-cü il tarixli, 7/1000 saylı arayışda isə M.Behbudovun yuxarıda göstərilən xidmət müddəti ərzində aylar üzrə aldığı əməkhaqqı cədvəlinin mövcudluğu öz təsdiqini tapır. Problemlə əlaqədar müraciət etdiyi DİN Şəxsi Heyətlə İş İdarəsinin rəisi Rahib Qarayev 0241687-B-81 saylı, 29 avqust 2014-cü il tarixli məktubu ilə M.Behbudova cavab vermişdir ki, şəxsi işi DİN-in arxiv-uçot şöbəsində aşkar edilmədiyindən, döyüş əməliyyatlarında iştirakı faktının müəyyən edilməməsindən"veteran" adı alması mümkün deyil. Bununla razılaşmayan M.Behbudov DİN-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "müharibə veteranı" adı və vəsiqəsinin verilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 09 dekabr 2014-cü il tarixli açıq məhkəmə iclasında işə baxaraq hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

M.Behbudov deyir: "Məhkəmə iddiaçı olaraq şahid kimi göstərdiyim mənimlə birlikdə döyüşmüş polis nəfərləri Rəfail Mirzəyevdən, Xəyyam Nəsirovdan, Nəriman Süleymanovdan və Rauf Fərzəliyevdən ifadə almağa lüzum bilməmiş və şəxsi işimin DİN-nin arxiv-uçot şöbəsində itməsinə görə günahkar olmadığımı nəzərə almamışdır". Məhkəmənin qərarında istinad etdiyi xüsusatlardan biri də M.Behbudovun 1993-2000-ci illər ərzində Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarına uyğun olaraq DİN-də yaradılmış komissiyaya "müharibə veteranı" adı və vəsiqəsi verilməsi barədə müraciət etməməsidir. Həmin qərarla təsdiqlənmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinin 9-cu abzasına görə, 1991-1994-cü illərdə döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Müharibə veteranı" adı "1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında" verilməlidir.


Sözügedən qərar və Əsasnamənin heç bir yerində 2000-ci və sonrakı illərdə veteran adı və vəsiqəsinin verilməsinə dair müraciətlərin bir daha qəbul edilməyəcəyi ilə bağlı xəbərdarlıq yer almamışdır.
Bundan sonra iddiaçı M.Behbudov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 14 aprel 2015-ci il tarixli iclasının qərarında isə deyilir: "İddiaçı Behbudov Mehman Vəli oğlunun apelyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4575/2014 saylı, 09 dekabr 2014-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı Behbudov Mehman Vəli oğlunun "müharibə veteranı" adı və vəsiqəsinin verilməsi" barədə iddiası mümkün sayılmasın".
Laçın rayon polis şöbəsi rəisinin keçmiş müavini və polis taborunun komandiri olmuş, hazırda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədr müavini, istefada olan polis mayoru Çingiz Abbasov da bizimlə söhbətində Mehman Behbudovun 1993-1994-cü illərdə polisin tərkibində Füzuli istiqamətindəki döyüşlərdə fəal iştirak etdiyini təsdiqlədi: "Yaxşı yadımdadır ki, 1992-ci ilin mayında Laçına gəlib evləri köçürən sürücülərə də status verilirdi ki, onlar döyüş bölgəsində işləyiblər. Bu gün kəndlərində 5-10 gün postda duranlara da veteran vəsiqəsi verilib. Mehman isə həqiqətən döyüşmüşdür. Füzulinin Böyük Bəhmənli kəndi yaxınlığında döyüşlərin birində kontuziya alıb və bir müddət sonra səhhətinə görə polisdən uzaqlaşıb. Bəhanə gətirirlər ki, Mehmanın şəxsi işi arxivdə yoxdur. Mən isə deyirəm ki, şəxsi işi yoxdursa, bu insanın əlində döyüşdüyünə görə maaş aldığını təsdiqləyən sənədlər var. İşə qəbulu ilə bağlı əmrin əsasında ona əməkhaqqı verilib. O, DİN strukturunda işləyib və işə götürülmə barədə də əmri vardı. Arxivdə əmr kitabında onun surəti mütləq qalmalıdır. Daxili işlər nazirinin əmri əsasında hər dəfə 400 nəfərə əməkhaqqı verilməsi barədə sənədi mən özüm imzalayırdım. O da maliyyə sənədlərinə əlavə olunurdu".
Keçmiş polis nəfəri Mehman Behbudovun müraciətlərinə cavab olaraq DİN Şəxsi Heyətlə İş üzrə İş İdarəsinin rəisi Rahib Qarayev tərəfindən göndərilmiş 16 iyul 2015-ci il tarixli sonuncu cavab məktubunda deyilir:
"Sizin Azərbaycan Respublikası DİN-ə qəbulla bağlı ünvanladığınız müraciətə baxılmışdır. Bir daha bildiririk ki, eyniməzmunlu müraciətinizə dəfələrlə ŞHİİ-də baxılmış, DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arxiv sənədlərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyiniz faktı öz təsdiqini tapmadığına görə sizə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, 13.07.2015-ci il tarixdə DİN ŞHİİ-də qəbulda olarkən "Veteranlar haqqında" AR Qanununun tələbləri barədə sizə ətraflı məlumat verildiyi üçün müraciətinizə baxılması dayandırılmışdır".
Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 14.04.2015-ci il tarixli qərarından və DİN ŞHİİ-dən gələn son cavabla razılaşmayan keçmiş döyüşçü Mehman Behbudov təkrarən Bakı 1 saylı inzibati-iqtisadi məhkəməsinə müraciət etmişdir. Avqustun 28-də hakim Elçin Məmmədovun sədrliyi ilə məsələyə yenidən baxılacağı gözlənilir.
Sultan Laçın, Hafta.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Bu gün, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Bu gün, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Bu gün, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Bu gün, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Bu gün, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Bu gün, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Bu gün, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Bu gün, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Bu gün, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Bu gün, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Bu gün, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Bu gün, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Bu gün, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Bu gün, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Bu gün, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Bu gün, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Bu gün, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Bu gün, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Bu gün, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Bu gün, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01
Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55
TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49
Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43
Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39
Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47
İdxala son: Yerli istehsalçıların dövranı başlayır? - ARAŞDIRMA
Bu gün, 13:33
Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir - İLGİNC İDDİALAR...
Bu gün, 13:29
Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
Bu gün, 13:24
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub - SİYAHI
Bu gün, 13:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru