Qurban kəsimi 3 gün davam edəcək .....                     İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib .....                     “FNC BOKT” QSC-dən ASC-yə çevrildi .....                     Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək .....                     Köhnə məhsullar, problemli qiymətlər.... .....                     Bakı nefti BU QİYMƏTƏ oldu .....                     “28 May”da təhlükəli anlar .....                     Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? .....                     ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi .....                     Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər .....                     Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər .....                     Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb .....                     Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… .....                     Putin qeyri-adekvat vəziyyətə düşüb! .....                     Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... .....                     Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ .....                     DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR .....                     Türkiyədə nə baş verir... .....                     Professor milləti söyənlərə OD PÜSKÜRDÜ .....                     Taksi sürücüləri NƏ ETSİN AXI... .....                     "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" .....                     Cənab Cabbarovun YOXSULLUQ MİZANI .....                     Quran oğrusu Əlixan Musayevin yeni taktikası .....                     "Qəlbimi çox qırıblar..." .....                     ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər .....                     Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                 

Pavliaşvili Azərbaycandan oğurluq etməyib - Rəsmi açıqlama
Tarix: 6-07-2015, 10:57 | Çap et
Pavliaşvili Azərbaycandan oğurluq etməyib
Müəllif Hüquqları Agentliyi Milli Məclisin deputatı Etibar Hüseynovun Azərbaycanın məşhur "Tarla qızları" mahnısının gürcü müğənni Soso Pavliaşvili tərəfindən oğurlanması ilə bağlı iddialarına aydınlıq gətirib.


Agentlikdən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Soso Pavliaşvili tərəfindən ifa edilmiş “Tost” mahnısında Azərbaycan müəlliflərinə məxsus “Tarla qızları” mahnısından plagiatlıq edilməsi barədə məsələ Agentlik tərəfindən araşdırılıb.

“Müəyyən edilib ki, “Tarla qızları” mahnısının musiqisi bəstəkar Oqtay Kazımova, sözləri isə Həmid Abbasova məxsusdur. Bu mahnı bəstəkar Oqtay Kazımov tərəfindən 1975-ci il 29 avqust tarixində, mətn müəllifi tərəfindən isə 1976-cı il 22 mart tarixində Müəllif Hüquqları Agentliyində qeydiyyata alınıb.

Müəllif Hüquqları Agentliyinin eksperti Azərbaycanın xalq artisti, professor,bəstəkar Xəyyam Mirzəzadə tərəfindən “Tost” mahnısı ilə “Tarla qızları” mahnısımüqayisəli şəkildə ekspertizadan keçirilib.

Bununla bağlı ekspert belə hesab edir ki, “Tarla qızları” mahnısı Azərbaycan folklor musiqisinin motivləri əsasında yazııb. Jor Meloyanın bəstələdiyi və Soso Pavliaşvilinin ifa etdiyi mahnı isə Tiflis şəhərində formalaşmışduxan folkloruna əsaslanır, yəni bu mahnının əsasını və intonasiyasını duxan musiqisi təşkil edir.Sözügedən duxanlarda müxtəlif milli mahnılar, xüsusən Azərbaycanmahnılarıda səslənir. Bu səbəbdən yuxarıda adları göstərilən mahnılarda oxşarlıq, bənzətmə tapmaq mümkündür.

Onu da qeyd edək ki, bu cür bənzətmə və oxşarlığa erməni mahnılarında da rast gəlmək olar. Lakin qeyd olunan konkret musiqilərin müqayisəsi göstərir ki, burada plagiat yoxdur”.

Bu fikirlərəAzərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev də qoşulub: “Bu mahnılarda, xüsusən onların nəqarətlərində bənzətmə və oxşarlıqlar var, lakin bunlar plagiat ittihamı irəli sürmək üçün yetərli deyildir”.

Bu cür bənzətmə və oxşarlıqların mahiyyətini izah etmək üçün bir neçə misala baxaq:

“Qeyd edək ki, bəstəkarların çoxu öz yaradıcılıqlarında xalq musiqisinə əsaslanırlar. Erməni bəstəkarları isə çox hallarda Azərbaycan xalq musiqisindən istifadə etmişlər. Təsadüfi deyildir ki, əslən Tiflisdən olan tanınmış erməni bəstəkarı A.Xaçaturyan xalq musiqisinin istifadəsi və onun klassik musiqi ilə sintezi barədə qeyd etmişdir ki, “müasir musiqidə plagiat yoxdur, müasir musiqidə kollaj vardır.”A. Xaçaturyanın hələ 1940-cı ildə yazdığı skripka üçün konsertinin şöbələrinin adları: “Köçəri” rəqsi, yaxud “Gələ-gələ” mahnısı da bunu təsdiq edir.

Musiqişünas Q. Xubov yazır: “Xaçaturyan da hamı kimi, sadə oxşatmadan başlamışdır” (Q. Xubov “Aram Xaçaturyan”, M., “Sovetskiy kompozitor”, 1983). Həmin müəllif qeyd edir ki, bu bənzətmədə Xaçaturyan “aşıqların musiqi və poeziyasının bədii aləmi”ni təkrar etmişdir. Onun bu aləmi İ. Proxorov və Q. Skudinanın “Sovet musiqi mədəniyyəti” (M., “Muzıka”, 1987) dərsliyində bu şəkildə səciyyələndirilir: “[Uşaqlıq və gənclik] çağlarında ifalarında Azərbaycan, Gürcüstan və Ermənistan mahnıları səslənən xalq müğənni və aşıqlarının sənəti unudulmaz təəssürat qoymuşdur... Sazın və ya tarın müşayiəti altında onlar [aşıqlar] qəhrəmanlar və aşiqlər haqqında özlərinin sonsuz nağıllarını danışardılar... Fərhad və Şirinin sadiq, fədakar məhəbbəti ... nəinki mahnılarda, eləcə də şeir və poemalarda tərənnüm edilirdi.” Gənc Xaçaturyanın aldığı təəssürat o qədər güclü imiş ki, o, çardağa qalxaraq, “xoşuna gələn ritmləri saatlarla mis ləyənin üstündə taqqıldadarmış”.

A. Xaçaturyanın öz etirafına görə, bu, “onun musiqi sahəsində ilk fəaliyyəti olmuşdur”. O qeyd edirdi: “Mən erkən uşaq yaşlarımdan çoxlu sayda erməni və Azərbaycan mahnılarını bilən anamın oxumağını eşitmişdim. Sonralar mənim musiqi zövqüm və biliklərim nə qədər dəyişsə və təkmilləşsə də, uşaqlıq dövrümdə xalq incəsənəti ilə canlı ünsiyyətimdən qavradığım ilkin milli əsas sonrakı yaradıcılığım üçün təbii bir mənbə olaraq qalmışdır. Bu, ilk növbədə, Azərbaycan tarı və sazında Azərbaycan aşıqlarının çatdırdığı Azərbaycan milli musiqi aləmi idi. Məhz buna görə 200-dən çox ad olan A.Xaçaturyan haqqında biblioqrafiyada həmin işin müəllifləri tez-tez “Azərbaycan muğamları”, “Azərbaycan xalq musiqisi” və s. terminləri işlətmişlər. Elə buna görə də böyük erməni bəstəkarı özünün məşhur Yerevan haqqına mahnı-himnində (“Yerevan haqqında mahnı”,1948) həmin musiqi zövqünə sadiq qalmışdır.

A. Xaçaturyan bir bəstəkar kimi muğamatın spesifik xüsusiyyətini qavramağı bacarmışdı. “SSRİ xalqlarının musiqi tarixi”ndən (c.3, M.,1972) gətirdiyimiz bir sitatda çox dəqiq göstərilir ki: “Qayane”də xalq musiqisi yalnız folklordan alınmış mövzularda səslənmir. O, baletin bütün partiturasına, bəstəkarın bütün şəxsi orijinal mövzularına daxil olmuşdur. Məsələn, xalq nümunələrinə çox yaxın olan “Armenin rəqsi”, “Karen və Nunenin rəqsi”, “Erməni-kürd rəqsi”, “Ləzginka” kişi rəqsləri; adajio və Qayane beşik mahnılarını,“Spartak” baletində “Qılınclarla rəqs”igöstərmək olar...”. Əvvəllər yazılmış “Xoşbəxtlik” baletindəki ən yaxşı nömrələr “Qayane”yə daxil edilmişdir. “Sovet musiqi mədəniyyəti” (“Muzıka”, 1987) dərsliyində İ.Proxorov və Q.Skudinanın qeyd etdikləri kimi, buradakı “xalq intonasiyasına və havalarına əsaslanan melodik mövzuların zənginliyi”dir. Məhz burada erməniləşdirilmiş “Şalaxo” və “Uzundərə” Azərbaycan rəqsləri istifadə olunmuşdur. Eyni üsuldan sözügedən “Tost” mahısı yaradılarkən da bəhrələnmişlər. Belə məlumatlarla Kamran İmanovun “Erməni yadelli nağılları” kitabında daha ətraflı tanış olmaq olar. Kitab Azərbaycan, rus, ingilis, fransız dillərində çap olunmuş və yayılmış, müxtəlif informasiya saytlarında yerləşdirilmiş, dünyanın bir sıra kitabxanalarında verilib.

Agentlikdən verilən açıqlamada qeyd edilib ki, qeyri-qanuni istifadəyə və plagiatçılığa qarşı Müəllif Hüquqları Agentliyində sistemli iş aparılır. Azərbaycan müəlliflərinin əsərləri haqqında məlumatlar mütəmadi olaraq, xarici ölkələrin əməkdaşlıq etdiyimiz müəllif-hüquq təşkilatlarına göndərilir.

“Misal üçün, Rusiyanın Müəllif Təşkilatı, həmçinin keçmiş SSRİ-nin əksər respublikaları ilə əməkdaşlıq əlaqələri qurulmuş, müəlliflər və əsərlər haqqında məlumatlar onlara təqdim olunmuş, hüquqların qarşılıqlı şəkildə qorunması təmin edilmişdir. Bununla yanaşı, Türkiyənin Telif Haqları Genel Müdürlüyü, Musiqi Əsəri Sahibləri Məslək Birliyi (MESAM), həmçinin Prodüser və Fonoqram istehsalçıları Birliyi ilə musiqili əsərlərin müəlliflərinin adlarının göstərilməsi, yəni anonim halların aradan qaldırılması istiqamətində əməkdaşlıq edilməsi ilə bağlı Agentliyin nümayəndələri tərəfindən dəfələrlə Türkiyədə danışıqlar aparılmışdır. Əlavə edək ki, “anonim” istifadəni aradan qaldırmaq üçün hələ 2003-cü ildə Azərbaycan müəlliflərinindaha çox istifadə olunan 4074 əsəri barədə məlumatları özündə əks etdirən elektron formatlı xüsusi siyahı MESAM-agöndərilmiş, sonrakı illərdə bu siyahı əlavə məlumatlarla zənginləşdirilib.

Bununla yanaşı, Agentliyin nümayəndələri tərəfindən müxtəlif yayım kanalları və digər KİV-lər vasitəsi ilə verilmiş açıqlamalarda televiziya və radio kanallarında səsləndirilən mahnıların müəlliflərinin adlarınınmütləq qaydada göstərilməli olduğu dəfələrlə qeyd olunmuşdur. Bu məsələ Agentliyin nümayəndəsinin lap bu yaxınlarda cari ilin 07 iyul tarixində İctimai Televiziyada efirə getmiş “Telemizan” verilişində də xüsusi vurğulamışdır. Sadalananlar profilaktik tədbirlərdir.

O ki qaldı plagiatla bağlı faktlara, hər bir plagiat faktı üzrə, o cümlədən, uzun illər ermənilər tərəfindən erməni nümunələri kimi qələmə verilmiş və ya ifa edilmiş Azərbaycan xalq mahnılarının (“Sarı gəlin”, “Süsən sünbül” və s.), milli oyun havaları və rəqslərinin(“Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” və s.) milli mənsubiyyəti və xüsusiyyətləri barədə Agentlik tərəfindən geniş, tarixi əsaslara söykənən arayışlar hazırlanaraq kütləvi informasiya vasitələrində yayılmışvə saytlarda yerləşdirilmiş, həmçinin bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına etiraz məktubları göndərilmişdir. Misal üçün, bu yaxınlarda “Köçəri” xalq rəqsi və “Ay qız kimin qızısan” xalq mahnısı ilə bağlı geniş şərhlər hazırlanmış və informasiya saytlarda yerləşdirilib.

Eyni zamanda müəllif əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “Məşədi İbad” operettalarının, “Çırpınırdı Qara dəniz” mahnısı, Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Ələkbər Tağıyev, Eldar Mansurov, Nadir Əzimov və başqalarına məxsus mahnıların oğurlanmasına cəhd göstərilməsi faktları ilə bağlı Agentlik tərəfindən araşdırmalar aparılıb, şərhlər, bəyanatlar və etirazlar bildirilib.

Əsərlərin dövlət qeydiyyatından keçirilməsi və plagiat faktları ilə bağlı müəlliflərə və digər hüquq sahiblərinə köməklik edilməsi üçün Agentlikdə müvafiq şərait yaradılmış, o cümlədən burada ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”, “960” nömrəli Qaynar xəttvə elektron xidmətlər fəaliyyət göstərir. Məlumat üçün deyək ki, təkcə 2014-cü ildə 1200-dən artıq müəllifin, digər hüquq sahiblərinin, ictimai birliklərin nümayəndələrinin və müəllif-hüquq məsələləri ilə maraqlanan şəxslərin Agentliyə müraciət və sorğuları operativ şəkildə cavablandırılmış, Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq köməklik göstərilmişdir. Qeydiyyat sisteminin tətbiq edildiyi 1996-cı ildən indiyədək Agentlikdə 10 minə yaxın əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilmişdir, onlardan 3033-ü mətnli və mətnsiz musiqi əsərləridir.

Son 5 ildə Agentliyin nümayəndələri müxtəlif məhkəmə instansiyalarının iclaslarıında iştirak etmiş, 30-dan artıq iddia ərizəsi tərtib olunmuş və ya tərtib olunmasında kömək göstərilmiş, müəllif-hüquq məsələləri ilə bağlı dövlət və məhkəmə orqanlarının sorğuları əsasında 45 ekspert rəyi hazırlanıb.

Qanunvericiliyə əsasən, hər bir əsərin sahibi müəlliflər və ya hüquqları əldə etmiş digər şəxslərdir. Hüquqların pozulması faktı barədə onlar məhkəmə iddiası qaldıra bilərlər. Digər tərəfdən, əsər dövlət qeydiyyatından keçiriləndən və plagiat faktı ilə bağlı Agentliyə rəsmi müraciət ediləndən sonra Agentlik özü də məhkəməyə müraciət edə və ya ekspert qismində iştirak edib rəyini bildirə bilər”.

Agentlik bəstəkar Faiq Sücəddinovun ittihamlarınada cavab verib: “O ki, qaldı sizin saytınız vasitəsi ilə səslənən bəzi tənqidi fikirlərə, biz hər hansı bir fakta əsaslanmayan, emosional, subyektiv fikirləri şərh etmirik və hər kəsi qanunvericiliyə uyğun olaraq təsdiq olunmuş qaydalar və onların həyata keçirilməsi üçün Agentlikdə yaradılmış şərait çərçivəsində hərəkət etməyə çağırırıq. Həmin fikirləri söyləyən müəllif indiyədək heç bir əsərini rəsmi qeydiyyatdan keçirməmiş və Agentliyə hər hansı bir hüquq pozuntusu barədə rəsmi müraciət etməyib”.













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23
İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14
“FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13
Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10
Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02
Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53
“28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50
Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06
Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05
Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04
Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01
Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39
Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… - ONA GÖRƏ DƏ...
Bu gün, 07:35
Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08
Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05
AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48
DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36
Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30
Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18
Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru