ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi .....                     Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər .....                     Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər .....                     Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb .....                     Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… .....                     Putin qeyri-adekvat vəziyyətə düşüb! .....                     Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... .....                     Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ .....                     DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR .....                     Türkiyədə nə baş verir... .....                     Professor milləti söyənlərə OD PÜSKÜRDÜ .....                     Taksi sürücüləri NƏ ETSİN AXI... .....                     "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" .....                     Cənab Cabbarovun YOXSULLUQ MİZANI .....                     Quran oğrusu Əlixan Musayevin yeni taktikası .....                     "Qəlbimi çox qırıblar..." .....                     ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər .....                     Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                 

Mafiya, oliqarxların çirkli pulları və ABŞ-a satılan kəşfiyyatçının taleyi - “THE GUARDİAN” YAZIR
Tarix: 4-07-2015, 16:35 | Çap et
Mafiya, oliqarxların çirkli pulları və ABŞ-a satılan kəşfiyyatçının taleyi
Oliqarxların çirkli pullarının yuyulmasını təşkil edən və onların mafiya ilə əlaqələrini tənzimləyən yüksək rütbəli Rusiya kəşfiyyatçısı ABŞ-a qaçıb və Mərkəzi Kəşfiyyat İdarəsinə satılıb.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda “The Guardian” qəzetində dərc edilmiş sensasion məqalədə bildirilir.

Məqalədə deyilir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşı Aleksey Artamanov Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa başlayandan sonra adı və soyadını dəyişib - Yanoş Neyman adını götürüb.

Yanoş Moskvadakı bankların birində işləyib və eyni zamanda FTX-nin əməkdaşı olub. Onun bankdakı işi yüksək vəzifəli məmurlarla mafiya arasında əlaqələri tənzimləmək, çirkli pulların yuyulmasını təşkil etməkdən ibarət idi.

Neyman Karib hövzəsindəki ölkələrdən birinə qaçaraq orada ABŞ səfirliyinə təslim olub. Birləşmiş Ştatlar kəşfiyyatı ilə əməkdaşlığa başlayaraq FTX zabiti kimi çoxillik xidməti ərzində malik olduğu məxfi informasiyaları Mərkəzi Kəşfiyyat İdarəsinə ötürüb, habelə çirkli pulların yuyulması üzrə ixtisaslaşmış bankdakı işi və mafiya ilə əlaqələr barədə məlumatları verib.

Neyman Rusiya FTX-i ilə mütəşəkkil cinayətkar qruplaşmalar və banklar arasında mürəkkəb hörümçək torunu xatırladan bütün əlaqələr sxemini açıb.

Neyman həmçinin etiraf edib ki, bu işdən onun da faydası olurdu və rüşvət alırdı, habelə qanunsuz sövdələşmələrdən faizini götürürdü.

Jurnalist hazırda ABŞ-ın Oreqon ştatında yaşayan Neymanla söhbətləşib, onun Rusiyadan necə qaçdığını yazıb. 2008-ci ildə hələ Aleksey Artamanov ad-soyadını daşıyan FTX zabiti Neyman başa düşür ki, Moskvadan qaçmaq lazımdır. Onun atası, KQB-nin istefada olan zabiti deyir: “Nə qədər ki onlar səni yaxalamayıblar, qaçmalısan”.

Neyman 10 il FTX-də xidmət etdikdən sonra Moskvadakı “Kreditimpeks” bankında təhlükəsizlik xidmətinə rəhbərlik etməyə başlayır. Onun vəzifəsi çirkli pulların yuyulmasında vasitəçilik etmək idi.

Neyman bankdakı işi zamanı hər gün iri məbləğlərdə nağd pul onun əlindən gəlib keçirdi. FTX zabiti deyir ki, hansısa məqamda o, “həddən artıq hərislədiyini” hiss edib. Atasının sözündən sonra qaçmağı qərara alıb.

Bankdakı işindən milyonlarla dollar qazanan Neyman 2008-ci ilin mayında arvadı, keçmiş FTX agenti Viktoriya ilə birlikdə iki çemodanla, 15 min dollar nağd pulla Dominikan Respublikasına gedir. Əvvəlcə planlaşdırırlar ki, gizlənsinlər. Daha sonra planlarını dəyişirlər və ABŞ kəşfiyyatına satılmağa qərar verirlər. Çünki Neyman bilirdi ki, ABŞ kəşfiyyatının himayəsinə keçməsə, FTX onu harada gizlənsə də axtarıb tapacaq və cəzalandıracaq.

Dominikan Respublikasına gedəndən bir həftə sonra onlar paytaxt Santo-Dominiqo şəhərindəki ABŞ səfirliyinin qapısını döyürlər və kəşfiyyatın nümayəndələri ilə görüş xahiş edirlər.

Səfirlikdən bir qadın onların qarşısına çıxır. Neyman ona FTX zabiti vəsiqəsini təqdim edir və yazdığı məktubu verir. Kəşfiyyatçı ilə razılaşırlar ki, iki saat sonra yaxınlıqdakı kafedə görüşsünlər.

“Görüşə iki nəfər gəldi. Qadının başında parik var idi. Parik daim sürüşürdü və qadın onu düzəltməyə çalışırdı”- Neyman nəql edir.

Görüşə gələn Amerika kəşfiyyatçıları əvvəlcə ondan soruşurlar ki, Rusiyada ABŞ vətəndaşlarına qarşı hansısa terror təhdidi haqda informasiyaları varmı. Neyman belə informasiyaya malik olmadıqlarını deyir, əvvəl nə işlə məşğul olduğunu danışır və Qərbdə təhlükəsiz həyat əvəzində hansı informasiyaları verə biləcəyini bildirir.

“Sonra onlar soruşdular: bəs hansı informasiyalara maliksən? Mən cavab verdim ki, maliyyə sahəsində korrupsiya, Rusiya hakimiyyəti ilə rus mafiyası arasında əlaqələr, o cümlədən Birləşmiş Ştatlardakı rus mafiyası ilə əlaqələr, FTX-nin banklarla əlaqəsi və sistemin necə işlədiyi haqda məlumatlarım var”- Neyman danışır.

İlk görüşdə amerikalılardan biri Neymana 2500 dollar nağd pul verir. İki gün sonra kitab mağazasında baş tutan ikinci görüşdə bu dəfə rus dilində danışan kəşfiyyatçı ondan Moskvaya işləyən amerikalı casus tanıyıb-tanımadığını soruşur.

Digər agent Neymanın FTX zabiti vəsiqəsini götürür. Sonra agentlər Neymana 2 min dollar verirlər.

Neymanın 2008-ci ilin iyun-iyul aylarında Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri ilə 8 belə görüşü olur. Amerika kəşfiyyatı onları gizlətmək üçün variant hazırlayır, Neyman və arvadı Kiyevdən reklam agentliyinin işçiləri kimi vəsiqə alırlar.

Günlərin birində amerikalı agentlərdən biri onu yerli hakimiyyət binalarından birinin qarşısına aparır, dominikanlı məmur isə onları binaya keçirir. Binada Neyman və arvadı üçün yeni sənədlər hazırlanır. Onlar Andrey və Mariya Boqdan ad-soyadını alırlar. Sənəddə göstərilir ki, onlar Belqradda doğulublar və milliyətcə serbdir.

Bir müddət sonra Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları Neymanı və arvadını yaxta ilə Karib hövzəsindəki başqa ölkəyə aparır. Orada onları Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları qarşılayır və dəbdəbəli oteldə yerləşdirir. Rus kəşfiyyatçısını və arvadını nağd dollarlara qərq edirlər.

Belə təəssürat yaranırdı ki, Neyman artıq arzusuna çatıb. Lakin 7 il keçəndən və bir neçə dəfə kimliklərini dəyişəndən sonra Neyman və arvadını zorla Birləşmiş Ştatlara aparırlar.

Onların əvvəlcə MKİ, daha sonra FTB ilə münasibətləri korlanmışdı. Tərəflər bir-birlərini yalan vədlər verməkdə ittiham edirdilər. Nəticədə rusiyalı kəşfiyyatçını ucqar Oreqon ştatına atırlar və pulsuz-parasız qoyurlar. İmmiqrasiya xidməti onların ABŞ ərazisində qalmaq barədə müraciətini rədd edir.

Neyman işsiz-gücsüz Oreqon ştatında baş girləyir və qorxur ki, Rusiya kəşfiyyatı onu tapıb cəzalandıracaq.

“Mən bütünlüklə zibilin içindəyəm, çünki FTB-yə inandım. Amerika hökumətinin nümayəndələrinin heç birinə inanmayın, çünki onlar sizi aldadacaqlar. Onlar vəd verirlər, ancaq yerinə yetirmirlər, amerikalılarla əməkdaşlıq etməyin mənası yoxdur”- deyə keçmiş kəşfiyyatçı şikayətlənir.

Rusiyadakı işindən danışan Neyman deyir ki, o, FTX-nin maliyyə idarəsində işləyərkən banklardan rüşvət alırdı. Daha sonra bankda işə keçəndə isə ayda 5-6 min dollar maaş alıb, üstəlik yuyulmasını təşkil etdiyi pullardan 20 faiz haqq götürüb.

“Hərdən elə olurdu ki, birdəfəyə mənə 100 min dollar qalırdı. Ancaq pulların hamısını bax o xərclədi”- deyə Neyman arvadını göstərir.

Viktoriya isə ərinin bu sözlərinə ona üz-gözünü turşutmaqla cavab verir.

“Pulları səpələmək onun həyat tərzidir. Hər dəfə mağazaya gedəndə nə qədər istəsə pul verirdim. Yüz min rubl, iki yüz min rubl. Sadəcə olaraq pul bağlamasını götürüb ona verirdim”- keçmiş kəşfiyyatçı deyir.

Neyman “Kreditimpeks” bankından ona görə qaçıb ki, özünün dediyi kimi, 5 nəfərdən ibarət komandası haqqı çatmadıqları halda bankdan milyonlarla dollar “otkat” tələb edib.

“Biz tamamilə hərisləşmişdik. “Kreditimpeks” çirkli pulların yuyulması əməliyyatını genişləndirmək üçün kiçik banklardan birini almaq istəyirdi. Bu işin bizim qrupa dəxli olmasa da onlardan 10 faiz haqq istədik. Nəticədə onlar qərara aldılar ki, bizdən yaxa qurtarmaq lazımdır. Əvvəlcə bank hesabım bağlandı, sonra təhdidlər gəlməyə başladı”- Neyman danışır.

Neyman deyir ki, Mərkəzi Kəşfiyyat İdarəsi ona ötürdüyü informasiyalara görə 1,8 milyon dollar vəd etmişdi, ancaq pulu vermədi. MKİ əməkdaşları onları Dominikan Respublikasından katerlə Puerto-Rikoya, oradan isə zorla ABŞ-a aparıblar.

Bir neçə saat sonra Virciniya ştatına çatan Neyman və arvadını həmin axşam rus dilində danışan MKİ agenti şam yeməyinə çağırıb. Rus agent görüşdə bərk içib, lətifə danışıb, ancaq işgüzar məsələlərdən söhbət getməyib.

Ertəsi gün isə eyni cür tünd kostyum geymiş üç FTB agenti onlarla görüşüb.

“İlk suallarından biri bu oldu: nə vaxtsa kimisə öldürmüsünüzmü? Cavab verdim ki, yox” - Neyman deyib.

FTB Neymanın rus mafiyasının ABŞ-dakı əlaqələrini aşkara çıxara bilmək üçün faydalı informator ola biləcəyini nəzərə alaraq onu MKİ-dən alıb. FTB-nin rus mafiyası üzrə ixtisaslaşmış Karen adlı baş agenti Neyman və arvadı ilə təmas qurub, uzun müddət onlarla ünsiyyətdə olub.

FTB vəd edib ki, əməkdaşlığın əvəzində Neyman və arbadına ABŞ-da yaşamaq, işləmək icazəsi veriləcək, hər cür şərait yaradılacaq.

Ancaq sonra Amerika kəşfiyyatı ona vəd etdiyi 1,8 milyon dolları vermir, cəmi 300 min dollar verə biləcəklərini bildirir. Rusiyalı ər-arvad FTB ilə əməkdaşlığın detallarını jurnalistə açmaqdan imtina edir, çünki onların bağladıqları müqavilə bunu qadağan edib.

Bununla belə jurnalist dəqiqləşdirə bilib ki, FTB-nin sənədlərində onun adı JNN kimi göstərilir.

Bir neçə illik əməkdaşlıqdan sonra Neymanla FTB arasında münasibətlər korlanır. Onun dediyinə görə, FTB ona ABŞ-da yaşamaq, yaxud başqa ölkəyə getmək üçün lazım olan sənədləri verməyi ləngidirdi. Həmçinin ondan tələb edirdilər ki, FTX-nin təkcə qanunsuz əməliyyatlarından yox, qanuni fəaliyyətindən də informasiyaları versin.

Rus agent isə deyir ki, bunu etməyib, çünki qırmızı xətti keçə bilməzdi. Beləliklə, münasibətlər korlanır.

FTB Neymanın verdiyi informasiyaların həqiqliyinə şübhə etməyə başlayır və onun pulunu kəsir.

Ancaq qəzet yazır ki, FTB onlara 300 min dollar birdəfəyə və hər ay 7 min ödəyirdi. Bu pulları isə rus agentlər Moskvada öyrəşdikləri dəbdəbəli həyata sərf ediblər.

İndi Neyman özünə vəkil tutub və FTB-ni, MKİ-ni məhkəməyə verib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06
Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05
Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04
Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01
Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39
Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… - ONA GÖRƏ DƏ...
Bu gün, 07:35
Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08
Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05
AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48
DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36
Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30
Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18
Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Dünən, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Dünən, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Dünən, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Dünən, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Dünən, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Dünən, 06:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru