"Yeni Yasamal"ın sakinləri prezidentdən kömək istəyir - Narazılıq var
Tarix: 3-07-2015, 09:24 | Çap et
 Bakıda yeni tikilən bina ətrafında daha bir qalmaqal yaranıb.
Belə ki, sakinlər Bakı şəhəri, “Yeni Yasamal” MTK-nin Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabanı küçəsi 5 ünvanındakı 16 mərtəbəli yaşayış binasın tikilməsini gözləyirlər, lakin bina hələ də onlara təhvil verilməyib. Bu barədə sakinlərin şikayətində qeyd edilir: “Tikinti 2006-cı ildə başlayıb. MTK sədri Cahangir Alışov binanın gələcək sakinlərinə söz vermişdi ki, binanın tikinrisi iki ilə başa çatdıracaq və mənzillər vətəndaşlara təhvil verəcək. Binanın inşasına başlanmasından 9 ildən cox keçməsinə baxmayaraq tikinti hələ də başa çatdırılmayıb”.
Sakinlər həmçinin bildirir ki, mənzil almaq üçün 250 ailə tikinti şirkətinə təximnən 8 milyon manata yaxın pul ödəyib: “MTK sədri və digər vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində 5 milyon manat pul binanın inşasına xərclənib. Pulun yerdə qalan hissəsinə isə Cahangir Alışov Cəlilabad rayonunda Abazalı kəndindəki məscid tikintisinə, “Karvansaray” ticarət mərkəzindəki ticarət obyektlərinə, Quba rayonu istirahət sahələrində turistlərə arendaya verilmiş villalarına sərf etdiyi deyilir”.
Sakinlər bildirir ki, mənzillərin pulunu tam şəkildə ödəyiblər: “Heç kimin borcu qalmayıb, amma binada su, kanalizasiya, elektrik, lift işləri hələ də yarımçıq qalıb. İnsanlar evlərini satıb, qohum-əqrəbadan borc pul alıb, bankdan kredit götürüb tikinti şirkətinə ödəyib. Nəticədə aldanıldıqlarını başa düşüb pis vəziyyətdə qalıblar”.
Sakinlərin şikayətində o da qeyd olunub ki, sözügedən binanın 15 mənzili təkrar başqa şəxslərə satılıb:
“Dəfələrlə tikinti şirkətinin rəhbərliyinə müraciət edən sakinlərə, binanın tikintisinin hansı səbəbdən “Yeni Yasamal” MTK tərəfindən başa çatdırılmaması barədə heç bir əsaslı səbəb göstərilmir və məlumat verilmir. Artıq 51, 62 və 144-cü mənzillərin iki sahibi aşkarlanıb və şirkət rəhbərliyi mənzil sakinlərindən xahiş edib ki, səs-küy salmasınlar. Deyir ki, “prokurorluq məni tutar, bina yarımçıq qalar”. Ola bilsin ki, bu səbəbdən binanın tikintisinin 95 faizi tamamlansa da Cahangir Alışov binanı təhvil vermək istəmir, vaxt qazanaraq əməllərini ört-basdır etmək istəyir. Binadakı bəzi mənzillər vətəndaşlar tərəfindən təmir olunub, bəzi mənzillərə qapılar qoyulub, bəzilərinə isə mənzil sahibləri tərəfindən qapı qoymağa icazə verilmir. Bu isə sakinlərdə daha böyük narahatçılıq yaradır”. "Yeni Yasamal"ın sakinləri prezidentdən kömək istəyir Sakinlər 5 ildir ki, müxtəlif dövlət qurumlarına şikayət etdiklərini deyirlər:
“Lakin heç bir nəticə yoxdur. Səbəb yəqin ki, Cahangir Alışovun havadarlarıdır və onu qanunsuz əməllərini müdafiə edən məmurlardır”.
Bina sakinləri Azərbaycan prezidenti İlham Əliyevə, Heydər Əliyev Fonduna, Baş Prokurorluğa, Bakı Şəhər İcra Hakimiyyətinə, Yasamal Rayon İcra Hakimiyyətinə, Ombudsmana və başqa qurumlara müraciət etdiklərini bildirirlər:
““Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışovu məmurlar tərəfindən məlum olmayan səbəblərdən tam şəkildə müdafiə olunduğu üçün hazırda bu işlə heç kim məşğul olmur”.
Onların dediyinə görə Cahangir Alışov Xırdalan şəhərində yeni torpaq sahəsi alıb və çoxmərtəbəli binanın tikintisinə başlamaq istəyir:
“Bu, böyük ədalətsizlikdir, insanların hüquqlarını kobut surətdə pozulmasına gətirib çıxardır”. "Yeni Yasamal"ın sakinləri prezidentdən kömək istəyir Sakinlər dövlət qurumlarından bu problemin həll olunmasını istəyir:
“Mətbuat üzərindən Bakı şəhər İcra Hakimiyyətindən piket üçün icazə istəyirik. İnanırıq ki, müstəqil respublikamızın prezidenti, baş prokuror və DİN bu məsələyə laqeyid qalmayacaq”.
Məsələ ilə bağlı “Yeni Yasamal” MTK-nın hüquqşünası Habil Fətəliyev ilə əlaqə saxladıq. H.Fətəliyev Etatist.com-a açıqlamasında bildirdi ki, binanın tikintisinin gecikməsinin səbəbi yaranmış maliyyə problemidir:
“Amma hal-hazırda binada iş gedir”.
H.Fətəliyev şirkətin bina sakinlərindən ümumilikdə 8 milyon dollar alması ilə bağlı suala isə sərt cavab verdi:
“Mən tanıyıram onları. Uşaqlardı, düşüblər ortalığa ora-bura məktub yazırlar. Bir-iki axmaq adamdı. Onlar necə hesablaya bilərlər nə qədər pul xərclənib? Binanın tikintisində iştirak ediblər? Bizi şantaj etməklə məşğuldurlar. Yenə deyirəm, tikintinin gecikməsinə səbəb maliyyə problemidir”.
O, mənzillərin təkrar ikinci adama satılmasını isə ümumiyyətlə təkzib etdi.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06 |
|
|
|
| • Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05 |
|
|
|
| • Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04 |
|
|
|
| • Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01 |
|
|
|
| • Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39 |
|
|
|
| • Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… - ONA GÖRƏ DƏ...
Bu gün, 07:35 |
|
|
|
| • Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08 |
|
|
|
| • Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05 |
|
|
|
| • AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57 |
|
|
|
| • Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48 |
|
|
|
| • DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36 |
|
|
|
| • Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30 |
|
|
|
| • Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18 |
|
|
|
| • Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08 |
|
|
|
| • "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46 |
|
|
|
| • Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40 |
|
|
|
| • Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36 |
|
|
|
| • "Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26 |
|
|
|
| • ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22 |
|
|
|
| • Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33 |
|
|
|
| • Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30 |
|
|
|
| • Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20 |
|
|
|
| • Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17 |
|
|
|
| • Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12 |
|
|
|
| • Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08 |
|
|
|
| • Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07 |
|
|
|
| • İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08 |
|
|
|
| • CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05 |
|
|
|
| • Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03 |
|
|
|
| • Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01 |
|
|
|
| • “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59 |
|
|
|
| • Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55 |
|
|
|
| • Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51 |
|
|
|
| • Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18 |
|
|
|
| • Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14 |
|
|
|
| • Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13 |
|
|
|
| • Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11 |
|
|
|
| • Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09 |
|
|
|
| • Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09 |
|
|
|
| • "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03 |
|
|
|
| • Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01 |
|
|
|
| • Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28 |
|
|
|
| • Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:18 |
|
|
|
| • İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Dünən, 07:11 |
|
|
|
| • "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Dünən, 07:03 |
|
|
|
| • "İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Dünən, 06:55 |
|
|
|
| • Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Dünən, 06:48 |
|
|
|
| • DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:43 |
|
|
|
| • Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Dünən, 06:38 |
|
|
|
| • "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Dünən, 06:26 |
|
|
|
|