Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb .....                     Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… .....                     Putin qeyri-adekvat vəziyyətə düşüb! .....                     Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... .....                     Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ .....                     DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR .....                     Türkiyədə nə baş verir... .....                     Professor milləti söyənlərə OD PÜSKÜRDÜ .....                     Taksi sürücüləri NƏ ETSİN AXI... .....                     "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" .....                     Cənab Cabbarovun YOXSULLUQ MİZANI .....                     Quran oğrusu Əlixan Musayevin yeni taktikası .....                     "Qəlbimi çox qırıblar..." .....                     ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər .....                     Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                 

Yunanıstan nağılı: defolta aparan yol – FƏRQLİ TƏHLİL
Tarix: 2-07-2015, 09:58 | Çap et
Yunanıstan nağılı: defolta aparan yol
Biri var idi, biri yox idi. Aralıq dənizinin sahillərində varlı bir ailə var idi. Bu ailənin də bir neçə uğurlu, savadlı, çalışqan övladı var idi. Ailənin ən cavanı isə, Hellas adlı oğlan idi. Bu cavanın sabit işi və gəliri olmasa da, çox pul xərcləməyi sevirdi.

Hellas illər boyu qardaşlarından və dostlarından borc ala-ala dolanır. Lakin bu barədə valideynlərinə heç nə demir. Əksinə, ata-anasına deyir ki, işləri qaydasında gedir və yaxşı pul qazana bilir. Əslində isə, o, borca aldığı pulu hansısa bir pul gətirən işə sərf etmir, ancaq gözəl həyat yaşamağa, sevgilisi Olimpiada ilə xoş günlər keçirməyə xərcləyirdi. Beləliklə, borclar boğazdan yuxarı çatırdı. Hellasa borc verən dostları isə onun varlı ailədən olduğunu bilir, “bir problem olsa ata-anasından istəyərik” deyə fikirləşirdilər.

Günlərin bir günü Amerika adlı əjdaha yerindən tərpənməyə başlayır. Tərpəniş nəticəsində okeanda sunami başlayır və bu sunami Avropaya, o cümlədən Aralıq dənizinin sahillərinə qədər gəlib çatır. Nəticədə bir çox insanların güzəranı pisləşir, hamının işləri tərs gətirməyə başlayır. Hellas yenə də həmişəki kimi borc üçün dostlarına üz tutur. Bu dəfə borc istədiyi dostları deyir ki, “mən ölüm, əlim aşağıdı, borc verə bilmərəm”. Lakin problem bununla birmir. İndi cavan oğlan nəinki yeni borc almaqda çətinlik çəkir, digər tərəfdən köhnə borc aldığı dostları belə öz pullarını geri tələb etməyə başlayırlar.

Çarəsiz qalan cavan məcbur olub əhvalatı ata-anasına danışır. Ailə bu xəbərə qəzəblənsə də, oğluna kömək etmək qərarına gəlir. Beləliklə, borcunu geri istəyən dostların bir hissəsinin borcunu qaytarır, digər bir qisminin borcunu danışıqlar yolu ilə azaldır.

Ancaq valideynləri bunun qarşılığında Hellasa sərt xəbərdarlıq edir: “Əgər bir iş görüb, pul qazanmasan, pul xərcləməkdə davam etsən, bir də səni xilas etməyəcəyik!”

Bundan təlaşa düşən cavan müəyyən addımlar atmağa başlayır. Hətta bir müddət gəlir də əldə edir. Ancaq bu uğur davamlı olmur. Çünki valideynləri Hellasın əlindən bütün pulunu alıb (olmayan pulunu), ona iş qurmağı tapşırmışdı. Bu isə mümkünsüzdür. Hellas yenə birtəhər borc-xərc ilə dolanmağa davam edir. Beləcə beş il keçir. Hellas nə öz borclarını bağlaya bilir, nə də gördüyü işlərlə ata-anasını razı sala bilir.

Günlərin bir günü valideynlər əsəbləşir və deyir: “Bir həftə ərzində bizə konkret bir plan göstərməlisən. Ya da bizim dediyimizlə oturub-durub, ürəyin istəməyən iş də olsa görməlisən. Əks halda səni övladlıqdan məhrum edirik!”

Hellas çox pis olur. Valideynlərinə “bir müddət fikirləşim, cavab verəcəm” deyir.

Nağıldan ayrılaraq real həyata qayıdaq. Bax, Yunanıstan indi fikirləşir. Bazar günü keçiriləcək referendumda xalq qərar verəcək: ya Avropa Birliyi, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondunun dedikləri ilə oturub duracaq, pensiyaları daha da kəsib, vergiləri artıracaq; ya da avrozonanı tərk edəcək (övladlıqdan məhrum olacaqlar). Bunun isə həm Yunanıstan, həm də Avropa üçün çox pis nəticələri ola bilər. Axı övladını küçəyə atan valideyn necə xoşbəxt ola bilər?

Reallıqda baş verənləri isə belə xülasə etmək olar.

Yunanıstan avrozonaya daxil olmaq üçün qoyulan şərtləri yerinə yetirə bilmədiyindən 1999-cu ildə yaradılan bu valyuta birliyinə üzv qəbul edilmədi. İki il ərzində ölkə iqtisadiyyatında müəyyən islahatlar apardıqdan (və sonradan məlum olduğu kimi, dövlət statistikasını saxtalaşdırdıqdan və Avropa Birliyinə yalançı statistika təqdim etdikdən) sonra, ölkə 2001-ci ildə Avrozonaya üzv oldu (valideynlərə yalan demə mərhələsi).

2008-ci ildə başlayan Qlobal Maliyyə Böhranından sonra onsuz da güclü olmayan Yunanıstan iqtisadiyyatı çökməyə başladı (Amerika əjdahasının oyanması). Səbəb nə idi? Təsəvvür edin, illərlə ölkənin gəlirləri - vergi yığımı, ixracı aşağı olur və digər tərəfdən, xərcləri yuxarı. Belə olduqda, ölkə qazandığından çox xərcləyir və təbii ki, bu kəsir (defisit) artır. Bundan başqa, 2004-cü idə Yay Olimpiya Oyunlarını Afinada keçirmək üçün külli miqdarda vəsait xərclənir (Olimpiada adlı sevgilisi). Beləliklə, yaranan büdcə kəsirini ödəmək üçün ölkə borc alır. Borcu isə Yunanıstana özəl banklar və digər ölkələr verirlər (borc verən qardaşları və dostları). Beləliklə, ölkə bu illər ərzində iqtisadi islahatlar aparmaq, büdcəsini qaydaya salmaq əvəzinə, getdikcə daha dərin borc problemi ilə üzləşir. Dövlət borcu ÜDM-in 180%-nə qədər artır.

Borc problemini həll etmək üçün pul çap etmək ağıla gələn ən sadə variantdır. Lakin məsələ ondadır ki, Avronu qəbul etdikdən sonra, ölkənin Mərkəzi Bankının pul çap etmək səlahiyyəti olmur və ölkə çıxılmaz vəziyyətlə üzləşir. Belə olan halda, Beynəlxalq Valyuta Fondu, Avropa Birliyi və Avropa Mərkəzi Bankından ibarət beynəlxalq qurum (bu qrupu “Troyka” adlandırırlar) Yunanıstanın köməyinə gəlir (valideynlər). “Troyka”nın maliyyə yardımı ilə 2010-cu ildə borc problemi qismən həll edilir. Lakin borcun qarşılığında Yunanıstan qarşısına tələblər qoyulur (valideynlərin iş qurma tələbləri). Tələblərə əsasən, ölkə xərclərini azaltmalı, gəlirini isə artırmalı, büdcə kəsirini aradan qaldırmalı idi.

Lakin Yunanıstanın bu cəhdləri alınmır. Bəzi iqtisadçılar (o cümlədən mən) hesab edir ki, bunda “Troykanın” günahı heç də az deyil. Belə ki, hazırda əsas debatlardan biri iqtisadi durğunluq zamanı dövlətin rolu ilə bağlıdır. Bir qrup iqtisadçı hesab edir ki, dövlət xərclərini azaltmalı, vergiləri artırmalıdır ki, borc problemini azaltsın. Əks tərəfdə duran iqtisadçılar isə, belə düşünürlər ki, əksinə, krizis zamanı hökumət daha çox pul xərcləməli, çox iş yerləri açmalıdır. Xərcləri azalt deməklə, “Troyka” Yunanıstanın əlində olan bütün alətləri əlindən aldı (Valideynlər Hellası pulsuz qoyduğu kimi).

Beləliklə, ölkə borc böhranından çıxa bilmədi. Nəticədə dünən (30 iyun) Beynəlxalq Valyuta Fonduna olan 1.6 milyard avro borcunu ödəyə bilmədi. Bir neçə həftə sonra daha böyük borcların ödənmə vaxtıdır və çox güman ki, ölkə bunları da ödəyə bilməyəcək. Ona görə də, “Üçlük” Yunanıstana şərt qoydu: ya bizim dediyimiz qaydaları qəbul edəcəksən, ya da biz sənə kömək etməyəcəyik (valideynlərin ultimatumu).

Baş nazir bu suala cavab axtarmaq üçün referendum keçirir. Görək yunan xalqı nə qərar verəcək. İstənilən halda, nə ölkə, nə də Avrozona üçün asan çıxış yolu olmayacaq. Axı ayrılıqdan adətən həm övlad, həm də valideynlər əziyyət çəkir...


Rəşad Həsənov
Deakin Universitetinin doktorantı, Melburn, Avstraliya
AzVision.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01
Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39
Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… - ONA GÖRƏ DƏ...
Bu gün, 07:35
Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08
Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05
AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48
DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36
Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30
Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18
Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Dünən, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Dünən, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Dünən, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Dünən, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Dünən, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Dünən, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Dünən, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Dünən, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
23-05-2026, 15:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru