Putin qeyri-adekvat vəziyyətə düşüb! .....                     Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... .....                     Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ .....                     DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR .....                     Türkiyədə nə baş verir... .....                     Professor milləti söyənlərə OD PÜSKÜRDÜ .....                     Taksi sürücüləri NƏ ETSİN AXI... .....                     "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" .....                     Cənab Cabbarovun YOXSULLUQ MİZANI .....                     Quran oğrusu Əlixan Musayevin yeni taktikası .....                     "Qəlbimi çox qırıblar..." .....                     ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər .....                     Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                 

ABŞ demokratiyasının gerçək mahiyyəti - TƏHLİL
Tarix: 1-07-2015, 09:24 | Çap et
ABŞ demokratiyasının gerçək mahiyyəti
İyulun 4-də istiqlalının 239-cü ildönümünü qeyd edəcək Amerika Birləşmiş Ştatlarında təxminən son bir il ərzində baş verən bir neçə proses və olay dünyaya özünü "demokratiya beşiyi" kimi sırıyan bu superdövləti idarə edənlərin gerçək niyyətlərini ortalığa qoymaqda və ölkə daxilində baş qaldıran böhrandan xəbər verməkdədir. Ötən ilin avqustunda Ferqüson şəhərində polisin qaradərililərə qarşı bir neçə ölüm faktı ilə nəticələnmiş zorakılığı bütün ölkəni bürüyən etirazlara nədən səbəb oldu.

Əvvəllər də tez-tez baş verən və son bir neçə həftədə yenidən ardıcıl gündəmə gələn ayrı-ayrı vətəndaşlar tərəfindən kütləvi silahlı qətliamlar törədilməsi isə artıq ABŞ vətəndaşlarının psixoz vəziyyətində olduğunu göstərir. Qaradərililərin ibadət etdiyi kilsədəki qətliam isə 239 illik demokratik(!) bir məmləkətdə irqçilik probleminin hələ də həllini tapmadığını isbatlayır. Nəhayət, Allahdan gələn vicdan və qeyrət hislərini hələ də itirməmiş insanları hiddətləndirən sonuncu hadisə ilk dəfə bu posta namizədliyi verildiyi dönəmlərdə müsəlman mənşəli olduğu "gözə soxulan" prezident Barak Hüseyn(!) Obamanın da alqışladığı ABŞ Ali Məhkəməsinin son qərarıdır: bütün ölkədə eynicinslilərin nikaha girməsinə icazə verən qərar...

Xalqların və dinlərin varlığına son qoymağa yönləndirilmiş sistem...

Bəla burasındadır ki, baş verən sadaladığımız və digər mənfi yüklü, insanın yaradılış mahiyyətinə yönəlmiş proses və olaylar virus kimi birbaşa, ya dolayısıyla ABŞ-ın təsiri altında olan əksər dünya ölkələrinə yayılmaqdadır. Bu "xəstəlik"lərin xüsusən müsəlman türk ölkələrinə sirayət etməsi daha çox həyəcan doğurur. Etiraf etmək lazımdır ki, son illər Azərbaycanda da silahlı qətl və intiharların, eləcə də cinsini dəyişdirənlərin sayı artmaqdadır. Ölkədə homoseksuallar və digər seksual azlıqlar aktivləşib. Hətta eynicinslilərin evliliyi qanunla qadağan olunsa da, ötən il homoseksual bir cütlük nişanlandı. Özü də belə yaramazlıqlar "qloballaşma" deyilən və xoş-zor planetin hər tərəfinə sırınmaqda olan siyasi-ideoloji, mənəvi-psixoloji, mədəni-sosial, elmi-texniki, iqtisadi və s. mahiyyətlərlə yüklü bir proses vasitəsilə yayılmaqdadır. Əksər dünya KİV-ləri, telekanallardakı xəbər, veriliş serial və reklamlar, kompyuterlər, internet şəbəkəsi, mobil telefonlar və onlar vasitəsilə yayılan oyunlar, müxtəlif səpkili kütləvi tədbirlər, QHT-lər və s. məhz bu çirkin məqsədlərə yönləndirilib. Artıq nəinki, yeniyetmə və gənclər, azyaşlı körpələr belə, telefon, kompüter, planşet, televizor və s. elektron vasitələrin hipnoz obyektinə çevrilib. Təəssüf ki, bu niyyətlərin arxasında duran super güclər özləri üçün xeyli uğurlar əldə ediblər. Və bu prosesə müqavimət göstərən vahid bir şəbəkə yoxdur. Bu isə dünya xalqlarının, o cümlədən mənsub olduğumuz Azərbaycan xalqının taleyi üçün böyük təhlükə kəsb etməkdədir. Bütün bunları nəzərə alaraq şüurlarımızda manipulyasiya aparmaqla bizə dost cildində görünməyə nail olan Amerika dövlətinin mahiyyətini mümkün qədər qısa və sadə dillə oxuculara çatdırmağı özümüzə borc bilirik.

SSRİ və ABŞ: bir medalın tərs üzləri imiş...

Hələ Sovetlər dönəmində "dissident" adlandırılan "haqq carçıları" hər şeydə ABŞ-ı nümunə gətirirdilər. 1991-ci ilin yanvarında - sovetlərin son ilində ata Buş İraqa - Səddam Hüseynin üzərinə yeriyəndə artıq çoxumuz elə düşünürdük ki, Səddam SSRİ-nin yetişdirdiyi diktator olduğu üçün Ağ Ev onu cəzalandırmaqda haqlıdır. Ayrıca, Azərbaycan xalqı 1990-cı ilin yanvarında Bakıda qətliam törətdiyi üçün sovet ordusundan və ölkə rəhbərliyindən üz döndərmişdi. SSRİ çökdü və qatı kommunist əqidəli insanlar xaric hamı sevindi ki, totalitar bir rejimdən qurtulduq. İllər keçdi, yeni yaranmış müstəqil dövlətlər dirçəldi. Düzdür, burada ABŞ-ın da, Avropanın da xeyli dəstəyi var idi. Ancaq hadisələr ardı-arda düzləndikcə demokratiya(!) dünyasının əsl niyyəti üzə çıxdı. Bunu bizim üçün ilk növbədə Qərbin Ermənistanın Azərbaycan torpaqlarının işğalına münasibəti ortalığa qoydu. Nə ABŞ, nə də Avropa ölkələri Ermənistanı birbaşa təcavüzkar adlandırdı. Əksinə, 1992-ci ildə rəsmi Vaşinqton Azərbaycana yardımlara məhdudiyyət qoyan məşhur 907-ci düzəlişi tətbiq etdi. Əgər o dövrkü Qərb təbliğatına uyğun olaraq Qarabağ münaqişəsini özünü parçalanmadan qorumaq üçün birbaşa SSRİ-nin törətdiyini yəqin etsək və Ermənistanın əsrlərboyu Rusiya imperiyasının aləti, for-postu olduğunun hamıya bəlli olduğunu nəzərə alsaq, məntiqlə "qırmızı imperiya"nın düşməni olan ABŞ və Avropanın Azərbaycanı qeyd-şərtsiz müdafiə etməsində problem olmamalı idi. Bəs "demokratiya ocaqları" məsələyə niyə belə, indi dəbdə olan ifadə ilə desək, ikili standartlarla yanaşdı. Hadisə və prosesləri obyektiv təhlil edəndə məlum olur ki, əslində "ikili standart" məsələlərin zahiri tərəfidir. Xüsusən Amerikanın patronajlığı altında fəaliyyət göstərən BMT-nin Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması haqda qətnamələrinin bir qərinədir ki, kağız üzərində qalması, ABŞ-ın da həmsədrlərindən biri olduğu ATƏT-in Minsk Qrupunun 23 illik gizlənpaç oyunları, Avropa Şurasının Qarabağ məsələsinə ikiüzlü münasibəti, eləcə də ilk Avropa Oyunlarının Bakıda keçirilməsinə "7-liy"ə daxil olan bütün iri dövlətlərin qısqanc və soyuq münasibəti və s. göstərir ki, heç bir ikili standartdan söhbət getmir. Müxtəlif gedişlər altında gizlənən əsl niyyət bəlli olur: Qarabağın ermənilərə zəbt etdirilməsi Əfqanıstanın, İraqın, Liviyanın, Suriyanın və s. işğalı kimi müsəlman dünyasına qarşı yarımgizli səlib yürüşünün təzahürlərindən biridir. Və çox güman ki, bu məsələdə ABŞ, Avropa və Rusiyanın gizli razılaşması da var. Bir az da geniş düşünsək, Azərbaycana münasibət qloballaşma, inteqrasiya adı altında aparılan Yeni Dünya Düzəni prosesinin, xalqların kosmopolitləşdirilərək - öz köklərindən ayrılıb əridilərək hegemon oliqarxların quracağı Vahid Dünya Dövlətinə xidmət edəcək üzüyola bir kütləyə çevirmək niyyətinin tərkib hissəsidir. Buradan belə nəticəyə gəlmək olar ki, ABŞ da SSRİ-nin tərs üzü imiş. Çünki masonlar tərəfindən qondarılmış hər iki imperiya xalqları, xüsusən müsəlman-türk xalqlarını əritməyi qarşısına məqsəd qoyub. SSRİ "sosializm, kommunizm quruculuğu, proletar qardaşlığı, beynəlmiləlçilik" və s. adı altında bütün xalqları köklərindən uzaqlaşdırıb "vahid sovet xalqı" kimi birləşdirməyə çalışırdısa, ABŞ da eyni işi "demokratikləşmə, inteqrasiya, qloballaşma" və s. adı altında görür. Əgər sovetlər insanları ifrat kollektiv düşüncə, həyat tərzinə alışdırırdısa, Amerika, əksinə, insan haqq və azadlıqlarına ifrat fərdiyyətçilik, individləşdirmə kontekstindən yanaşaraq övladla ata-ana, ata ilə ana arasında barışmaz ziddiyyətlər törətməklə və bunun əvəzinə eynicinsli "ər-arvad"ın, inkubator körpələrin formalaşdıracağı "müasir ailələri" ortalığa qoymaqla bəşəriyyəti təbii inkişaf yolundan çəkindirməyə çalışır. Amma insafən danışsaq, sovetlər dönəmində əxlaqsızlıq, zinakarlıq kimi halların, eləcə də media vasitəsilə fahişəliyin, eynicinsli əlaqələrin birbaşa, ya dolayısıyla stimulladırılmasının qarşısı alınırdı. Yəni, o quruluşda allahsızlıq, ateizm təbliğ edilsə də, əxlaqi baxımdan sovet sosialist sistemi daha qəbuledilən idi. İnsan haqları və azadlıqlarına gəldikdə insan həyatı SSRİ-də birbaşa çərçivəyə salınırdısa, ABŞ və Avropada bu, əsasən dolayısıyla baş verir...

Nəfsinə qul edilmiş insanı "azad" edən demokratik(!) cəmiyyət...

Söhbət ondan gedir ki, sovet rejimi insanların nəfsinin istədiyi çox şeyə məhdudiyyət qoyurdu. Məsələn, 1980-ci illərin sonunadək sovet adamının rejimə qarşı fikirlərini mətbuatda açıq söyləməsi, iki-üç xarici markalı avtomobil alması, özünə villa tikdirməsi, birlik, partiya, şirkət, yaxud fermer təsərrüfatı yaratması və s. mümkün deyildi. Bir sözlə, SSRİ-də insan nəfsi basqı altında idi. Əslində bir çox qadağalar, məsələn, pornojurnalların, pornofilmlərin, sələmin və s. yayılmasının qarşısının alınması islami baxımdan təqdirəlayiq idi. ABŞ-da isə əksinə, insan nəfsinə ifrat azadlıq verilir və buna "insan azadlıq və hüquqlarının qorunması" adı qoyulur. Amerikada, Avropada və qloballaşmanın ağuşuna atılmış və "Açıq(!) Cəmiyyət" adlanan Soros kimi fondların müdaxilə etdiyi digər ölkələrdə vətəndaş mövcud dünyəvi dövlət qanunlarını pozmamaq şərti ilə istədiyini edə bilər. ABŞ demokratiyasının hopduğu cəmiyyətlərdə pul, var-dövlət qazanmaq, biznes, karyera qurmaq naminə yalan danışmaq, simasızlıq, riyakarlıq, iküzlülük etmək, dostu, yoldaşı satmaq, haqsızlığa, hətta xanımının xəyanətinə göz yummaq və s. norma sayılır. Və bunlara görə heç kəs cəzalandırılmır. Amerika və Avropada 1960-1970-ci illərdə başladılan "seksual inqilab" adlanan antibəşəri proses III dünya ölkələrinə və keçmiş sovet məkanına da siraət edir. Artıq yeniyetmə qız və oğlanlar, ailəli qadın və kişilər nikahdankənar cinsi əlaqələri, yəni zinakarlıqları, fahişəlikləri haqda fəxrlə danışmaqdan çəkinmirlər. Fahişəlik, homoseksuallıq, eynicinsli nikahlar, cinsiyyətin dəyişdirilməsi xüsusi rəsmi, qeyri-rəsmi qurumlar və şou-biznes qrupları tərəfindən stimullaşdırılır və dəstəklənir. Bu cür keyfiyyətləri özündə daşıyan, fahişəlik, zinakarlıq, əxlaqsızlıq mücəssəməsi olan şəxslər cəmiyyətdə etalon kimi önə çıxır. Belələrini ifşa edənlər isə "geridəqalmış", "anormal" hesab edilir və səsləri eşidilməz olur. Burada artıq müasir demokratiyanın(!) bir çox xalqların, xüsusən müsəlman-türk xalqlarının qədim ənənələri, yaşayış tərzi, bütün səmavi dinlərin, ən əsası, İslamın müəyyən etdiyi əxlaqi normalarla daban-dabana zidd olduğu aydın olur.

ABŞ demokratiyasının və İslamın insan azadlığına baxışları bir-birinə ziddir

Yuxarıda sadalananlar bəzi qərbmeyilli yazar və siyasətçilərin təbliğatının əksinə olaraq Amerikanın stumullaşdırdığı demokratik(!) həyat tərzinin ədalət və əxlaq baxımından İslamla heç bir yaxınlığının olmamasını önə çəkir. Çünki Quran və Peyğəmbər sünnəsi bucağından yanaşdıqda bu cür azadlıqlar sistemi insanı nəinki azad edir, əksinə, öz nəfsinin, deməli, İblisin köləsinə döndərir. Tamahının, şəhvətinin istəyinə uyğun hərəkət edən insan daim öz şəhvani hislərinin doyuzdurulması haqda düşünür. Və bu minvalla Allahın, vicdanının yox, yalnız nəfsinin əmr etdiyini icra edir. Nəfsinin qulu olan insan necə azad ola bilər? İnsanlar meymunlar və digər heyvanlar kimi istədiyi şəxslə, istədiyi yer və məkanda cinsi əlaqədə, həm də nikahdankənar əlaqədə olarsa, onlardan törəyəcək vələdüzzina nəsil hansı fizionomiyada, hansı düşüncədə, hansı əxlaqda olacaq? Bu, bəşəriyyətin sonunu hazırlamaq deyilmi?

Amerika insanları nəfsləri vasitəsilə idarə edir

Bir daha qayıdırıq SSRİ-ABŞ müqayisəsinə. Aydın olur ki, Sovet İttifaqında insan rejimin, ideologiyanın qulu idisə, ABŞ-da, eləcə də Avropada öz nəfsinin qulu olur. Deməli, demokratiya(!) rejimi insana azadlıq verməklə onun əsl azadlığını əlindən alır. Məhz bu məqamda Amerika demokratiyasının gerçək mahiyyətini formalaşdıran prinsip meydana çıxır. Həmin prinsip ABŞ-ın banisi - ölkənin ilk prezidenti Corc Vaşinqtonun bir bəyanatında açıqlanır: "merika ən primitiv və ən yüngül idarəolunan ölkədir. Ancaq çoxları bu primitivliyin və sadəliyin arxasında əsl Kabbalistik (Kabbala - iudaizmdə dini-mistik cərəyan və bundan bəhs edən masonların da əsaslandığı kitab) Hakimiyyət Texnologiyasını görmür:"İnsana və heyvana yalnız cəlbedici ləzzət gücü hakimdir. Və həyatın bütün mərhələ və səviyyələrində idarə olunması bu gücdən keçir". Deməli, ABŞ vətəndaşlarını, eləcə də təsiri altındakı ölkələrin sakinlərini öz nəfsləri vasitəsilə idarə etməyə çalışır. Məşhur psixoloq Ziqmund Freydin insanın bütün həyatının, zehni-mənəvi dünyasının birbaşa cinsi instinktlərlə bağlı olduğunu, hətta insanı beyninin deyil, cinsiyyət orqanlarının idarə etdiyini isbat etməyə çalışan nəzəriyyəsi də məhz sözügedən prinsipdən qaynaqlanır.

Adamları depressiya və intihara sürükləyən freydizm demokratiyası...

Bütün əxlaqi dəyərlərə, yəni, mənəviyyata, vicdana, insafa, namusa, qeyrətə və s. xor baxan Freyd həyatın məqsədsiz və mənasız olduğunu iddia etməklə insanları Allaha inamdan da çəkindirirdi. İnsanı öz instinktlərinin, cinsi əlaqədə olmaq, yemək-içmək, bir sözlə, hər şeydən fiziki ləzzət almaq arzuları ilə hərəkət edən bir heyvan növü kimi görən bu nəzəriyyə sonda insanları tənhalıq, qorxu və depressiyaya sürükləyir. Son zamanlar bütün dünyada, o cümlədən postsovet məkanında qətl və intiharların artması da məhz bu cür düşüncə sisteminin məhsuludur. Proses və olaylara ayıq baxdıqda hər şey aydın görünür. Bunun üçün professor olmaq lazım deyil. Qərbin yönləndirdiyi demokratik(!) cəmiyyətlərdə hər vasitə ilə insanların şüuruna və şüuraltına xatırlatdığımız freydizmə uyğun düşüncə və həyat tərzi yeridilir. Gündəlik rastımıza çıxan hər şey: qız və qadınların qərb stilli yarıçılpaq geyimləri, qəzet və jurnal səhifələrində, internet saytlarında, mobil telefonlarda, telekanallarda, küçələrdəki reklam löhvələrində, hətta aldığımız paketlərin üzərindəki, paltarların etiketlərindəki çılpaq, kişilərlə qucaqlaşan qadın şəkilləri belə, insanın şəhvət hislərinin maksimum oyadılmasına xidmət edir. Və deməli, onu əxlaqsızlığa, zinakarlığa sürükləyir. Avtomobillərin, məişət vasitələrinin, mebellərin və s. saysız-hesabsız reklamları adamları bir-biri ilə yarışa girərərək hansı yolla olur-olsun, pul əldə etməyə çağırır. Sonda həyatın mənasını yalnız ləzzət almaqda görənlər oğurluğa, rüşvətxorluğa, ən yaxşı halda isə sələmə, yaxud kreditə pul götürməyə vadar olur. İstədiyi çox şeyi əldə etdikdən sonra ya krediti ödəyə bilməməkdən, ya da bütün ləzzətəri yaşayıb beynində xaos və boşluq yarandığından inthara əl atır. Dünyanı idarə etmək iddiasında olanların da əsas məqsədlərindən biri budur. Mümkün yollarla planetdə insanların sayını azaltmaq; məsləhət olan yerlərdə münaqişə və müharibələr, kütləvi terrorlar, digər yerlərdə isə qətl və intiharlar...

Amerikansayağı demokratiya ABŞ-ın özünün də məhvinə yönəlib
Bütün bunlar həm də hələ 1970-ci illərdə "Roma klubu", "Komitet-300" kimi mason klubları tərəfindən hazırlanan və ABŞ tərəfindən də dəstəklənən gələcəkdə guya insanların yaşaması üçün zəruri yaşayış vasitələrinin yetməyəcəyi bəhanəsi ilə 2000-ci ilədək dünya əhalisini maksimum azatmağa yönəlmiş "Qlobal-2000" adlı gizli proqramın tərkib hissəsidir. Maraqlıdır ki, yalnız inkişaf etməkdə olan ölkələrin deyil, ABŞ-ın özü belə bu proqramın obyektlrindən biridir. Plana görə, 2050-ci ilədək ABŞ əhalisinin sayı 100 milyonadək azaldılmalıdır. Bunun üçün kompyuter və ictimai xidmət sənayesi istisna olmaqla iqtisadiyyatın digər sahələrində böhran yaratmaqla müəssisəslərin bağlanması və işsizliyin çoxaldılması planlaşdırılır. Roma klubu tərəfindən təhsil sahəsinə xüsusi diqqət ayrılıb. Digər ölkələr kimi, Təhsil sistemini çökdürmək üçün bu sahə tam nəzarətə alınıb. Ali Təhsil İnstitutunun statistikasına görə, hazırda ABŞ-da yuxarı sinif şagirdlərinin oxuma və yazma vərdişləri 1786-cı ilin uşaqlarının səviyyəsindən də aşağıdır. Ölkədə əhalinin 14 faizi, yəni 32 milyon şəxs oxumağı bacarmır. Orta təhsilini başa vuranların arasında oxumağı bacarmayanların payı isə 19 faizdir. (http://www.statisticbrain..com/)

Yaponiyaya nüvə bombası atdıran mason demokratiyası (!)...

Amerika demokratiyasının mahiyyətini doğru anlamaq üçün ABŞ-ın necə və kimlər tərəfindən yaradılıb idarə edildiyini də təhlil etmək gərəkdir. Bütün dünyaya məlumdur ki, zaman-zaman Türkiyəyə qondarma "erməni genosidi" ilə təzyiqlər edən ABŞ ingilislərin başçılıq etdiyi Avropa müstəmləkçilərinin Şimali Amerika materikində aborigen xalqlar olan yüz minlərlə hindu, eskimonun və s. qanı - soyqırımı üzərində qurulub. ABŞ-ı əsasən yəhudi mənşəli mason oliqarxlar yaradıb, hazırda da onlar idarə edir. Bəziləri mason məsələsinə dırnaqarası baxır. ABŞ-ın masonlar tərəfindən yaradılmasını sübut edən bir sıra əyani faktlar var. Onlardan biri də Vaşinqtona demək olar ki, bitişik olan Aleksandriya şəhərindəki mason xatirə kompleksidir. Bu sakit rahat şəhərdə Misirdəki dünyanın 7 möcüzəsindən biri olan İsgəndəriyyə mayakı formasında çoxmərtəbəli bir tikili var. Bu, ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun şərəfinə ucaldılmış nəhəng mason memorialıdır. Turistləri məbədin birinci və ikinci mərtəbələrinə buraxırlar. Digər mərtəbələrə isə yalnız məsləhət bilinən yerli və ya xarici rəsmi dövlət adamları buraxılır. I mərtəbədə turistlərə mason-gidlər masonluğun orta əsrlərdə yaradılmış azad bənnalar cəmiyyəti olduğunu və XVIII əsrdə yayılmağa başladığını söyləyir. Masonların ABŞ tarixində müsbət rolundan, müasir masonların guya əsasən xeyriyyəçiliklə məşğul olması, yoxsullara kömək etmələrindən danışırlar. Burada usta önlüyü geymiş ölkənin ilk prezidenti Corc Vaşinqtonun əlində mala tutmuş olduğu şəkli, onun masonluğa aid şəxsi alətləri saxlanılır. 2008-ci ildə həmin memorialı ziyarət etmiş rəsmilərdən birinin sözlərinə görə, 4-cü mərtəbədə usta önlüyü taxmış və əlində mala tutmuş eks-prezident Harri Trumenin nəhəng rəngli fotoportreti qoyulub. Ən gözlənilməsi isə odur ki, ABŞ prezidenti Xirosima və Naqasaki şəhərlərinə nüvə bombası atılması barədə qərar verilən anda çəkilib. Belə çıxır ki, Yaponiyanın bu iki şəhərinin nüvə bombardımanına məruz qoyulması haqda qərarı masonlar verib. Kimsə buna şübhə edirsə, Vaşinqtona getsin və öz gözləri ilə görsün...
Bütün bu sadalananlardan savayı, ABŞ-ın yaranışından bəri və xüsusən son 25-30 ildə yer üzündə törətdiyi siyasi, iqtisadi, hərbi fəsadlar, açıq soyqırımları və s. göz önünə gətirsək, bu super gücün gerçək simasını daha yaxşı tanıyarıq. Bu mövzularda yerli və xarici mətbuatda dərc edilmiş faktları, rəqəmləri görsək, inanarıq ki, bu dövləti idarə edənlərin arxasında duranlar "demokratiya və qloballaşma" şüarı altında planetdə maliyyə, informasiya diktaturası, beynəlxalq hərbi xunta yaratmağa cəhd edirlər.

Hər bir dövlətin öz dini-milli prinsiplərinə uyğun inkişaf etmək hüququ var

Oxucu elə düşünməsin ki, biz demokratik, hüquqi dövlət anlayışını tam inkar edir və yenidən Sovetlər tipli totalitar bir sistem qurulmasını təbliğ edirik. Məqsədimiz, sadəcə, gözəl şüarlar altında insanlığın başına corab hörüb onu faciəyə bələyənlərin iç üzünü açmaqdır. Demokratik prinsiplər arasında bütün bəşəriyyətin qəbul edəcəyi kifayət qədər məqbul anlayışlar var. Amma söhbət onları necə və hansı niyyətlə həyata keçirməkdən gedir. Sosializm və kommunzmin də çox gözəl şüarları var idi... Söhbət ondadır ki, hər bir müstəqil dövlətin öz tarixi dini, milli ideologiyasına, ənənələrinə uyğun inkişaf yolu seçməsi yaradılışın təbii qanunlarından irəli gəlir. Bu mənada heç bir gücün İslam ölkələrinin, o cümlədən Azərbaycan və Türkiyənin həm müsəlmanlığı, həm türklüyü və yanaşı yaşayan digər xalqların etnopsixoloji xarakter və ənənələrini, həm də müasirliyi özündə birləşdirən dövlət modeli qurmasına mane olmaq ixtiyarı yoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08
Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05
AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48
DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36
Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30
Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18
Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Dünən, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Dünən, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Dünən, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Dünən, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Dünən, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Dünən, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Dünən, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Dünən, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
23-05-2026, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
23-05-2026, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
23-05-2026, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
23-05-2026, 13:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru