"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" .....                     Cənab Cabbarovun YOXSULLUQ MİZANI .....                     Quran oğrusu Əlixan Musayevin yeni taktikası .....                     "Qəlbimi çox qırıblar..." .....                     ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər .....                     Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                 

Avropa Bakını itirir – şok yekunun sadə səbəbləri - TƏHLİL
Tarix: 29-06-2015, 09:46 | Çap et
Avropa Bakını itirir – şok yekunun sadə səbəbləri
Azərbaycanda keçirilən ilk Avropa Yay Oyunları yekunlaşdı. Bu möhtəşəm tədbir barədə peşəkar idman şərhçiləri, yəqin ki, hələ sözlərini deyəcəklər. Ancaq Azərbaycan üçün hadisənin əsas siyasi özəlliyi onun Bakı-Qərb münasibətləri üçün bir “lakmus kağızı”na çevrilməsi, bu münasibətləri ciddi şəkildə sınağa çəkməsi oldu.

Ondan başlayaq ki, ötən 16 gündə və tədbir ərəfəsində, belə demək mümkünsə, tərəflər arasında söz dueli pik həddə çatdı. Qarşılıqlı xarakter daşıyan bu ritorika, münasibətlərdəki xoşagəlməz atmosfer idman yarışı boyu özünü göstərdi. Təkcə o fakt ki, Avropa Oyunları Avropa Parlamentinin Azərbaycanla bağlı kritik dinləmələri ilə başladı (10 iyun), tədbirin açılış-bağlanış mərasimlərinə Avropa Birliyinin iri ölkələrinin başçılarından kimsə qatılmadı, oyunlar bitmədən isə AŞPA (23 iyun) Azərbaycan əleyhinə qətnamə qəbul elədi, həmçinin oyunları nüfuzlu Qərb KİV-ləri, o sırada “Eurenews” zəif işıqlandırdı - özlüyündə çox şey deyir.

Maraqlıdır ki, beynəlxalq insan haqları təşkilatı olan “Freedom House”un, ABŞ Dövlət Departamentinin illik tənqidi hesabatları da məhz Avropa Oyunları müddətində açıqlandı. “Freedom House” Azərbaycanı Avroatlantik məkanda Türkmənistan, Özbəkistan, Tacikistanla birgə ən avtoritar ölkələr" sırasına saldı, Dövlət Departamenti isə ölkəmizlə bağlı indiyədək ən sərt hesabatını ortaya qoydu.

*****
Belə təəssürat yarandı ki, bu boyda məsuliyyətin altına girib də böyük bir idman yarışına uğurla, bir çoxlarının gözləmədiyi şəkildə, həm də Avropa tarixində ilk dəfə ev sahibliyi edən Azərbaycana Qərb, Avropa nədənsə heç bir güzəşt tanımaq istəmir, idmana da geosiyasi maraqlar prizmasından baxır, insan haqları mövzusuna müvəqqəti moratorium da qoymağa hazırlaşmır. Qərbin bəzi siyasi dairələrində isə Avropa Oyunları Azərbaycanı hədəfə gətirmək üçün sanki bir fürsət oldu. O da aydın sezildi ki, müəyyən məkrli dairələr üçün təməl haqlar mövzusu ölkəmizə qarşı, sadəcə, bir təzyiq rıçaqı rolundadır.

Bir sıra təhlilçilər Avropanın belə ifrat tələbkarlığını Azərbaycana qarşı ədalətsiz və ikili standart yanaşmanın təzahürü kimi qiymətləndirdilər. Hər halda, qonşu və işğalçı Ermənistanda təməl insan haqlarının durumu Azərbaycandan heç də yaxşı deyil. Təsadüfi deyil ki, Azərbaycan yetkililəri bu ikili standarta yetərincə sərt reaksiya sərgilədilər. Hətta ölkəmizin Avropa Şurasından çıxacağı ilə bağlı hədələr səsləndi.

Məsələn, AŞPA-da qətnamə qəbul edilən günlərdə Azərbaycanın Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov twitter səhifəsində yazmışdı: “Təəssüf ki, Avropada bu siyasətin hara apara biləcəyini və nə ilə nəticələnəcəyini anlaya bilmirlər. Avropa Şurasının belə mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur”.

Bundan az öncə isə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov qurumun yay sessiyasında məlum sənəd layihəsi müzakirə olunarkən etdiyi çıxışı zamanı eyni tonda demişdi: “Azərbaycanı tənqid etdiyiniz yetər! Siz bizdən insan haqları sahəsində öhdəliyi yerinə yetirməyi tələb edirsiniz, özünüz də öhdəliyinizə əməl edin. Azərbaycanı tənqid edənlər öncə öz ölkələrinə baxsınlar. Biz Avropa Oyunları keçirməyə namizədliyimizi verəndə əvvəlcə heç kim etiraz eləmədi. Amma sonra müəmmalı şəkildə tənqidlər başladı. Dağlıq Qarabağ və ətraf 7 rayon işğal altındadır, 1 milyona yaxın qaçqınımız var. Bundan niyə danışmırsınız? Rusiya nümayəndə heyəti artıq burada yoxdur, Azərbaycanı sanksiya ilə hədələyirsiniz. Nəyə nail olmaq istəyirsiniz?”

Yəni yenə o xəbərdarlıq ki, Azərbaycan da Rusiya kimi təşkilatı tərk edə bilər...

*****

Sözsüz ki, Avropa Yay Oyunlarının yüksək səviyyədə, uğurlu təşkili, üstəgəl, bu yarışlarda ölkəmizin komanda hesabında ikinci yerə çıxması dövlətimiz adına tarixi bir nailiyyətdir və ölkə adına əlavə pozitiv xallar gətirəcək, o sırada Azərbaycan haqqında tolerant, sivil, iri beynəlxalq tədbirləri təşkil etməyə qadir imkanlı və ciddi ölkə imicini möhkəmlədəcək.

Əslinə qalsa, I Avropa Yay Oyunlarının faktiki, yəni idman qalibi Rusiyadırsa, əsas qalib Azərbaycandır - böyük bir idman ilkinə uğurla imza atan, Avropa da daxil dünyanı, dost-düşmənləri yaxşı mənada təəccübləndirən, üstəlik də qalib üçlükdə yer almağı bacaran Azərbaycan! Kaş ki, yeni müsbət xalların ölkənin demokratik dünya ilə az qala, qırılma həddinə gəlmiş münasibətlərinin qaydaya düşməsinə, Dağlıq Qarabağ məsələsinə müsbət anlamda təsiri ola.

Yeri gəlmişkən, AŞPA-nın Azərbaycanla bağlı son qətnaməsi göstərdi ki, Qərb yeri gələndə insan haqlarını bəhanə edib Bakıya Qarabağla bağlı sürpriz də edə bilər. Yada salaq ki, həmin qətnamənin ilkin variantında “Ermənistanın işğal elədiyi Dağlıq Qarabağ və ətrafındakı 7 rayon” ifadəsi olsa da, səsverməyədək çıxarılıb, halbuki qurumun illər öncə qəbul etdiyi, Ermənistanı işğalçı kimi tanıyan ayrıca sənədi var. Bəli, bu, təşkilat adına prinsipsizlikdir, ancaq zərbəsi yalnız Azərbaycana dəyir...

*****
Ancaq sadalananlara rəğmən o da vurğulanmalıdır ki, I Avropa Yay Oyunları ölkəmizin Qərbdən uzaqlaşmaqda olması təəssüratını da gücləndirib. Belə vəziyyət isə müstəsna olaraq şimal qonşumuzun, konkret olaraq prezident Putinin strateji maraqlarına, onun SSRİ-nin bərpasına hesablanmış Avrasiya layihələrinə cavab verir.

Təhlükə və risk də bundadır, çünki rəsmi Moskva Qarabağ və digər məsələlərdə heç bir ciddi güzəşt vəd etmədən Azərbaycanı qazanmaq, ona sahiblənmək şansı əldə edə bilər. Yay Oyunlarının bizdən ötrü mühüm siyasi dərslərindən biri zatən, budur. Biz gərək Rusiyanın Qarabağ, müstəqilliyimiz və suverenliyimiz məsələsinə tarixi münasibətini unutmayaq. Yaddan çıxarmayaq ki, Azərbaycanın qeyd-şərtsiz Kremlin siyasi-hərbi çətiri altına qayıtması Qarabağa, müstəqilliyimizə yaxşı heç nə vəd edə bilməz. Üstəgəl, o halda yeganə təbii strateji müttəfiqimiz, NATO üzvü qardaş Türkiyə ilə ölkəmizin siyasi-hərbi bağları da qırılmış olacaq.

Odur ki, “daşları yığmaq zamanıdır”. Fərq eləməz, bu daşlar kimlər və hansı tərəfdən və hansı niyyətlə atılıb. Hər necə olmasa, Azərbaycan kimi xırda ölkələr nüfuzlu beynəlxalq qurumlar və dövlətlərlə “açıq qapı” siyasətini davam etdirməyə, onlarla işləməyə, dost-müttəfiqlərin sayını artırmağa məhkumdur - öncəliklə də məhz Qarabağa görə.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Dünən, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Dünən, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Dünən, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Dünən, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Dünən, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Dünən, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Dünən, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Dünən, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
23-05-2026, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
23-05-2026, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
23-05-2026, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
23-05-2026, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
23-05-2026, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
23-05-2026, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
23-05-2026, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
23-05-2026, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
23-05-2026, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
23-05-2026, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
23-05-2026, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
23-05-2026, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru