Cənab Cabbarovun YOXSULLUQ MİZANI .....                     Quran oğrusu Əlixan Musayevin yeni taktikası .....                     "Qəlbimi çox qırıblar..." .....                     ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər .....                     Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                     Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək .....                     Dizeli hansı ölkələrə və neçəyə satmışıq? .....                     Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı .....                     Ermənistan və Aİ viza rejimini ləğv edir .....                     Hamı bir qərara tabe olacaq! .....                     Ermənistan MDB-dən də çıxır .....                     İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı .....                     CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi .....                     Putin artıq bunu gizlədə bilmir: .....                     Rusiya səfiri Albaniya XİN-ə çağırılıb .....                     “Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” .....                     Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib .....                     Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR .....                     Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? .....                     Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək .....                     Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil .....                     Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır .....                     Niyə ancaq BİZ? .....                     Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı .....                     "Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." .....                     Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? .....                     Xalq dövlətindən istəməyib kimdən istəsin? .....                     Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? .....                     İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB .....                     "Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" .....                     "İşçiləriniz niyə belə məsliyyətsizdir?" .....                     Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil .....                     DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib .....                     "İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" .....                     ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir .....                     ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir .....                     Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                 

`Bütün bunları həzm edə bilmirlər` - Azər Qasımov
Tarix: 26-06-2015, 14:52 | Çap et
`Bütün bunları həzm edə bilmirlər`
Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımovun AzərTac-a müsahibəsini təqdim edir:

- Azər müəllim, son zamanlar Azərbaycana qarşı ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar, kütləvi informasiya vasitələri tərəfindən hücumların şahidi oluruq. Avropa Şurası Parlament Assambleyasının son qətnaməsi, BMT-də aparılan müzakirələr, ABŞ Dövlət Departamenti tərəfindən verilən bəyanatlar və illik hesabatda Azərbaycanla bağlı deyilən qərəzli fikirləri nəzərdə tuturuq. Sizcə bunların səbəbi nədir?

- Ən başlıca səbəb ondan ibarətdir ki, Azərbaycan tam şəkildə müstəqil siyasət yürüdən nadir ölkələrdən biridir. Eyni zamanda, biz regional əməkdaşlığı gündən-günə möhkəmləndiririk, ölkədə ictimai-siyasi sabitlik tam təmin olunub. İqtisadi inkişaf uğurla davam edir, Azərbaycan artıq çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Əlbəttə ki, özlərini dünyanın sahibi hesab edən ölkə və ayrı-ayrı qüvvələr bütün bunları həzm edə bilmir. Onlar hər vəchlə Azərbaycana qarşı riyakar, ikili standartlara söykənən, heç bir məntiqə sığmayan kampaniyalar həyata keçirirlər.

Azərbaycana qarşı qara piar kampaniyası həyata keçirən qərb və Avropa ölkələri hazırda dərin böhran içərisindədir. Xüsusən Avropa ölkələrinin özləri çoxdandır ki, müstəqil siyasət həyata keçirə bilmirlər. Onlar birmənalı olaraq dünyaya hakimlik etmək iddiasında olan ölkə və qüvvələr tərəfindən tam şəkildə idarə edilir. Sizin yuxarıda sadaladığınız qətnamə, müzakirə və bəyanatlara qayıdıram. Avropa Şurası Parlament Assambleyasında bir neçə il çalışmış insan kimi deyə bilərəm ki, burada fəaliyyət göstərən bir qrup deputat onlara verilən komanda ilə hər hansı bir ölkəni hədəf seçir və həmin ölkəyə qarşı bütün vasitələrlə çirkin kampaniyanı həyata keçirməyə başlayırlar. Bəzən bu qüvvələr demokratik ab-hava şəraiti yaratmaq məqsədilə onlara göstəriş verən ayrı-ayrı böyük dövlətlərə də tənqidi münasibət bildirirlər.

Lakin sonra yenidən bütün qüvvələrini hədəf seçilmiş ölkəyə çevirirlər. Adıçəkilən qətnamə də yuxarıdan gələn əmrləri yerinə yetirən və mən deyərdim ki, hətta öz ölkələrinin maraqlarına məhəl qoymayan bir qrup deputat tərəfindən qəbul edilmişdir. Ona görə də bu cür sənədlərin qəbulu bizim üçün heç bir mahiyyət daşımır.

Birləşmiş Millətlər Təşkilatında aparılmış müzakirələrə fikir verin: İrlandiya guya 25 ölkənin adından çıxış edir, burada Azərbaycana qarşı böhtan dolu məlumatlar verilir. Yenə də eyni ssenari - məlum ölkə və qüvvələr tərəfindən guya neytrallıq və obyektivlik nümayiş etdirmək məqsədilə regiona aid olmayan hər hansı bir ölkəyə, bu misalda İrlandiyaya göstəriş verilir və o da hərəkətə başlayır. Sizi tam əmin etmək istərdim ki, orada çıxış edən İrlandiya nümayəndəsindən soruşsanız ki, Azərbaycan dünya xəritəsində harada yerləşir bilməyəcək. Dərin iqtisadi böhran və insan haqlarının kobud şəkildə pozulduğu bir ölkə olan İrlandiya nümayəndəsi hansı haqla ölkəmizə münasibətdə belə qərəzli mövqe nümayiş etdirir.

Əgər onun adından danışdığı ölkələrin siyahısına baxsaq, olduqca maraqlı mənzərə yaranacaq. Həmin ölkələrin özləri arasında böyük ziddiyyətlər mövcuddur və bu ölkələrin hamısında insan haqlarının kütləvi şəkildə pozulması ilə bağlı kifayət qədər məlumat var. Necə oldu ki, belə bir şəraitdə 25 ölkə Azərbaycana qarşı dırnaqarası yekdil mövqe göstərdilər? Bu ölkələrin adlarına nəzər salsaq “obkom”dan göndərilən siyahıya oxşayır və bunun qurama bir kampaniya olduğu aydın görünür.

Həmin müzakirələr zamanı Latviya nümayəndəsi Avropa İttifaqı adından Azərbaycanla bağlı qərəzli fikirlər söyləmişdir. Məlum faktdır ki, Latviyanın özündə insan haqlarının pozulması halları olduqca acınacaqlı vəziyyətdədir. Başqa millətlərin nümayəndələrinə qeyri-vətəndaş münasibəti, televiziya kanallarının bağlanması, söz və fikir azadlığına görə həbslər və digər insan haqlarının pozulması elə həddədir ki, hətta Avropanın əksər dövlətləri də bunu etiraf edir. Bildiyiniz kimi, Avropa İttifaqının özü həm struktur həm də iqtisadi baxımdan dərin böhran yaşayır, üzv dövlətlərdə insan haqlarının kütləvi şəkildə pozulması adi hala çevrilib. Belə bir şəraitdə bu təşkilatın adından özü də Latviyanın, guya Azərbaycanda insan haqlarının pozulması ilə bağlı nümayiş etdirdiyi mövqe olduqca gülünc görünür. Avropa İttifaqında mərkəzləşdirilmiş idarəetmə sisteminin heç sosialist düşərgəsi dövründə belə mövcud olmadığını nəzərə alsaq, Latviya nümayəndəsinin bu mövqeyinin tam diqtə altında həyata keçirildiyi də özünü büruzə verir.

ABŞ Dövlət Departamentinin Azərbaycanda guya insan haqlarının pozulması ilə bağlı bəyanatlarına, illik hesabatına gəlincə isə bir daha bildirmək istəyirəm ki, heç bir dövlətə ayrılıqda götürülmüş şəkildə digər dövlətlərdə insan haqlarının təminatı ilə əlaqədar rəsmi mühakimə yürütmək icazəsi verilməyib. ABŞ-ın özündə insan haqlarının çox kobud şəkildə pozulması halları, dinc insanların polis tərəfindən öldürülməsi, irqi zəmində toqquşmalar, kütləvi həbslər, söz azadlığının pozulması və digər bu cür mənfi hallar elə sürətlə baş verir ki, hətta bunları izləmək belə artıq çətin olmuşdur.

Maraqlısı ondan ibarətdir ki, anti-Azərbaycan kampaniyasına qoşulan ölkə, siyasi dairələr, kütləvi informasiya vasitələrinin rəsmi nümayəndələri ilə görüşlərimiz zamanı demək olar, onların hamısı etiraf edirlər ki, bu cür qara piarın aparılması dünyaya hakimlik iddiasında olan ölkə və siyasi qüvvələrin ciddi təzyiqi altında həyata keçirilir.

Bir daha qeyd etmək istəyirəm, Azərbaycana qarşı iftira, böhtan, qərəzli kampaniya aparan ölkələr və ayrı-ayrı qüvvələr bilməlidirlər ki, bütün bunlar Azərbaycanın gələcəkdə də müstəqil siyasət həyata keçirməsi, regional əməkdaşlığın və ölkədə sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində tutduğu mövqedən döndərə bilməz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
“Ac xalqı tox, az xalqı çox qılmaq” törəsi və “Zır-şahinlik” - AXI NİYƏ?..
Dünən, 09:59
Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib - DETALLAR
Dünən, 09:55
Arzu Kazımov və onun suç ortağı HƏBS OLUNA BİLƏR - Əgər bu faktı araşdıran olsa...
Dünən, 09:51
Dünyada güc balansı yenidən qurulur: Bakıda hansı mesajlar verildi? - İNCƏLƏMƏ
Dünən, 09:18
Ermənistan Rusiyaya ixrac məsələlərini müzakirə edəcək - Ermənistan KİV
Dünən, 09:14
Rusiya ilə əlaqələrin inkişafı bundan asılı deyil - Mirzoyan
Dünən, 09:13
Əkin sahələri Azərbaycan tərəfində qaldı: erməni kəndində narazılıq artır - TƏFƏRRÜAT
Dünən, 09:11
Niyə ancaq BİZ? - TƏSADÜFDÜRMÜ?
Dünən, 09:09
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı - 440 min manatlıq satınalma
Dünən, 08:09
"Heç vaxt düşünməmişəm ki, əməliyyata gedim..." - Əməkdar artist
Dünən, 08:03
Günay Ağamalı haqda gözlənilən qərar: Deputat mandatından məhrum edilə bilər? - GƏLİŞMƏ
Dünən, 08:01
Xalq dövlətindən istəməyib kimdən istəsin? - REAKSİYA
Dünən, 07:28
Uşaq pulu olmadan BÖYÜYƏN ƏSGƏR: Vətən burda hardadır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:18
İcra başçısı Şəkidə gizli şəkildə XƏZİNƏ AXTARIB - Ay qardaş, Şəkidə adam yoxdur?"
Dünən, 07:11
"Samir Alıyev işini icra etmək istəmir: Niyə? Nəyi gözləyir ki? Rüşvət verilməlidir?" - İTTİHAM VAR...
Dünən, 07:03
"İşçiləriniz niyə belə məsliyyətsizdir?" - ETİRAZ VAR!
Dünən, 06:55
Mikayıl Cabbarov heç bir ciddi qərar vermək ixtiyarında da deyil - AKTUAL
Dünən, 06:48
DOĞUB TÖRƏTMƏYİMİZ nədən belə qorxuludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi və nümayəndə heyəti Latviyadakı səfirliyimizdə rəsmi görüş keçirib
Dünən, 06:38
"İrandakı milyonlarla azərbaycanlı belə açıqlamaları Vilayətiyə bağışlamayacaq" - deputat
Dünən, 06:26
ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir - Vaşinqtonun Qafqaz planı
Dünən, 06:23
ABŞ və İran sazişi zənginləşdirilmiş uran məsələsini həll etmir - KİV
Dünən, 06:18
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
23-05-2026, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
23-05-2026, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
23-05-2026, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
23-05-2026, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
23-05-2026, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
23-05-2026, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
23-05-2026, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
23-05-2026, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
23-05-2026, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
23-05-2026, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
23-05-2026, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
23-05-2026, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
23-05-2026, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru