Yeni model Bakıdakı bu məktəblərdə tətbiq olunacaq .....                     "Hamının evində anası-bacısı var” .....                     Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun .....                     Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi .....                     "Çiçəklənən Ermənistan"ın lideri Tsarukyanın zavodu dövlətin idarəçiliyinə verilib .....                     Ukraynanın yeni Baş naziri təyin edilib .....                     "Azərpoçt"un sabiq şöbə müdiri 14 min manatı mənimsədi .....                     Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb .....                     ADSEA Lökbatanda qazdığı yolu niyə asfaltlamır? .....                     Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: “Aylıq 300-400 dollar ödənilib” .....                     IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu .....                     4 min verib aldığımız “iPhone” deyilmiş .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi” .....                     Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi .....                     Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib .....                     Flora Kərimovanın səhhəti necədir? .....                     NAXÇIVANDA NƏ BAŞ VERİR: Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılar .....                     Bakıda 582 min manatlıq zeytun bağını yandıran şəxsə .....                     Autizmli uşağın anası: .....                     “Nərgiz Med” Tibb Mərkəzi cərimələndi: Reagent dəsti müsadirə edildi .....                     Naxçıvanda Zəngəzur dəhlizini tikənlər beş aydır maaş almır .....                     AzəriQaz-da NƏ OYUN ÇEVRİLİR: Bir ildə iki dəfə imtahan-ixtisar? .....                     "Azər Türk Bank"ın rəhbərliyində dəyişiklik olacaq .....                     Türkofoblar panikada: Moskva və Tehranın TURAN KABUSU... .....                     “Ağ Çiçəyim”in dövlətə 300 min manata yaxın .....                     ABŞ və İranın qarşılıqlı zərbələri gecə boyu davam edib .....                     Milli Depozit Mərkəzinin İdarə Heyətinə təyinat olub .....                     “Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik” .....                     MDB büdcəsi haqda şok qərar: Azərbaycan ildə bu təşkilata neçə milyon ödəyir? .....                     Paşinyan "boz kardinal"la yollarını ayırır .....                     "Bax, Aytən Səfərova, bu budur.." .....                     Rusiya BMT-nin yeni baş katibindən nə gözləyəcək? .....                     Qubada 5 aylıq hamilə xəstəxanada ölüb .....                     Dərmanları rütubət içində saxlayıblar .....                     Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır .....                     Qida Təhlükəsizliyi Agentliyi QİDALARIMIZIN TƏHLÜKƏSİZLİYİ ilə məşğuldur, amma... .....                     Bitməyən qərəzin məntiqi NƏTİCƏSİ .....                     ABŞ İranda uşaq xərçəng xəstəxanasını raketlə vurdu?.. .....                     Gənci avtomobildə kəmərlə boğdular, hər şeyi "TikTok"da canlı göstərdilər .....                 

Qazaxda biabırçılıq: Rayon sakini yerli məmuru görün, nədə ittiham etdi... - Məmuru iclasda tənqid etdi və...
Tarix: 5-05-2015, 12:45 | Çap et
Qazaxda biabırçılıq: Rayon sakini yerli məmuru görün, nədə ittiham etdi...
Redaksiyamıza Qazax rayonunun I Şıxlı kənd sakini, Qarabağ müharibəsi veteranı, Yeni Azərbaycan Partiyasının üzvü Məmmədov Telman Nizaməddin oğlunun şikayət məktubu daxil olub. Şikayətçi Qazax rayon İcra Hakimiyyəti Başçısının I Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdullayev Mübariz Xanbaba oğlu tərəfindən ailəsinin və özünün şərəf və ləyaqətinin təhqir olunduğunu bildirir. T.Məmmədov daha sonra yazır: “2013-cü il yanvarın 16-da Qazax rayon İcra Hakimiyyəti Başçısının I Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2012-ci il üçün illik hesabat iclası keçirilirdi. Həmin iclasda 50 nəfərə yaxın kənd sakini, o cümlədən mən də iştirak edirdim.
İclasda Qazax rayon İHB-nin I Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Abdullayev çıxış edərək illik hesabat verdi. Sonra söz iclas iştirakçılarına verildi. Mən də çıxış edərək, kəndin problemlərindən, M.Abdullayevin işdə buraxdığı nöqsanlardan, yol verdiyi qanun pozuntularından danışdım. Konkret olaraq M.Abdullayevin vətəndaşları evində qəbul etdiyini, dövlətin möhürünü evində saxladığını, ona görə də vətəndaşların adi bir arayış almaqda çətinlik çəkdiyini, onların günlərlə M.Abdullayevi axtara-axtara qaldıqlarını bildirdim. Həmçinin torpaqlarımızın 20 faizinin işğal olunduğunu, o cümlədən Qazax rayonunun bir neçə kəndi işğal altında olduğu bir vaxtda M.Abdullayevin bilərəkdən fiziki cəhətdən sağlam olan oğlu Emil Abdullayevi hərbi xidmətə yararsız hesab etdirməklə onu xidmətdən yayındırdığını, bütün bunlar azmış kimi, E.Abdullayevin mənəvi haqqı olmadığı halda, əynində hərbi forma klipə çəkildiyini söylədim. Eləcə də M.Abdullayevin dövlət qulluğunda çalışmaqla kənddə yaşayan çağırışçıların siyahısını rayon Hərbi Çağırış və Səfərbərlik şöbəsinə özünün təqdim etdiyini vurğuladım. Çıxışımın sonunda isə M.Abdullayevin il ərzində gördüyü işlərə qeyri-kafi qiymət verilməsini təklif etdim”.
T.Məmmədovun sözlərinə görə, onun çıxışından sonra M.Abdullayev çoxsaylı iclas iştirakçıları qarşısında ona rişxənd və kinayə ilə “boşboğazlıq etməkdənsə, sən get, arvadının dərdini çək, qayğısına qal, həm də ki, nə qədər istəyirsiniz danışın, yazın, heç kəs mənə heç nə edə bilməyəcək, yaza-yaza durun” deyib.
Şikayətçi hesab edir ki, M.Abdullayevin bu hərəkəti nəticəsində arzu olunmaz vəziyyətə düşüb, ona mənəvi iztirablar formasında mənəvi zərər dəyib. Belə ki, iclasda M.Abdullayevin “sən get, arvadının dərdini çək, qayğısına qal” sözlərinin təsiri altında o, uzun illər bir yerdə yaşadığı, kənd istimaiyyəti arasında özünəməxsus ləyaqəti və hörməti olan həyat yoldaşına şübhə ilə yanaşıb, eyni zamanda həmin iclasda iştirak edən kənd əhalisinin sual dolu baxışları qarşısında əzilib. M.Abdullayevin heç bir vəchlə bağışlanmayan bu ifadələri nəticəsində onun ailəsində yersiz söz-söhbətlər, narazılıqlar yaranıb. Bu sözlərdən sonra T.Məmmədov bir müddət kənd əhalisi arasına çıxa bilməyib, sanki bu sözlər doğru imiş kimi əzab və iztirablar keçirərək, onda ruh düşkünlüyü yaranıb. Halbuki onun həyat yoldaşı evdar qadın olmasına baxmayaraq, Yeni Azərbaycan Partiyasının üzvü olmaqla yanaşı, vətənə elmli, ləyaqətli övladlar tərbiyə edib. T.Məmmədov yazır ki, onun ailəsində yaranmış bu ziddiyyətin, onun və ailəsinin keçirdiyi mənəvi sarsıntıların səbəbkarı M.Abdullayevin iclasda ona dediyi kinayəli sözlər olub.
T.Məmmədov baş vermiş hadisədən sonra xeyli müddət göxləyib ki, M.Abdullayev bəlkə öz səhvini başa düşüb ondan üzr istəyər. Ancaq M.Abdullayev bu istiqamətdə heç bir addım atmayıb. Belə olan halda, T.Məmmədov məhkəməyə müraciət edib. O, Qazax rayon Məhkəməsində Abdullayev Mübariz Xanbaba oğluna qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi, təkzib edilməsi və mənəvi zərər tələbinə dair mülki iddia qaldırıb.
T.Məmmədov cavabdeh M.Abdullayev tərəfindən “Hörmətli Telman müəllim! Mənim Sizin barənizdə təhqir və böhtan xarakterli ifadələr söylədiyimə görə üzr istəyirəm. Sizin şərəf və ləyaqətinizi ləkələyən ifadələrə görə Sizi tanıyan bütün şəxslər qarşısında Sizdən dönə-dönə üzr istəyirəm. Məni bağışlayın!” kimi ifadə olunan məzmunda üzr istəməsi və təkzib verilməsi, cavabdehdən onun xeyrinə 30 min manat (mənəvi zərərə görə təzminat) və ödədiyi 20 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş edib.
İşə baxan Qazax rayon Məhkəməsinin hakimi E.Cəbiyev 29 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə iddianı qismən təmin edərək, cavabdeh Abdullayev Mübariz Xanbaba oğlunun iddiaçı Məmmədov Telman Nizaməddin oğlundan şifahi şəkildə yuxarıda qeyd olunan formada üzr istəməsi, cavabdeh Abdullayev Mübariz Xanbaba oğlundan mənəvi zərərə görə 3 min manat məbləğində pulun alınıb iddiaçı Məmmədov Telman Nizaməddin oğluna verilməsi, ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh Abdullayev Mübariz Xanbaba oğlundan alınıb iddiaçı Məmmədov Telman Nizaməddin oğluna verilməsini qət edib.
Ancaq Abdullayev Mübariz Xanbaba oğlu Qazax rayon Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli qətnaməsindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh Abdullayev Mübariz Xanbaba oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, iş üzrə Qazax rayon Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli qətnaməsi vurulmuş mənəvi ziyana görə cavabdeh Abdullayev Mübariz Xanbaba oğlundan 3 min manat pulun alınaraq iddiaçı Məmmədov Telman Nizaməddin oğluna ödənilməsi hissəsində dəyişdirilərək, həmin məbləğ 1500 manat məbləğində müəyyən edilib. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılıb.
Bundan sonra iddiaçı Məmmədov Telman Nizaməddin oğlu və cavabdeh Abdullayev Mübariz Xanbaba oğlu Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2014-cü il tarixli qətnaməsindən kassasiya şikayəti veriblər.
Ali Məhkəmənin Mülki Kollegiyası 10 dekabr 2014-cü il tarixdə tərəflərin kassasiya şikayətləri üzrə işə baxaraq Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2014-cü il tarixli qətnaməsini dəyişdirmədən saxlayıb.
T.Məmmədov yazır ki, icra nümayəndəsi M.Abdullayev vəzifəsindən sui-istifadə edərək, kənddə at oynadır, dövlət adından çıxarılan məhkəmə qərarlarını icra etmir. Odur ki, icra nümayəndəsi tərəfindən şərəf və ləyaqəti təhqir olunmuş şikayətçi üzləşdiyi problemin ictimailəşdirilməsini və müvafiq qurumların diqqətinə çatdırılmasını, pozulmuş hüquqlarının bərpa edilməsinə kömək etməyimizi xahiş edir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
\\ tezadlar.az \\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni model Bakıdakı bu məktəblərdə tətbiq olunacaq - SİYAHI
Bu gün, 14:08
"Hamının evində anası-bacısı var” - Novella Cəfəroğludan Taleh Yüzbəyova
Bu gün, 14:03
Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun - Dələduzluq sxemi ifşa olundu
Bu gün, 13:58
Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi - Texniki İstismar şöbəsi ləğv edildi
Bu gün, 13:54
"Çiçəklənən Ermənistan"ın lideri Tsarukyanın zavodu dövlətin idarəçiliyinə verilib
Bu gün, 13:48
Ukraynanın yeni Baş naziri təyin edilib - “RBK-Ukraine”
Bu gün, 13:47
"Azərpoçt"un sabiq şöbə müdiri 14 min manatı mənimsədi – MƏHKƏMƏ
Bu gün, 13:04
Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb - “Ynet”
Bu gün, 13:02
ADSEA Lökbatanda qazdığı yolu niyə asfaltlamır? - Sakinlərdən narazılıq
Bu gün, 12:58
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: “Aylıq 300-400 dollar ödənilib” – MƏHKƏMƏ
Bu gün, 12:44
IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu - MƏQALƏ
Bu gün, 12:37
4 min verib aldığımız “iPhone” deyilmiş - AÇIQLAMA
Bu gün, 12:33
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi” - İTTİHAM VAR...
Bu gün, 12:18
Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
Bu gün, 12:14
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib - “News.am”
Bu gün, 12:04
Flora Kərimovanın səhhəti necədir?
Bu gün, 12:01
NAXÇIVANDA NƏ BAŞ VERİR: Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılar - İLGİNC İDDİA
Bu gün, 11:55
Bakıda 582 min manatlıq zeytun bağını yandıran şəxsə 7 il 6 ay həbs cəzası verildi
Bu gün, 11:46
Autizmli uşağın anası: - "Ailələlər böyük maddi yükün altında əzilir"
Bu gün, 11:42
“Nərgiz Med” Tibb Mərkəzi cərimələndi: Reagent dəsti müsadirə edildi - TƏFƏRRÜAT
Bu gün, 11:32
Naxçıvanda Zəngəzur dəhlizini tikənlər beş aydır maaş almır - NARAZILIQ VAR...
Bu gün, 11:27
AzəriQaz-da NƏ OYUN ÇEVRİLİR: Bir ildə iki dəfə imtahan-ixtisar? - NHMT sədri soruşur ki...
Bu gün, 11:18
"Azər Türk Bank"ın rəhbərliyində dəyişiklik olacaq - TƏDARÜK VAR...
Bu gün, 11:12
Türkofoblar panikada: Moskva və Tehranın TURAN KABUSU... - NƏ BAŞ VERİR?
Bu gün, 11:10
“Ağ Çiçəyim”in dövlətə 300 min manata yaxın VERGİ BORCU VAR
Bu gün, 11:08
ABŞ və İranın qarşılıqlı zərbələri gecə boyu davam edib - TƏFƏRRÜAT
Bu gün, 11:07
Milli Depozit Mərkəzinin İdarə Heyətinə təyinat olub - DOSYE
Bu gün, 11:03
“Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik” - KREML
Bu gün, 11:02
MDB büdcəsi haqda şok qərar: Azərbaycan ildə bu təşkilata neçə milyon ödəyir? - ARAŞDIRMA
Bu gün, 10:59
Paşinyan "boz kardinal"la yollarını ayırır -hakim komandada böhran
Bu gün, 10:57
"Bax, Aytən Səfərova, bu budur.."
Bu gün, 10:55
Rusiya BMT-nin yeni baş katibindən nə gözləyəcək? –Moskvanın tələbi açıqlandı
Bu gün, 10:48
Qubada 5 aylıq hamilə xəstəxanada ölüb
Bu gün, 10:46
Dərmanları rütubət içində saxlayıblar - “Buta Farm” cərimələndi
Bu gün, 10:32
Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır - DETALLAR
Bu gün, 10:30
Qida Təhlükəsizliyi Agentliyi QİDALARIMIZIN TƏHLÜKƏSİZLİYİ ilə məşğuldur, amma... - BİZİM YOX!
Bu gün, 10:24
Bitməyən qərəzin məntiqi NƏTİCƏSİ – Azərbaycanın AŞPA-dan tam çıxması GÜNDƏMDƏ
Bu gün, 10:22
ABŞ İranda uşaq xərçəng xəstəxanasını raketlə vurdu?.. -İSRAİL KİV
Bu gün, 10:18
Gənci avtomobildə kəmərlə boğdular, hər şeyi "TikTok"da canlı göstərdilər - TƏFƏRRÜAT
Bu gün, 10:15
Le Penin prezidentliyə gedən yolu - GƏLİŞMƏ
Bu gün, 10:07
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq
Bu gün, 10:04
Almaniyadan “Toyota Camry” gətirəcəyinə söz verdi, 18 mini ələ keçirdi - 4 illik HƏBS CƏZASI
Bu gün, 10:00
Ünvanlı sosial yardım üçün müraciət edib, amma... - MÜRACİƏT
Bu gün, 09:58
“Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub - HESABAT
Bu gün, 09:49
Qısqanclıq mübahisəsi məhkəməyə daşındı: - Əri tərəfindən döyülən qadın onu bağışladı
Bu gün, 09:46
"Azərneft"ə məxsus teplovozu satmaq istəyən “makler” azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 08:26
"Bəlkə də camış göstərsən, tanımazlar..." - partiya sədri
Bu gün, 07:30
Plastik əməliyyat: Dünya kinosunun güzgüsündə qadının görünməz ağrısı - Günel Musa yazır...
Bu gün, 07:16
Tramp çıxışında Çinin ABŞ seçkilərinə müdaxiləsindən danışacaq - CBS
Bu gün, 07:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru