“Bakı kəndlərində əhaliyə məxsus torpaq fondunu talayırlar”
Tarix: 15-01-2015, 12:03 | Çap et
Bakı Dirçəliş İB: “Buzovna, Nardaran, Mərdəkan, Şüvəlan, Zirə, Binə, Keşlə, Bülbülə və Əmircanda bütün torpaq fondları bəzi məmurlar tərəfindən satılıb”DİA.AZ: - “Bakının və Abşeronun qəsəbə və kəndlərində işsizlik problemi hələ də aktualdır. Bakı kəndləri əhalisinin rifahı tarixən bağçılıq, bostancılıq və əkinçiliyə əsaslanıb. 80-ci illərdən sonra kəndlərdə sakinlər ənənəvi məşğuliyyətlərini itiriblər”. DİA.AZ bildirir ki, bu fikirlər “Bakı Dirçəliş” İctimai Birliyinin Bakıətrafı, xüsusilə qəsəbə tipli paytaxt rayonlarının sosial problemlərinə həsr olunmuş geniş yığıncaqda səslənib.
Qeyd olunub ki, xüsusən də insanların maldarlıq məşğuliyyətinə açıq şəkildə qadağalar qoyulub: “Maldarlığın sıradan çıxmasının əsl səbəbi örüş yerlərinin müəyyən şəxslər tərəfindən nəzarətə götürülməsidir. Ənənəvi sahələrdən olan balıqçılıqla məşğul olmağın da qarşısı alındı. Xəzərboyu zolaq, qayalar, zərrin qumlar da vəzifə sahiblərinin şəxsi mülkünə çevrilib”. Diqqətə çatdırılıb ki, kəndlərdə əhaliyə məxsus olan torpaq fondlarının qanunsuz şəkildə talanması və özəlləşdirilməsi vəziyyəti bu istiqamətdə tamamilə çətinləşdirib. Buzovna, Nardaran, Mərdəkan, Şüvəlan, Zirə, Binə, Keşlə, Bülbülə və Əmircanda bütün torpaq fondları bəzi məmurlar tərəfindən satılıb. Maştağa, Buzovna və Mərdəkanın isə torpaq fondları yoxdur. Bu isə yerli əhalinin məişət və təsərrüfat həyatına ciddi şəkildə mənfi təsirini göstərir. Bu gün torpaqların kütləvi şəkildə zəbt olunması, xüsusilə, Abşeron rayon rəhbərliyinin torpaqları özünün şəxsi mülkiyyəti kimi hərraca çıxarması bütün Bakı ətrafı kəndlərdə torpaqsızlıq problemi yaradıb. Bu isə gənclər arasında işsizliyə və tüfeyli həyat tərzinə səbəb olur, nəticədə heç bir ixtisası, sənəti və işi olmayan neqativ düşüncəli gənclərin sayı çoxalır, narkomaniyaya meyllilik artır. Belə vəziyyətdən bəzi düşmən qüvvələr istifadə etməyə çalışır, gənclərin müxtəlif dini oriyentatsiyalara cəlb edir, onlardan Azərbaycan dövlətçiliyi əleyhinə istifadə etməyə çalışırlar. Bəzi rayonların, əsasən, Pirallahı, Xəzər, Sabunçu, Suraxanı, Binəqədi və Abşeron rayonlarının rəhbərliyinin yarıtmaz fəaliyyəti dövlət və xalq arasında inamsızlıq yaradır və bu kimi məmur özbaşınalığının ictimai gərginliyə səbəb olması qeyd olunub. Sahibkarlara və fiziki şəxslərə verilmiş icarə torpaqlarında müəyyən işlər görüldükdən və vəsait yatırıldıqdan sonra həmin torpaqların müxtəlif bəhanələrlə əllərindən alınması faktları mövcuddur və təhlil olunması tələb olunur. Artıq Bakı kəndlərinin problemləri ictimai bəlaya çevrilib. Dəniz sahillərində torpaqları özbaşına xüsusiləşdirən şəxslər insanların yolunu kəsməklə, rahatlığı pozmaqla böyük narazlıqlar yaradırlar. Bunun qarşısı alınmalıdır. “Bakı Dirçəliş” İB tərəfindən kəndlərdəki vəziyyəti öyrənib təhlil etmək məqsədilə komissiya yaradılması nəzərdə tutulur. Komissiyaların qarşısında Abşeronun ekoloji vəziyyəti, hektarlarla badam, zeytun bağlarının məhv edilməsi, mişar daşı istehsa edildikdən sonra daş karxanalarının torpaqlarının rekultivasiya edilməməsi və s. neqativ halların öyrənilməsi və təhlil edilməsi mühüm məsələ kimi durur.
“Rəhbər orqanların diqqətini çatışmazlıqlara yönəltmək məqsədilə dinc kütləvi tədbirlər keçirmək üçün Bakı şəhər icra hakimiyyətinə və Abşeron rayon icra hakimiyyətlərinə müvafiq yerlər ayrılması üçün müraciət edilsin. Adı çəkilən icra orqanları tərəfindən müvafiq tədbirlər görülməzsə əldə olunan faktların ölkə başçısına və müvafiq hökümət orqanlarına göndərilməsi təmin edilsin” – deyə QHT-nin tələbində qeyd olunur.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11 |
|
|
|
| • "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06 |
|
|
|
| • Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03 |
|
|
|
| • "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00 |
|
|
|
| • Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58 |
|
|
|
| • Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50 |
|
|
|
| • Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48 |
|
|
|
| • AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37 |
|
|
|
| • Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25 |
|
|
|
| • Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13 |
|
|
|
| • Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04 |
|
|
|
| • Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40 |
|
|
|
| • İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33 |
|
|
|
| • Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30 |
|
|
|
| • Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16 |
|
|
|
| • “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00 |
|
|
|
| • Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56 |
|
|
|
| • KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43 |
|
|
|
| • Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41 |
|
|
|
| • ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38 |
|
|
|
| • "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36 |
|
|
|
| • Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33 |
|
|
|
| • AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31 |
|
|
|
| • 18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29 |
|
|
|
| • Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27 |
|
|
|
| • Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23 |
|
|
|
| • Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20 |
|
|
|
| • Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14 |
|
|
|
| • Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14 |
|
|
|
| • BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53 |
|
|
|
| • İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44 |
|
|
|
| • "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30 |
|
|
|
| • ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26 |
|
|
|
| • Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24 |
|
|
|
| • Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19 |
|
|
|
| • ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17 |
|
|
|
| • Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12 |
|
|
|
| • Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09 |
|
|
|
| • 3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59 |
|
|
|
| • “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53 |
|
|
|
| • “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41 |
|
|
|
| • Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30 |
|
|
|
| • Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26 |
|
|
|
| • İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11 |
|
|
|
| • Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09 |
|
|
|
| • Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55 |
|
|
|
| • Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48 |
|
|
|
| • Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33 |
|
|
|
| • “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18 |
|
|
|
| • “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13 |
|
|
|
|