Dövlət İmtahan Mərkəzinin mayın 17-si keçirdiyi magistraturaya qəbul imtahanının II cəhdinin nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi İsmayıl Əliyev yüksək nəticə göstərib.
BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə sonuncu kurs tələbəsi İsmayıl Əliyev 91.5 bal toplayaraq respublika üzrə ikinci olub.
Gələcək təhsil planlarından danışan İsmayıl Əliyev magistr təhsilini də BMU-da davam etdirmək niyyətində olduğunu bildirib. O, magistratura səviyyəsində “Bulud və şəbəkə infrastrukturu” ixtisası üzrə təhsil almağı hədəflədiyini qeyd edib.








