Arzu Rəhimovun nəzarəti altında "bespredel" - Ordudan necə yayınmaq olar? - İTTİHAM VAR
Tarix: 7-01-2015, 14:36 | Çap et
 Redaksiyamıza Səfərbərlik və Hərbi Xidmsətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) Hacıqabul rayon şöbəsinin fəaliyyətində müşahidə olunan bir sıra qanun pozuntularına dair məlumatlar daxil olmuşdur. Qeyd etmək lazımdır ki, bu gün cəmiyyətdə formalaşmış ictimai rəy ümumiyyətlə Səfərbərlik xidmətinin fəaliyyətindən çoxsaylı narazılıqlara dəlalət edir. Ötən saylarımızda bu mövzuya dair dərc etdiyimiz materiallarda da biz belə bir məqamı hər dəfə vurğulamışıq ki, son illər ərzində hərbi komissarlıq strukturlarında həyata keçirilən islahatlara və bu islahatların bir təzahürü kimi Rayon Hərbi Komissarlıqlarının səlahiyyətlərinin nəzərə çarpacaq dərəcədə məhdudlaşdırılmasına, daha sonra isə bu qurumların ləğvinə və onların səlahiyyətlərinin yeni yaradılmış Səfərbərlik xidmətinə verilməsinə baxmayaraq, bu xidmətin də fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunur. Əslində bir müddət əvvəl həyata keçirilən islahatlarla bağlı bu qurumların ətrafında dolaşan qalmaqallara son qoyulacağını gözlənyənlər də az deyildi. Lakin Səfərbərlik xidmətinin bir sıra rayon şöbələri öz fəaliyyətləri ilə keçmiş RHK-lar arasında hətta cüzi bir dəyişikliyi də hiss etdirmədi. Məhz bu səbəbdən də son vaxtlar bu qurumlarda yer almış ciddi qanun pozuntuları barədə tənqidi materiallar ölkənin bir çox informasiya vasitələrində mütəmadi olaraq yayımlanmaqdadır. Səfərbərlik xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi Nurlan Abbasovun fəaliyyəti isə bu yazılanları bir daha təsdiq edir. Bu xüsusda redaksiyamıza təqdim olunan məlumatlarda qeyd olunur ki, çağırışçıların konkret hansı hərbi hissəyə göndərilməsi mexanizmlərinə bələd olan Nurlan Abbasov rayondakı imkanlı şəxslərin övladlarını 7-10 min manat müqabilində məsələn, Bakıdakı hərbi hissələrə göndərir. Maraqlıdır ki, artıq çağırışçıların müxtəlif bölgələrdə yerləşən hərbi hissələrə bölüşdürülməsi prosesinin mərkəzləşdirilmiş qaydada və yeni kompüter texnologiyalarının tətbiqi ilə həyata keçirilməsinə baxmayaraq Nurlan Abbasov hələ də bizə məlum olmayan vasitələrlə bu prosesə müdaxilə etmək imkanına malikdir. Digər tərəfdən isə iddialara görə şöbə rəisi həm də keçmiş respublika hərbi komissarına yaxın olan şəxsdir və bu yaxınlıq ona öz fəaliyyətində kifayət qədər dəstək vermiş olur. Daha sonra təqdim olunan məlumatlarda vurğulanır ki, son bir ildə Hacıqabulda yüzlərlə hərbi xidmət yaşı çatmış gənc ordudan yayındırılıb. Daxil olan məlumatlara əsasən Nurlan Abbasov rayonun əksər kəndlərində sağlam çağırışçıları rüşvət almaq yolu ilə ordudan yayındıraraq onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsini geniş tətbiq edir. Məlumatlara əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsində bu kimi maxinasiyalar hər növbəti çağırış dövründə həyata keçirilir. Belə ki, maddi imkanları buna yol verən və müəyyən vəzifə sahibi olan şəxslərin övladları bu çağırış dövrü də artıq orduda xidmətdən yayındırılblar. Mənbələrin iddialarına görə onlar hərbi xidmətdən yayınmaq üçün hər çağırış dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Hacıqabul rayon şöbəsinin rəisi Nurlan Abbasova 300-500 manat arasında rüşvət verirlər. Məlumatlarda göstərilir ki, Nurlan Abbasovda bütün bu şəxslərin siyahısı var və onlar hər çağırış zamanı xidmət rəisi tərəfindən şöbəy dəvət olunur və yalnız pulu ödədikdən sonra həmin şəxsə yenidən müddət verilir. Aydındır ki, belə bir vəziyyət hətta müvəqqəti olsa belə tamamilə yol verilməzdirn və təcili tədbirlərin görüiməyəcəyi halda bu sahədə həyata keçirilməsi nəzərdə tutulan bütün növbəti mütərəqqi islahatların iflasa uğramaq riski çox böyük olacaqdır.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Bəlkə də camış göstərsən, tanımazlar..." - partiya sədri
Bu gün, 07:30 |
|
|
|
| • Plastik əməliyyat: Dünya kinosunun güzgüsündə qadının görünməz ağrısı - Günel Musa yazır...
Bu gün, 07:16 |
|
|
|
| • Tramp çıxışında Çinin ABŞ seçkilərinə müdaxiləsindən danışacaq - CBS
Bu gün, 07:09 |
|
|
|
| • İranda savaş gedir, ABŞ Kubaya müdaxiləni düşünür - GƏLİŞMƏ
Bu gün, 07:07 |
|
|
|
| • Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib
Bu gün, 07:06 |
|
|
|
| • "200-ə yaxın bilet 2-3 dəqiqəyə satıldı..." - MƏZƏLƏNİRLƏR?
Bu gün, 07:05 |
|
|
|
| • Bu 30 ildə Qarabağ azad olundu, Əliabad-Piran yolu çəkilmədi... - MÜRACİƏT
Bu gün, 06:53 |
|
|
|
| • İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb - "Mehr"
Bu gün, 06:42 |
|
|
|
| • Bakıda bu orta məktəbdə ŞIDIRĞI qızıl alveri - BU NƏDİ BELƏ?
Bu gün, 06:37 |
|
|
|
| • Elxan Səmədov PFL-in prezidenti vəzifəsində qalacaq - de
Bu gün, 06:30 |
|
|
|
| • “Eyni xəstəyə fərqli rəylər verilir” - NARAZILIQ VAR...
Bu gün, 06:28 |
|
|
|
| • Bazarda yerli limon tapılmır: Qiyməti "cib yandırır" - QƏHƏTƏ ÇƏKİLİB
Bu gün, 06:24 |
|
|
|
| • İmişlidə Nurullayevlərə qarşı fəhlə etirazı - Pulların ödənilməsi tələb edilir
Bu gün, 06:14 |
|
|
|
| • Müştərilər təşvişdə: Banklar bağlanır? - AKTUAL
Bu gün, 06:07 |
|
|
|
| • AQTA bu pozuntuları istehlakçı şikayətindən əvvəl aşkarlamalı idi - Ekspertdən İRAD
Bu gün, 06:05 |
|
|
|
| • Rusiya İrandan kimi çıxarmağa çalışır? – Putinin təyyarə tapşırığı SENSASİYA doğurdu
Bu gün, 06:03 |
|
|
|
| • AQTA-nın yeni qərarı nələrə yol açacaq? - ARAŞDIRMA
Bu gün, 06:01 |
|
|
|
| • ABŞ "green card" üçün 100 min dollarlıq təminat tətbiq edə bilər - WSJ
Bu gün, 05:59 |
|
|
|
| • Əməkdar artist tıxacın əlindən evini satır - ÖZÜ AÇIQLADI
Bu gün, 05:57 |
|
|
|
| • "Regional Su Meliorasiya Xidməti" vergi borcu olan şirkətlə 75 min manatlıq müqavilə bağlayıb - FOTOFAKT
Bu gün, 05:55 |
|
|
|
| • Rezonans doğuran iş bağlandı: Əsgəranın "icra başçısı" təmiz çıxdı - TƏFƏRRÜAT
Bu gün, 05:52 |
|
|
|
| • ABŞ İrana qarşı növbəti zərbə dalğasını başa çatdırıb - CENTCOM
Bu gün, 05:50 |
|
|
|
| • Bakıda gəncin ölümündə ittiham edilən rəis və müəllimin cəzaları yüngülləşdirilib
Dünən, 18:03 |
|
|
|
| • İran Rusiya ilə iki strateji məsələdə anlaşdı: -Azərbaycan nə qazanacaq?
Dünən, 18:01 |
|
|
|
| • Türkiyədəki 2 300 azərbaycanlı həkim qazancdan məhrum qalır - MÜSAHİBƏ
Dünən, 17:55 |
|
|
|
| • Lənkəranın icra başçısı özünə yeni qadın müavin təyin etdi - ƏMR
Dünən, 17:52 |
|
|
|
| • Aktyora qarşı “sui-qəsdin” təşkilatçıları bilindi – Bakıdakı şəbəkə üzvləri görün kimlərdir
Dünən, 17:46 |
|
|
|
| • Müəllimlər kağız-kuğuz işlərindən qurtulacaq - Təhsil ekspertindən İZAH
Dünən, 17:44 |
|
|
|
| • ADSEA Gəncə Cihazqayırma Zavoduna 2,5 milyon manat ödəyəcək
Dünən, 17:38 |
|
|
|
| • Talehin reklamındakı aktrisa danışdı - "Rahat olun"
Dünən, 17:32 |
|
|
|
| • Beyləqanda “pambıqla baş kəsirlər” – Fermerlərə zərbə
Dünən, 17:12 |
|
|
|
| • Səfirlikdə işə düzəlmək istədi, dələduzluğun QURBANI OLDU
Dünən, 17:10 |
|
|
|
| • Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq - KİV
Dünən, 17:08 |
|
|
|
| • Apteklərdə diazolin TAPILMIR - Hər evə lazım olan dərman niyə yoxa çıxıb?
Dünən, 17:06 |
|
|
|
| • Elm və təhsil nazirinə 5 sual... -Yəqin ki, cavab verilməyəcək...
Dünən, 17:03 |
|
|
|
| • Bakıda 19 min manatlıq məhsulu saxta sifarişlə mənimsəyən satış təmsilçisi ilə bağlı QƏRAR
Dünən, 17:01 |
|
|
|
| • 14 il şiddət görən qadının əri saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:59 |
|
|
|
| • Ukraynanın adı dəyişdirilib Rus olacaq? - Moskvadan ironik reaksiya
Dünən, 16:57 |
|
|
|
| • "Müqavilədə göstərilən müddət keçsə də, avtomobil yoxdur" - “Caspian Global Auto”dan narazılıq
Dünən, 16:50 |
|
|
|
| • Mariana Vasileva yeni vəzifəyə təyin olundu - Cavid Qurbanov SAHİBLƏNDİ
Dünən, 16:44 |
|
|
|
| • Tramp Rusiyanın yaxın zamanda Ukrayna ilə razılaşma əldə etməyə hazır olduğunu bildirib
Dünən, 16:12 |
|
|
|
| • Azərbaycandakı keçmiş səfir İranın planını açdı
Dünən, 16:10 |
|
|
|
| • Təhsildə Keyfiyyət Təminat Agentliyində yeni təyinat - ƏMR
Dünən, 16:04 |
|
|
|
| • Expressbankda yeni təyinat - DOSYE
Dünən, 16:03 |
|
|
|
| • Azərbaycandan türk dünyasına özə qayıdış örnəyi: Göytürk yazısının dirçəlişi - AKTUAL
Dünən, 15:58 |
|
|
|
| • Azərbaycan–Slovakiya münasibətlərinin inkişafı və Qarabağın bərpasında əməkdaşlıq - MƏQALƏ
Dünən, 15:53 |
|
|
|
| • "Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü - 3 il müddətinə...
Dünən, 15:45 |
|
|
|
| • Bir vəkil pozuntuya görə kollegiyadan xaric edildi
Dünən, 15:34 |
|
|
|
| • Prokurorluq şirkət rəhbərinin iddialarına - Cavab verdi
Dünən, 15:26 |
|
|
|
| • Trampın “enerji zərbəsi” Kremli orta əsrlərə qaytaracaq: - ABŞ-ın yeni “iqtisadi mühasirə planı” Rusiyanı iflasa aparır
Dünən, 15:18 |
|
|
|
|