Misir Mərdanovla Mikayıl Cabbarovun müqayisəli təhlili... - Hardan haraya?.. - “İmtahan-imtahan oyunu” oynamaqdan bezmədikmi?
Tarix: 27-11-2014, 08:50 | Çap et
Deyəsən, Təhsil Nazirliyi nəhayət ki, son on beş ildə böyük mübahisə predmetinə çevrilən, Təhsil haqqında Qanunda, əlaqədar “Əsasnamə” və “Nizamnamə”lərdə vaxtaşırı müvafiq dəyişikliklər aparmaq zərurəti yaradan, Nazirliyi yerli İcra Hakimiyyəti orqanları ilə üz-üzə qoyan bir problemin – məktəb direktorunun vəzifəyə təyin olunması mexanizminin “optimal” həlli yolunu tapıb. Yəqin, bundan sonra səlahiyyətlərin bölüşdürülməsinə dair nomenklatur dəyişiklikləri barədə saysız-hesabsız qaydalar, təlimatlar təsdiq etməyə, birinin mürəkkəbi qurumamış, digər əmrlər imzalamağa ehtiyac qalmayacaq. Çox güman ki, nəticə etıbarı ilə təhsildə nüfuz uğrunda iki dövlət qurumu arasında illərdən bəri davam edən, bəzən gizli, bəzən də açıq xarakter alan “soyuq savaş”a da son qoyulacaq. Ən başlıcası isə, bundan sonra bir daha təhsil şöbələrinin ləğv edilib,əvəzində Regional təhsil idarələrinin yaradılması kimi digər sərəncamların da, qeyri-müəyyən müddətə təxirə salınmasına yol verilməyəcək. Məsələ ilə bağlı, bir çox şübhəli suallar ortalığa çıxmayacaq. Təhsil şöbələrinin yerli icra hakimiyyəti orqanlarının nəzarətindən çıxmasından onların narahat olması və hərəkətə keçməsi, son olaraq sərəncamı ertələməsi kimi, müxtəlif şaiyələr yaranmayacaq. Məktəb direktorunun konkret olaraq, vəzifəyə kim tərəfindən təyin olunub, kim tərəfindən azad olunmasına da aydınlıq gələcək. Bu suala cavab verməkdə, bir daha heç bir yüksək vəzifəli təhsil məmuru sabiq nazir Misir Mərdanov kimi çıxılmaz vəziyyətdə qalıb, mətbuata eyhamlı cavab verməyəcək: “Əlbətdə ki, mənim Təhsil Naziri kimi ölkənin istənilən məktəb direktorunu işdən çıxarmaq haqqım var. Heç kim mənə qadağa qoya bilməz. Sadəcə, mən öz səlahiyyətlərimin müəyyən hissəsini yerlərə vermişdim ki,bunu mən eləməyim, yerli təhsil şöbələri eləsin. İndi isə, o qərarımın bəzi hallarda mənfi nəticəsini görərək, nazirlikdə həmkarlarımla birlikdə başqa qərar qəbul etmişik ki, ümumiyyətlə ölkənin istənilən məktəbinə direktor təyin ediləndə, təklif olunan namizədlə şəxsən mən görüşməliyəm.” Millət də bu “şifrəli” cavabı yozmaqda çətinlik çəkməyəcək, “haqq” və “hüquq” anlayışlarını çaş-baş salmamaq üçün prosessual məcəllələrə baş vurmayacaq. Abasqulu bəyin Kərbəlayi İsmayılın boynundakı haqqının nə ilə nəticələndiyini dəqiqləşdirmək üçün, “Axırıncı aşırım” filminə təkrar baxmağa ehtiyac duymayacaq. Bundan sonra, sadəcə Teylorun latınca “sövqetmə” mənasını verən, əsasını fərdə yönəldilmiş həvəsləndirmə amili təşkil edən nəzəriyyəsini, bir az da Fred Lyutensin və bir sira digər əcnəbi müəlliflərin dilimizdə olmayan müxtəlif aspektli və çox istiqamətli, bir çox hallarda isə, ziddiyyətli fikirlərini öyrənməklə, yüksək motivasiyalılıq vərdişləri qazanmaq, ən başlıcası isə, “liderlik”, “səmərəli qərar qəbul etmə” bacarıqlarına yiyələnmək və “nəticəyönümlülüyün” nə oldugunu bilməklə, məktəb direktoru olmaq xülyasına düşmək olacaq. Amma,bu hələ hamısı deyil.Bu vəzifəyə iddiaçı olmaq üçün, namizədlik mərhələsini keçməlisən. İKT- dən istifadə edə bilmək bacarığından savayı, namizədlərdən gözlənilən digər keyfiyyətlər də nəzərə alınacaq. “Müasir idarəetmə bilik və bacarığına yiyələnmiş”, “ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək” məktəb direktoru kimi yetişmək üçün, 3 mərhələli seçim əsasında müəyyən ediləcək.müsabiqəyə qatılmalı, növbəti mərhələdə Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları nümayiş etdirməli, yalnız bu mərhələni uğurla başa vurduqdan sonra növbəti mərhələyə – müsahibəyə dəvət almalısan. Hər üç mərhələnin qalibi olduqdan sonra, 50 “xoşbəxt” sırasına düşüb təlimlərə “putyovka” almaq şərəfinə nail ola bilərsən.Başqa sözlə desək, namizədliyə “namizəd” statusunu qazanıb, təlimlərdə iştirak etmiş şəxs kimi, Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirməsində iştirak etmək şərəfinə layiq görüləcəksən. İmtahanlarda qənaətbəxş nəticə göstərsən, sənə “Uğur sertifikatı” təqdim olunacaq və gələcəkdə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqsan. Sonrası isə, daha sonra bilinəcək. Deyilənlərə və yazılanlara görə, Təhsil Nazirliyinin tətbiq etdiyi mexanizm direktor olmaq arzusunda olanları elə “motivasiyalaşdırıb” ki,hətta bu yenilik muğam müsabiqələri səviyyəsində “populyarlıq” qazanıb.likin “effektiv” nəticələr belə əldə olunub. Ilin əvvəlindən başlayan və üç ay davam edən 3 mərhələli müsabiqədə iştirak etmək üçün müraciət edən 547 nəfər pedaqoji işçidən 50 nəfər seçilib və təlimlərə cəlb olunub. Təlimlərdə uğur qazanmış “kursant”lardan, artlıq 14 nəfəri Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant direktor vəzifəsinə təyinat alıb. UNİSEF və Xəzər Universiteti də Təhsil Nazirliyinin məktəblərin idarə edilməsi üzrə islahatını dəstəkləmək məqsədi ilə “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim” üçün namizədlərin seçilməsinə dair müsabiqə elan edib. 7 modul, 138 saatlıq təlim kurslarını uğurla başa vuranlara da, sonda Xəzər Universitetinin sertifikatı veriləcək və onlar da ümumi təhsil müəssisələrinin direktorları vəzifəsinə gələcəkdə yaranan vakansiyalar üzrə keçiriləcək imtahanlarda iştirak edə biləcəklər. Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti də Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan direktor müavinlərinin təlimlərdə iştirakı üçün müsabiqə elan edib. Əhatə dairəsi getdikcə genişlənməkdə olan müsabigə yarışına Bakı Şəhəri üzrə Təhsil İdarəsi də biganə qalmayıb.Özünün “yenilikçi” imicini qoruyub saxlamağa “can atan” bu idarə hadisələri qabaqlayaraq, bir az da irəli gedib. Ümumtəhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə təşkilatçı və laborant vəzifələrinə işə qəbul olunmaq üçün müsabiqə elan edib.Bu müsabiqə də 3 mərhələli olacaq. İmtahandan keçənlər komissiya tərəfindən təşkil olunacaq müsahibədə iştirak edəcək. Bu prosedurdan da çıxanların sənədləri idarənin kadrlar bazasında toplanacaq. Sonrası da ki...Allah kərimdi. Bu və digər təlimlərin yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə etdiyindən yəqin ki,regionlarda işləyən və direktor olmaq istəyi ilə yaşayanların arzusu ürəyində qalacaq. Nə olar, onlar da 3ay müddətində, həftənin beş günü, gündə 3 saat olmaqla, dəyərli vaxtlarına qənaət edib, daha səmərəli işlərlə məşğul olar, “imtahan-imtahan oyunu” ilə bağlı qayğılardan azad olarlar. Nə isə. Bu vaxta qədər görmüşdük ki, əvvəlcə nəyisə öyrədərdilər, sonra öyrətdiklərinin cavabını tələb edərdilər.İndi imtahanlarımız öyrətdklərimizi qat-qat üstələyib.İş o yerə çatıb ki, kiməsə nə isə öyrətmək üçün belə, onu imtahana çəkirik. Yazımın əvvəlində Misir Mərdanovun adını təsadüfi çəkmədim. Çünki,uzun illərdən bəri səssiz-küysüz ötüşən məktəb direrektorluğu məsələsini “yeni aspektdə” dəbə mindirərək, gündəmə gətirən, məhz sabiq təhsil naziri olub.Təhsillə bu və ya digər bağlılığı olanlar xatırlamamış olmazlar ki, 2000-ci ilədək təhsil sistemindəki rəhbər və pedaqoji kadrların vəzifəyə təyinolunma və azadedilmə prosedurlarını Bakıda, şəhərin Baş Təhsil İdarəsi, regionlarda isə, yerli İcra Hakimiyyəti orqanı kimi şəhər təhsil idarələri və rayon təhsil şöbələri həyata keçirirdi. Lakin, elə həmin ilin aprel ayında, “Təhsil Nazirliyi sisteminə daxil olan təlim-tərbiyə müəssisələrində, idarə və təşkilatlarında, rəhbər kadrların seçilib yerləşdirilməsi işini təkmilləşdirmək,onlarla əmək münasibətlərinin yaradılması və prosesi tənzimləmək məqsədi” əsas götürülərək, Mərdanovun “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturası barədə” 279 №-li əmri ilə, Nazirliyin 18 mart, 1994-cü il tarixli Kollegiya qərarı güvvədən düşmüş hesab edildi və orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi Nazirin əmri ilə təyin edilən nomenklatur vəzifələr sırasına daxil edildi. Nomenklaturada edilən dəyişiklik Nazirlik üçün məqbul sayılsa da, bu qabaqcadan düşünülməmiş atılan addım, 15 iyun 1999-cu il tarixli, 168 №-li Prezident Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasınin Təhsil sahəsində İslahat Proqramı”nın “təhsil sahəsinin hüquqi tənzimlənməsi”, “idarəetmənin demokratikləşməsi”,”təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi”, “funksiyaların yuxarıdan aşağıya paylanması”, “təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” və digər bu kimi prinsiplərlə daban-dabana ziddiyət təşkil edirdi. Digər tərəfdən, bir müddət əvvəl, tutduqları vəzifədən azad olunmuş 209 məktəb direktorunun təkrar vəzifəsinə qaytarılması faktı ilə əlaqədar qalmaqal, ölkə mətbuatında gündəmi zəbt etmişdi.”Reabilitasiya” olunanların böyük əksəriyyəti, Nazirə yaxinlığı ilə seçilən məktəb direktorları idi. Nazir isə iradlara cavab olaraq ,“direktorları mən yox,təhsil idarələri təyin edir.Ola bilsin ki, bir adam 2-3 il əvvəl kiminsə təkidi ilə məktəbdən çıxarılıb və bunun səhv olduğu başa düşüləndən sonra,həmin adam vəzifəsinə qaytarılıb”məntiqi ilə məsuliyyəti öz üzərindən atmışdı. Əlbətdə, səbəb kimi göstərilən “arqument” nə qədər məntiqdən kənar olsa da, məsələnin ciddiliyi “problemə” yenidən baxılmasını zəruriləşdirdi .Təhsil Nazirliyinin 03 sentyabr, 2002-ci il tarixli, 857 №-li əmri ilə orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi, yenidən yerli təhsil şöbələrinin nomenklaturasina verildi. Bir müddət keçdikdən, başqa sözlə ara sakitləşdikdən sonra Təhsil Nazirliyinin17 oktyabr, 2006-cı il tarixli,752 №-li əmri ilə nomenklaturada “qismən” dəyişiklik aparılması nəticəsində, orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi Nazirliyin uçot nomenklaturasına daxil edildi. Nomenklaturada edilən yeni dəyişıkliyə görə, yerlərdən verilən təqdimata əsasən, Təhsil nazirliyinin müvafiq razılıq məktubu alındıqdan sonra, orta ümumtəhsil məktəbi direktorunun vəzifəyə təyin və vəzifədən azad olunmasının yerlərdə rəsmiləşdirilməsi nəzərdə tutulurdu. Göründüyü kimi, bu halda belə, Nazirlik işə götürən deyil, razılıq verəndir. Bundan sonra, artıq sadalamağa ehtiyac duyulmayan daha neçə-neçə məlum və naməlum əmrlər, təlimatlar,göstərişlər verilib.Bununla belə, Nazirlik bütün bu bəhs edilən dövr ərzində təyinolma və azad edilmə prosedurlarına yersiz müdaxilələr edib, lazım gələndə özünü işə götürən kimi təqdim edib, sərf etməyəndə isə məsuliyyəti yerli icra hakimiyyəti orqanlarının üzərinə atıb. Məktəb direktorunun vəzifəyə təyin olunması ilə əlaqədar bütün bu ardıcıllığı xatırlarmaqda məqsədim heç də bu funksiyanı kim və ya hansı orqan tərəfindən icra olunub, olunmamasına müdaxilə etmək deyil. Proseslərin belə “köndələn” istiqamət almasında heç şübhəsiz ki,Təhsil Qanunvericiliyimizdə olan boşluqlar da az əhəmiyyətli rol oynamır.Təhsil müəssisəsinin idarə olunmasını tənzimləyən “Təhsil haqqında” Qanunun 30.2 maddəsinə əsasən “dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri həyata keçirir.” “Azərbaycan Respublıkasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də isə göstərilir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi “... təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.” “Qanun”un tələbindən göründüyü kimi, təyinat məsələsi “mərkəzi icra hakimiyyəti orqanı” tərəfindən deyil, “müvafiq icra hakimiyyəti orqanı” tərəfindən həyata keçirilir.Elə isə, şəhər və rayon icra hakimiyyətlərinin tabeliyində olan yerli təhsil idarələri və şöbələri də müvafiq icra hakimiyyətləri orqanlarıdir.Təəsüf ki, bir çox halda icra hakimiyyəti dedikdə böyük əksəriyyət tərəfindən, məhz İcra Hakimiyyətinin başçısı nəzərdə tutulur.Yəni “Qanun”da sadəcə “müvafiq icra hakimiyyəti orqanı” ifadəsini, “mərkəzi icra hakimiyyəti orqanı” ifadəsi ilə əvəzləməklə, bütün bu mübahisə və münaqişələrə son qoymaq olardı. Bir də ki, məsələ təkcə məktəb direktorunun kim və ya hansı orqan tərəfindən təyin olunmasında deyil.Sadəcə, söhbət prosedurlara həddən artıq “rəng qatılmasından”,reklamçılığa qapılıb, adi bir məsələni əndazədən çıxararaq, onun ətrafında ajiotaj yaratmaqdan gedir. Kim təminat verə bilər ki ölçüyə gələ bilməyən meyarlar əsasında keçirilən müsabiqə və imtahanların nəticəsinə əsasən təyinat alanların içərisində, “sosial” anlayışını “sosializm”lə qarışdıran direktorlar olmayacaq.Dünya təhsilinə inteqrasiya adı ilə ən qəliz təcrübələrə istinad etməyin adı nədir? Görünür, bu işdə də mentalitet amili öz həlledici rolunu oynayıb. PS: Deyəsən, nahaq yerə özümü əziyyətə salıb, başımı ağrıtdım.Bir halda ki, qısa müddətdə özünə geniş auditoriya qazanan “Alfa Mental Aritmetik”kimi kursalara cəlb olunan 4-5 yaşlı “südəmər” uşaqlar bir neçə saniyə ərzində kağız, qələm istifadə etmədən, böyük zəka və zehniyyət nümayiş etdirərək “xariqələr” yaradırsa, “böyük yaş qrupuna” aid müəllimlərdən 168 saatlıq təlimlər vasitəsilə potensial direktorlar “düzəldə” bilməkdə nə problem ola bilər ki?! Nadir İsrafilov
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
|