Məmurlar işini itirir, yoxsa bazar dəyişir? .....                     "İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" .....                     İcra hakimiyyətlərinə tender qadağası .....                     Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? .....                     Bakı “üçüncü İran müharibəsi” hazırlığında .....                     Günün fotosu: .....                     'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                     Kürdəmirdə QOÇULUQ edən məmur kimdir .....                     Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır .....                     ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib .....                     “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                 

Türkiyənin Ermənistanla üçüncü sərhəd qapısı planı - TƏHLİL
Tarix: 24-11-2014, 15:47 | Çap et
Türkiyənin Ermənistanla üçüncü sərhəd qapısı planı
Türkiyə-Ermənistan münasibətlərində yeni mərhələ başlayır.

Bu mərhələni şərtləndirən əsas amil qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar Ankaranın məruz qaldığı psixoloji təzyiqlərdir. 2015 ərəfəsində təzyiqlərin artacağını proqnozlaşdıra bilməyən və buna qarşı A, B, C planları olmadığı təəssüratı yaranan Türkiyə nəticədə Ermənistanla münasibətlərdə malik olduğu mövqeləri bir-bir əldən verməkdədir.

Ankaranın bu məsələdə əlində olan kartlar sərhədlərin bağlı olması, diplomatik münasibətlərin qurulmaması, Sürix protokollarının məhz Ermənistanın imtinası səbəbilə həyata keçirilməməsinin qazandırdığı psixoloji üstünlük, müştərək tarixi komissiyanın yaradılması dair təşəbbüslərin İrəvan tərəfindən rədd edilməsinin gətirdiyi dividentdir.

Qondarma “erməni soyqırımı” iddialarına qarşı Türkiyənin istifadə edə biləcəyi başqa obyektiv resurslar da var ki, onlardan biri Anadoluda ermənilərin türklərə qarşı törətdiyi soyqırımının nəticəsi olan kütləvi məzarlıqların açılması, ASALA terror təşkilatının törətdiyi cinayətlərdən və Xocalı soyqırımı faktından dünya miqyasında Ermənistana qarşı təbliğatda istifadə olunmasıdır. Təəssüf ki, ötən illər ərzində bu resurslardan istifadə olunmayıb, əksinə təslimçi mövqe tutan Türkiyənin Ermənistanla sərhədlərin açılması ilə bağlı təzyiqlərə boyun əydiyini təəssüflə izləməkdəyik.

Digər tərəfdən, Ankaradakı Ermənistan lobbisinin fəallaşması, ermənilərin Türkiyə siyasətinin ən dərinliklərinə belə nüfuz edə bilmək imkanı qazanması (Etyen Mahçupyanın baş nazirin baş müşaviri təyin olunması, Ankarada Ermənistanın maraqlarını lobbiləşdirmək məqsədilə silsilə tədbirlərin keçirilməsi, Ermənistanla sərhədlərin açılmasının zəruriliyi istiqamətində ictimai rəy formalaşdırılması prosesinin intensivləşməsi, bu prosesə Türkiyə-Ermənistan gizli danışıqlarının əsas iştirakçısı olan diplomatların (Ünal Çeviköz) cəlb olunması və s. gerçəkliyi var. Türkiyənin Ermənistan siyasətini təəssüf ki, uzaqgörən siyasətə əsaslanan obyektiv faktorlar deyil, qeyd etdiyimiz bu gerçəkliklər müəyyənləşdirməkdədir.

Situasiyanın analizi göstərir ki, Ankara Ermənistan sərhədlərinin açılması məsələsində üç faktoru əsas hesab edir:

a) Qərbin təzyiqləri,
b) Azərbaycanın maraqları ilə hesablaşma zərurəti,
c) Ermənistanla artan ticarət həcmi.

Əslində sonuncu obyektiv faktor sayıla bilməz, çünki Türkiyənin xarici ticarət dövriyyəsində Ermənistanın payı son dərəcə azdır. Ermənistanla qeyri-rəsmi ticarət Türkiyənin Qərbin təzyiqlərinə qarşı istifadə etdiyi “kozırdır” və Ankara təzyiqləri azaltmaq üçün bu amilin obyektiv faktor kimi qəbul olunmasında maraqlıdır. Türkiyə “de-yure” Ermənistanla sərhədləri bağlı saxlasa da, bu ölkə ilə üçüncü ölkə vasitəsilə ticarət əlaqələri qurub və Sürix protokollarının imzalanmasından keçən müddət ərzində iki ölkə arasında ticarətin həcmi nəzərəçarpacaq dərəcədə artıb.

Və qondarma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində artan təzyiqləri neytrallaşdırmaq üçün Ankara “unikal” addım atır. Bu addım nədir və “unikallığı” nədən ibarətdir? Söhbət Gürcüstanla sərhəddə, Ərdəhan ərazisində yeni Çıldır-Aktaş sərhəd-keçid məntəqəsinin açılmasından gedir. Bu keçid məntəqəsi əslində Ermənistanla sərhədlərin “de-fakto” açılması deməkdir. Çünki...

Türkiyədən Ermənistana yüklərin daşınması əsasən Gürcüstan sərhədindəki Sarp keçid məntəqəsi vasitəsilə həyata keçirilir. Bu məntəqədən keçən yük maşınları 264 kilometr məsafəni qət edərək Gürcüstan-Ermənistan sərhədində yerləşən Ninoçminda/Bavra keçid məntəqəsinə daxil olur, gömrük proseduralarını gerçəkləşdirdikdən sonra Ermənistan ərazisinə keçirlər. Bu, Türkiyə ilə Ermənistan arasında on milyon dollarlarla ölçülən ticarət dövriyyəsinin gerçəkləşdirildiyi əsas marşrutdur. Türkiyə-Gürcüstan sərhədində inşa olunan Çıldır-Aktaş sərhəd-keçid məntəqəsinin açılışı Ermənistana yüklərin daşınmasını asanlaşdıracaq. Ermənistana yük aparan maşınlar Gürcüstan ərazisinə Sarpdan deyil, Çıldırdan daxil olacaq və 30 kilometr sonra Gürcüstan-Ermənistan sərhədindəki Ninoçminda/Bavra məntəqəsinə çatacaq. Beləliklə, Türkiyədən Ermənistana yüklərin daşınması marşrutu 8 dəfə (!) azalmış olur. Nəqliyyat xərclərinin azalması isə Ermənistana ixrac edilən malların maya dəyərinin azalması, alıcılıq qabiliyyəti aşağı olan ermənilərin daha ucuz türk malları ilə təmin olunması deməkdir. Ağır iqtisadi böhran yaşayan, qiymət artımından boğulan Ermənistan üçün bu, bir nəfəslikdir və havasızlıqdan boğulan Ermənistana bu nəfəsliyi açan təəssüf ki, Azərbaycanın strateji müttəfiqi olan Türkiyədir.

Çıldır-Aktaş sərhəd-keçid məntəqəsinin inşası Ermənistanla sərhədlərin açılması məsələsində Ankaranın üzləşdiyi üç obyektiv faktoru neytrallaşdırmağa imkan verir.

Birincisi, Ankara Qərbə daxili və xarici faktorlar səbəbilə Doğukapı sərhəd məntəqəsini aça bilməsə də, faktiki eyni dəyərə sahib digər məntəqəni açmaqla Ermənistanla sərhədlərin açılmasında maraqlı olduğu mesajını verir.

İkincisi, Çıldır-Aktaş sərhəd keçid məntəqəsi Ermənistanla deyil, Gürcüstanla sərhəddə yerləşdiyinə görə Azərbaycana da birbaşa narazı qalmaq haqqı tanınmır. Türkiyə Çıldır-Aktaş sərhəd-keçid məntəqəsinin açılmasını Sarp məntəqəsindən yük daşıma həcminin azaldılması məqsədi ilə əsaslandıra bilər. Ankaranın nəzərində heç nə dəyişmir: sərhədlər açılmayıb, diplomatik münasibətlər qurulmayıb, Azərbaycanın maraqları nəzərə alınmaqda davam edir, yeni məntəqənin açılmasının Ermənistanla birbaşa əlaqəsi yoxdur, əksinə bu, Gürcüstan və Azərbaycana, o cümlədən bu ölkələrdən Türkiyəyə yük daşıma həcmini artırmağa xidmət edir və s.

Üçüncüsü, Ermənistanla ticarət əlaqələri quran iş adamlarına dolayı dəstək verməklə onların İrəvanla ticarət əlaqələrini genişləndirmək niyyətini stimullaşdırır və ticarət dövriyyəsinin həcmini artımına nail olur (Türkiyə 100 illik ərəfəsində bu faktora da Qərbin təzyiqlərinə cavab amili kimi baxır).

Göründüyü kimi, verdiyi rəsmi bəyanatlara rəğmən Ankara “100 illik” xofundan qurtula bilməyib. Türkiyənin içindəki erməni lobbistləri məsələni Ermənistanın qələbəsi ilə bitirməyə iddialı görünürlər.

Türkiyə mediasının formalaşdırmaq istədiyi ictimai rəyin ana xəttini “Ankaranın alternativ yolu qalmayıb” fikri təşkil etsə də, əslində yeganə uğurlu və uzunmüddətli alternativin Azərbaycanın maraqlarını nəzərə almaq olduğunu Ankara kuluarlarında hər kəs bilir. Bu alternativə tapınmaq üçün yalnız bir şey tələb olunur – siyasi iradə nümayiş etdirmək və Ermənistanın Türkiyədə öz maraqlarını lobbiləşdirməyin qarşısını almaq (məhdudlaşdırmaq).

Çünki nə qədər acı gerçək olsa da, Türkiyədə hazırda Ermənistanın maraqlarını siyasət, ticarət və mediada müdafiə edən bir erməni lobbisi var. Təkcə baş nazir Əhməd Davudoğlunun baş müşavirinin milliyyətcə erməni Etyen Mahçupyan olması, Ermənistanla sərhədlərin açılmasının zəruriliyini önə çəkən “Möhürlü qapı” konfransının məhz bu şəxs (dövlət təmsilçisi) tərəfindən təşkili buna sadəcə bir misaldır.

Bir “təsadüf” də var, 2009-cu ildə SETA-nın (Siyasət, Ekonomi və Toplum Araşdırmaları Vakfının) fəaliyyətinin əsas istiqamətlərindən biri Ermənistanla sərhədlərin açılmasının zəruriliyini əsaslandırmaq idi. SETA ölkə tarixində ilklərdən birinə imza atmış, Türkiyə-Ermənistan Çalıştayı deyə qapalı konfrans düzənləmiş, Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən qondarma “Dağlıq Qarabağ Respublikası”nın sabiq “xarici işlər naziri” Aşot Qulyanı konfransa dəvət etmiş və onu tədbirin rəsmi sənədlərində Dağlıq Qarabağın sabiq xarici işlər naziri kimi təqdim etmişdi.

Türkiyənin öz xarici siyasətində Azərbaycanın maraqlarını kənara atması deyə bir şey yoxdur, hər iki ölkə istisnasız olaraq bütün sahələrdə münasibətləri qarşılıqlı maraqlara əsasında inkişaf etdirirlər. Sadəcə, Türkiyədəki bəzi dairələr maraqların toqquşduğu bəzi nöqtələrdə (o nöqtələr ki, Azərbaycan üçün son dərəcə önəmlidir) Azərbaycanın maraqlarını dolayı yolla zərbə altına qoyur. Özəlliklə Ermənistan siyasəti, sərhədlərin açılması kimi məsələlərdə Azərbaycanın mövqeyinin nəzərə alınması son dərəcə vacibdir.

Türkiyənin regionda xüsusi çəkisini artıran, ona “enerji dövləti”, “Şərqlə Qərb arasında yük nəqli və enerji daşımalarında ən vacib ölkə statusu qazandıran layihələrin məhz Azərbaycan tərəfindən gerçəkləşdirilməsi gerçəyi heç zaman göz ardına vurulmamalıdır. Türkiyə Azərbaycanın gerçəkləşdirdiyi layihələr hesabına əldə etdiyi dividentlərdən təkcə regionda deyil, Yaxın Şərq, Avropa Birliyi və ABŞ-la münasibətlərdə yararlanır. Faktiki olaraq Türkiyənin nəzərində tərəzinin Azərbaycan gözü Ermənistan gözündən çox ağır gəlir, Ankaranın bu obyektiv faktoru nəzərdən qaçırmaması lazımdır. Ələlxüsus, Ermənistanla dolayı münasibətlər qurmağın tərəzidə balans deyil, disbalans yaradacağı gerçəkliyi Türkiyənin xarici siyasətində mütləq hesablanmalıdır.

Və mütləq nəzərə almaq lazımdır ki, Etyen Mahçupyan və Türkiyədəki digər erməni lobbistlərin iddia etdiyi kimi Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasının əsas səbəbi Dağlıq Qarabağ münaqişəsi deyil, Ermənistanın Türkiyəyə qarşı irəli sürdüyü qondarma “soyqırımı” iddialarıdır. Türkiyə bu gerçəyi qəbul etməyə və strateji əməkdaşlıq ruhuna uyğun olaraq “Ermənistanla bağlı məruz qaldığımız təzyiqlərin əsas səbəbi Azərbaycandır” tezisini rəsmi Bakıya qarşı istifadə etməməlidir.

APA Analitik Mərkəzi










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37
"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35
İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30
Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21
Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru