İtaliyanın yeni “komissar Katanisi” Azərbaycanın qaz layihəsini araşdırır - Sensasiya
Tarix: 24-11-2014, 14:11 | Çap et
 İtaliyada Azərbaycan qazının Avropaya nəqli üçün çəkiləcək Transadriatik Qaz Kəmərinə (TAP) qarşı yeni əngəllər meydana çıxıb.
Virtualaz.org saytı İtaliya KİV-lərinə istinadən xəbər verir ki, kəmərin Adriatik dənizinin sahillərində quruya çıxaraq Melandunyo bölgəsinə qədər çəkilməli olan 8 kilometrlik hissəsi üçün torpaq sahələrinin satın alınmasında korrupsiya və fırıldaq şübhələri yaranıb.
Nəticədə prokurorlar və maliyyə polisi TAP kəməri üçün torpaq sahələrinin alınmasına dair araşdırma başladıblar.
Xatırladaq ki, bundan əvvəl İtaliyanın Adriatik dənizi sahilindəki Salento bölgəsinin sakinləri TAP kəmərinin çoxillik zeytun bağlarına və ətraf mühitə zərər vuracağını əsas gətirərək onun tikintisinə etiraz edirdilər.
Bu kampaniyaya İtaliya parlamentində yerlərin 23 faizinə nəzarət edən “5 ulduz hərəkatı” başçılıq edirdi. TAP konsorsiumu kəmərin ətraf mühitə, tarixi abidələrə və zeytun bağlarına zərər vuracağını təkzib edir. İtaliya hökuməti kəmərin marşrutunu təsdiqləsə də tikinti işləri hələ başlamayıb və yerli sakinlər TAP-a qarşı etirazlarını davam etdirəcəklərini deyirlər. İndi isə kəmər üçün torpaq sahələrinin alınmasında korrupsiya iddiaları ortaya atılıb.
İtaliya mətbuatının yazdığına görə, TAP üçün torpaq sahələrinin alınmasında korrupsiya və fırıldağa yol verildiyinə dair dosye Melandunyo əyalət prokurorunun müavini Antonio Neqronun masası üzərindədir. O, araşdırmanı maliyyə və ədliyyə polisi ilə birlikdə aparır. Təhqiqat qrupuna polkovnik Françesko Mazotta başçılıq edir.
Araşdırmanın başladığı barədə Melandunyo və Vernole bələdiyyələrinin texniki şöbələrinə rəsmi məktublar göndərilib. Bələdiyyələr xəbərdar edilib ki, TAP kəmərinin sahilyanı San-Foka bölgəsindən Acquarica Leççedəki kompressor stansiyasına qədər çəkiləcək 8 kilometrlik hissəsi üçün torpaq sahələrinin satın alınmasında fırıldaq şübhələri var.
Bələdiyyələrdən istintaq üçün gərəkli sənədlərin və materialların təqdim olunması tələb edilir.
Bildirilir ki, bundan əvvəl kəmərin San-Foka sahillərində suyun dibini çirkləndirə biləcəyinə və ətraf mühitə zərbə vuracağına dair ekoloqların şikayətlərini polis və xüsusi dalğıclar komandası araşdırıb.
Araşdırma zamanı bu narahatlıqların əsaslı olmadığı, TAP-ın ancaq balıqçı torlarına zərər yetirə biləcəyi müəyyən edilib və balıqçılara kompensasiya verilib. Prokuror Antonio Neqro həmin araşdırmanın da nəticələrini xahiş edib və arxivləşdirib.
Xatırladaq ki, İtaliyada TAP kəməri ətrafında yaşanan problemlərə görə “Şahdəniz” konsorsiumu Azərbaycan qazının Avropaya çatdırılması planlarında dəyişiklik edib. Bu günlərdə açıqlanıb ki, Azərbaycan qazı Avropaya planlaşdırıldığı kimi 2019-cu ildə yox, 2020-ci ildə çatdırılacaq. “Şahdəniz-II” qazının TANAP kəməri ilə Türkiyəyə çatdırılması isə əvvəl planlaşdırıldığ kimi 2018-ci ildə baş tutmalıdır.
Virtualaz.org saytı araşdırıb ki, TAP-a dair təhqiqata başçılıq edən polkovnik Mazotta Leççe əyalətinin maliyyə polisinin məhkəmə polisi qvardiyasının rəisidir. 46 yaşlı Mazottanın parlaq karyerası var. 2004-cü ildən Leççedə mafiya ilə mübarizə üzrə İstintaq İdarəsinə başçılıq edib. İtalyan mafiyasına - “Koza nostra”ya qarşı bir sıra uğurlu təhqiqatlar həyata keçirib.
Polkovnik Mazotta bu təhqiqat çərçivəsində mafiyanın bir çox tanınmış üzvlərini, o cümlədən yerli bələdiyyə şurasının deputatlarını həbs edib, onların əmlakına həbs qoyub.
Onun mafiyaya qarşı son uğurlu əməliyyatı ötən il həyata keçirilib, bu əməliyyat zamanı “Tornese” klanından olan mafioz, fermasında Sibir pələngləri saxlayan Luiso Vetrugno həbs edilib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37 |
|
|
|
| • "İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35 |
|
|
|
| • İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32 |
|
|
|
| • Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30 |
|
|
|
| • Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21 |
|
|
|
| • Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15 |
|
|
|
| • 'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58 |
|
|
|
| • İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52 |
|
|
|
| • "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34 |
|
|
|
| • Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09 |
|
|
|
| • "Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02 |
|
|
|
| • Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40 |
|
|
|
| • Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36 |
|
|
|
| • Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25 |
|
|
|
| • Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24 |
|
|
|
| • Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16 |
|
|
|
| • "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12 |
|
|
|
| • Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10 |
|
|
|
| • Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00 |
|
|
|
| • Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59 |
|
|
|
| • ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57 |
|
|
|
| • “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41 |
|
|
|
| • Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38 |
|
|
|
| • Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34 |
|
|
|
| • Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02 |
|
|
|
| • Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48 |
|
|
|
| • Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44 |
|
|
|
| • İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16 |
|
|
|
| • Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09 |
|
|
|
| • Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59 |
|
|
|
| • Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53 |
|
|
|
| • Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49 |
|
|
|
| • Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47 |
|
|
|
| • Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43 |
|
|
|
| • Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35 |
|
|
|
| • Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27 |
|
|
|
| • Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22 |
|
|
|
| • `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11 |
|
|
|
| • Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
| • Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59 |
|
|
|
| • Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47 |
|
|
|
| • Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43 |
|
|
|
| • Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41 |
|
|
|
| • Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33 |
|
|
|
| • Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10 |
|
|
|
| • Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08 |
|
|
|
| • Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00 |
|
|
|
| • Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59 |
|
|
|
| • “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57 |
|
|
|
|