Məmurlar işini itirir, yoxsa bazar dəyişir? .....                     "İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" .....                     İcra hakimiyyətlərinə tender qadağası .....                     Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? .....                     Bakı “üçüncü İran müharibəsi” hazırlığında .....                     Günün fotosu: .....                     'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                     Kürdəmirdə QOÇULUQ edən məmur kimdir .....                     Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır .....                     ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib .....                     “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                 

Azərbaycanlı qızlar niyə xarici ər axtarır? - ARAŞDIRMA
Tarix: 24-11-2014, 11:43 | Çap et
Azərbaycanlı qızlar niyə xarici ər axtarır?
“Saat 6-dan sonra onların evinə gedə bilmirik. Qapını adamın üzünə elə açır ki, elə bil, düşmən-zadıq. Qıza da deyib, gələndə bir kofe ver, yola sal. Yemək ancaq bayramda, ad günlərində olur. Bu qız bizim sümüyümüzü hardan bunun sümüyünə caladı...”

İradə xanım gözəllik salonunda saç ustasıdır. Böyük qızı Türkiyədən bura işləməyə gələn saç ustalarından birinə aşiq olub, 3 il öncə ailə qurub. Hər dəfə yanına gedəndə mənə kürəkənindən şikayət edir. Baxmayaraq ki, “ortada bir millət, iki dövlət” kimi ağır söhbət var, bununla belə, müsahibim hesab edir ki, qızlar ancaq öz millətindən olan insanlarla ailə qurmalıdır. Çünki sonradan ortaya ciddi problemlər çıxır: “Məsələn, qudamla yola gedə bilmirik. Qonaq gəlir, nə bişirdiyimiz aşı bəyənir, nə hazırladığımız salatları. Deyir, siz ruslaşmış millətsiniz. Bizim uşaqlar da hər dəfə dalaşanda oğlunu qızışdırır ki, “sənə qızmı yox, əlini sallasan əllisi. Türkiyə qızla doludur...” Belə ana olar?”

SON İLLƏR TÜRKİYƏ VƏ RUSİYALI KİŞİLƏRLƏ EVLƏNƏNLƏR ÇOXALIB

Ailəm.az bu dəfə sizi əcnəbilərlə ailə quran azərbaycanlı qızların hekayəsi ilə tanış edəcək. Ondan öncə isə statistikaya nəzər salaq. Azərbaycanlı qızlar daha çox Türkiyə, Gürcüstan vətəndaşı olan azərbaycanlılara üstünlük verirlər, bu isə əcnəbilərlə nikahların böyük faizini təşkil edir. Amma bununla yanaşı, Avropa vətəndaşları, qara dərili və ərəblərlə ailə quran xanımlarımız da az deyil. Ümumilikdə Azərbaycanda 2009-cu ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə 1731, 2010-cu ildə 2221, 2011-ci ildə isə 2696 nikah bağlanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Aynur Veysəlova mediaya açıqlamasında deyib ki, bəzi gənclər işləmək və ya təhsil almaq üçün müxtəlif ölkələrdə yaşamaq məcburiyyətində qalırlar: "Onlar uzun müddət həmin ölkələrdə yaşayırlarsa, müxtəlif insanlarla tanış olurlar və bu da sonda nikaha gətirib çıxarır. Son illər yalnız azərbaycanlı qızlar deyil, eyni zamanda azərbaycanlı oğlanlar da əcnəbi qızlarla ailə qurmağa üstünlük verirlər".

Statistik məlumatlara görə, Azərbaycana gündə 4-5 min əcnəbi gəlir. Miqrantların yalnız 25 faizi Azərbaycana işləməyə, qalanları isə təhsil, istirahət və ölkə vətəndaşları ilə ailə qurmağa gəlirlər. Azərbaycan vətəndaşları ilə ailə quran əcnəbilərin əksəriyyəti isə Gürcüstan və Rusiya vətəndaşıdır. Bunu isə Bakı Nikah Evindən öyrəndik. Məlumata görə, əvvəlki illərdə İran və Türkiyə vətəndaşları ilə bağlanan nikahlar üstünlük təşkil edirdisə, son illərdə Gürcüstan və Rusiya vətəndaşları ilə bağlanan nikahların sayı daha çoxdur.

NİGERİYALI KÜRƏKƏN: “HƏRDƏN YOLDAŞIMA DEYİRƏM, BƏLKƏ ALNIMIZA “EVLİYİK” SÖZÜNÜ YAZAQ?”

Nigeriyalı Nik Nvolisa Azərbaycanda çalışan əcnəbidir və azərbaycanlı xanımla evlidir. Nik danışır ki, hərdən cəmiyyətin bu evliliyə neqativ münasibətini hiss edir. Yolda-rizdə, küçə-bacada, dükan-bazarda... Evliliklərinin ilk günündə bu qıyqacı münasibət özünü daha çox göstərirmiş: “O vaxt Lalə ilə gəzintiyə çıxmağı çox xoşlayırdıq. Hiss edirdik ki, ətrafdakıların münasibəti çox pisdir Laləyə. Biz qanuni evli idik, amma camaat bizə elə qəribə nəzərlərlə baxırdı ki... Hərdən zarafatla bir-birimizə deyirdik ki, bəlkə hər ikimiz alnımıza "biz evliyik" deyə yazaq. Gənclər daha çox anlayışlı olurlar belə nikahlara münasibətdə, nəinki geridə qalmış adamlar".

Bu ailədə tərəflərdən biri nigeriyalı, o biri azərbaycanlı olsa da ailədə daha çox azərbaycanlı ab-havası hökm sürür. Hətta adət-ənənələrə riayət etmək məsələsində də. Məsələn, Nik evlənmək üçün dədə-baba qaydasında burada yaşayan bibisini, bibisinin ərini və bir ailə dostunu elçiliyə göndərib. Gediblər, “həri” alıblar, şirin çay içib qayıdıblar. Toyları da el qaydasına, özü də “Füzuli” restoranında baş tutub. İndi isə Lalə xanım işləmir. Çünki iki uşaqları hələ balacadır və onlar böyümədən ananın işləməsinə ehtiyac yoxdur.

Nik Azərbaycana 2006-cı ildə gəlib. Nigeriyada biokimya sahəsi üzrə təhsil alıb. Bir müddət ekoloji layihələrdə çalışıb. Daha sonra Bakıda işləyən xalası oğlunun tövsiyəsi ilə bura gəlib. Azərbaycanda tibb sahəsi üzrə təhsilin digər ölkələrlə müqayisədə ucuz olduğunu öyrənən Nik təhsilini bu yöndə davam etdirməyə qərar verib. Xəzər Universitetində 2 il oxuyub, oxuya-oxuya humanitar sahə üzrə işləməyə başlayıb.

Niklə Lalənin tanışlığı da Azərbaycan toylarından birində baş tutub. Öncə işgüzar münasibətlər, ardınca isə sevgi-məhəbbət… “Lalə çox müstəqil insandır. Bəlkə də Azərbaycanda bir xarici ilə evlənmək o qədər də ənənəvi deyil. Amma Lalə öz qərarını verə biləcək insandır. Onun da, mənim də belə bir prinsipimiz var ki, evlilik iki nəfərin xoşbəxtliyidir, ətrafdakıların yox”.

ŞƏHLA ABDULOVA: “BİZİM KİŞİLƏRDƏ OLMAYAN AZAD FİKİR RUİDƏ VAR”

“Adam sevəndə sərhəd tanımır”. 28 yaşlı ingilis dili müəlliməsi Şəhla Abdulova 2 ildir, bir portuqalla ailə qurub. Beynəlxalq biznes təşkilatına dəvət aldığı üçün Bakıya gələn hazırkı ömür-gün yoldaşı Rui Aleksandre ilə elə həmin təşkilatda tanış olub. Bir illik iş yoldaşlığından sonra Rui doğulduğu ölkəyə - Böyük Britaniyaya qayıdıb və sevgisini virtual şəkildə elan edib: “Mən də onu bəyənirdim deyə yox demədim. Yenidən Bakıya qayıdıb valideynlərimlə tanış oldu, bir neçə ay sonra isə evləndik. Əslində biz Britaniyada yaşamaq istəyirdik, amma orda hüquqi prosedurlar mürəkkəb olduğu üçün Bakıda qalası olduq.

Bizdə qızların çoxu əcnəbiyə pulu olduğu üçün və ya xaricdə yaşamaq üçün ərə gedir. Mənimsə pul problemim yoxdur, sadəcə, arzularıma, prinsiplərimə uyğun insanla evlənmək istədim. Azərbaycanlı oğlanlarda olmayan bir çox cəhətlər Ruidə var. Müstəqil, azad fikirli olması mənim xoşuma gəlir, bizim oğlanlar kimi hər şeyi söz etmir. Bir sözlə, özümüz üçün yaşayırıq”.

Amma heç kimə sirr deyil ki, heç də hər zaman bu cür nikahlar xoşbəxt sonluqla bitmir. Məsələn, evlənərək Türkiyəyə, İrana gedən onlarla azərbaycanlı qadının hüznlü sonu barədə media tez-tez yazır. Ən yumşaq halda boşanıb, uşaqlı (bəzən uşağını orda qoyub) geri qayıdanlar, ən pis halda isə insan alveri qurbanı olanlar var bu siyahıda.

QIZLARA QIZIL KİMİ TÖVSİYƏ – EVLƏNMƏDƏN ƏVVƏL SƏFİRLİKLƏRƏ MÜRACİƏT EDİN VƏ NİKAH MÜQAVİLƏSİ BAĞLAYIN

Ekspertlər hesab edir ki, bu bəlanın kökündə əcnəbiyə ərə gedən qızların evləndiyi adam barəsində məlumatsız olmaları durur.

Belə ki, onlar həmin adamın kim olduğunu bilmədən, maddi imkanına, azərbaycanlı oğlanlardan bir qədər fərqləndiyinə görə ailə həyatı qururlar. “Təmiz dünya” mərkəzinin rəhbəri Mehriban Zeynalova isə hesab edir ki, qızlar əcnəbiyə ərə getməzdən əvvəl səfirliklərə müraciət edərək həmin şəxs haqqında ətraflı məlumat almalıdır.

Bir çox hallarda evlənib boşanmış qadınlar bu cür nikahlara üstünlük verir. Çünki azərbaycanlı kişilər boşanmış qadınla ailə qurmağa sıcaq baxmır.
D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu da hesab edir ki, qızlarımızı belə evliliyə əsasən iqtisadi durum sövq edir. Sevgi isə arxa planda qalır. Onun fikrincə, yarana biləcək hər hansı problemdən uzaq dayanmaq üçün ərə gedən qızlar nikah müqaviləsi bağlamalıdır.
\\ ailem.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37
"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35
İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30
Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21
Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru