“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq .....                     Arzu Kazımovu kim himayə edir ki... .....                     Tarixdə ilk: Ermənistan silah satdı .....                     İran ABŞ qarşısında yeni şərt irəli sürdü: .....                     AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir .....                     WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir .....                     Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı .....                     Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq .....                     17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? .....                     Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi .....                     Burda rəsmən bazar açıblar... .....                     Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var .....                     Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı .....                     Azərbaycan neftinin qiyməti 118 dolları keçib .....                     Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... .....                     Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? .....                     İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... .....                     “Space FM”ə yeni direktor təyin edildi .....                     Tramp IRS-ə qarşı iddiasını geri çəkib: .....                     Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... .....                     Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... .....                     Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... .....                     Azərbaycanlı yazıçı Bakıdan deport olundu .....                     Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır .....                     Bu, Rusiya üçün ən ağrılı məqamdır .....                     "SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb .....                     Onun qəbuluna düşmək ÇƏTİNDİR .....                     "İnsanın ömrünün bir anında nəfəsalma zamanı var" .....                     Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? .....                     ADSEA şefi özünü belə sığortalayır .....                     İran-ABŞ müharibəsi davam edəcəkmi? .....                     “Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, .....                     Stabil maaş: yeni dəbdəbə? .....                     Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ .....                     “Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” .....                     Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş .....                     Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir .....                     İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib .....                     ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                 

Sumqayıtda onkoloji xəstələrin pulsuz müalicə alması çətinləşib
Tarix: 9-10-2014, 15:48 | Çap et
Sumqayıtda onkoloji xəstələrin pulsuz müalicə alması çətinləşib
Ölkə rəhbərliyinin müvafiq qərarı ilə dövlət hesabına maliyyələşən səhiyyə müəssisələri 2008-ci ilin fevralından etibarən pulsuz tibbi müayinə və müalicəyə keçib. Amma buna baxmayaraq, dövlət xəstəxanalarının bir hissəsində bu qərara əməl edilmir. Belə ki, bəzi baş həkimlər özlərinə məxsus "qayda"ları daha üstün tutaraq vətəndaşlara pullu tibbi xidmət göstərirlər. Qeyd edək ki, son vaxtlar onkoloji xəstələr müalicələrinin xeyli baha başa gəlməsindən şikayət edirlər.

Baş onkoloq Azad Kərimli isə mətbuata verdiyi açıqlamada bildirib ki, onkoloji profilli dövlət müəssisələrində onkoloji xəstələrin həm əməliyyatı, həm də müalicəsi pulsuz həyata keçirilməlidir. Onun sözlərinə görə, Milli Onkologiya Mərkəzindəki monitorda xəstələrə verilməli olan dərmanların siyahısı göstərilir. Onkoloji xəstə həmin dərmanların alınması üçün pul ödəməli deyil: "Milli Onkologiya Mərkəzində xəstələrə bütün dərmanlar pulsuz verilir. Cərrahiyyə əməliyyatları üçün lazım olan bütün dərmanlar, sistemlər, ən bahalı antibiotiklər, qaraciyər, böyrək çatışmazlığı olan onkoloji xəstələr üçün lazım olan bütün preparatlar bu mərkəzdə xəstələrə ödənişsiz verilir". Baş onkoloq onu qeyd edib ki, bundan əlavə 9 bölgəyə - rayonlararası onkoloji dispanserlərdə qeydiyyatda olan xəstələr üçün də hər ay dərmanlar göndərilir. Bəzən hansısa bir dərman çatışmadıqda isə onun yerinə əvəzedici dərman verilməklə bu məsələ tənzimlənir. Sumqayıt rayonlararası Onkoloji Dispanserdə isə bunların heç birinə riayət edilmir. Redaksiyamıza daxil olan məlumatlara əsasən, baş həkim Eldar Məmmədov bir sıra qanunsuzluqlara imza ataraq onkoloji xəstələrin dispanserdə pulsuz tibbi müayinə və müalicə almasına imkan vermir: "İlk növbədə onu deyim ki, bu dispanserin təyinatı xoş və bəd xassəli şişlərin diaqnostikası, müalicəsindən ibarətdir. 1966-cı ildən fəaliyyət göstərən səhiyyə ocağında 70 çarpayı var. Onkoloji xəstələrin kimyaterapiyası, o cümlədən digər müalicələri üçün dispanserdə lazımi şərait qurulmayıb. Məsələn, kimyaterapiya üçün xəstələrə pulsuz dərman verilməlidir. Amma onlar bu dərmanları pulla alırlar. Halbuki, qanuna əsasən onkoloji xəstələrin cərrahiyyə əməliyyatından tutmuş polikimyəvi terapiyasına qədər müalicəsi dövlət hesabınadır. Bura şüa müalicəsi almaq, o cümlədən ağrıkəsici vasitə kimi narkotik vasitələrdən pulsuz istifadə də daxildir. Mənim bildiyimə görə, 2009-cu ildən indiyə kimi dövlət büdcəsindən onkoloji xəstələrin dərmanı üçün 35 milyon manat ayrılıb. Hər il bu sahəyə ayrılan vəsaitlərin həcmi artır. Sumqayıt Onkoloji Dispanserin baş həkimi isə Səhiyyə Nazirliyinin bura göndərdiyi dərman preparatlarını başqa istiqamətlərə yönləndirir. Bundan başqa, analizlərin qiyməti çox bahadır. Dispanserə müraciət edən vətəndaşlar USM, EKQ, rentgen və digər müayinələrdən keçərkən əlavə xərcə düşürlər. Bura dövlət xəstəxanası olsa da, xəstələrdən nəysə umulur. Əməliyyata ehtiyacı olan insanlara lazımi səviyyədə yardım göstərilmir. Eldar Məmmədov xəstələrin bir çoxunu şəraitin olmaması bəhanəsi ilə Bakıya, Milli Onkologiya Mərkəzinə göndərir. Əgər Sumqayıt rayonlararası Onkoloji Dispanseri qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilmirsə, baş həkim niyə vəzifədə saxlanır? Sumqayıtda onkoloji xəstələrin sayı hər keçən gün artır. Təəssüf ki, adıçəkilən səhiyyə ocağında bu kateqoriyadan olan xəstələrə normal tibbi xidmət göstərilmir". Onu da qeyd edək ki, dövlət xəstəxanalarının yiyə durmadığı Sədaqət Mehdiyeva adlı vətəndaş "musavat.com" saytı vasitəsilə bir müddət əvvəl əlaqədar dövlət qurumlarına müraciət edərək kömək istəyib: "Məskunlaşdığım Sumqayıt şəhərindəki Onkoloji Dispanserə getdim. Baş həkim məni əməliyyat etmək üçün lazımi şəraitin olmadığını deyib məni göndərişlə Milli Onkologiya Mərkəzinə göndərdi. Mənə məsləhət gördülər, bəlkə İrana gedəsən, orada həm ucuzluqdur, həm də həkimlər, texnologiya güclüdür. Beləcə yollarda qaldım". Yəqin ki, nazir Oqtay Şirəliyev Sumqayıt rayonlararası Onkoloji Dispanserdəki vəziyyətdən xəbərdar deyil. Hörmətli nazirdən xahiş edirik ki, qanunsuzluqların baş alıb getdiyi səhiyyə müəssisəsinin fəaliyyətinə nəzarəti gücləndirsin və baş həkimin barəsində müvafiq ölçü götürsün.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq - TƏFƏRRÜAT
Bu gün, 10:19
Arzu Kazımovu kim himayə edir ki... - İLGİNC İDDİALAR...
Bu gün, 10:17
Tarixdə ilk: Ermənistan silah satdı - Hayrapetyan AÇIQLADI
Bu gün, 10:09
İran ABŞ qarşısında yeni şərt irəli sürdü: uranı sizə yox, Rusiyaya verək!
Bu gün, 10:07
AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir - DİQQƏT!
Bu gün, 09:59
WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:57
Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı - KİV
Bu gün, 09:55
Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq
Bu gün, 09:53
17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - AKTUAL
Bu gün, 09:49
Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 09:48
Burda rəsmən bazar açıblar... - İTTİHAM VAR...
Bu gün, 09:37
Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var
Bu gün, 09:31
Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı – Allah Uzaq Eləsin
Bu gün, 09:29
Azərbaycan neftinin qiyməti 118 dolları keçib
Bu gün, 09:09
Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... - AXI NİYƏ?
Bu gün, 09:08
Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? – Mütəxəssis deyir ki...
Bu gün, 09:05
İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... - KİV
Bu gün, 08:04
“Space FM”ə yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 08:02
Tramp IRS-ə qarşı iddiasını geri çəkib: - ABŞ-də 1,8 milyard dollarlıq fond yaradılır
Bu gün, 08:00
Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... - İLGİNC FAKTLAR
Bu gün, 07:57
Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... - "Əslində Bakı çoxdan dayanıqlı şəhərdir..."
Bu gün, 07:48
Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... - Maləsəf... O hələ də İŞ BAŞINDADIR...
Bu gün, 07:31
Azərbaycanlı yazıçı Bakıdan deport olundu - TƏFƏRRÜAT
Bu gün, 07:24
Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır - ABŞ kəşfiyyatı
Bu gün, 07:03
Bu, Rusiya üçün ən ağrılı məqamdır - Zelenski
Bu gün, 07:02
"SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb - KİV
Bu gün, 07:00
Onun qəbuluna düşmək ÇƏTİNDİR - qəbul etsə də, NƏ FAYDASI?
Bu gün, 06:50
"İnsanın ömrünün bir anında nəfəsalma zamanı var"
Bu gün, 06:32
Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? - VİDEOFAKT
Bu gün, 06:21
ADSEA şefi özünü belə sığortalayır - FOTOFAKT
Bu gün, 06:10
İran-ABŞ müharibəsi davam edəcəkmi? - Sərdar Cəlaloğlu ŞƏRH EDİR
Bu gün, 06:06
“Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...”
Bu gün, 06:02
Stabil maaş: yeni dəbdəbə? - ARAŞDIRMA
Bu gün, 06:00
Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ - GƏLİŞMƏ
Bu gün, 05:58
“Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” - Vuçiç deyir ki...
Bu gün, 05:56
Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş
Bu gün, 05:53
Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir - SİYAHI
Bu gün, 05:50
İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib - "Al Mayadeen"
Bu gün, 05:47
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru