Tovuzda 1-ci qrup əlil sahibkar tərəfindən döyüldüyünü deyir
Tarix: 3-09-2014, 10:58 | Çap et
 Səhhətinin acınacaqlı olduğuna baxmayaraq hər gün işinin başındadır, ailəsinin dolanışığını ordan çıxarır.
Hazıırda işlətdiyi çay evini 2009-2010-cu ildə kasıblıqla, borc-xərclə tikib başa gətirdiyini deyən Arif iddia edib ki, bu ilin mart ayının 14-də həmkəndlisi, qonşusu Seymur Cəfərov naməlum səbəblərdən həmin çay evinin arxa qapısını bağlayıb. Arif Ələsgərovun verdiyi məlumata görə, həmin qapı Seymur Cəfərovun çöl torpağının başından və onun çay evinin arxa tərəfindən keçən yola çıxır.
O qeyd edib ki, bir nəfər uşaqla köməkləşib qapını açıb. Arifin dediyinə görə, Seymur bunu səbəb göstərib camaatın gözünün qabağında onu döyüb, təhqir edib, şərəf və ləyaqətini alçaldan sözlər deyib.
"Qapını açandan bir az sonra, təxminən axşam 7-8 radələrində mənə dedilər ki, səni çağırırlar. Öncə qardaşım getmək istədi, qoymadım. Özüm getdim. Bayıra çıxan kimi Seymur Cəfərov "sənin kor gözünü..." deyə, təhqiramiz sözlərlə məni söydü. Əliliyimə-filan toxundu, şəxsiyyətimi alçaltdı. Sonra yaxamdan tutub sillə-təpiyin altına saldı məni. Əlində də küt alət (açar) var idi. Gözüm görmədiyinə görə, müqavimət göstərə bilmədim. Sadəcə dedim ki, Seymur, bunlara görə cavab verəcəksən. Qayıtdı ki, prokuror mənim dostumdu, narahat olma".
Arif Ələsgərov bildirib ki, bu hadisədən sonra adı çəkilən şəxsi polisə verməyinə baxmayaraq barəsində heç bir tədbir görülməyib. Bununla bağlı Baş Prokurorluğa da müraciət etdiyini deyən Arif deyib ki, onlar da işi bir ay 21 gün gecikdirəndən sonra məcbur qalıb 128-ci maddə ilə (Qəsdən sağlamlığa yüngül zərər vurma) cinayət işi açıblar.
"Ona çox yüngül maddə ilə cinayət işi açıblar. Seymurun əməli açıq-aşkar xuliqanlıqdır. İşi bir ay 21 gün gecikdirdikləri getmişmiş kimi prosesi istintaqdan başlamalıykən təhqiqatdan başlayıblar. İndi o da adı xuliqana çıxmasın deyə, martın 31-i günü məhkəməyə iddia ərizəsi verib ki, guya mənim obyektim onun torpağına keçib. Ancaq əlimdə olan dövlət sənədləri təsdiqləyir ki, keçməmişəm.. "Seymurun əməli xuliqanlıqdır" deyə, vəsadət qaldırdım ki, 220-ci maddəyə (Kütləvi iğtişaş) keçid olsun".
O təzyiq yolu ilə şahid Etibar Qurbanovun ifadəsinin dəyişdirildiyini, məhkəmədə, öncələr verdiyi ifadənin ziddinə danışdırıldığını da deyib.
"Getdim Bakıya şikayətə. İşi Daxili işlər Nazirliyinin İstintaq və Təhqiqat idarəsinə verdilər. Orada da iş dondurulub. Təhqiqat, istintaq işi aparılmır. Sadəcə bircə dəfə hadisə şahidlərindən Etibar Qurbanovu çağırıblar. O da ifadəsinə düzəliş edib ki, mən gördüklərim faktdır, Arifi döyüblər, təhqir ediblər, şəxsimə olan təzyiqlər nəticəsində birinci ifadəmin ziddinə yalan məlumat vermişəm məhkəmədə. Ancaq birinci verdiyim ifadə həqiqətdir. Ondan başqa hadisənin şahidləri Arzuman Həsənov və Əziz Ələsgərovdur".
Arif Ələsgərov bütün faktlara, döyüldüyünə dair əlindəki fotolara, Ağstafa rayon Mərkəzi Xəstəxanasından aldığı ekspertiza rəyinə, şahid sözlərinə baxmayaraq işin araşadırılmamağından narahatdır. O yuxarı instansiyalara müraciət edərək bu barədə ədalətli qərara çıxarılmasını xahiş edib. Bildirib ki, Seymurun mağazaları, çay evi, çörək fabriki kimi biri-birindən çox gəlir gətirən obyektləri, onun isə sadəcə bir çay evi olduğundan heç kim işə diqqət göstərmək istəmir.
"Mən haqqımı tələb edirəm. O mənim sağlamlığıma xətər yetirib. Şəxsiyyətimi alçaldıb. Üstəlik işlətdiyim çay evinin arxa qapısını heç bir haqqı olmadan bağlayıb. Ancaq kimsə diqqət göstərmək istəmir. Gözdən əlil adamam. Ailəmə, övladlarıma yalnız bu yolla çörəkpulu apara bilirəm. Seymur kimiləri isə özünün sayı-hesabı olmayan qazanc yeri, biznes sahəsi olmasına baxmayaraq bunu belə çox görürlər mənə. Görünən odur ki, məmurlarımız da onların dediyini deyirlər. Ummazdım. İnsanlıq bu qədərmi öldü?" (musavat.com)


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ramil Əmənov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib - FOTO
Bu gün, 15:21 |
|
|
|
| • Paşinyan Xocalı canisini küçələrə salıb
Bu gün, 15:11 |
|
|
|
| • Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Bu gün, 15:03 |
|
|
|
| • Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Bu gün, 14:51 |
|
|
|
| • Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 14:43 |
|
|
|
| • “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Bu gün, 14:39 |
|
|
|
| • Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Bu gün, 14:29 |
|
|
|
| • Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Bu gün, 14:20 |
|
|
|
| • Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Bu gün, 14:17 |
|
|
|
| • “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Bu gün, 14:11 |
|
|
|
| • Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54 |
|
|
|
| • Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43 |
|
|
|
| • Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41 |
|
|
|
| • Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33 |
|
|
|
| • Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23 |
|
|
|
| • Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21 |
|
|
|
| • Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16 |
|
|
|
| • Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09 |
|
|
|
| • “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06 |
|
|
|
| • “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03 |
|
|
|
| • Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01 |
|
|
|
| • "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58 |
|
|
|
| • Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49 |
|
|
|
| • “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45 |
|
|
|
| • Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44 |
|
|
|
| • "Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42 |
|
|
|
| • Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39 |
|
|
|
| • “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32 |
|
|
|
| • Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08 |
|
|
|
| • Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58 |
|
|
|
| • Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50 |
|
|
|
| • Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47 |
|
|
|
| • AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45 |
|
|
|
| • Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
| • Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40 |
|
|
|
| • Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31 |
|
|
|
| • Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15 |
|
|
|
| • "İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05 |
|
|
|
| • AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01 |
|
|
|
| • Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56 |
|
|
|
| • Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46 |
|
|
|
| • Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40 |
|
|
|
| • Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37 |
|
|
|
| • “Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27 |
|
|
|
| • “Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43 |
|
|
|
| • Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31 |
|
|
|
| • Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20 |
|
|
|
| • Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07 |
|
|
|
| • Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02 |
|
|
|
| • Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42 |
|
|
|
|