Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                     Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb .....                     Əməkdar artist açıq ürək əməliyyatı olundu: .....                     Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib .....                     “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” .....                     “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək .....                     Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? .....                     "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" .....                     Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək .....                     “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür .....                     Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? .....                     "Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" .....                     Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında .....                     “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi .....                     Ermənistanın İKİ ən etibarlı qarantoru .....                     Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" .....                     Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR .....                     Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib .....                     AYNA Bakıda tıxacları həll edən qurum deyil .....                     Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı .....                     Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb .....                     Arzu Kazımovun adı keçən BORC QALMAQALI... .....                     Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər .....                     "İrşad" BOKT-un zərəri kəskin artıb .....                     AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib .....                     Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb .....                     Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” .....                     Neft 180 dollara çata bilər .....                     Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü .....                     “Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur .....                     “Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... .....                     Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi .....                     Bərdədə fermerlərin SIĞORTA DAVASI... .....                     Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... .....                     Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... .....                     Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb .....                 

“Azərbaycan” qəzeti Rövnəq Abdullayevin klubunu “vurdu” - “Özlərinə deyil, möcüzəyə ümid bəsləyirdilər”
Tarix: 30-08-2014, 13:01 | Çap et
“Azərbaycan” qəzeti Rövnəq Abdullayevin klubunu “vurdu”
“Azərbaycan” qəzeti “Neftçi”nin Avroliqanın play-off mərhələsi çərçivəsində “Partizan”a qarşı keçirdiyi və 2-1 hesabı ilə məğlub olduğu matç barədə tənqidi yazı hazırlayıb. DİA.AZ “Qafqazinfo”ya istinadən həmin yazını təqdim edir:“İki il əvvəl UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla azarkeşləri sevindirən “Neftçi” yenidən bu uğuru təkrarlamaq ərəfəsindəydi. Qarşılaşma, eyni zamanda, paytaxt təmsilçimizin yubileyi - 50-ci matçı idi. Bu əlamətdar gündə hamı "Neftçi"dən yalnız qələbə gözləyirdi.

Ot örtüyü bərbad vəziyyətdə olduğundan Tofiq Bəhramov adına Respublika Stadionunda futbolçular ayaqda durmağa belə çətinlik çəkirdilər. Görəsən, belə bir vacib qarşılaşmanı, özü də komandamıza qələbənin hava-su kimi lazım olduğu bir matçı bu arenaya salmağın yanlış olduğunu düşünməyiblər? Yaxud ot örtüyünün vəziyyəti niyə belə acınacaqlıdır?

Oyuna daha fəal başlayan "Partizan" olsa da, ən real qol epizodunu "Neftçi" yaratdı. 5-ci dəqiqədə Araz Abdullayevin zərbəsindən sonra qapıçı sayıq oynadı. Lakin komandamızda müdafiə xəttindəki boşluqlar açıq şəkildə görünürdü. Bunun fərqində olan "Partizan" həmin boşluqlardan lazımınca istifadə etdi. Növbəti hücumların birində Şkuletiç topu ustalıqla qapıya göndərdi.

Qoldan sonra tədricən irəli atılan komandamız bir neçə dəfə top vurmaq imkanına malik olsa da, serblərin qapıçısı Lukaşın əla reaksiyası qol sevinci yaşamağa imkan vermirdi.

Fasilədən sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev iki əvəzetmə etdi. Bertuççi və Kanalesin meydançaya daxil olması komandaya əlavə güc qatdı. Bunun nəticəsində qurulan hücumlardan birində Vobay hesabı bərabərləşdirdi - 1:1.

Görüşün 66-cı dəqiqəsində Kanalesin sevinməsinə növbəti dəfə qapıçı Lukaş imkan vermədi. Bu azmış kimi, etdiyi kobudluğa görə paytaxt təmsilçisinin hücumçusu Nforun qırmızı vərəqə alaraq meydançadan qovulması ümidləri minimuma endirdi. Görüşün son dəqiqəsində isə belqradlıların heyətində Şkuletiç komandasının və özünün 2-ci qolunu vuraraq "Partizan"a qələbə qazandırdı.

Qoldan sonra əsəblərinə hakim ola bilməyən Ramos və Kaue də rəqibə (topa yox!) zərbə endirdiyinə görə meydançadan qovuldular. Ardınca "Partizan"ın heyətində Şkuletiç də eyni aqibəti yaşadı.

Beləliklə, "Neftçi"nin tarixində 2-ci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq ümidi boşa çıxdı.

***

İdmanda həmişə qalib gəlmək mümkün deyil! Komandalardan birinin uduzmağı labüddür. Çox vaxt qalib əsas vaxtda müəyyənləşmədiyindən 11 metrlik cərimə zərbələrinə ehtiyac qalır.

Düzdür, "Partizan" güclü komandadır. Amma "Neftçi" bu komandaya zəif olduğuna görə uduzmadı! Elə bil özü udmaq istəmirdi. Bunu səfərdə keçirilən ilk oyunda da açıq şəkildə görmək olurdu. 4 qol vurmaq və uduzmaq... Doğrudan da, çox gülməli gəlir. Həm də ona görə ki, 4 qolun 2-sini öz qapısına vurmuşdu!

Hər iki görüşdə "Neftçi"nin belə məsul bir oyuna hazır olmadığı, hətta məşqçinin də öz dəyişikliklərində və oyunçulara verdiyi tapşırıqlarda futbolçuları həvəsə gətirə bilmədiyi açıq-aşkar görünürdü. Möcüzəyə ümid bəslənilirdi, nümayiş etdirilən oyuna yox!

Əlbəttə, məğlubiyyəti təkcə komandanın mövsümə yaxşı hazırlaşmaması ilə əsaslandırmaq diletantlıq olardı. Bu, hamının gördüyü və görə bildiyi məsələdir. Əsas səbəb isə daha dərindədir. Bu, ilk növbədə, düzgün olmayan transfer siyasətinin nəticəsidir. Müdafiə və mərkəz xətlərində zəif nöqtələrin gücləndirilməməsi öz nəticəsini bu iki qarşılaşmada aşıq-aşkar göstərdi.

Ən diqqət ediləsi məqamlardan birinin isə "Neftçi" kimi ölkənin ən titullu komandasının oyuna cəmi 3 yerli və 8 legioner (?!) futbolçu ilə başlamasıdır. Bundan əvvəlki illərdə heç bir səbəb göstərilmədən komandadan getmələrinə şərait yaradılan milli komandamızın aparıcı üzvləri - Ruslan Abışov, Mahir Şükürov, Rəşad Sadiqov kimi təcrübəli futbolçular bu gün faydalı ola bilməzdilərmi?

Komandaya istənilən sayda yaxşı legioner futbolçu transfer etmək olar. Necə deyərlər, puluna minnət... Lakin elə məsələlər var ki, dəyəri maddiyyatla ölçülmür. Vətənpərvərliyi, nizam-intizam və məsuliyyət hissini isə tərbiyə etmək lazımdır!

"Neftçi"nin bu məğlubiyyəti göstərdi ki, son üç amil olmayanda kənardan gətirilən "adlı-sanlı" futbolçuların da köməyi dəymir! Həm də belə futbolçularda vətənpərvərlik hissi də olmur!

Amma paytaxt klubu ən azı yayın bu qızmar günündə bilet alaraq stadiona gələn yerli azarkeşlərin önündə layiqli oyun göstərməyə borclu idi! Lakin "Neftçi" topla yox, azarkeşlərin əsəbləri ilə oynadı. Bir sözlə, yaradılan şəraitə baxmayaraq, "Neftçi" geri gedir... Azərbaycan futbolunda "Neftçi"yə "flaqman" deyilir. Amma srağagünkü iki oyunun özü və nəticəsi də göstərir ki, flaqman elə "Qarabağ" özüdür.

Yekunda onu söyləmək olar ki, bu gün "Neftçi" düzgün aparılmayan transfer siyasətinin, intizamsızlığın, oyunçular arasında intriqaların ucbatından Avroliqada qrup mərhələsindən kənarda qaldı!

Sonda daha bir önəmli məqamı diqqətə çatdırmaq istərdik. Bakıdakı qarşılaşmanı televiziya vasitəsilə izləyən azarkeşlər "Neftçi"nin bərbad oyunu bir yana qalsın, görüşün şərhçilərinin də naşı şərhləri hesabına əlavə əsəb çəkməli oldular. Şərhçi deyəndə ilk olaraq yada futbol düşür və şərhçilərə də qiymət daha çox futbol şərhlərinə görə verilir. Bu səbəbdən nümunələrin futboldan gətirilməsi təbii qarşılanmalıdır. Ən çox narahatlıq doğuran məsələ şərhçilərimizin peşəsinin vurğunu olmamasıdır. Və bir də Azərbaycan dilini zəif bilmələridir. Təəssüflər olsun ki, "Neftçi"-"Partizan" matçını şərh edənlər tamaşaçıları çaşdıran ziddiyyətli fikirlər səsləndirməklə, davamlı olaraq təkrarçılığa yol verməklə tənqid ünvanına çevrildilər”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08
Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58
Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50
Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47
AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41
Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40
Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15
"İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01
Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46
Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40
Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37
“Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27
“Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43
Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31
Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07
Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02
Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
“Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39
Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19
"Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53
Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50
Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru