Əsas Səhifə > Güney Press > Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİBu gün, 10:47 |
|
Rusiyanın Noyabrsk şəhərində avtomobilinin salonundan ekstremist simvolika aşkarlanan sürücünü məhkəmə cərimələyib. Lent.az yerli mediaya istinadla bildirir ki, şəhər sakini avtomobilinə səkkizguşəli ulduz formasında hava təravətləndiricisi asıb. Hüquq-mühafizə orqanlarının qiymətləndirməsinə görə, bu simvol Rusiyada ekstremist hesab edilən AUE hərəkatının atributlarından biridir. Sürücü məhkəmədə ifadəsində bildirib ki, həmin hava təravətləndiricisini 2025-ci ildə Azərbaycanda olarkən alıb. O, səkkizguşəli ulduzun kriminal aləmlə əlaqələndirildiyini bildiyini etiraf edib. Lakin təravətləndiricinin qoxusunu çox bəyəndiyi üçün onu avtomobilində saxlamaq qərarına gəlib. Geri qayıt |