Əsas Səhifə > Güney Press > Rusiya BMT-nin yeni baş katibindən nə gözləyəcək?
Rusiya BMT-nin yeni baş katibindən nə gözləyəcək?Bu gün, 10:48 |
|
Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) növbəti baş katibindən Ukraynadakı vəziyyətin obyektiv qiymətləndirilməsini gözləyir. Publika.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib. "Kim seçilsə, biz onun Ukrayna böhranına hazırkı baş katibdən daha obyektiv yanaşacağını gözləyirik", - Nebenzya bildirib. O, həmçinin Rusiyanın yeni Baş Katibdən Ukraynanın Buça şəhərində baş verən hadisələrin qurbanlarının siyahısını tələb edəcəyini vurğulayıb. BMT-nin əvvəlki cavabları Rusiya tərəfini qane etmir. BMT-nin hazırkı rəhbəri Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır. Geri qayıt |