Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “MJ Financial Services BOKT” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
"DİA-AZ" BFB-yə istinadən xəbər verir ki, Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 10.07.2026-cı il tarixində keçiriləcək.
Söhbət AZ2002023169 dövlət qeydiyyat nömrəli ilkin ticarət qiyməti 100 manat olan, 20 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir.
İstiqrazın illik gəlirlilik faizi 16%, tədavül müddəti 18 aydır. Ödənişləri ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir ödəniləcək.
İstiqrazın anderrayteri "Troni İnvestisiya Şirkəti” QSC-dir.






