|
Ötən ilin yekununa olan məlumata görə, Azərbaycanda ev təsərrüfatlarının (ailələrin) borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 14,3% təşkil edib. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat məşhur “CEIC Data” portalında yer alıb. Məlumata görə, Azərbaycanda ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbəti son illərdə əsasən 10-15% diapazonunda dəyişib. Göstəricinin tarixi maksimumu 2015-ci ildə 15,4%, minimum səviyyəsi isə 2005-ci ildə 3,1% olub. Müqayisə üçün bildirək ki, region ölkələrindən Gürcüstanda bu göstərici 36,9%, Ermənistanda 33%, Rusiyada 18,7%, Belarusda 10,5%, Türkiyədə isə 10,1% olub. Qeyd edək ki, ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbətinin ən yüksək olduğu ölkələr aşağıdakı kimi olub: İsveçrə – 125,1% Avstraliya – 120,3% Kanada – 99,5% Niderland – 97,2% Tayvan – 94,3%
Ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbətinin ən aşağı olduğu ölkələr isə aşağıdakı kimi olub: Tunis — 0,0% Malavi — 0,3% Küveyt — 1,1% Venesuela — 3,4% Ukrayna — 4,1%
Geri qayıt
|