Başçı bayramı FÜRSƏT BİLİB... .....                     Fransa Ermənistanda hərbi baza yaradır? .....                     İsraildəki etirazların maliyyələşdirilməsini kim həyata keçirib? .....                     "Bu gün Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün ciddi şəkildə çalışırıq" .....                     “TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək .....                     AYNA dayanacaqların təmiri üçün .....                     Makron Rusiyadan gələn tankerin saxlanıldığını açıqlayıb .....                     Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir .....                     Bakıda marketdə qadın müştəri kassiri döydü .....                     Kremldən İrəvana gözlənilməz diplomatik jest .....                     Dövlət Xidmətinin korrupsiyada təqsirləndirilən sabiq vəzifəli şəxsi həbsdən azad edilib .....                     “Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir .....                     Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxs: .....                     Güldürməsə də, qıdıqlayan Mənsur Şərif .....                     "Finans Kredit" BOKT-un xalis mənfəəti .....                     Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloq .....                     Ermənistanın Dövlət Qoruğu Azərbaycanın nəzarətində imiş .....                     “Hadrut Fatehi”nin adını vəsiyyət etdiyi, üzünü görmədiyi oğlu Alparslan: .....                     Ölkəyə qızıl külçə keçirən gömrükçülərin işindən prokuror protest vermişdi VƏ... .....                     Təhsilin fəlsəfəsi dəyişməlidir .....                     Rusiyaya güzəşt etməyəcəyik .....                     PARLAMENT NÖVBƏDƏNKƏNAR SESSİYA ÇAĞIRIR: 42 deputat imza atdı... .....                     50 milyon dollarlıq çevriliş planı .....                     Axmaqlar İranla razılaşmaya mane olurlar .....                     "Azəri Star Mikromaliyyə" BOKT-un zərəri 2 dəfədən çox artıb .....                     DİM ödəniş müqabilində imtahan balının artırılması ilə bağlı çağırışlar barədə xəbərdarlıq edib .....                     ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr Azərbaycanda səfərdədir .....                     Əgər bu tikinti qanunidirsə, məlumat lövhəsi HANI?.. .....                     Gömrük bəyannaməsi edənlərin nəzərinə: .....                     Naxçıvanda gömrük indi də BELƏ PROBLEM YARADIR... .....                     YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT... .....                     Bu dəfə qalib o oldu... .....                     ABŞ İranın PUA idarəetmə məntəqələrinə zərbələr endirdiyini açıqlayıb .....                     Rusiya ordusu "miokard infarktı" vəziyyətindədir .....                     Zelenskinin İrəvan çağırışı: İrəvan bəs nə edir... .....                     "Tezliklə bu addımlar atılmalıdır..." .....                     AzəriQaz-da işçilər KÖLƏ KİMİ işlədilir .....                     Ağlını itirmiş Putinin SƏRSƏM GEDİŞLƏRİ.. .....                     Xərçəng müalicəsində ciddi irəliləyiş .....                     Bu DƏHŞƏTİN də memarları bizik... .....                 

Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxs: - “Hadisədən sonra özümə də xəsarət yetirdim”
Tarix: Bu gün, 10:37 | Çap et

Şəki Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıq qəsdən adam öldürmədə və qanunsuz olaraq silah saxlamada təqsirləndirilən Həsrət Əliyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs qismində dindirilən Həsrət Əliyev ifadəsində bildirib ki, başqa cinayət işi ilə bağlı məhkəmə iclaslarına qatılmadığı üçün ötən ilin oktyabr ayından axtarışda olub.

Onun sözlərinə görə, həmin müddətdə övladları ata evində qalıb, o isə uşaqlarla daim əlaqə saxlayıb.

Həsrət Əliyev deyib ki, hadisədən əvvəl mərhum həyat yoldaşı Zəhra ilə münasibətlərində ciddi problemlər yaranıb. O, Zəhranın başqa şəxslə münasibətdə olmasından şübhələndiyini, bu barədə ilk məlumatı isə oğlundan aldığını iddia edib. Təqsirləndirilən şəxs söyləyib ki, sonradan bu məsələ ilə bağlı həyat yoldaşı ilə dəfələrlə danışmağa çalışsa da, münasibətləri daha da gərginləşib.

İfadəsində qeyd edib ki, hadisədən əvvəlki gecə saat 00:00-dan səhər saat 05:26-dək mərhumun mobil telefonuna dəfələrlə zəng edib, lakin zənglər cavabsız qalıb. Onun sözlərinə görə, həmin gecə Zaqataladan yola çıxaraq əvvəlcə Xaldan istiqamətinə, daha sonra isə Şəki rayonunun Cəyirli kəndinə gəlib. Səhər saat 07 radələrində mərhumun yaşadığı evə daxil olub. Həyətdə Zəhranın bacısı ilə salamlaşdıqdan sonra evə keçdiyini, qapının açıq olduğunu gördüyünü deyib. Onun sözlərinə görə, əvvəlcə oğlunu otaqdan çıxarıb, sonra Zəhranı səsləyib.

Həsrət Əliyevin ifadəsinə əsasən, Zəhra yataqdan qalxaraq oturduqdan sonra o, həyat yoldaşına gecə boyu zəng etdiyini və cavab ala bilmədiyini deyib. Bu zaman Zəhra qışqırmağa başlayıb və bundan sonra ona bıçaq zərbələri endirib.

Məhkəmədə verdiyi ifadədə təqsirləndirilən şəxs hadisə zamanı qatlanan bıçaqdan istifadə etdiyini bildirib. O, əvvəlcə üç zərbə vurduğunu xatırladığını desə də, ibtidai istintaq materiallarında zərbələrin sayının daha çox göstərildiyini qeyd edib. Həsrət Əliyev zərbələrin sinə nahiyəsinə, xüsusilə ürək hissəsinə endirildiyini, niyyətinin Zəhranı öldürmək olduğunu etiraf edib.

O, hadisədən sonra özünə də xəsarət yetirdiyini, intihara cəhd etdiyini, lakin sağ qaldığını bildirib. İfadəsində qeyd edib ki, hadisə yerini tərk etdikdən sonra özünə bıçaq zərbələri vurub, sonradan huşunu itirib və ayıldıqdan sonra yalnız su axtardığını xatırlayır.

Məhkəmədə əlavə olaraq söyləyib ki, mərhumla 15 il birlikdə yaşayıblar və həmin müddətdə onun davranışlarında problem görməyib. O, ailə münasibətlərinin pozulmasını qəbul edə bilmədiyini, mərhumun başqa şəxslə münasibətdə olmasını öyrəndikdən sonra hadisəni törətmək qərarına gəldiyini deyib.

Həsrət Əliyev ifadəsində həmçinin deyib ki, bıçağı özü ilə hadisə yerinə aparıb, evə daxil olarkən üzərində olmayıb, lakin sonradan istifadə edib. O, mərhumun müqavimət göstərmədiyini, ilk zərbədən sonra yerə yıxıldığını və hadisənin qısa müddətdə baş verdiyini bildirib.

Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi isə hadisə günü ailə üzvlərinin səhər saatlarınadək birlikdə olduqlarını deyib. Onun sözlərinə görə, səhər saat 07:10 radələrində həyat yoldaşı ilə birlikdə evdən çıxıblar və bir qədər sonra naməlum avtomobilin ev istiqamətində hərəkət etdiyini görüblər.

Hüquqi varis bildirib ki, az sonra ailə üzvlərindən zəng gələrək Zəhraya nəsə baş verdiyini deyiblər. Onlar təcili şəkildə geri qayıdıb və hadisə yerinə çatdıqda tibbi yardım çağırıldığını görüblər.

Onun sözlərinə görə, əvvəlcə baş verənlərin ağırlığını anlamayıb, lakin mərhumun sinə nahiyəsinə toxunduqda əlinin qana bulaşdığını görüb. Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası gəlib.

Hüquqi varis məhkəmədə hadisədən sonra azyaşlı uşağın verdiyi ilkin izahatı da xatırladıb. Onun sözlərinə görə, uşaq bildirib ki, anası oyandıqdan sonra qışqırmaq istəyib, bu zaman Həsrət Əliyev ona bıçaq zərbələri endirib. Daha sonra uşağın otaqdan çıxarıldığı, qapının yanında dayandığı və içəridə danışılan bəzi sözləri eşitdiyi ifadə olunub.

İttihama görə, Həsrət Əliyev “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, milli geyim ləvazimatı və ya ovçuluq fəaliyyəti ilə bağlı hallar istisna olmaqla, 2025-ci ilin may ayının sonlarında istintaqa məlum olmayan mənbədən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici və ucu deşici xassəyə malik ov bıçağını qanunsuz olaraq əldə edib və üzərində gəzdirməyə başlayıb.

Daha sonra 2025-ci ildə gecə saat 03:05 radələrində Şəki rayonu ərazisində magistral yolun kənarında o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Bu zaman onun üzərinə baxış keçirilərkən qeyd olunan bıçaq aşkar edilərək götürülüb. Bununla da təqsirləndirilən şəxsin qanunsuz olaraq soyuq silah əldə etmə və gəzdirmə əməli sübuta yetirilib.

İttihamın daha ağır hissəsi isə qəsdən adam öldürmə faktı ilə bağlıdır.

İstintaqla müəyyən edilib ki, Həsrət Əliyev əvvəllər barəsində seçilmiş həbs qətimkan tədbirindən yayınmaq məqsədilə müxtəlif ünvanlarda gizlənib. Bu müddətdə o, həyat yoldaşı Zəhra Əliyevanın ona xəyanət etməsindən şübhələnib.

Araşdırmalar zamanı məlum olub ki, təqsirləndirilən şəxs azyaşlı oğlu ilə telefon danışıqları zamanı həyat yoldaşının digər şəxslərlə əlaqədə olması barədə məlumatlar əldə edib və qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Həmçinin azyaşlı uşağın verdiyi məlumat əsasında, hadisə günü qadının valideynlərinin evdə olmayacağını öyrənərək planını həyata keçirmək üçün şərait yaradıb.

Beləliklə, o, 2025-ci ildə səhər saatlarında üzərində gizlətdiyi ov bıçağı ilə taksi vasitəsilə Şəki rayonunun Cəyirli kəndinə gəlib. Kəndə daxil olduqdan sonra bir müddət gözləyib, zərərçəkmiş şəxsin valideynlərinin evdən çıxmasını müşahidə etdikdən sonra ora gedib.

İstintaq materiallarına görə, Həsrət Əliyev əvvəlcə həyətə, daha sonra isə evin yataq otağına daxil olaraq qapını arxadan bağlayıb. Zərərçəkmiş şəxsin yatdığı və müqavimət göstərmək imkanının məhdud olduğu vəziyyətdən istifadə edərək, ona qarşı xüsusi amansızlıqla hücum edib. O, arvadına yüksək səslə müraciətlər edərək psixoloji təzyiq göstərib və həmin vaxt otaqda olan azyaşlı uşağın, eləcə də həyətdə olan yaxın qohumların bu hadisəni eşitdiyini və bunun onlara əlavə iztirab verdiyini dərk edərək hərəkətlərini davam etdirib.

Təqsirləndirilən şəxs özü ilə gətirdiyi bıçaqla qadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Nəticədə Zəhraya ümumilikdə 12 ədəd kəsilmiş-deşilmiş yara xəsarəti yetirilib. Bu xəsarətlərdən biri – döş qəfəsinə nüfuz edərək ürəyi zədələyən yara həyati təhlükəli olub və güclü daxili və xarici qanaxmaya səbəb olub.

Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Beləliklə, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli xüsusi amansızlıqla, aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə kimi qiymətləndirilib.

Həsrət Əliyevin hadisəni törətdikdən sonra qaçıb və sonradan polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Məhkəmə kollegiyası Həsrət Əliyevin ifadələrini, zərərçəkmiş tərəfin hüquqi varisinin ifadələrini, iş üzrə toplanmış sübutları və digər materialları araşdıraraq belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürmə) və 228.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törədib.

Məhkəmənin hökmü ilə ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd: Onların iki övladı var.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Başçı bayramı FÜRSƏT BİLİB... - BU NƏDİ BELƏ?
Bu gün, 11:34
Fransa Ermənistanda hərbi baza yaradır? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:27
İsraildəki etirazların maliyyələşdirilməsini kim həyata keçirib? - HESABAT
Bu gün, 11:17
"Bu gün Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün ciddi şəkildə çalışırıq" - Paşinyan belə deyir...
Bu gün, 11:12
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Bu gün, 11:10
AYNA dayanacaqların təmiri üçün 420 min manat xərcləyəcək
Bu gün, 11:06
Makron Rusiyadan gələn tankerin saxlanıldığını açıqlayıb
Bu gün, 10:56
Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir - Bakı və İrəvan anlaşıb?
Bu gün, 10:49
Bakıda marketdə qadın müştəri kassiri döydü
Bu gün, 10:46
Kremldən İrəvana gözlənilməz diplomatik jest - Putin Paşinyana təcili məktub göndərdi!
Bu gün, 10:44
Dövlət Xidmətinin korrupsiyada təqsirləndirilən sabiq vəzifəli şəxsi həbsdən azad edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir
Bu gün, 10:40
Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxs: - “Hadisədən sonra özümə də xəsarət yetirdim”
Bu gün, 10:37
Güldürməsə də, qıdıqlayan Mənsur Şərif - Saffari yazır…
Bu gün, 10:35
"Finans Kredit" BOKT-un xalis mənfəəti 35 %-ə yaxın azalıb
Bu gün, 10:31
Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloq qərardan NARAZIDIR
Bu gün, 10:29
Ermənistanın Dövlət Qoruğu Azərbaycanın nəzarətində imiş - KİV
Bu gün, 10:27
“Hadrut Fatehi”nin adını vəsiyyət etdiyi, üzünü görmədiyi oğlu Alparslan: - “Bizi ayağa qaldırdı, ona evin böyük kişisi deyirik”
Bu gün, 10:25
Ölkəyə qızıl külçə keçirən gömrükçülərin işindən prokuror protest vermişdi VƏ... - TƏFƏRRÜAT
Bu gün, 10:14
Təhsilin fəlsəfəsi dəyişməlidir - ÇAĞIRIŞ...
Bu gün, 10:10
Rusiyaya güzəşt etməyəcəyik - Gevorq Papoyan belə deyir...
Bu gün, 10:02
PARLAMENT NÖVBƏDƏNKƏNAR SESSİYA ÇAĞIRIR: 42 deputat imza atdı... - NƏ BAŞ VERİR?
Bu gün, 09:56
50 milyon dollarlıq çevriliş planı - Putindən Paşinyana AÇIQ MÜHARİBƏ
Bu gün, 09:52
Axmaqlar İranla razılaşmaya mane olurlar - ABŞ Prezidenti
Bu gün, 09:48
"Azəri Star Mikromaliyyə" BOKT-un zərəri 2 dəfədən çox artıb
Bu gün, 09:44
DİM ödəniş müqabilində imtahan balının artırılması ilə bağlı çağırışlar barədə xəbərdarlıq edib - DİQQƏT!
Bu gün, 09:43
ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr Azərbaycanda səfərdədir
Bu gün, 09:38
Əgər bu tikinti qanunidirsə, məlumat lövhəsi HANI?.. - DAHA BİR ÖZBAŞINALIQ!
Bu gün, 09:32
Gömrük bəyannaməsi edənlərin nəzərinə: - Bu gündən yeni qayda qüvvəyə mindi
Bu gün, 09:24
Naxçıvanda gömrük indi də BELƏ PROBLEM YARADIR... - "2 kiloluq 3 paket gətirirdim, ikisini əlimdən aldılar..."
Bu gün, 09:22
YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT... - Bir ildir “Araşdırma gedir” adıyla uduş verilmir!
Bu gün, 08:18
Bu dəfə qalib o oldu... - FOTO
Bu gün, 08:02
ABŞ İranın PUA idarəetmə məntəqələrinə zərbələr endirdiyini açıqlayıb
Bu gün, 08:00
Rusiya ordusu "miokard infarktı" vəziyyətindədir - ŞƏRH
Bu gün, 07:57
Zelenskinin İrəvan çağırışı: İrəvan bəs nə edir... - GƏLİŞMƏ
Bu gün, 07:53
"Tezliklə bu addımlar atılmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:49
AzəriQaz-da işçilər KÖLƏ KİMİ işlədilir - BU DA FAKT...
Bu gün, 07:44
Ağlını itirmiş Putinin SƏRSƏM GEDİŞLƏRİ.. - Bu da sizin üçün SSRİ...
Bu gün, 07:30
Xərçəng müalicəsində ciddi irəliləyiş - "The Guardian"
Bu gün, 07:25
Bu DƏHŞƏTİN də memarları bizik... - MALƏSƏF...
Bu gün, 07:20
Plansız qurulan ailələr... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:15
DOĞUB-TÖRƏMƏSƏK... bu yaxşıdırmı? - REAKSİYA
Bu gün, 07:09
Kişilər usağına pul istəmir... UŞAQ PULU İSTƏYİR... - kiminsə dədəsindən yox, öz dövlətindən...
Bu gün, 07:04
Müştərilər üçün rəsmən TƏLƏ QURUBLAR... - AXI NİYƏ?..
Bu gün, 06:59
Bu qaniçən faizlərlə məqsədiniz NƏDİR? - ETİRAZ
Bu gün, 06:54
SOCAR-da peşəkarlara qarşı NÖVBƏTİ ZƏRBƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 06:39
Ermənilərin səngər yoldaşı... - və yaxud qanımıza susamış şərəfsizlər...
Bu gün, 06:31
Köhnə Yuqoslaviyada yeni BARIŞ MODELİ - AKTUAL
Bu gün, 06:20
Küveytdəki raket hücumunda ABŞ hərbçiləri xəsarət alıb - CBS
Dünən, 22:38
Putinin gizli ailəsi ilə bağlı qəribə iddia yayıldı
Dünən, 22:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru