ABŞ hərbçiləri İrana məxsus radar və pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, zərbələr İranın Garuk bölgəsində və Keşm adasında yerləşən obyektlərə endirilib.
CENTCOM-un açıqlamasına görə, əməliyyatlar mayın 30-31-də həyata keçirilib və İranın ABŞ-a məxsus MQ-1 pilotsuz uçuş aparatını vurmasına cavab xarakteri daşıyıb.
"Müdafiə məqsədilə həyata keçirilən əməliyyat zamanı ABŞ qırıcısı İranın hava hücumundan müdafiə sistemlərini, yerüstü idarəetmə stansiyasını və iki kamikadze pilotsuz aparatını məhv edib", - məlumatda qeyd olunub.
Komandanlıq bildirib ki, insident nəticəsində ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.
CENTCOM vurğulayıb ki, davam edən atəşkəs dövründə də ABŞ öz qüvvələrini, aktivlərini və maraqlarını qorumaqda davam edəcək.








