Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                     İrəvandan Ankaraya "top səndədir" mesajı .....                     Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU .....                     Camalovun xaraba günə qoyduğu Zərdab... .....                     “AtaSığorta” ləğv edilir .....                     İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq .....                     Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" .....                     Rusiya Kiyevi də, Odessanı da tuta bilər .....                 

“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Tarix: Bu gün, 10:49 | Çap et

ABŞ-nin “kölgə kəşfiyyatı” sayılan “Stratfor” hesab edir ki, Rusiya İrəvanı Moskvadan birdəfəlik uzaqlaşdıracaq hərəkətlərdən çəkinməsi üçün Ermənistana təzyiq göstərməyə çalışacaq. Beyin mərkəzinə görə, Rusiyanın dövlət şirkəti tərəfindən idarə olunan Ermənistan dəmir yolları üzərində nəzarət mübahisə mövzusu olaraq qalır. “Bu məsələ xüsusilə Ermənistanın ABŞ-ın dəstəklədiyi TRIPP tranzit dəhlizində iştirak istəyi nəzərə alınmaqla kəskinləşib”, - təhlildə vurğulanır.

Hesabatda Rusiyanın sərəncamında geniş təzyiq vasitələrinin olduğuna diqqət çəkilir. Bura əsasən ticarət və gömrük məhdudiyyətləri, yüksək qaz qiymətləri, Metsamor AES-İ və Gümrüdəki hərbi baza vasitəsilə təsirlər, eləcə də pul köçürmələrinə və Ermənistan vətəndaşlarının Rusiya əmək bazarına çıxışına məhdudiyyətlər daxildir. Bununla belə, Stratfor xəbərdarlıq edir ki, həddindən artıq sərt tədbirlər parlament seçkiləri ərəfəsində Ermənistanda Kremlə qarşı narazı ovqatı gücləndirə və Moskvanın yavaşlatmağa çalışdığı prosesləri sürətləndirə bilər.

Analitiklərə görə, Rusiyanın cavabının miqyası və vaxtı 4-5 may tarixlərində İrəvanda keçirilməsi planlaşdırılan Avropa İttifaqı-Ermənistan sammitinin nəticələrindən asılı olacaq. “Brüssel enerji, nəqliyyat əlaqəsi və siyasi münasibətlər sahələrində nə qədər konkret dəstək təklif edərsə, Kremlin sərt reaksiyaları bir o qədər çox olacaq”.

“Stratfor” ardınca qeyd edib ki, Yaxın Şərqdəki qeyri-sabitlik, həmçinin Qərb tərəfdaşlarının Ermənistan-İran sərhədi yaxınlığında investisiyaların mümkünlüyünü yenidən nəzərdən keçirməsi yaxın gələcəkdə TRIPP-nin (Zəngəzur dəhlizinin) reallaşmasını ləngidəcək. “Lakin uzunmüddətli perspektivdə regionda müharibə nə qədər paradoksal görünsə də, Cənubi Qafqaz və Orta Asiyadan keçən Rusiyadan kənar dəhlizlərin strateji əsaslandırılmasını gücləndirə bilər. İrandakı münaqişə Azərbaycanın İran ərazisi vasitəsilə Naxçıvana çıxışını (Araz üzərindən – red.) uzadarsa və məhdudlaşdırarsa, Bakı Ermənistan vasitəsilə alternativ marşrutlar inkişaf etdirməyə məcbur olacaq ki, bu da TRIPP-nin həm kommersiya, həm də siyasi məntiqini gücləndirəcək”, - məqalədə vurğulanır.

“Stratfor” nə dərəcədə haqlıdır?

Siyasi ekspert Oqtay Qasımovun Musavat.com-a bildirdiyinə görə, Yaxın Şərqdə müharibə başlayandan sonra Zəngəzur dəhlizi ilə bağlı müxtəlif iddialar ortaya atılıb. "Bu iddialar əsasən ondan ibarətdir ki, müharibə dəhlizin açılmasını uzun müddət ləngidə bilər. Xüsusən də Rusiyadan son bəyanatlar və İranla müharibə belə düşünməyə əsas yaradıb. Təbii ki, 8 avqustda imzalanan razılaşma Rusiyanı məmnun etməyib. Ancaq ABŞ-nin iradəsinə qarşı çıxmaq imkanı da məhdud idi və Moskva təmkinli davranır, vaxtaşırı üçtərəfli sənədi yada salırdı. İndi isə bu layihəyə təpki Rusiyadan daha çox İrandan gələ bilər. Nəzərə alsaq ki, Tehran bu prosesi baltalamağa çalışıb. Hətta 2024-cü ildə Rusiya və İran arasında bu marşrutla bağlı fikir ayrılığı meydana gəldi, gərgin polemikalar yaşandı, İranda anti-Rusiya təbliğatı başlandı. Ancaq İran bu müharibədə üstün olsaydı və şərtlərini qəbul etdirə bilsəydi, bəli, onda Zəngəzur dəhlizi ilə bağlı problem yaradardı. Bundan sonra da mane olmağa çalışacaq, amma buna gücü çatacaqmı? Reallıq bu deyil və İranın dəhlizin açılmasına uzun müddət əngəl olacağını gözləmirəm. Əgər ABŞ ilə İran arasında son müzakirələrdə razılaşma olarsa, anlaşmanın bir hissəsi də TRİPP-lə bağlı ola bilər", - deyə ekspert bildirib.

O. Qasımova görə, Rusiyanın Ermənistan iqtisadiyyatında dominant rolu var: "Xüsusən enerji sektorunda, mədənçilikdə və dəmiryolunda inhisarı var. Həmçinin 102-ci hərbi bazası Ermənistanda yerləşir. Sadəcə, Rusiya daha çox seçkilərin nəticələrinə fokuslanıb. Məqsəd Paşinyan hakimiyyətini zəiflətmək, öz əlaltılarını iqtidara gətirmək və bu proseslərə təsir göstərməkdir. Əgər Paşinyan qalib gələrsə, o halda Zəngəzur dəhlizi ilə bağlı addımlar atılacaq. Bunu özü də bəyan etdi. O baxımdan, Rusiya və İran "Tramp yolu"na əngəl olmağa can atacaqlar, amma bu pozucu fəaliyyət istədikləri nəticəni verməyəcək. Üstəlik, ABŞ və Çin liderlərinin mayda keçiriləcək görüşündə Orta dəhlizin də müzakirəsi gözləniləndir. Nəzərə alaq ki, bu logistika Pekinin marağındadır, elə olan təqdirdə Rusiya və İran Çinlə münasibətləri korlamaq istəməzlər. Odur ki, müəyyən ləngimə ola bilər, amma uzun çəkməz. Ermənistandakı seçkilərdən sonra layihənin icrası istiqamətində proseslər sürətlənə bilər".

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru